Məhkəmə qərarları › İş №2(3-6)-833/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-833/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-833/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2(5-104)-351/2026 nömrəli qərardadına əsasən ərazi aidiyyətinin mübahisələndirilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər BOKT "xxxx" QSC və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüşdür.

3. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə vəsatət təqdim edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlərdən BOKT "xxxx" QSC-nin nümayəndəsinin işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdir.

5. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-3358/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər BOKT "xxxx" QSC və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair 2(073)-3358/2025 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Qərardadın əsaslarına görə, BOKT "xxxx" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 73E-dir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2(5-104)- 351/2026 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin həll olunması üçün məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Qərardadın əsaslarına görə, MPM-in 36.2-ci maddəsinin tələbinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırkı halda da iş cavabdehlərdən Cavabdeh1 ünvanı üzrə Cəlilabad Rayon Məhkəməsinə verilmiş, məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildikdən sonra isə mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İşin icraata qəbul edildikdən sonra başqa məhkəməyə verilməsi üçün isə MPMin 44.2-ci maddəsində sadalanan hallardan hər hansı biri olmalıdır ki, hazırkı iş üzrə həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 cavabdehə – BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı yönəlmişdir. 1-ci cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonu, 2-ci cavabdehin qeydiyyat ünvanı Cəlilabad rayonudur.

11. İddiaçı da MPM-nin 36.2-ci maddəsinə əsasən seçimini edərək 2 cavabdehdən birinin qeydiyyat ünvanı üzrə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata götürülmüşdür.

12. Məhkəmə kollegiyası mübahisəni ilk növbədə MPM-nin 44.1-ci maddəsinin ləbəi baxımından qiymətləndirərək qeyd edir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

13. Digər tərəfdən iddia ərizəsi icraata götürüldükdən sonra işin başqa məhkəməyə göndərilməsi üçün MPM-nin 44.2-ci maddəsində göstərilən hallardan biri mövcud olmalıdır. Lakin hazırda bu hallardan heç biri mövcud deyildir.

14. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Cəlilabad Rayon Məhkəməsinin mövqeyi əsaslı olmamışdır və işə mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı cavabdehlər BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar