Məhkəmə qərarları › İş №2(3-6)-846/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-846/2026

29.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-846/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi və sair” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ## ###### 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

2. Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2019- cu il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

3. ## ###### 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 10-cu mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

4. Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2019- cu il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 10-cu mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

5. ## ###### 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, ** nömrəli mənzil izoləolunmuş 4 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

6. Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2019- cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, ** nömrəli mənzilin pay dəyəri 12000 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

7. ## ###### 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 4-cü mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

8. Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2019- cu il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 4-cü mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

9. ## #### 2020-ci il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

10. Cavabdeh MMC tərəfindən verilmiş ## #### 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət pay dəyəri 102900 manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

11. ## ###### 2020-ci il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan, izoləolunmuş 3 otaqdan ibarət ** nömrəli mənzil bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

12. Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2020- ci il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan, izoləolunmuş 3 otaqdan ibarət ** nömrəli mənzil pay dəyəri 102900 manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

13. ## ###### 2021-ci il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, ** nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

14. Cavabdeh MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, ** nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil pay dəyəri 105000 manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən tam ödənilmişdir, borcu yoxdur.

15. Yerində müayinə protokolundan müəyyən olunur ki, tərəflərin iştirakı ilə məhkəmə tərəfindən mübahisənin predmeti olan mənzillərə ## #### 2024-cü il tarixdə baxış keçirilmiş və təsdiq edilmişdir ki: cavabdeh Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda tikilmiş 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır.

16. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır.

17. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır.

18. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin qapısı bağlıdır, vizual baxışdan mənzildə təmir işlərinin aparılması və qapısının dəyişdirilməsi müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

19. İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq, Bakı şəhər, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli, mansarlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan, 4 otaqlı, ** nömrəli mənzilin iddiaçı İddiaçı təhvil verilməsini, mənzildən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2019-cu ildə bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansarlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzilləri qəbul etməyi öz öhdəliyinə götürmüşlər. Müqavilə üzrə mənzilin dəyəri 88.200 manat təşkil edir. Beləliklə, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2019-ildə Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansarlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan, 4 otaqlı, ** nömrəli mənzilə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən podrat müqaviləsi bağlanmışdır. İddiaçı ##.##.2019-cu ildə imzalanmış podrat müqaviləsi üzrə cavabdeh qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verməyi, payçı isə mənzili tam təhvil almalıdır. Lakin buna baxmayaraq, xeyli müddətdir mənzillərin təhvil-təslim prosesi cavabdeh tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub, təhvil verildiyi halda iddiaçının mənzilləri hələ də təhvil verilməmişdir.

21. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, ərizədə göstərmişdir ki, İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2019-cu ildə bağlanmış 3 ayrıayrı müqavilələrə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** nömrəli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evindən aşağıda göstərilən 3 ədəd mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzilləri qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzillər aşağıdakılardır:

1. ## ###### 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil. Müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir.

2. ## ###### 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil. Müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir.

3. ## ###### 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil. Müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir. Bundan başqa, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC ## ###### 2019-cu ildə bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş 120.000 manat məbləğində pulu tam ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2019-cu ildə 4 (dörd) ədəd mənzilə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən podrat müqaviləsi bağlanılmışdır. İddiaçı İddiaçı ## ###### 2019-cu ildə imzalanmış podrat müqaviləsi üzrə cavabdeh Cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra İcraçı (cavabdeh) mənzili təhvil verməyi, Payçı (iddiaçı) isə mənzili tam təhvil almalıdır. Lakin buna baxmayaraq, xeyli müddətdir mənzillərin təhvil-təslim prosesi cavabdeh tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub təhvil verildiyi halda iddiaçının mənzilləri hələ də təhvil verilməmişdir.

22. İddiaçının ərizəsi əsasında qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur.

23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadına əsasən cavabdehin nümayəndəsi və vəkili vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.

24. Cavabdeh Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5- ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında ## ###### 2020-ci il tarixli ** saylı müqavilə bağlanılmış; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında ## #### 2020-ci il tarixli ** saylı müqavilə bağlanılmış; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixli ** saylı müqavilə bağlanılmış; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında ## ###### 2020-ci il tarixli ** saylı müqavilə bağlanılmışdır.

25. İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 2 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzilinə dair “Ojag Construction” MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında bağlanılmış ## ###### 2020-ci il tarixli ** saylı müqavilənin; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanılmış ## #### 2020-ci il tarixli ** saylı müqavilənin; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanılmış ## ###### 2021-ci il tarixli ** saylı müqavilənin; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanılmış ## ###### 2020-ci il tarixli ** saylı müqavilənin etibarsız hesab olunması; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1- ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin, 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin, 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin, Bakı şəhəri, ünvan 2 ünvandakı 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzilin iddiaçı İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini və eyni zamanda cavabdeh Cavabdeh MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmənin sonuncu baxış iclasında iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,əvvəlki tələblərinə əlavə olaraq Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin qaytarılması mümkün olmadıqda, həmin mənzilin bazar qiyməti ilə dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

27. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında bağlanılmış ## ###### 2020-ci il tarixli ** saylı müqavilənin etibarsız hesab olunması, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanılmış ## #### 2020-ci il tarixli ** saylı müqavilənin etibarsız hesab olunması, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ## ###### 2020-ci il tarixli ** saylı müqavilənin etibarsız hesab olunması, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin, 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin, 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin, habelə Bakı şəhəri, ünvan 2 ünvandakı 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzilin iddiaçı İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsinnin cavabdeh Cavabdeh MMC-yə həvalə edilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırılmasının qadağan olunması, iddia tələbləri “Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanılmış ## ###### 2021-ci il tarixli ** saylı müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilə görə iddiaçı tərəfindən ödənilmiş 88200 manat cavabdeh Cavabdeh MMC-dən iddiaçı İddiaçının xeyrinə tutulması qət edilmişdir.(hakim: İlahə Abbasova)

28. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, Həmin müqavilələrə əsasən cavabdeh mənzilləri (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya verməyi, iddiaçı isə həmin yaşayış sahələri qəbul etməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Bununla bağlı “xxxx” MMC tərəfindən ## ###### 2019-cu il tarixli maliyyə arayışları verilmişdir. Lakin həmin mənzillər hazıradək iddiaçıya təhvil verilməmişdir. Məhkəmə baxışı dövründə müəyyən edilmişdir ki, mübahisənin predmeti olan mənzillərlə bağlı iddiaçı ilə bağlanmış müqavilələr ləğv edilmədən, iş üzrə cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə də müqavilələr bağlanmış, həmin mənzillərə görə ödənişlər edilmişdir. Yerində müayinə zamanı təsdiq edilmişdir ki: cavabdeh Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda tikilmiş 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin qapısı bağlıdır, vizual baxışdan mənzildə təmir işlərinin aparılması və qapısının dəyişdirilməsi müəyyən edilir. Məhkəmə baxışında təsdiq edilmişdir ki Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, ** nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 təhvil verilmişdir, həmin mənzil onun faktiki sahibliyində və istifadəsindədir, mənzildə təmir işləri aparılmışdır və L.Piriyeva ailə üzvləri ilə birlikdə həmin mənzildə hazırda yaşayır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzillə bağlı məhkəmə belə qənaətə gəlir ki, həmin mənzillə bağlı ilkin müqavilə iddiaçı ilə bağlansa da, həmin mənzil Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 təhvil verildiyindən, həmin mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 faktiki sahibliyinə və istifadəsində olduğundan, onun tərəfindən təmir edildiyindən həmin mənzillə bağlı müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçının nümayəndələri məhkəmənin sonuncu baxış iclasında iddia ərizəsinə əlavə verərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin qaytarılması mümkün olmadıqda, həmin mənzilin bazar qiyməti ilə dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin mənzilin satılmasından qısa müddət keçmişdir və mənzilin dəyərinin artması ilə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki qanunvericilik kreditora öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu verir, həmin hissədə iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil iş üzrə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 satıldığından həmin mənzilə görə iddiaçı tərəfindən ödənilmiş 88200 manat cavabdeh Cavabdeh MMC-dən tutularaq, iddiaçıya ödənilməlidir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 339cu, 389-cu, 390-cı, 404-cü, 442-ci, 448-ci, 567-ci, 575-ci, 752-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2004-cü il tarixli qərarında Plenum qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci , 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

30. İddiaçı İddiaçı Hassa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin “iddia tələblərinin “Bakı şəhəri, Xətairayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanılmış ## ###### 2021-ci il tarixli ** saylı müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilə görə iddiaçı tərəfindən ödənilmiş 88200 manat cavabdeh Cavabdeh MMC-dən iddiaçı İddiaçının xeyrinə tutulması” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbini təmin edərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi,** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilinə dair “xxxx” MMC ilə “Payçı” X4 arasında bağlanılmış ## ###### 2021-ci il tarixli ** saylı müqavilənin etibarsəz hesab olunması, həmin mənzilin iddiaçı İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini qismən təmin etməklə məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və prosessual norma və qaydalara riayət edilmədiyi üçün iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cımaddəsinin İ hissəsi ilə təsbit edilən məhkəmə müdafiəsi təminatı və mülkiyyət hüququ pozulmuşdur.

32. Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, İddiaçı ümumiyyətlə həmin dövrdə Bakı şəhərində olmamış MMC rəhbərliyi ilə onun hər hansı əlaqəsi olmamış onun tərəfdən MMC hər hansı məbləğ ödənilməmişdir. Hüseyn Rzayev MMC rəhbərliyi ilə danışıqlar aparmış pul vəsaiti onun tərəfdən ödənilmiş onun sözünə əsaslanaraq İddiaçı adına müqavilə tərtib olunmuş və onun sözü ilə həmin müqavilə ləğv edilərək yeni müqavilə X3 adına tərtib olunmuşdur. Bir müddət keçdirkdən sonra, yəni ##.##.2019-cu il tarixdə Hüseyn Rzayev MMC rəhbərliyinin yanına gələrək şərikinin xarici ölkə vətəndaşı olması, həmçinin ABŞ sanksiyaları barədə onları xəbərdar etməklə müqavilələrin oğlunun adına keçirilməsi zərurətinin yarandığını və bu barədə şəriki İran İslam Respublikası vətəndaşı İddiaçı ilə razılaşdığını bildirmişdir. Lakin müqavilələrin əsillərinin İranda olması səbəbindən, onları daha sonra gətirə biləcəklərini bildirmiş, MMC rəhbərliyi isə onların səmimiyyətlərə inanaraq, MMC tərəfindən İddiaçı ilə bağlanmış müqavilələrə xitam verilmiş Hüseyn Rzayevin oğlu X3 ilə yeni müqavilələr imzalanmışdır. Bir müddət keçdikdən sonra isə Nicat Rzazadə qeyd edilən mənzilləri başqa şəxslərə satmışdır. Hazırda qeyd edilən mənzillərdə yeni sahibləri yaşamaqdadır. Qeyd edilən hadisələrin üzərindən 5 ildən artıq vaxt keçmişdir. İndi İran İslam Respublikası vətəndaşı İddiaçı müqavilələrin əsillərinin onda qalmasından istifadə edərək ikinci dəfə mənzillərə sahiblənmək və əsassız olaraq varlanmaq istəyir. Həmçinin qeyd edilən şəxs həmin mənzillərlə hazırki tarixədək maraqlanmamış onlara hər hansı baxış keçirməmiş faktiki sahiblik etməmişdir. Həmçinin hazırda məhkəməyə təqdim edilən müqavilələrdə olan imzanın iddiaçıya məxsus olmasına dair əsaslı şübhələr müvcuddur. Hesab edir ki, həmin müqavilələr Hüseyn Rzayev tərəfindən icra olunmuşdur. Belə olan halda bu faktın dəqiqləşdirilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi zərutəti vardır. Həmin imzaların iddiaçıya məxsus olması sübuta yetirilərsə onun bu iş üzrə subyektiv huququ mövcud olmayacaqdır. Halbuki, qeyd edilən müqavilələr tərəflər arasında olan pul vəsaitinin verilməsini pərdələmək üçün bağlanmışdır.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi vəkil1 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

36. Məhkəmə iclasında cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayətlərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

37. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Hazırkı apellyasiya şikayətlərində qətnamənin həm iddianın təmin edildiyi hissələrinin, həm də təmin edilməyən hissələrinin ləğv edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

44. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2019-cu ildə 4 (dörd) ədəd mənzilə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən podrat müqaviləsi bağlanılmışdır. İddiaçı İddiaçı ## ###### 2019-cu ildə imzalanmış podrat müqaviləsi üzrə cavabdeh Cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra İcraçı (cavabdeh) mənzili təhvil verməyi, Payçı (iddiaçı) isə mənzili tam təhvil almalıdır. Lakin buna baxmayaraq, xeyli müddətdir mənzillərin təhvil-təslim prosesi cavabdeh tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub təhvil verildiyi halda iddiaçının mənzilləri hələ də təhvil verilməmişdir. Xüsusilə narahatedici və hüquqi baxımdan ən ciddi məsələ odur ki, məhkəmənin həyata keçirdiyi yerli baxış zamanı cavabdeh Cavabdeh MMC-nin satışa çıxardığı mənzillərlə bağlı qanunsuzluğa (böyük ehtimalla cinayətə) yol verdiyi aşkar edilmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş yerli baxış zamanı məlum olmuşdur ki, Cavabdeh MMC həmin mənzilləri ciddi qanun pozuntularına yol verərək müxtəlif şəxslərə satmışdır. Belə ki, cavabdeh Cavabdeh MMC Bakı şəhəri, ünvan 2 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzili ## ###### 2019cu ildə bağlanmış müqavilə ilə iddiaçı İddiaçı satsa da, həmin mənzillə bağlı Cavabdeh MMCnin direktoru X2 tərəfindən qanunsuz olaraq “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ilə ## ###### 2020-ci il tarixdə ** saylı müqavilə bağlanılmışdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzili ## ###### 2019-cu il tarixli Müqavilə ilə Cavabdeh MMC tərəfindən İddiaçı satılsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X2 tərəfindən qanunsuz olaraq “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə ## #### 2020-ci il tarixdə ** saylı müqavilə bağlanılmışdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzili ## ###### 2019-cu il tarixli Müqavilə ilə Cavabdeh MMC tərəfindən İddiaçı satılsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X2 tərəfindən qanunsuz olaraq “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə ## ###### 2021-ci il tarixdə ** saylı müqavilə bağlanılmışdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzili ## ###### 2019cu il tarixli Müqavilə ilə Cavabdeh MMC tərəfindən İddiaçı satılsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X2 tərəfindən qanunsuz olaraq “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ## ###### 2020-ci il tarixdə ** saylı müqavilə bağlanılmışdır. Göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC ilə müqavilələr bağlayaraq mənzillər əldə etsə də, cavabdeh qanunsuz olaraq, iddiaçının hüququ ilə yüklü edilmiş, iddiaçıya məxsus həmin mənzilləri üçüncü şəxslərə satmışdır. Bu hal isə iddiaçının hüquqlarının ciddi şəkildə pozulmasına, mülki mübahisələrin yaranmasına və alıcıların mənzil hüququna dair təminatlarının şübhə altına düşməsinə səbəb olmuşdur. Beləliklə, cavabdehin əqddən əvvəlki və əqddən sonrakı hərəkətləri onu təsdiq edir ki, Cavabdeh MMC tərəfindən sonradan bağlanmış müqavilələr mülki qanunvericiliyin tələblərinə cavab vermədiyindən həmin əqdlər etibarsız sayılmalıdır.

45. Məhkəmə qeyd edir ki, ##.##.2019-cu il tarixli müqavilələrin imzalanması ilə tərəflər arasında hüquqi nəticə etibarı ilə podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh qeyd edilən mənzilləri iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında cavabdehə mənzillərin dəyəri olaraq razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə müəyyən edilmiş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya mənzillərin dəyərinin tam ödənilməsi barədə ##.##.2019-cu il tarixdə maliyyə arayışlarının verilməsi iddiaçının mənzillərin dəyərinin ödənilməsi ilə bağlı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsini təsdiq edir. Belə olan halda, mənzillərin real olaraq dəyərinin ödənilməməsi ilə bağlı gələcəkdə yaranacaq hər hansı mübahisəyə görə məsuliyyət bu arayışı verən səlahiyyətli şəxsin üzərinə düşür. Belə ki, mənzillərin tam dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışlarının verilməsi artıq bu şəxsin mənzillərə görə hər hansı borcunun qalmasını istisna edir.

46. Mövcud vəziyyətdə cavabdehin mübahisəli mənzillərə sahiblik və ondan istifadə edilməsi ilə bağlı iddiaçıya maneənin yaradılması üçün hər hansı əsası yoxdur və bu istiqamətdə cavabdeh tərəfindən görülən bütün tədbirlər qanunsuzdur.

47. Hər bir halda, cavabdehin əsas dəlili ondan ibarətdir ki, İddiaçı ümumiyyətlə həmin dövrdə Bakı şəhərində olmamış, MMC rəhbərliyi ilə onun hər hansı əlaqəsi olmamış onun tərəfdən MMC hər hansı məbləğ ödənilməmişdir. Hüseyn Rzayev MMC rəhbərliyi ilə danışıqlar aparmış pul vəsaiti onun tərəfdən ödənilmiş onun sözünə əsaslanaraq İddiaçı adına müqavilə tərtib olunmuş və onun sözü ilə həmin müqavilə ləğv edilərək yeni müqavilə X3 adına tərtib olunmuşdur. Başqa sözlə, ##.##.2019-cu il tarixli müqavilələrin tərəfi olan cavabdeh iddiaçının həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyini bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut mövcud deyil, əksinə bu halı təkzib edən maliyyə arayışları mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən yerində müəyinə zamanı da Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil istisna olmaqla digər 3 mənzildin təmirsiz olaraq yaşayış olmadığı təsbit edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq mənzillərin təhvil verilməsinnin cavabdeh Cavabdeh MMC-yə həvalə edilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırılmasının qadağan olunması barədə nəticəyə gəlmişdir.

48. Məhkəmə kollegiyası Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzillə bağlı qeyd edir ki, həmin mənzillə bağlı ilkin müqavilə iddiaçı ilə bağlansa da, həmin mənzil Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 təhvil verildiyindən, həmin mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 faktiki sahibliyinə və istifadəsində olduğundan, onun tərəfindən təmir edildiyindən həmin mənzillə bağlı müqavilənin etibarsız hesab etməməklə, sonuncu iddianın dəqiqləşməsi ərizəsinə münasibətdə mənzilin dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsini düzgün olaraq qismən təmin etmişdir. Mülki qanunvericilik kreditora öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu verdiyindən həmin mənzilə görə ödənilən pul məbləğinin geri qaytarılmasını haqlı hesab edir. Lakin apellyasiya şikayətində iddiaçı məhkəmənin qətnaməsinin məhz sözügedən mənzilə münasibətdə Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməməsi və ona mənzilə görə pulun qaytarılması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməklə Cavabdeh MMC ilə “payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsinin cavabdeh Cavabdeh MMC-yə həvalə edilməsi, mənzilin maneəsiz sahiblik və istifadənin məhdudlaşdırılmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisələndirilən mənzilin podrat müqaviləsinə əsasən Lalə Pirəliyeva təhvil verilməklə artıq təmir etdirməklə orada yaşadığından həmin müqavilənin etibarsız hesab edilməsi hissəsində iddianı təmin etməmiş, yalnız mənzilə görə ödənilən pulun qaytarılmasını cavabdehə həvalə etmişdir. Bu durumda isə mənzilə görə cavabdehdən əlavə ona dəymiş zərərin tələb edilməsi iddiaçıya münasibətdə istisna edilmir.

49. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar