Məhkəmə qərarları › İş №2(3-6)-839/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-839/2026

06.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-839/2026 06.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, *(***)-****/**** saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardaddan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma tələbi barədə” ilk iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia əsasında hazırkı mülki işin icraatı başlanmışdır. Cavabdeh Cavabdeh isə iddiaçı Müdafiə Nazirliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsini və 19 təqvim ili qüsursuz hərbi xidmət dövrü nəzərə alınmaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq mənzil almağına əvəzsiz maliyyə yardımının göstərilməsi vəzifəsinin cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsini, qarşılıqlı iddia ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin Cavabdeh qaytarılmasını, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində mənzil almağına əvəzsiz maliyyə yardımının göstərilməsi vəzifəsinin inzibati orqan olan Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi, onun tələbi mülki xarakterli deyil, inzibati xarakterli tələbdir. Buna görə də, o, qarşılıqlı iddia ərizəsində ifadə olunmuş tələblə inzibati orqanın – Müdafiə Nazirliyinin özünə müraciət etməli və əgər o, onun müraciəti ilə bağlı Nazirliyin hərəkətində (hərəkətsizliyindən) narazı qalarsa Nazirliyin hərəkət (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (maddə 2.1.). İnzibati məhkəmə icraatı qaydasında: inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2.); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3.); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7.) baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli qərarının 15.4-cü bəndində göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərdən Cavabdeh qarşılıqlı iddiasında ifadə edilmiş və yuxarıda qeyd edilən tələblərinə yanaşdıqda müəyyən edilir ki, onun tələbi mülki xarakterli deyil, inzibati xarakterlidir. MPM-in 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh Müdafiə Nazirliyinə irəli sürdüyü qarşılıqlı iddiaya ümumi məhkəmə tərəfindən mülki icraat qaydasında baxılmalı deyil. Rayon Məhkəməsi bu əsasla qarşılıqlı iddianı icraata qəbul etməkdən imtina etməkdə və Cavabdeh əvvəlcə inzibati orqanın özünə, inzibati orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət etmək hüququnu izah etməkdə haqlı olmuşdur. Şikayətdə qeyd edilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar