Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-847/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 direktoru X3 iştirakı ilə, İddiaçı Mehtiyeva İlhamiyyə Murad qızının cavabdehlər “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X20rşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsİ” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Mehtiyeva İlhamiyyə Murad qızı ##.##.2007-ci il tarixdən * nömrəli Bakı Peşə Məktəbinə 13-cü dərəcə ilə istehsalat təlim ustası vəzifəsinə qəbul edilmiş, həmin təşkilatda ##.##.2024cü il tarixinə kimi işləmiş, ##.##.2024-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ####### tarixli, *** nömrəli Qərarına əsasən 6 No-li Bakı Peşə Məktəbinin bazasında yaradılmış X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 istehsalat təlimi ustası vəzifəsində işləmişdir. İşəgötürənin ##.##.2018-ci il tarixli, ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli əmrləri ilə iddiaçı barəsində intizam tənbehi kimi “ciddi xəbərdarlıq”, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və “şifahi olaraq sonuncu xəbərdarlıq” verilmişdir. X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 ##.##.2025-ci il tarixli *** saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 istehsalat təlimi ustası vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi X21 Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli 19 No-li protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ##.##.2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir göstərilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmr qəbul edilərkən onun əmək hüquqlarını pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Mehtiyeva İlhamiyyə Murad qızı cavabdehlər “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X20rşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, "X9 X4 Dövlət Peşə Təhsil Mərkəzi" X2 direktorunun ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinə əsasən ##.##.2024-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin çıxarılmasına əsas olaraq cavabdeh tərəfinən qeyd edilmişdir ki, guya onun tərəfindən rəhbərlik etdiyi ******** nömrəli qrup tələbələrindən qeyri-qanuni olaraq pul vəsaiti alınması faktı müəyyən edilmişdir. Yenə cavabdeh öz əsassız əmrində qeyd edir ki, guya o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozmaqla öz əmək funksiyalarını yerinə yetirməmişdir. Beləliklə də, guya o, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir və bu hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirilmiş, nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdən o, işdən azad olunmuşdur. Əmrə əsas kimi isə ##.##.2025-ci il tarixli ** nömrəli protokol və “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir. O, 33 il müddətində istehsalat təlim ustası vəzifəsində müxtəlif peşə təhsili mərkəzlərində çalışmışdır. Çalışdığı dövrlər ərzində həqiqiliyi olan heç bir nizam intizam pozuntusu etməmiş, iş kollektivinə və cəmiyyətə daima hörmətlə yanaşmışdır. Barəsində müxtəlif iddialar olsa da heç birisi sübuta yetirilməmişdir. Hətta barəsində illər əvvəl verilmiş töhmətə belə rəhbərlik xahiş etdiyindən onu yuxarı rəhbərlər qarşısında “pis vəziyyətdə qoymamaq üçün” səs çıxarmamışdır. Çalışdığı dövr ərzində rəhbərlik etdiyi tələbə qruplarında oxuyan şagirdlərin və onların valideynlərinin böyük sevgisini qazanmışdır. İstər onun, istərsə də, rəhbərlik etdiyi tələbələrinin davamiyyəti qaydasında olmuşdur. Fəaliyyət göstərdiyi idarələrin qatıldığı ictimai tədbirlərdə hər zaman öncül olaraq iştirak etmişdir, nümunəvi şəxs kimi yuxarı rəhbərlərə təqdim edilmişdir. Bu dövrlər ərzində kollektivdə sayılıb-seçilən bir şəxs olmaqla yanaşı öz ətrafında, çalışdığı müəssisələrdə və cəmiyyətdə kifayət qədər rəğbət görən bir nüfuza da sahib olmuşdur. Bütün bunlara rəğmən sonuncu iş yeri olan X9 Nəqliyyatı üzrə BDPT mərkəzində fəaliyyət göstərdiyi son dövrlər ərzində mərkəzin direktoru Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbilə əsassız təzyiqlərə məruz qalmısdır. Rəhbər öz vəzifə səlahiyyətlərindən, nüfuzundan və ondan asılı olan çalışanlardan istifadə etməklə müxtəlif bəhanələr