Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-830/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ünvan 1 mülkiyyət hüququ üzrə ## ###### 2013-cü il tarixində İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
2. Cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində 2014-cü ildən qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı məxsus ünvan 2 99, saylı ünvanında yerləşən ** saylı mənzildə istifadə hüququna xitam verilməsi, mənzildən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 99, mənzil 19 ünvanında yerləşən mənzilin tam mülkiyyətçisidir. Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən seriya RX *******, qeydiyyat nömrəsi 1113137697 ilə ## ###### 2013-cü il tarixində verilmiş Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdeh, yəni gəlini Cavabdeh 2011-ci ildə X2 ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı var. Ailə münasibətlərini nəzərə alaraq cavabdehin mənzilə yalnız pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Lakin cavabdehin mənzildə istifadə hüququna dair heç bir notarial razılıq verməmişdir, daşınmaz əmlak reyestrində də cavabdehin istifadə hüququ ilə bağlı hər hansı qeyd yoxdur. Cavabdeh isə pasport qeydiyyatında olmasından suiistifadə edərək mənzilə sahiblik görüntüsü yaratmaqla, uzun illərdir ki, münaqişələr yaradır, iddiaçının və həyat yoldaşının evə daxil olmasına imkan vermir, intriqalarla onları mənzildən didərgin salmışdır. Nəticədə iddiaçı və həyat yoldaşı kirayə mənzildə yaşamağa məcbur olmuşlar. Bununla da cavabdeh onlara həm mənəvi, həm maddi ziyan vurur. Bu səbəbdən cavabdehin mənzildə qalması nə hüquqi, nə mənəvi, nə sosial baxımdan mümkün, nə də ki, ailə dəyərlərinə uyğun deyildir. X2 II qrup əlilldir və onun xəstəlik diaqnozları: dağınıq skleroz, dərin spastik tetraparez, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi kimi ağır xəstəliklərdir. Mənzil beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin 5-ci mərtəbədə yerləşməsi səbəbindən müstəqil hərəkət etməyi bacarmadığından mənzildə yaşaya bilmir. Mənzil 5-ci mərtəbədə yerləşdiyindən oğlunun sağlamlıq vəziyyəti ağırlaşır, fiziki vəziyyəti onun orada yaşamasını tam mümkünsüz edir. Bu səbəbdən mənzili satıb onun üçün uyğun mənzil almaq zərurəti yaranmışdır. Lakin cavabdeh mənzilin satılmasına qanunsuz şəkildə mane olur. Oğlunun sağlamlıq vəziyyəti və yaşayış şəraiti ilə bağlı iddiaçı mülkiyyətində olan mənzili sataraq, oğlu üçün əlçatan şəraitli mənzil almaq, özü və həyat yoldaşı üçün ayrıca mənzil əldə etmək, həmçinin ailə quruluşunu qorumaq məqsədilə cavabdehdən mənzilin satılmasına razılıq verilməsinin lazım olduğunu bildirsə də, cavabdeh heç bir hüquqi əsası olmadığı halda bu prosesi qəsdən əngəlləyir və maneçilik törədərək, mənzilə sahiblik iddiası edərək, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Halbuki, cavabdehin mənzildə pasport qeydiyyatında olması ona heç bir üstünlük hüququ vermir. Şəxsin yaşayış sahəsində qeydiyyatda olması həmin şəxsin mənzildən istifadə hüququnun mövcudluğunu təsdiq etmir. “Dolayısı ilə cavabdehin həmin ünvanda qeydiyyatda olması ona yaşayış sahəsindən istifadə hüququ vermir və mülkiyyətçiyə qarşı tələb irəli sürmək imkanı yaratmır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da mülkiyyətçinin hüquqlarının “ailədaxili münasibət” adı altında məhdudlaşdırılmasının yolverilməz olduğu göstərilmişdir. Mənzilin satılması zərurəti iddiaçının oğlunun ağır fiziki vəziyyətindən irəli gəlir və bu prosesin qarşısının alınması həm sosial, həm də humanitar baxımdan qəbuledilməzdir. Cavabdeh daimi münaqişələr yaradır, iddiaçının oğlu ilə münasibətləri gərginləşdirir, mənəvi və psixoloji narahatlıq yaradır. Bu səbəbdən cavabdehin mənzildə qalması nə hüquqi, nə də ailə dəyərlərinə uyğun deyildir. Beləliklə, iddiaçının mülkiyyətçisi olduğu mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək kimi hüquqlarının cavabdeh tərəfindən kobud surətdə pozulması səbəbindən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ünvan 2 99, mənzil 19 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh ünvan 2 99, mənzil 19 yerləşən yaşayış sahəsindən əşyaları və azyaşlı uşaqları ilə birlikdə çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.
6. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2014-cü il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətini yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən mənzil 2013-cü il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının gəlini olan cavabdeh 2014cü il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Qanunun tələbinə əsasən, cavabdehin sözügedən mənzilə istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə notariat qaydasında bağlanan yazılı razılaşma ilə müəyyən edildiyindən, lakin hazırda belə bir razılaşma olmadığından və iddiaçı cavabdehin bu hüququna xitam verilməsini xahiş etdiyindən, cavabdehin sözügedən yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi mümkündür. Beləliklə, məhkəmə qeyd etmişdir ki, İddiaçı ünvan 2 99 ünvanında yerləşən ** saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli və o, özünə məxsus əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılmalıdır. Iddia tələbinin “cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən cavabdehin məhkəmə proseslərində iştirakı təmin edilməmiş, müdafiə mövqeyini bildirmək, sübutlar təqdim etmək, etiraz və ya qarşılıqlı iddia irəli sürmək hüquqları faktiki olaraq məhdudlaşdırılmışdır. Bu hal birbaşa olaraq çəkişmə prinsipi və tərəflərin prosessual bərabərliyi tələblərinin pozulması deməkdir. Daha ağır pozuntu isə ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının nəvələri olan azyaşlı uşaqlarının sonrakı taleyini, yaşayış şəraitini və sosial müdafiə ehtiyaclarını ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə tərəfindən azyaşlı uşaqların harada və hansı şəraitdə yaşayacağı, onların minimal sosial və mənzil təminatının necə həyata keçiriləcəyi araşdırılmamışdır. Halbuki, ailə qanunvericiliyinin mahiyyətinə və ruhuna əsasən, ailə münasibətləri yalnız formal mülkiyyət hüququ çərçivəsində deyil, qarşılıqlı qayğı, məsuliyyət və humanizm prinsipləri əsasında qiymətləndirilməlidir. Qanunvericilikdə “digər qohumlar” anlayışı çərçivəsində nənə və babanın da müəyyən hallarda azyaşlı nəvələrin saxlanılmasında və müdafiəsində iştirak etməsi nəzərdə tutulur. Bu baxımdan, iddiaçı olan nənənin öz nəvələrinin mənafeyini tamamilə nəzərə almadan yalnız formal tələb irəli sürməsi və məhkəmənin də bu tələbi uşaqların üstün mənafeyini araşdırmadan təmin etməsi qəbuledilməzdir. Qeyd etməyi vacib hesab edir ki, cavabdehin mövqeyi nəzərə alınmasa belə, məhkəmə üç yetkinlik yaşına çatmamış uşağın mövqeyini və üstün mənafeyini mütləq şəkildə nəzərə almalı idi. Ən azından, iddiaçı İddiaçı və onun oğlunun (uşaqlarının atasının) bu prosesdə tutduqları mövqenin azyaşlı uşaqların hüquqlarına zərər vurub-vurmadığını araşdırmalı, bunun üçün isə cavabdehin məhkəmə prosesində iştirakını təmin etməli idi. Qeyd etməyi vacib hesab edir ki, mövcud mübahisədə formal olaraq cavabdeh qismində o çıxış etsə də, əslində iddiaçının oğlu ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları da bu hüquqi mübahisənin birbaşa tərəfləridir. Çünki mübahisənin predmeti olan yaşayış sahəsindən çıxarılma birbaşa onların yaşayış, sosial müdafiə və ailə mühiti hüquqlarına toxunur. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi mübahisəsiz olsa da, bu hüquq mütləq xarakter daşımır və onun həyata keçirilməsi zamanı mülkiyyətçinin ailə üzvlərinin, eləcə də saxlanılma hüququna malik olan şəxslərin qanuni mənafeləri pozulmamalıdır. Xüsusilə, yaşayış sahəsindən çıxarılma ilə bağlı mübahisələrdə məhkəmə ailə-hüquqi münasibətləri və sosial nəticələri nəzərə almaqla balanslı yanaşma sərgiləməlidir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata vəananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.Bu normalar onu göstərir ki, ailə üzvləri arasında qarşılıqlı qayğı və sosial məsuliyyət hüquqi öhdəlik səviyyəsindətanınmışdır və məhkəmə belə münasibətləri nəzərə almadan yalnız formal mülkiyyət hüququna istinad etməklə qərar qəbul edə bilməzdi. Göstərilən halda, əgər məhkəmə cavabdehin və azyaşlı övladlarının məhkəmə prosesində iştirakını təmin etmiş olsaydı, o, övladlarının mənafeyi naminə ən azından onların yetkinlik yaşına çatmasına qədər müəyyən müddət sözügedən mənzildə yaşamaq üçün müvafiq hüquqi mövqeyini bildirəcək və bu barədə əsaslandırılmış müraciət təqdim edəcəkdir. Lakin bu imkan tərəfinə verilmədiyindən, uşaqların mənafeyini qorumaq üçün nəzərdə tutulan hüquqi mexanizmlər faktiki olaraq sıradan çıxarılmışdır. Hazırda cavabdehin və üç yetkinlik yaşına çatmamış övladının daimi yaşayış yeri mövcud deyildir. Uşaqların atası ilə münasibətləri formal xarakter daşıyır və o, uşaqların maddi və mənəvi həyatında iştirak etməkdən sistemli şəkildə yayınmışdır. Məhz bu səbəbdən, nikah pozulmadan azyaşlı uşaqların saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müvafiq məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, cavabdeh X4 bu günədək aliment üzrə heç bir ödəniş həyata keçirməmiş, məhkəmə aktının icrasından yayınmışdır. Bununla yanaşı, o, öhdəliklərini yerinə yetirmədiyi halda, aliment öhdəliyinin azaldılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir ki, bu da uşaqların real ehtiyacları və maraqları ilə ziddiyyət təşkil edir. Qeyd olunan hallar bir daha göstərir ki, azyaşlı uşaqlar həm yaşayış, həm maddi təminat, həm də sosial müdafiə baxımından həssas vəziyyətdədirlər və bu vəziyyət nəzərə alınmadan onların yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi uşaqların üstün mənafeyi prinsipinə ziddir. Qeyd edir ki, hazırda X4 əmək fəaliyyəti ilə məşğul olubolmaması barədə real və təsdiqlənmiş məlumatı mövcud deyildir. Lakin uşaqların üstün mənafeyi mövqeyindən yanaşdıqda qeyd edilməlidir ki, valideynlər tərəfindən saxlanılmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqların müdafiəsi dövlət və ailə hüququnun birbaşa predmetidir. Bu baxımdan, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq normalarına əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdirlər. Bu norma ailə üzvləri arasında qarşılıqlı sosial məsuliyyət və uşaqların qorunması prinsipini təsbit edir. Mövcud halda cavabdehin əmək fəaliyyəti ilə məşğul olmamağı, habelə uşaqların atasının aliment öhdəliyini icra etməməsi səbəbindən azyaşlı övladlarının yeganə real maddi təminat mənbəyi onların nənə və babalarıdır. Lakin təəssüf ki, həmin şəxslər uşaqların sosial müdafiəsini təmin etmək əvəzinə, onları yaşayış yerlərindən çıxarmaq, məktəb və məktəbəqədər təhsil müəssisələrindən ayırmaq, bununla da uşaqların sabit sosial mühitinə və psixoloji durumuna ciddi zərbə vurmaq istiqamətində hərəkət edirlər. Göstərilən hallar onu deməyə əsas verir ki, azyaşlı uşaqların yaşayış hüququna və sosial müdafiəsinə dair məsələlər maddi hüquq normalarının tələbləri və uşaqların üstün mənafeyi prinsipi nəzərə alınmadan həll edilmişdir. Bu isə qəbul edilmiş qətnamənin ailə-hüquqi ədalət və sosial müdafiə məqsədlərinə zidd olduğunu açıq şəkildə göstərir. Hazırkı iş üzrə isə cavabdeh və iddiaçının X2 rəsmi olaraq boşanmamışlar və iddiaçı tərəfindən irəli sürülmüş tələbdə övladlarının atasının - X4 mənzildən istifadə hüququna xitam verilməsi məsələsi, ümumiyyətlə qoyulmamışdır. Bu halda, qanunun yuxarıda göstərilən normasına uyğun olaraq, azyaşlı uşaqların yaşayış yerinin həmin mənzildən kənarlaşdırılması hüquqi və məntiqi baxımdan əsaslandırılmamışdır. Belə olan halda, məhkəmə azyaşlı uşaqların mənzildən çıxarılması barədə qərar qəbul etməzdən əvvəl uşaqların mövcud və üstün mənafeyini xüsusi araşdırmalı, onların yaşayış hüququnun hansı əsaslarla və hansı təminatlar mövcud olmaqla məhdudlaşdırıldığını müəyyən etməli idi. Ən azından, məhkəmə azyaşlı uşaqların məhkəmə prosesində qanuni nümayəndələri və ya qəyyumları vasitəsilə təmsil olunmasını təmin etməli, onların hüquq və mənafelərinə toxunan məsələlərdə mövqelərinin ifadə edilməsi üçün şərait yaratmalı idi. Məhkəmənin bu istiqamətdə hər hansı araşdırma aparmadan, uşaqların hüquqi statusunu və yaşayış yerinə dair qanuni bağlılığını nəzərə almadan çıxarılma barədə qətnamə qəbul etməsi maddi hüquq normalarının kobud pozuntusu olmaqla yanaşı, azyaşlı uşaqların üstün mənafeyi prinsipinə açıq şəkildə ziddir. Qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində baxılmış hazırkı iş üzrə keçirilmiş məhkəmə iclaslarının heç birində iştirakı baş tutmamışdır. Bunun əsas səbəbi isə ondan ibarət olmuşdur ki, barəsində aparılan məhkəmə prosesləri haqqında məlumatı olmamışdır və o, bu iclaslardan lazımi qaydada xəbərdar edilməmişdir. Belə ki, həmin dövrdə ailədaxili müəyyən mübahisələrin mövcud olmasına baxmayaraq, keçmiş qaynanası - hazırkı iddiaçı cavabdehlə xüsusilə mehriban və normal münasibət saxlamış, bu səbəbdən də cavabehdə onun tərəfindən hər hansı məhkəmə müraciətinin edilməsi barədə şübhə doğuran heç bir hal yaranmamışdır. Əksinə, o, ailədaxili münasibətlərin gələcəkdə tənzimlənəcəyi və normallaşacağına ümid etmişdir. Məhkəmə bildirişlərinin poçt vasitəsilə göndərilməsi ehtimal olunsa belə, həmin bildirişləri faktiki olaraq əldə etməmişdir. Apellyasiya şikayətinə əlavə edilən fotoşəkildən də aydın şəkildə görünür ki, mövcud bildirişlərin heç biri cavabdeh tərəfindən açılmamış və oxunmamışdır. Bu hal bildirişlərin ona faktiki çatdırılmadığını açıq şəkildə təsdiq edir. Bundan əlavə, iş üzrə diqqətçəkən və izaha ehtiyacı olan digər mühüm məqam ondan ibarətdir ki, onun mobil telefonuna məhkəmə iclasları ilə bağlı heç bir SMS və ya elektron bildiriş daxil olmamışdır. Bunun səbəbi kimi, həmin dövrdə telefon nömrəsinin dəyişdirilməsini göstərmək mümkündür. Təsadüf nəticəsində “myGov”elektron sistemində digər sənədlərlə tanış olarkən barəsində ümumilikdə beş məhkəmə işinin mövcud olduğunu görmüşdür ki, bu da cavabdehdə haqlı olaraq ciddi şübhələr yaratmışdır. Çünki həmin işlərdən yalnız ikisi barədə məlumatı olmuşdur və onlar da iddiaçının oğlu ilə aralarında olan aliment və nikahın pozulması ilə bağlı işlərdir. Digər məhkəmə işləri isə cavabdeh üçün tamamilə gizli və naməlum qalmışdır.Yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, iş üzrə birinci instansiya məhkəməsində tərəfindən iştirak hüququ faktiki olaraq təmin edilməmiş, müdafiə mövqeyini bildirmək və sübutlar təqdim etmək imkanı olmamışdır. Bu isə işin hərtərəfli, obyektiv və ədalətl iaraşdırılması prinsipinə ziddir. Məhkəmə həqiqətə nail olmaq məqsədilə işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün zəruri şərait yaratmalıdır. Qanunvericiliyin tələbinə əsasən, bu vəzifənin icrası, ilk növbədə prosesdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izah edilməsindən, habelə məhkəmə iclasları barədə vaxtında və düzgün məlumatlandırılmalarının təmin edilməsindən başlayır. Lakin hazırkı iş üzrə keçirilmiş məhkəmə iclasları barəsində lazımi qaydada məlumatlandırılmadığından, tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, iş üzrə mövqeyini ifadə etmək və müdafiə hüququndan istifadə etmək imkanı olmamışdır. Bununla yanaşı, məhkəmə öz mülahizəsinə əsaslanaraq, işin hallarını araşdırarkən humanizm prinsipini rəhbər tutmamış, iddiaçının oğlu ilə birgə nikahdan olan azyaşlı övladlarının mənafeyini də nəzərə almamışdır. Belə ki, ailənin faktiki maddi vəziyyəti, onlara yaşayış yerinin təmin olunub-olunmaması, habelə işin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla bağlı sübutların təqdim edilməsi üçün cavabdeh tərəfinə şərait yaradılmamış, bu sübutlar məhkəmə tərəfindən də təşəbbüs göstərilərək araşdırılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, məhkəmə işi formalaşmış faktiki halları və tərəflərin real vəziyyətini nəzərə almadan, yalnız iddiaçının mövqeyinə əsaslanmaqla həll etmişdir ki, bu da qəbul edilmiş qətnamənin ədalətli məhkəmə araşdırması prinsiplərinə zidd olduğunu göstərir. Birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan göründüyü kimi, işə baxan hakim iddiaçının təqdim etdiyi dəlilləri yeganə və əsas sübutlar kimi qəbul edərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, iş üzrə çəkişmə prinsipi və tərəflərin prosessual hüquq bərabərliyi təmin edilməmişdir. Belə ki, cavabdeh qismində onun məhkəmə prosesində iştirakı faktiki olaraq təmin edilməmiş, nəticə etibarilə iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, iddia tələbinə etiraz vermək, mövqeyini əsaslandırmaq, habelə qarşılıqlı iddia ilə çıxış etmək kimi prosessual hüquqları da məhdudlaşdırılmışdır. Göstərilən hallar onu göstərir ki, məhkəmə işi yalnız bir tərəfin mövqeyi əsasında, cavabdehin müdafiə hüququ təmin edilmədən həll etmişdir ki, bu da qətnamənin prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini təsdiq edir. Göründüyü kimi, qanunun tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu tələblərə əməl etməmiş, işi hərtərəfli araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hazırkı halda birinci instansiya məhkəməsində mövqeyini müdafiə edən hər hansı sübut təqdim etmək, iddia tələbinə etiraz vermək, habelə qarşılıqlı iddiai lə çıxış etmək imkanı faktiki olaraq onun əlindən alınmışdır. Buna baxmayaraq, məhkəmə iş üzrə qiyabi qətnamə deyil, qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Iddiaçı İddiaçı (nümayəndəsi və vəklili Vəkil) məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinə etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, qeyd olunan Qanunun normalarına əsasən, cavabdehin sözügedən mənzilə istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə notariat qaydasında bağlanan yazılı razılaşmanın olmasını nəzərdə tutur. Lakin hazırda belə bir razılaşma olmadığından cavabdehin sözügedən yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi əsaslı və qanuni hesab edilir. Daha sonra, cavabdeh məhkəmənin onu məlumatlandırmadığını bildirir. Lakin məhkəmə tərəfindən cavabdehin həm qeydiyyat, həm də faktiki yaşadığı ünvana müvafiq bildirişlər göndərilmiş, habelə elektron qaydada məlumatlandırma təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyi halda gəlmirsə, bu, işə baxılmasına mane olmur. Bu, məhkəmənin qərəzliliyi deyil, cavabdehin öz prosessual hüquqlarından istifadə etməməsidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 71. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli Qərarı: “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.”
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarı: “Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.”
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən cavabdehin məhkəmə proseslərində iştirakı təmin edilməmiş, müdafiə mövqeyini bildirmək, sübutlar təqdim etmək, etiraz və ya qarşılıqlı iddia irəli sürmək hüquqları faktiki olaraq məhdudlaşdırılmışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılmış icraatla bağlı bütün məhkəmə sənədləri, o cümlədən məhkəmə bildirişləri cavabdeh Cavabdeh “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
24. O cümlədən, apellyasiya şikayətinin digər əsas dəlili olaraq göstərilmişdir ki, məhkəmə cavabdehin mövqeyi nəzərə alınmasa belə, üç yetkinlik yaşına çatmamış uşağın mövqeyini və üstün mənafeyini mütləq şəkildə nəzərə almalı idi. Ən azından, iddiaçı İddiaçı və onun oğlunun (uşaqlarının atasının) bu prosesdə tutduqları mövqenin azyaşlı uşaqların hüquqlarına zərər vurub-vurmadığını araşdırmalı, bunun üçün isə cavabdehin məhkəmə prosesində iştirakını təmin etməli idi. Belə ki, mövcud mübahisədə formal olaraq cavabdeh qismində o çıxış etsə də, əslində iddiaçının oğlu ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları da bu hüquqi mübahisənin birbaşa tərəfləridir. Çünki, mübahisənin predmeti olan yaşayış sahəsindən çıxarılma birbaşa onların yaşayış, sosial müdafiə və ailə mühiti hüquqlarına toxunur.
25. Mübahisə predmeti olan mənzil 2013-cü ildən iddiaçının mülkiyyətindədir və iddiaçının gəlini olan cavabdeh 2014-cü il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır.
26. Mənzilin hansı əsaslarla iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən sorğu göndərilmiş və müəyyən olunmuşdur ki, mənzil ## ###### 2013-cü il tarixdə iddiaçı tərəfindən əvəzli qaydada əldə olunmuşdur. Belə olduğu təqdirdə, yəni, münasibətlər həmin vaxt yarandığından istifadə hüququnun yaranması məsələsi bu dövrdə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarına əsasən müəyyən olunmalıdır. Lakin həmin normanın tələblərinə əsasən də cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən bu normaya istinad etməsə də, MPMnin 385.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və gəlinən nəticə düzgün olduğundan ləğv edilməsinə zərurət yoxdur.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.