gətirərək onu işdən uzaqlaşdırmağa çalışmış, ilk başlarda bunu öz ərizəsi ilə etməsi üçün böyük təzyiqlər göstərmiş, bunu bacarmadıqda isə əsassız yerə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişdir. Səlahiyyətli şəxs Fizuli Talıbov bu qanunsuz əmri imzalayaraq onu əsassız olaraq işdən çıxarmağı öz tamahı üçün, bilərək və istəyərək etmişdir. Ona qarşı əsassız olaraq əvvəl rüşvət ittihamı irəli sürüb, bu təsdiqini tapmadıqda isə öz ərizəsi ilə işdən çıxmazsa Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılacağı barədə direktor müavini olaraq bilinən baş usta Xalidə Mənsimli vasitəsilə ona hədə-qorxu xarakterli mesajlar göndərmiş, “öz xoşumla ərizə yazıb işdən çıxmasam, bugünə qədər əldə etdiyim bütün iş həyatımı məhv edəcəyini” və kadrlar şöbəsi tərəfindən sair təhdidlər göndərərək, eyni zamanda kollektivdə əsassız şayələr yaymaqla bu qanunsuz əmri imzalamışdır. Direktorun onu öz ərizəsi ilə işdən çıxmaq üçün təhdid etməsi halı, iş verən tərəflə bağlanmış əmək müqaviləsinin 9.4-cü bəndinin tələblərinin də, cavabdeh tərəfindən pozulması halıdır. ##.##.2025-ci il tarixdə onun bülletende olduğu dövrdə X9 X4 Dövlət Peşə Təhsil Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin 61 nəfərin itirakı ilə keçirilmiş ümumi iclasında o, heç bir əsas və sübut olmadan rüşvətxor adlandırılmış və bu iclasın nəticəsində çıxarılmış protokola əsasən barəsində əsassız əmr qəbul edilmişdir. Hətta, hal-hazırda mübahisələndirilən əsassız əmri məktəbin çölündə açıq-aşkar nümayiş etdirməklə onun şərəf və ləyaqətini alçaltmaq üçün addımlar atılmış, onun əmək və digər konstitusiyon hüquqlarını pozulmuş və kollektivdə olan nüfuzu salınmağa çalışılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi olan Fizuli Talıbov ona qarşı mənəvi-psixoloji təzyiqlər göstərmiş, barəsində əsassız məlumatlar yaymaqla pedaqoji kollektiv və texniki heyət arasında haqqında əsassız mənfi rəy formalaşmasına nail olmuşdur. Bu məsələlərlə bağlı dəfələrlə direktorun qəbuluna getmək istədikdə ilk dəfə mühafizəçilərin kobud rəftarı ilə direktorun kabinetinə girmədən qəbul otağından uzaqlaşdırılmışdır. Daha sonra isə məktəbin inzibati binasından təhqiramiz bir formada kənarlaşdırılmışdır. Bütün bunlar əsəb sistemini məhv etmiş, ağır sarsıntılar keçirmişdir. Nəticədə məktəbə təcili tibbi yardım çağırılıb və xəstəxanaya aparılmışdır. İş yerində üzləşdiyi bu təzyiqlər onun psixoloji durumunu dözülməz hala salmışdır. Buna dair artıq müvafiq şikayətlərini artıq aidiyyatı orqanlara göndərmişdir. Hətta əsassız əmrin ləğv edilərək işə bərpa olunmasına dair məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mediasiya sessiyasında razılığa gəlməyə çalışsa da, tərəf qətiyyətlə qanunsuz əməllərindən geri durmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhz bu prinsipləri əsas götürərək və yuxarıda qeyd edilənlərə münasibətdə bildirir ki, o, cavabdehin əmri qəbul edərkən əsas gətirdiyi əməlləri törətməmiş, əksinə öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. Onun işdən azad olunmasına səbəb kimi 2 hal qeyd edilmişdir. İlk hal ondan ibarətdir ki, guya o, rəhbərlik etdiyi ******** nömrəli qrup tələbələrindən qeyri-qanuni olaraq pul vəsaiti almışdır. Bu rəhbərlik tərəfindən ona qarşı irəli sürülmüş ağır cinayətə dair bir ittihamdır, böhtandır. Bildirmək istəyir ki, qeyd edilən hal baş verməmişdir, həmçinin bunu sübuta yetirəcək heç bir dəlil mövcud deyildir. Mübahisələndirilən ##.##.2025-ci il tarixli, *** nömrəli əmrə əsas olmuş ** nömrəli ##.##.2025-ci il tarixli protokolda ona qarşı rüşvət aldığına dair iddialar yer almaqdadır və o protokolun nəticəsində guya tələbələrdən pul aldığına görə cəzalandırılması qərara alınmışdır. Halbuki, onun kimdənsə pul almasına dair hər hansı bir sübut, dəlil, məhkəmə qərarı ən azından əsaslı bir şübhə belə yoxdur. Beləliklə aydın görünür ki, qəbul edilmiş əmr əsassızdır və ləğv edilməlidir. Digər ikinci hal ondan ibarətdir ki, cavabdeh əsassız əmrində qeyd edir ki, o guya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ##.##.2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozmaqla öz əmək funksiyalarını yerinə yetirməmişdir. Bu məsələyə dair iki amil vardır. Birincisi odur ki, o, “əmək funksiyalarından hansını yerinə yetirməmişdir”? və “Təhsilverənlərin etik davranış Qaydalarından” hansı qaydanı kobud səkildə pozmuşdur? Bu iki məsələ əmrdə öz əksini tapmır və cavabdehin nümayəndələri onun bu suallarına cavab verə bilmir. Ona təqdim edilən sənədlərdə bu mübahisəli məsələyə dair heç bir fakt və ya sübut mövcud olmadığından, eyni zamanda onunla bağlanmış əmək müqaviləsinə əsasən qeyd edilmiş əmək funksiyasının (##.##.2024-cü il tarixli Əmək Müqaviləsinin 3-cü maddəsinin 3.1.1-ci bəndi: istehsalat təlim ustası) öhdəsindən tam gəldiyindən hesab edir ki, cavabdehin qəbul etdiyi əmr tam olaraq əsassızdır və ləğv edilməlidir. 2-ci bənddə qeyd etdiyi mübahisələndirilən əmrə əsas olmuş guya onun “qaydaları kobud şəkildə pozmasına” dair cavabdehin iddiaları üçün qeyd edir ki, Əmək Məcəlləsinin 72ci maddəsinə əsasən işçinin kobud pozuntuları qanunvericiliklə tənzimlənmiş və konkret olaraq müəyyən edilməklə sadalanmışdır. Bu sadalananlar xaricində işçinin hansısa hərəkəti kobud pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən normaya əsasən kobud pozuntular bu cür göstərilmişdir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bu göstərilən nöqsanlardan heç birisinə onun tərəfindən yol verilməmişdir. Həmçinin cavabdehin buna dair da hər hansı bir sübutu və ya dəlili mövcud deyildir. Buna baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi əsassız olaraq əmr qəbul etmişdir və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən qeyd edir ki, cavabdehin əsassız əmri onun hüquqlarının pozulmasının bariz nümunəsidir. Bununla da, onun mübahisələndirilən əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmadığı sübuta yetirilmişdir. Mediasiya prosessi zamanı cavabdehə müraciət edərək barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməsini tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Hesab edir ki, ##.##.2025-ci il tarixli *** nömrəli əmr əsassız olduğundan ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Eyni zamanda məcburi iş buraxma müddətinə görə itirdiyi əməkhaqqı məbləği cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehlə aralarında yaşanan bu qalmaqallı halların nəticəsi olaraq o, iki dəfə təcili tibi yardıma müraciət etmişdir və müalicələr almışdır. Hal-hazırda da, mənəvi vəziyyəti, ruh halı və sağlığı yerində deyildir. Bütün bu hərəkətlərin nəticəsində ağır sarsıntılar keçirir. Cavabdehin nümayəndələrinin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığına və mənəvi rahatlığına böyük zərbə dəymişdir. Bütün bunlar əsas verir ki, o, ona dəymiş mənəvi zərərə görə əlavə kompensasiya tələb etsin. Hesab edir ki, cavabdeh bu ona qarşı edilmiş bu qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə ona 10.000 manat kompensasiya ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı “X9 X4 Dövlət Peşə Təhsil Mərkəzi” X2 direktorunun ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində dəymiş mənəvi zərərə görə 10.000 manat kompensasiya, məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin, mediasiya xərcləri üçün və dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, yalnız “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 müstəqil hüquqi şəxs kimi işəgötürən qismində çıxış edir. Ona görə də hazırkı tələb üzrə yalnız “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 cavabdehlik daşıyan şəxs kimi qəbul olunmalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsas onun əmək vəzifələrini pozulması olmuşdur. Belə ki, X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 Pedaqoji Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli protokollardan görünür ki, Mehtiyeva İlhamiyyə Murad qızı müəssisədə uzun müddət çalışır, bu müddət ərzində onun tərəfindən müəssisənin daxili nizam-intizam qaydalarının bir neçə dəfə pozulması halları müşahidə olunmuşdur. Belə ki, ##.##.2018-ci il tarixdə İlhamiyyə Mehtiyevaya daxili intizam qaydalarının pozulmasına görə şifahi xəbərdarlıq edilmiş, ##.##.2023-cü il tarixdə isə “Avtomobil mühərriklərinin yığıcısı” ixtisası üzrə təhsil alan tələbə X5 valideyni tərəfindən rəhbərliyə yazılı şəkildə müraciət olunmuşdur. Müraciətdə İlhamiyyə Mehtiyevanın tələbəni vurması və təhqir etməsi ilə bağlı ciddi ittihamlar səsləndirilmişdir. Bu hadisə araşdırılmış və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin verilmiş töhmətə baxmayaraq İlhamiyyə Mehtiyeva ##.##.2023-cü il tarixdə rəhbərliyə şifahi olaraq yenidən xəbərdarlıq almasına səbəb olan davranış nümayiş etdirmişdir. ##.##.2024-cü il tarixində * nömrəli Peşə Məktəbi ilə bağlanmış müqaviləsinə xitam verildikdən sonra o, yenidən X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Rəhbərlik tərəfindən bu qəbul prosesi zamanı ona bir daha xəbərdarlıq edilmiş və əməkdaşldan daxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi, həmçinin müəllim-tələbə münasibətlərində etik davranış sərgiləməsi tələb olunmuşdur. Lakin göstərilən tədbirlərə və verilən son xəbərdarlığa baxmayaraq, İlhamiyyə Mehtiyeva əmək funksiyalarını şəristəsiz, qeyri-vicdanlı şəkildə yerinə yetirməyə davam etmişdir. Onun fəaliyyətində iş intizamına riayət olunmaması, müəssisədaxili qaydaların kobud şəkildə pozulması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi bir daha müşahidə olunmuşdur. 2024-2025-ci tədbris ili ərzində İlhamiyyə Mehtiyevanın rəhbərlik etdiyi qrupun tələbələri arasında aparılan müşahidələr və daxil olan şikayətlər əsasında müəyyən olunmuşdur ki, o, tələbələrdən qeyri-qanuni şəkildə pul və əşya tələb etmiş, bəzi hallarda isə onlara qarşı hədə-qorxu və psixoloji təzyiq metodlarından istifadə etmişdir. Konkret olaraq iclasda da iştirak edən ******** nömrəli qrupun tələbəsi X6 tərəfindən mərkəzin Gənclərin Hərbi Çağırışaqədərki Rəhbəri Elşən İsmayılov Müzəffər oğluna təqdim edilən yazılı müraciətdə bildirilmişdir ki, İlhamiyyə Mehtiyeva ondan mütəmadi şəkildə pul tələb etmiş və bu hal tələbədə narahatlıq yaratmışdır. Tələbə bu halın uzun müddət davam etdiyini və onun psixoloji vəziyyətinə mənfi təsir etdiyini qeyd etmişdir. Bu kimi hallar tələbələrin hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnir və pedaqoji fəaliyyət üçün yolverilməzdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və əvvəllər – ##.##.2018, ##.##.2023 və ##.##.2023-cü illərdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçının işdən azad olunması barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə proses iştirakçısının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Halbuki məhkəmə qərəzli şahidləri, yəni direktorun birbaşa təsiri altında olan şəxsləri dinləyib, ümumiyyətlə ona məlum olmayan əmrlərdən bəhs edib və qətnamə içərisində biri digərini təkzib edən ifadələrə yer verib. Eyni zamanda onun iştirakı olmadığı həmin baxış iclasının audio və video görüntülərinin də tələb edilərək izlənilməsi zəruridir. Belə ki, izahatı alındığı qeyd edilən şəxslərin məhkəmə iclasında iştirakı və dediklərinin öz təsdiqini tapması yoxlanılmalıdır. Bununla bağlı məhkəməyə ayrıca vəsatətlə müraciət edəcəkdir. Həmçinin məhkəmə onun iştirakı olmadan işə baxarkən belə əsaslanma aparmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı Mehtiyeva İlhamiyyə Murad qızı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizədə məhkəməyə xüsusi ittiham qaydasında verdiyi şikayətlər üzrə işə baxıb yekunlaşmadığı və şəhid ölümünün il dönümü ilə əlaqədar yas mərasimində iştirak etməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halların üzrlü hal kimi qəbul edilə bilməməsini, eyni zamanda cavabdehin işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılması barədə ərizəsini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu hissədə çəkişmə prinsiplərinin tələbləri pozulmaqla yanaşı iş üzrə geniş araşdırma tələb olunmasına baxmayaraq cəmi bir hazırlıq və bir baxış iclası keçirilməklə iş yekunlaşdırılmış və ona 08 noyabrda çatan qətnamə elə çıxarıldığı gün ##.##.2025-ci il tarixdə hazır bir şəkildə elektron sistemə yüklənmişdir. İşin maraqlı tərəfi ondan ibarətdir ki, həmin qətnamədə məhkəməyə təqdim edilməmiş sənədlərə əsaslanılmışdır. Eyni zamanda üzürlü səbəblə (bacısı oğlu, Qazax şəhəri Qaymaqlı kənd X14 Sənan Meydanalı oğlunun şəhadət günü ##.##.2020 və anası X10 ölüm günü ##.##.2020) Qazax rayonunda olduğuna və məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair məhkəməyə məlumat verməsinə baxmayaraq hüquqları yenə pozulmuşdur. Məhkəmədə iştirakına şərait yaradılmamış, işin tam və obyektiv araşdırılması aparılmadan faktiki hallar süni olaraq pərdələnməklə “tez-bazar” iş yekunlaşdırılmışdır. Yaxın iki qohumumun şəhadətlərinin il dönümündə iştirak üçün Bakı şəhərində ola bilməməsi və məhkəmə iclasının təxirə salınmasını tələb etməsi lakin, məhkəmənin bunu üzürlü səbəb hesab etməməsi həqiqəti yox sadəcə məhkəmənin qərəzli münasibətini və tərəfli yanaşmasını göstərir. Onun birbaşa konstitusion hüquqları pozulmuşdur. Pozulmuş hüquqlarının bərqərar edilməsi labüddür. Göründüyü kimi məhkəmə iddiaçının ifadə və sübutlar təqdim etməsinə şərait yaramamış, əsassız olaraq məhkəmədə müzakirə olunmamış sübut və dəlillərə dayanaraq çıxardığı qətnaməyə münasibətdə iddiaçıdan sübut və dəlillər gətirməsini tələb etməmişdir. Tərəfindən təqdim edilmiş sübutları araşdırmadan və məhkəməyə şahidlərin dəvət olunmasına şərait yaratmadan, əlavə sübutlar təqdim etməsinə imkan tanımadan eyni zamanda bütün bunlara onlara qiymət vermədən çəkişmə prinsipinin tələblərini də pozmuşdur. ##.##.2025-ci il tarixdə bülletende olduğu dövrdə X9 Nəqliyyati Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin 61 nəfərin itirakı ilə keçirilmiş ümumi iclasında o, heç-bir əsas və sübut olmadan rüşvətxor adlandırılmış və bu iclasın nəticəsində çıxarılmış protokola əsasən barəsində əsassız əmr qəbul edilmişdir. Hətta, hal-hazırda mübahisələndirilən əsassız əmri məktəbin çölündə açıq-aşkar nümayiş etdirməklə onun şərəf və ləyaqətini alçaltmaq üçün addımlar atılmış, onun əmək və digər konstitusiyon hüquqları pozulmuş və kollektivdə olan nüfuzu salınmağa çalışılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi olan Fizuli Talıbov ona qarşı mənəvi-psixoloji təzyiqlər göstərmiş, barəsində əsassız məlumatlar yaymaqla pedaqoji kollektiv və texniki heyət arasında haqqında əsassız mənfi rəy formalaşmasına nail olmuşdur. Bütün bunların nəticəsində isə işsiz qalmasına və əmək hüquqlarının pozulmasına cavabdeh nail olmuş, məhkəmə isə buna biganə yanaşmışdır. Qeyd edir ki, 33 il müddətində istehsalat təlim ustası vəzifəsində müxtəlif peşə təhsili mərkəzlərində çalışmışdır. Çalışdığı dövrlər ərzində həqiqiliyi olan heç-bir nizam intizam pozuntusu etməmiş, iş kollektivinə və cəmiyyətə daima hörmətlə yanaşmışdır. Barəsində müxtəlif iddialar olsa da heç-birisi sübuta yetirilməmişdir. Hətta barəsində illər əvvəl verilmiş töhmətə belə rəhbərlik xahiş etdiyindən onu yuxarı rəhbərlər qarşısında “pis vəziyyətdə qoymamaq üçün” səs çıxarmamışdır. Çalışdığı dövr ərzində rəhbərlik etdiyi tələbə qruplarında oxuyan şagirdlərin və onların valideynlərinin böyük sevgisini qazanmışdır. İstər onun istərsə də, rəhbərlik etdiyi tələbələrinin davamiyyəti qaydasında olmuşdur. Fəaliyyət göstərdiyi idarələrin qatıldığı ictimai tədbirlərdə hər zaman öncül olaraq iştirak etmiş, nümunəvi şəxs kimi yuxarı rəhbərlərə təqdim edilmişdir. Bu dövrlər ərzində kollektivdə sayılıb-seçilən bir şəxs olmaqla yanaşı öz ətrafında, çalışdığı müəssisələrdə və cəmiyyətdə kifayət qədər rəğbət görən bir nüfuza da sahib olmuşdur. Bütün bunlara rəğmən sonuncu iş yeri olan X9 Nəqliyyatı üzrə BDPT mərkəzində fəaliyyət göstərdiyi son dövrlər ərzində mərkəzin direktoru Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbilə əsassız təzyiqlərə məruz qalmışdır. Rəhbər öz vəzifə səlahiyyətlərindən, nüfuzundan və ondan asılı olan çalışanlardan istifadə etməklə müxtəlif bəhanələr gətirərək onu işdən uzaqlaşdırmağa çalışmış, ilk başlarda bunu öz ərizəsi ilə etməyi üçün böyük təzyiqlər göstərmiş, bunu bacarmadıqda isə əsassız yerə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə məni işdən azad etmişdir. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, sadalanan pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Məhkəmənin əsaslandığı faktlar və cavabdehin arqumentləri tamamilə əsassızdır və öz mülahizələrinə dayanır. Belə ki, onun rüşvət almasına və bunun məktəbə xələl gətirdiyinə dair cavabdehin haqsız iddiaları ümumiyyətlə öz təsdiqini tapmamışdır. Şahid olaraq dindirildiyi qeyd olunan halhazırda isə cavabdeh müəssisənin direktoru Fizuli Talıbovdan asılı olan Ramin Hümbətovun ərizəsi sonradan nəql edilməklə yazdırılmış, həmin məsələ ilə bağlı Elşən İsmayılovun ##.##.2025-ci il tarixli məlumat məktubundan da göründüyü üzrə onun Ramin Hümbətovdan pul tələb etməyinə dair qərəzli iddialar öz təsdiqini tapmamışır. Buna dair onda səs yazıları da mövcuddur ki, məhkəmə bunları təqdim etməyi üçün heç-bir şərait yaratmamış işi adətən örtbasdır etmək üçün tez yekunlaşdırmışdır. Həmçinin ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Eyni zamanda, əmək fəaliyyəti zamanı yol verdiyi hansı kobud səhvləri, hüquq pozuntularım nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin (cavabdehin) hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi halı da cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Hətta bu məsələ çıxarılmış qətnaməyə hüquqi əsas təşkil etsə də, məhkəmə tərəfindən araşdırılmamış, cavabdeh tərəfin mülahizələri əsas götürülmüş, təqdim edilməyən sübutlara araşdırılmadan hüquqi qiymət verilmiş və bu kimi hallar sübuta yetirilməmişdir. Məhkəmə işəgötürən güclü tərəfin təzyiqi ilə həmin məktəbin çalışanları və bir iki şirnikdirilmiş tələbənin izahatını əsas götürərək haqsız olaraq iddia tələbini rədd etmiş, digər tələbələrin və kollektiv üzvlərinin ifadələrini almaqdan yayınmış və iddiaçıya münasibətdə çəkişmə prinsipinin tələblərini də pozmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən bəndlərdən heç-birisi onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi kimi vurğulana bilməz. Məhkəmə prosesində təqdim edilmiş sübutlar işin hallarına ümumiyyətlə uyğun gəlmir. İlin 2-ci ayında olduğu bildirilən hadisəyə dair 7-ci ayda iclas çağırılması və onun guya tələbələrdən pul tələb etməyi cavabdehin şəxsi mülahizəsindən ibarətdir və məhkəmə bunları əsassız olaraq fakt kimi qəbul etmişdir. Heç bir araşdırma aparmaqla şübhəli məqamlara aydınlıq gətirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 direktoru X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.2007-ci il tarixdən * nömrəli Bakı Peşə Məktəbinə 13-cü dərəcə ilə istehsalat təlim ustası vəzifəsinə qəbul edilmiş, həmin təşkilatda ##.##.2024-cü il tarixinə kimi işləmiş, ##.##.2024-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ####### tarixli, *** nömrəli Qərarına əsasən 6 No-li Bakı Peşə Məktəbinin bazasında yaradılmış X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 istehsalat təlimi ustası vəzifəsində işləmişdir. İş materiallarından həmçinin görünür ki, işəgötürənin ##.##.2018-ci il tarixli, ##.##.2023cü il tarixli və ##.##.2023-cü il tarixli əmrləri ilə iddiaçı barəsində intizam tənbehi kimi “ciddi xəbərdarlıq”, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və “şifahi olaraq sonuncu xəbərdarlıq” verilmişdir. X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 ##.##.2025-ci il tarixli *** saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 istehsalat təlimi ustası vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi X21 Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli 19 No-li protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ##.##.2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” göstərilmişdir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsas onun əmək vəzifələrini pozulması olmuşdur. İddiaçının tələbinin əsaslarından isə görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Halbuki, X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 Pedaqoji Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli protokollardan görünür ki, Mehtiyeva İlhamiyyə Murad qızı müəssisədə uzun müddət çalışır, bu müddət ərzində onun tərəfindən müəssisənin daxili nizam-intizam qaydalarının bir neçə dəfə pozulması halları müşahidə olunmuşdur. Belə ki, ##.##.2018-ci il tarixdə İlhamiyyə Mehtiyevaya daxili intizam qaydalarının pozulmasına görə şifahi xəbərdarlıq edilmiş, ##.##.2023-cü il tarixdə isə “Avtomobil mühərriklərinin yığıcısı” ixtisası üzrə təhsil alan tələbə X5 valideyni tərəfindən rəhbərliyə yazılı şəkildə müraciət olunmuşdur. Müraciətdə İlhamiyyə Mehtiyevanın tələbəni vurması və təhqir etməsi ilə bağlı ciddi ittihamlar səsləndirilmişdir. Bu hadisə araşdırılmış və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin verilmiş töhmətə baxmayaraq İlhamiyyə Mehtiyeva ##.##.2023-cü il tarixdə rəhbərliyə şifahi olaraq yenidən xəbərdarlıq almasına səbəb olan davranış nümayiş etdirmişdir. ##.##.2024-cü il tarixində * nömrəli Peşə Məktəbi ilə bağlanmış müqaviləsinə xitam verildikdən sonra o, yenidən X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Rəhbərlik tərəfindən bu qəbul prosesi zamanı ona bir daha xəbərdarlıq edilmiş və əməkdaşdan daxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi, həmçinin müəllim-tələbə münasibətlərində etik davranış sərgiləməsi tələb olunmuşdur. Lakin göstərilən tədbirlərə və verilən son xəbərdarlığa baxmayaraq, İlhamiyyə Mehtiyeva əmək funksiyalarını şəristəsiz, qeyri-vicdanlı şəkildə yerinə yetirməyə davam etmişdir. Onun fəaliyyətində iş intizamına riayət olunmaması, müəssisədaxili qaydaların kobud şəkildə pozulması, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi bir daha müşahidə olunmuşdur. 2024-2025-ci tədris ili ərzində İlhamiyyə Mehtiyevanın rəhbərlik etdiyi qrupun tələbələri arasında aparılan müşahidələr və daxil olan şikayətlər əsasında müəyyən olunmuşdur ki, o, tələbələrdən qeyri-qanuni şəkildə pul və əşya tələb etmiş, bəzi hallarda isə onlara qarşı hədə-qorxu və psixoloji təzyiq metodlarından istifadə etmişdir. Konkret olaraq iclasda da iştirak edən ******** nömrəli qrupun tələbəsi X6 tərəfindən mərkəzin Gənclərin Hərbi Çağırışaqədərki Rəhbəri Elşən İsmayılov Müzəffər oğluna təqdim edilən yazılı müraciətdə bildirilmişdir ki, İlhamiyyə Mehtiyeva ondan mütəmadi şəkildə pul tələb etmiş və bu hal tələbədə narahatlıq yaratmışdır. Tələbə bu halın uzun müddət davam etdiyini və onun psixoloji vəziyyətinə mənfi təsir etdiyini qeyd etmişdir. Bu kimi hallar tələbələrin hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnir və pedaqoji fəaliyyət üçün yolverilməzdir. Göründüyü kimi, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. Bundan başqa iş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı tərəf apellyasiya şikayətində məhkəməyə təqdim edilməmiş sənədlərə əsaslanılmasını göstərsə də, bunun konkret hansı sənədlər olmasını əsaslandırmamışdır. Həmçinin apellyasiya şikayətinin məhkəmə prosesində təqdim edilmiş sübutlar işin hallarına ümumiyyətlə uyğun gəlməməsi, ilin 2-ci ayında olduğu bildirilən hadisəyə dair 7-ci ayda iclas çağırılması və onun guya tələbələrdən pul tələb etməyi cavabdehin şəxsi mülahizəsindən ibarət olmaqla məhkəmənin bunları əsassız olaraq fakt kimi qəbul etməsi, heç bir araşdırma aparmaqla şübhəli məqamlara aydınlıq gətirməməməsinə dair dəlilləri ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 Pedaqoji Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli protokollardan iddiaçı tərəfindən yol verilmiş pozuntunun dəqiq tarixi göstərilməmiş, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməmişdən öncə iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmişdir. Bundan başqa Məhkəmə Kollegiyası apellyasiya şikayətinin həmkarlar təşkilatının iclası keçirlən zaman iddiaçının bülletendə olması dəlillərinə münasibətdə bildirir ki, qeyd edilən iclas keçirlən zaman iddiaçının əmək qabiliyyətsiz olması həmin iclasın keçirilməsinin əsassız və ya qanunsuz olması anlamına gəlmir. Belə ki, əvvəllər iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehlərindən (müddət kesə də belə) nəticəyə çıxatmayaraq eyni xarakterli hüquq pozuntusuna təkrarən yol verməsi iş materialları ilə müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı əmək fəaliyyəti zamanı səhvlərə yol vermədiyini bildirsə də, bunu təkzib edəcək mötəbər sübutlar təqdim etməmişdir, həmçinin X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X2 Pedaqoji Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli protokollardan qeyd edilən yol verdiyi səhvlər hüquq pozuntusu hesab edilməklə cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi üçün əsas olmuşdur. Bu hallar iş materiallarında olan tələbələr tərəfindən müdiriyyətə ünvanlanmış ərizələr və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təsdiq edilir. İddiaçı apellyasiya şikayətində iş üzrə çəkişmə prinsipinin pozulmasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçı keçirilmiş məhkəmə iclasları barəsində məlumatlı olmuşdur ki, bu zaman sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi çəkişmə prinspinin pozulması anlamına gəlmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasının təxirə salınması barədə ərizədə qeyd edilən halların üzrlü hal kimi qəbul edilə bilməməsini, eyni zamanda cavabdehin işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılması barədə ərizəsini nəzərə alaraq düzgün olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassız olması və təmin edilməməsi eləcə də iddiaçının işdən azad olunması barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbinin mənəvi zərərin tutulması hissəsində də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan başqa iddiaçı tərəf apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin *-**-*/*- M-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli məktubun təqdim eməklə qeyd etmişdir ki, həmin məktuba əsasən onun “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 əmək hüquqlarının pozulması barədə müraciətlərinə əsasən aparılmış araşdırma zamanı PHŞ tərəfindən təqdim edilmiş sənədlərdən onunla PHŞ arasında ## ### 2024-cü il tarixində İ.T.U Avtomobil təmiri çilingəri və sürücüsü vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə ## ###### 2025-ci il tarixli *** nömrəli əmrlə (əsaslı X21 Həmkarlar İttifaqı Komitsəi ilə birgə keçriilmiş ümui iclasınnın ## #### 2025-ci il tarixli ** nömrəli protokolu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ-** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları olan”) həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək) xitam verilərəkn həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinin (işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır) tələblərinin pozulması müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar “X9 Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X2 vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən ## ###### 2025-ci il tarixli tarixində inzibati xəta haqqında protokol tərtib edilərək ## ###### 2025-ci il tarixli MN1871657 nömrəki inzibati tənbeh vermə haqqında qərar da qəbul edilmişdir”. Məhkəmə Kollegiyası iddiaçının təqdim etdiyi məktuba münasibətdə qeyd edir ki, onun müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma zamanı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi zaman əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair ## #### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki: ... “Müraciətdə göstərilmişdir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X16 Xidmətinə müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X16 Xidməti mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X16 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır və X16 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz”. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən cavabdeh barəsində müvafiq qərarın qəbul edilməsi “X9 X4 Dövlət Peşə Təhsil Mərkəzi” X2 direktorunun ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinin qanunsuz olması demək deyil və işin qeyd edilən halları ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi tələbi əsassızdır. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, kollegiyanın iclasında müəyyən edimişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin *-**-*/*-M-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı Bakı şəhəri Səbail rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ləğv edilmiş və qərar qüvvəsini almışdır. Apellyasiya şikayətində iddiaçı məhkəməyə xüsusi ittiham qaydasında verdiyi şikayətlərin mövcudluğunu xüsusilə vurğulasa da, kollegiyanın iclasında müəyyən edilmişdir ki, onun şikayətləri təmin edilməmiş və bu şikayətlərin hazırki iddia ilə əlaqəsi yoxdur. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi: İddiaçı Mehtiyeva İlhamiyyə Murad qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.