Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-849/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: təhsil haqqının güzəştli şərtlərlə ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi vəkil4, iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 İmamhüseyn qızının, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2, üçüncü şəxs maraqlı şəxs1 nümayəndəsi X2, üçüncü şəxs maraqlı şəxs2 Təhsil Kompleksinin nümayəndəsi vəkil2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (maraqlı şəxs1 və maraqlı şəxs2 Təhsil Kompleksi üçüncü şəxs olmaqla) “təhsil haqqının 50%-nin işəgötürən tərəfindən ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbinin əməkdaşıdır. Onun dörd övladı maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alır. Əvvəllər mövcud olmuş razılaşmaya əsasən, SOCAR-ın və ona tabe olan müəssisələrin işçilərinin övladlarına tətbiq edilən güzəşt nəzərə alınmaqla, övladlarının təhsil haqqının cəmi 50%-i tərəfindən qarşılanırdı. Belə ki, SOCAR-ın təsisçisi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin (ABTM) təşəbbüsü ilə təsis edilmiş "maraqlı şəxs2" (ABC) üzrə SOCAR-ın işçilərinin övladlarının təhsil haqqına münasibətdə ABTM tərəfindən 50% güzəşt nəzərdə tutulmuş, həmin güzəşt ABTM-in ##.##.2018-ci il tarixli Qərarında müəyyən edilmiş şərtlərə uyğun olaraq tətbiq edilmişdir. Sözügedən Qərarın 3-cü bəndinə əsasən, güzəştin tətbiq edildiyi şəxslər sırasına SOCAR-ın Baş ofisi, filial və nümayədəlikləri, hüquqi şəxs statusuna malik olmayan təşkilatları, eləcə də şirkətin strukturuna daxil olan müəssisələrlə əmək münasibətində olan şəxslər (işçilər), həmçinin səhmlərinin 100%-i birbaşa və ya dolayısı ilə SOCAR-a məxsus olan bəzi törəmə cəmiyyətlərin işçilərinin övladları aid edilmişdir.
2. 2025-2026-cı il tədris ilindən başlayaraq ABTM tərəfindən tətbiq edilən 50% endirimin (güzəştin) qarşılanması, yəni işçinin ödəyəcəyi müvafiq təhsil haqqının 50%-dən əlavə qalan hissənin müəssisənin (şirkətin) aidiyyəti idarəetmə orqanlarının qərarları əsasında və onun vəsaiti hesabına “ABC” ilə birbaşa üç tərəfli müqavilə ("işəgötürən”, "işçi" və “ABC”) bağlanılması yolu ilə həyata keçirilməsi məqsədəuyğun hesab edilmiş, qeyd olunan xərclərin isə müvafiq qaydada şirkətin büdcəsində nəzərdə tutulması tövsiyə olunmuşdur.
3. Hazırda iddiaçı maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alan övladlarının təhsil haqlarına 50% güzəştin tətbiq edilməsi üçün faktiki olaraq müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh (maraqlı şəxs1 və maraqlı şəxs2 Təhsil Kompleksi üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, SOCAR və onun struktur təşkilatlarının işçilərinin maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə tətbiq edilən 50% güzəştin SOCAR-ın bütün digər işçiləri kimi ona da şamil edilməsi, o, cavabdeh və maraqlı şəxs2 Təhsil Kompleksi arasında üçtərəfli müqavilələrin bağlanaraq övladları Çobanzadə Məryəm İmran qızı üçün ödənilməli olan 16.500 manat təhsil haqqının yarısı olan 8.250 manatın, Çobanzadə Ülkər İmran qızı üçün ödənilməli olan 14.760 manat təhsil haqqının yarısı olan 7.380 manatın və Çobanzadə Kənan İmran oğlu üçün ödənilməli olan 13.120 manat təhsil haqqının yarısı olan 6.560 manatın, ümumilikdə 22.190 manatın cavabdeh tərəfindən maraqlı şəxs2 Təhsil Kompleksinə ödənilməsi və 350 (manat hüquqi yardım göstərilməsi xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixindən bugünədək SOCARın təsisçiliyi ilə yaradılan və struktur təşkilatı olan cavabdeh Bakı Ali Neft Məktəbində çalışır. SOCAR və onun struktur təşkilatlarının işçilərinin maraqlı şəxs2 Təhsil Kompleksində (ABC School) təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə 50% güzəşt tətbiq edildiyindən, həmin imtiyazdan faydalanmaq üçün övladlarının təhsil alması məqsədilə ##.##.2020-ci il tarixində ABC School ilə müqavilə bağlamışdır. 2020-ci ilin sentyabr ayından 2025-ci ilin iyun ayınadək övladları Çobanzadə Məryəm İmran qızı, Çobanzadə Ülkər İmran qızı və Çobanzadə Kənan İmran oğlu ABC School-da eyni ailədən bir neçə şagirdin təhsil alması üçün nəzərdə tutulan güzəşt ilə yanaşı, SOCAR işçilərinin övladları üçün nəzərdə tutulan 50% güzəşt hüququndan faydalanaraq təhsil alıblar. Kiçik övladı Çobanzadə Kamran İmran oğlu isə ABC Schoolda bir ailədən 4 şagirdin təhsil alması səbəbindən məktəbdə ödənişsiz təhsil alır. 2025- 2026-cı illər üzrə təhsil haqları övladları Çobanzadə Məryəm İmran qızı üçün 16.500 manat, Çobanzadə Ülkər İmran qızı üçün 14.760 manat və Çobanzadə Kənan İmran oğlu üçün 13.120 manat, ümumilikdə 44.380 manat təşkil edir və bu məbləğin tərəfindən tam ödənilməsi mümkünsüzdür. Bildirir ki, ABC School tərəfindən bildirilmişdir ki, bu güzəşt Qərar əsasında tətbiq edilir. Tərəfidən həmin qərarın əldə edilməsi üçün yazılı müraciət edilsə də, ona şifahi olaraq məlumat verilmişdir ki, qərarın ona təqdim edilməsi mümkün deyil və bugünədək qərar ona təqdim edilməmişdir. 50 faiz güzəşt ilə təhsil alan övladları hazırda 12, 10 və 8-ci sinifdə təhsil alırlar. 2025-ci il-dərs ilinin sonlarına yaxın ABC School tərəfindən ona bildirildi ki, SOCAR-ın yeni qaydalarına əsasən “xxxx” artıq məktəb, valideyn və valideynin çalışdığı müəssisə arasında üçtərəfli bağlanmalıdır və tətbiq edilən 50% güzəşt valideynin çalışdığı müəssisə tərəfindən ödənilməlidir. Üçtərəfli müqavilənin bağlanması üçün çalışdığı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova ##.##.2025-ci il tarixində müraciət ünvanladı. Müraciətinin üzərindən 1 aydan artıq müddət keçdikdən sonra İqtisadiyyat və uçot şöbəsinin əməkdaşı tərəfindən ona şifahi qaydada (müraciətinə rəsmi cavab verilmədən) bildirildi ki, cavabdehin büdcəsində vəsait olmadığı üçün ödəniş edilməsi mümkün olmayacaq. X5 xidməti otağına dəvət edərək büdcəsində kifayət qədər vəsaitin olmadığını şəxsən özü də qeyd etmiş, eyni zamanda məktəbin SOCAR ilə heç bir əlaqəsi olmadığını vurğulamışdır. ABC School-da SOCAR və onun struktur təşkilatlarının işçiləri üçün 50% güzəşt tətbiq edilməsinin səbəbi həmin məktəbin yaradılamasında və maliyyələşdirilməsində SOCAR-ın iştirak etməsidir (SOCAR-ın rəsmi internet səhifəsindən əldə edilmiş ekran görüntüsü sübutlara əlavə edilir). ABC School-un təsisçisi olan “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (1701311711) qanuni təmsilçisi (idarə heyətinin sədri) 2007-2023-cü illər ərzində SOCAR-da vitse-prezident, 2023-cü ildən bugünədək SOCAR prezidentinin müşaviri vəzifəsində çalışan Xalik Məmmədovdur. Bundan başqa, ABC School-un İdarə heyətinin 5 (beş) üzvündən 4-ü SOCAR əməkdaşıdır (sübutlar təqdim edilir). Məktəbin rəhbər vəzifələrinə SOCAR-ın işçilərinin təyinatı onu sübut edir ki, ABC School ilə bağlı qərar vermə hüququ SOCAR-a məxsusdur. “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin və ABC School-un hüquqi ünvanları “AZ1095, Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev.73” ünvanıdır (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş sübutlar təqdim edilir). Qeyd edilən ünvan həmin təşkilatlar təsis edildikləri dövrdə SOCAR-ın Baş ofisinin hüquqi ünvanı idi. Cavabdehin əsassız imtinasından sonra məsələ ilə əlaqədar ##.##.2025-ci il tarixində SOCAR-ın Baş Ofisinə müraciət ünvanladı. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən, müraciətlərə baxılması müddəti 15 (on beş) iş günü olduğu halda, cavab məktubu ona e-mail vasitəsilə ##.##.2025-ci il tarixində göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, 2018-ci ildə SOCAR əməkdaşlarının övladlarının ABC School-da güzəştli şərtlərlə təhsil almaları və təhsil haqqının 50%-lik güzəşt hissəsinin SOCAR tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2024-cü ildə qəbul edilmiş digər qərara əsasən, təhsil haqqına tətbiq olunan 50%-lik güzəşt hissəsinin ödənişinin 2024-2025 tədris ilində əvvəlki qaydada davam etdirilməsi, 2025-2026 tədris ilindən etibarən isə sözügedən 50%-lik güzəşt hissəsinin işçinin çalışdığı müəssisə və ya təşkilatın idarəetmə orqanlarının qərarları və öz hesabına ABC School ilə birbaşa üçtərəfli müqavilə bağlayaraq tətbiqi məqsədəuyğun hesab edilmişdir. Həmin xərclər müvafiq təşkilatlar tərəfindən maliyyə imkanlarından asılı olaraq təmin edilə bilər. Eyni zamanda cavabdeh tərəfindən ona ##.##.2025-ci il tarixində cavab məktubu göndərilmiş, BANM-in əməkdaşlarının övladlarının özəl məktəbdə təhsil xərclərini tam və ya qismən qarşılamaq üçün hüquq və maliyyə öhdəliyinin mövcud olmadığı bildirilmişdir. Məktub E.Qasımovun deyil, İnzibati-təsərrüfat işləri üzrə prorektorun imzası ilə göndərilmişdir. Əvvəla araşdırmaq lazımdır ki, həmin şəxsin müəssisənin adından imza atmaq səlahiyyəti mövcuddurmu və ya həmin şəxsin ümumiyyətlə məktəbin hər hansı özəl məktəb deyil, SOCAR-ın maliyyələşdirdiyi məktəb olduğundan xəbəri varmı?! İstər İqtisadiyyat və uçot şöbəsinin əməkdaşı tərəfindən, istərsə də E.Qasımovun özü tərəfindən ona büdcədə vəsait olmaması səbəbindən ödəniş edilməyəcəyi bildirilsə də, nə üçün həmin fakt müraciətə cavab məktubunda qeyd edilməmişdir?! X3 otağına dəvət edib bu barədə söhbət apararkən büdcəsinə 6 (altı) milyon vəsaitin daxil olduğunu, 800 min - 1 milyon xərcinin olduğunu, eyni zamanda SOCAR-dan maliyyələşdirildiyini özü etiraf etmişdir (sübutlar hazırlıq iclasında təqdim ediləcək). Bu səbəbdən BANM-in büdcəsinin 2024-cü il üzrə faktiki, 2025-ci il üzrə proqnoz göstəriciləri barədə məlumatın cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi zərurəti yaranmışdır. BANM-in fəaliyyətinin əsas hissəsi sosial yönümlü olduğu üçün BANM üzrə büdcə tərtib edilərkən özünə aid gəlir və xərclər müəyyən edilir, çatışmayan hissə SOCAR tərəfindən maliyyələşdirilir. Belə olan təqdirdə, əməkdaşların övladlarının ABC School-da təhsil haqqı xərcləri xərc maddələrində nəzərə alınmalı idi. Bildirmək istəyir ki, SOCAR-ın digər struktur təşkilatlarından fərqli olaraq cavabdeh həm SOCAR-dan maliyyələşir, həm də təhsil xidməti (bakalavr, magistr, doktorantura və əlavə təhsil) göstərərək kənardan maliyyələşir (cavabdehin rəsmi internet səhifəsindən əldə edilmiş təhsil haqqı ilə bağlı sənəd sübutlara əlavə edilir). Bundan başqa, ABC School-dan aldığı şifahi məlumata əsasən qeyd etmək istəyir ki, Elmar Qasımov BANM-də çalışan digər əməkdaşlarla təhsil müqavilələrini bağlayıb. E.Qasımovun öz qohumu ona whatsapp yazışmasında ##.##.2025-il tarixində müqavilə bağlamadığını, İqtisadiyyat və uçot şöbəsinin rəisi ilə danışacağını bildirsə də, cəmi 1 gün sonra - ##.##.2025-ci il tarixində ona məktəbdən aldığı məlumata əsasən E.Qasımovun BANM əməkdaşları ilə müqavilə bağladığını öyrəndiyini bildirdiyində, çarəsiz müqavilə bağladığını etiraf etmiş, ancaq müqaviləni məktəblə ikitərəfli qaydada bağladığını qeyd etmişdir. Əgər ikitərəfli bağlamışdırsa, nə üçün bunu gizlətmək ehtiyacı duyurdu?! Aralarındakı mübahisə nəticəsində cavabdeh ilə ABC School arasında hərhansı danışığın olması və üçtərəfli müqavilənin ləğv edilərək ikitərəfli formada bağlanmasının mümkünlüyünü nəzərə alaraq, cavabdeh və ABC School tərəfindən 2025-ci ilin aprel ayından sentyabr ayınadək olan müddət üçün bütün ödənişlərin (ABC School-a münasibətdə təhsilə görə daxilolmaların) və SOCAR üzrə sənəd dövriyyəsinin aparıldığı Opentext sistemindən müqavilələrin çıxarışının və müqavilələrin qeydiyyatı jurnalının surətinin (məhkəməyə əsli də gətirilməklə) məhkəməyə təqdim edilməsi vacibdir. Bütün sənədlər təqdim edilərkən vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi) madddəsinə əsasən məsuliyyət daşıdıqlarını nəzərə almalıdırlar. Bundan başqa, ABC Schooldan, SOCAR-ın digər müəssisələrində çalışan tanışlarından və övladlarının sinif yoldaşlarının valideynlərindən aldığı məlumata əsasən SOCAR-ın bütün müəssisələri öz işçiləri ilə üçtərəfli müqaviləni bağlamışdır. Məlumatlar məktəbdən əldə edilə bilər. Elmar Qasımovun onunla müqavilə bağlamamasının səbəbi onunla işəgötürən-işçi münasibətlərində prinsip aparması ilə əlaqədardır. Belə ki, 2022-ci ildə onu dəfələrlə qanunsuz olaraq şənbə və bazar günləri işə çıxmağa məcbur etmiş, o isə 4 (dörd) övlad anası olduğunu, övladlarının qarşısında öhdəlik daşıdığını, hər gününü işdə keçirə bilməyəcəyini bildirərək buna etiraz etmişdir. Nəticədə E.Qasımov şöbəsinin dəyişdirilməsini, şənbə və bazar günləri işə çıxmaq tələb olunmayan şöbəyə keçməsini təklif etmiş, o da bu təklif ilə razılaşdığını bildirmişdir. X4 İnsan Resursları şöbəsinin rəisi Səbinə Hüseynova ilə birlikdə ona oyun qurmuş, 2 ədəd ərizə yazdırılmışdır (çalışdığı şöbədən çıxma və yeni şöbəyə keçirilmə). Daha sonra Səbinə Hüseynova iş otağında onun hər iki şöbə üçün yararsız olduğunu bildirmiş, “4 uşağın var, neyləyirsən işləyib, get evdə otur, uşaqlarına bax!” deyərək yalnız birinci ərizəni (şöbədən çıxma) Opentext sisteminə (SOCAR-da sənəd dövriyyəsi həmin proqram vasitəsilə icra edilir) yerləşdirəcəklərini və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini qeyd etmişdir. İşdən qanunsuz olaraq azad edildiyi üçün qanunvericiliyə uyğun addım atmağa başladı. Bütün sübutlar E.Qasımovun əleyhinə olduğu üçün o, mediasiya prosesində barışıq təklif etmiş, onu işinə bərpa etmişdi. Bundan sonra da E.Qasımov onunla prinsip aparmağa davam etmişdir. Belə ki, ##.##.2025-ci il tarixində intizam komissiyası tərəfindən iclas təşkil etdirərək ona intizam tənbehi tətbiq etdirməyə çalışmış, lakin o hüquqlarını bildiyi və işii qüsursuz yerinə yetirdiyi üçün onu cəzalandırmaq niyyəti baş tutmamışdır. O da bu niyyətini övladlarının təhsil haqqının ödənilməsindən imtina edərək, onların təhsil almaq hüququna mane olaraq reallaşdırmağa çalışmışdır. Hazırda böyük qızı 12-ci (son) sinifdə təhsil alır. ABC School-un təhsil proqramı digər məktəblərin proqramlarından kəskin fərqlənir. Bakı şəhərində ABC School-un tədris proqramına və ödədiyi təhsil haqqına uyğun məktəb tapmaq kifayət qədər çətindir. BANM-in rektoru Elmar Qasımov tərəfindən onun digər SOCAR əməkdaşları kimi 50%-lik imtiyazdan istifadə etmək hüququm, övladlarının isə təhsil almaq hüquqları pozulur. SOCAR tərəfindən qəbul edilmiş qərarın müəssisələrə göstəriş deyil, tövsiyə xarakterli olduğu iddia edilən SOCAR-ın Baş Ofisinin cavabına münasibət olaraq bildirmək istəyir ki, bu hal övladlarının ABC Schoolda ilk dəfə təhsil alması üçün müraciət edən işçilərə şamil edilə bilər. Onun kimi, 2020-ci ildən bugünədək övladları həmin məktəbdə təhsil alan valideynlərə deyil. Övladlarının həmin məktəbdə təhsil alması üçün 2020-ci ildə ABC School ilə müqavilə bağladığı zaman da, sonrakı illərdə müqaviləni hər dəfə uzadarkən də SOCAR tərəfindən tətbiq edilən 50 %-lik güzəştə güvənmişdir. Tərəfindən cavabdeh ilə barışıq əldə edilməsi üçün addım atılmış, mediasiyaya müraciət edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixində keçirilən mediasiya sessiyasında iştirak etməkdən və dolayısı ilə barışıqdan imtina etmişdir.
6. Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan iddia ərizəsində özünün də qeyd etdiyi kimi, övladlarının “X15” Təhsil Kompleksində təhsil almalarına dair müqavilə Təhsil Kompleksi ilə İddiaçı arasında bağlanmışdır. İddiaçının qeyd etdiyi güzəşt isə SOCAR işçilərinə tətbiq edilməsi üçün nəzərdə tutulmuş və SOCAR-ın təsisçisi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin müvafiq qərarında öz əksini tapmışdır. Qeyd olunanlardan və iddiaçı tərəfindən təqdim olunan sənədlərdən göründüyü kimi, Bakı Ali Neft Məktəbi (BANM), iddiaçı və ABC Təhsil Kompleksi arasında yaranan hüquq münasibətlərində tərəf qismində iştirak etməmiş və üzərinə heç bir öhdəlik götürməmişdir. Əməkdaş tələb etdiyi güzəştin müəssisə tərəfindən qarşılanmalı olduğunu qeyd etsə də, bununla bağlı öhdəlik müəyyənedici fakt nə BANM və İddiaçı ilə bağlanan əmək müqaviləsində, nə də müəssisələrinə SOCAR Baş ofisindən daxil olan hər hansı sənəddə öz əksini tapmışdır (Əmək müqaviləsinin surəti və SOCAR-ın viste-prezidenti Zaur Qurbanov tərəfindən elektron sənəd dövriyyəsi vasitəsilə göndərilən **-*/*-*-****/**** nömrəli məktubun surəti əlavə olunur). Qeyd edir ki, sözügedən təhsil kompleksində hazırda BANM əməkdaşlarının 7 övladı təhsil alır ki, bunların da illik (10 ay) təhsil haqqı 50% güzəştlə 45.520 manat təşkil edir. Sözügedən məbləğin 22.190 manatı iddiaçının övladlarının BANM tərəfindən ödənilməsi tələb olunan illik (10 ay) təhsil haqqıdır. Əlavə olaraq övladları başqa təhsil komplekslərində təhsil alan kifayət qədər əməkdaş mövcuddur. Əmək müqaviləsi və ya digər hər hansı öhdəlik müəyyənedici sənədlə təsbit olunmadığı halda BANM əməkdaşlarının 2Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyində təhsil alan övladlarının təhsil haqqlarının 50%-nin ödənilməsi digər əməkdaşlar tərəfindən də haqlı olaraq belə tələblərə səbəb ola bilər. Qeyd olunan tələbin qarşılanmaması isə əməkdaşlar arasında ayrı-seçkilik kimi qiymətləndiriləcəkdir. Tələblərin təmin olunması isə öz növbəsində müəssisənin əsaslı şəkildə maliyyə riski ilə üzləşməsinə, habelə Ali Məktəbin əsas prioriteti və vəzifəsi olan təhsilin keyfiyyətli və dayanıqlı təmininə maneə yaranmasına səbəb ola bilər. 2. Əməkdaş tərəfindən iddia ərizəsində qeyd olunan şifahi fikir və mülahizələr, ABC Təhsil Kompleksinin İdarə heyətinin tərkibi barədə ictimaiyyətə açıq olan məlumatlar, məsələ ilə əlaqədar digər SOCAR müəssisələri tərəfindən atılan addımlar BANM-ə əməkdaşlarının övladlarının təhsil haqqının 50%-ni ödəmə öhdəliyi müəyyən etmir. Yuxarıda sadalanan hallara dair iddiaçı tərəfindən sübut mahiyyətli sənəd əlavə edilməməklə yanaşı, iş materiallarına əlavə olunmuş sənədlər də BANM-in heç bir öhdəlik götürmədiyini göstərir. 3. İddiaçı iddia ərizəsində BANM-ə münasibətdə qeyd etdiyi məqamlardan biri də, ona ünvanlanan cavab məktubunun İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayev tərəfindən imzalanmış olması və sözügedən şəxsin vətəndaş müraciətinə cavab vermək səlahiyyətinin olub olmamasıdır. Buna münasibətdə bildirilir ki, BANM-in ##.##.2013-cü il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Daxili İntizam Qaydaları” nın 9.6-cı bəndinə və BANM-in 14- 2-17/3-1İ-76/2024 nömrəli, ## ##### 2024-cü il tarixli əmrinə müvafiq olaraq, rektorun müstəsna səlahiyyətlərinə aid olmayan sənədlər rəhbərlik etdiyi sahə aidiyyəti nəzərə alınmaqla prorektorlar tərəfindən imzalanır (Müvafiq sənədlər əlavə olunur). 4. BANM-in səlahiyyətli şəxsləri tərəfindən sözügedən xərcin büdcədə əks olunmadığını, habelə bu vəsaitin BANM tərəfindən öhdəlik götürülməklə qarşılanmasının məqsədəmüvafiq olmadığını demiş olmalarına münasibətdəki iddiaçının qeydlərinə əsasən qeyd edir ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ## ###### 2011-ci il tarixli Fərmanı əsasında SOCAR-ın tərkibində yaradılmış ali təhsil müəssisəsidir. BANM-in qarşısında duran əsas maliyyə öhdəlikləri müəssisədə çalışan əməkdaşların əmək haqqlarının, tədris prosesinin keyfiyyət və davamlılığının, əməkdaş və tələbələr üçün tələb olunan iş şəraiti və infrastrukturun təminidir. SOCAR və SOCAR qrup müsəssisələrində 2023cü ildən etibarən “xxxx” sistemi tətbiq edilməkdədir və bu hal müəssisənin zəruri olmayan xərclərinin azaldılmasının əsas səbəblərindən biridir. SOCARdan alınan maliyyə dəstəyinin hər il ötən ilə münasibətdə azaldılması BANM-ın SOCAR qarşısında duran əsas strateji hədəflərindən biridir. İddiaçı ona qərəzli münasibət olduğunu iddia etsə də, “xxxx” sistemindən faydalanan əməkdaşlardan biridir. BANM-ın SOCAR qarşısında duran strateji hədəflərinə çatmaması öz növbəsində həm onun, həm də digər bütün əməkdaşların sözügedən mükafatdan yararlanmasına əsaslı şəkildə risk yaradır. 5. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan və “sübut” hesab olunan sənədlərdən biri də Bakı Ali Neft Məktəbinin digər əməkdaşı olan Qumral İsmayılova ilə olan whatsapp yazışmalarıdır. Hesab edir ki, həmin yazışmaların təqdim olunması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim olunan yazışmalar vətəndaş Q.İsmayılovaya münasibətdə Azərbaycan Respublikasının Konstitutsiyasının 32-ci maddəsində nəzərdə tutulan şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb olmuşdur. 6. İddiaçının əsassız iddialarından biri də, BANM və ABC Təhsil Kompleksi arasında hər hansı əməkdaşın övladının təhsil haqqının maliyyələşdirilməsinə münasibətdə müqavilənin hal-hazırda və ya bir neçə ay əvvəlki mövcudluğudur. Göründüyü kimi, İddiaçı iddiasını özü əsaslandırmadığı halda sözügedən müqavilənin mövcudluğunun BANM tərəfindən sübut olunmasını tələb edir. BANM və ABC Təhsil Kompleksi arasında müqavilə münasibətinin mövcudluğuna etiraz olaraq bildirirlər ki, BANM-ın rektoru Elmar Qasımovun əmək məzuniyyətində olduğu dövrdə onun vəzifə səlahiyyətlərini müvəqqəti icra edən O.Rzayev və ABC Təhsil Kompleksinin Baş meneceri Ə.Ələkbərov arasında aparılmış e-mail yazışması tərəflərin hüquq münasibəti olmadığını təsdiq edir (O.Rzayevin səlahiyyətini təsdiq edən **-*-**/*-*M-***/**** nömrəli, ##.##.2025-ci il tarixli əmr və e-mail yazışması əlavə olunur). Hesab edir ki, əməkdaşın sözügedən iddiaları əsassız olmaqla yanaşı həm də BANM-ın rəhbərinə münasibətdə böhtan xarakteri daşıyır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı heç bir sübutu olmadığı halda əsassız yerə iddia edir ki, BANM-ın rektoru tərəfindən əməkdaşlara münasibətdə ayrı-seçkilik edilmişdir. İddiaçının sözügedən mülahizələrini heç bir əsası olmadan SOCAR rəhbərliyinə ünvanlandığı müraciətində də ifadə etməsi aşkar şəkildə göstərir ki, onun bu əməlləri E.Qasımovu nüfuzdan salmağa yönəlmiş qərəzli münasibətdir. Halbuki, nəinki qeyd olunanlar əsassızdır, hətta əksini sübut edən faktlar məhkəmədən əvvəl əməkdaşa təqdim olunmuşdur. İddiaçı cavabdeh ilə ABC School arasında üçtərəfli müqavilənin mövcud olduğunu lakin sonradan ləğv olunduğunu iddia edərək, tərəflər arasında həyata keçirilmiş bütün ödənişlərin təqdim olunmasını tələb etmişdir. Buna münasibətdə qeyd edir ki, BANM və ABC Təhsil Kompleksinin səlahiyyətli nümayəndələri arasında aparılan yazışmadan aydın olur ki, tərəflər arasında hər hansı üçtərəfli müqavilə bağlanmamışdır. 2025/2026-cı tədris ili üzrə ABC yalnız BANM əməkdaşlarının yalnız özləri ilə ikitərəfli qaydada müqavilə bağlamışdır. Sözügedən məlumatlar sadəcə BANM tərəfindən yox, eyni zamanda ABC Təhsil Kompleksinin Baş meneceri Ələkbər Ələkbərov tərəfindən də təsdiqlənmişdir. Göründüyü kimi iddiaçıya düşüncələrinin əsassız olduğu sübut olunsa da, o, yalan olduğunu bilə-bilə BANM rəhbərliyinə münasibətdə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymağa davam edir. Qeyd olunanlarla yanaşı SOCAR-ın aparat rəhbərinin müavini Fərid Hacıyev tərəfindən iddiaçıya verilən cavab məktubunda da SOCAR-ın aidiyyəti müəssisə və təşkilatlarının 50%-lik güzəştin ödənilməsinə münasibətdə öhdəlik daşımadığı qeyd olunmuş lakin iddiaçı bununla da qane olmamış və qərəzli şəkildə BANM rəhbərliyini nüfuzdan salmağa yönəlmiş fikirlərini səsləndirməyə davam etmişdir (Məktubun surəti qoşmaya əlavə olunur). Yuxarıda göstərilənləri ümumiləşdirməklə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar və təqdim etdiyi sənədlər hüquqi əhəmiyyətə malik olmamaqla, məhkəmə, habelə cavabdeh tərəfindən sübut olunması tələb olunan şifahi və yazılı mülahizələrdir. 7. Onu da əlavə edir ki, sözügedən güzəştin tətbiqi sadəcə müəssisənin ali idarəetmə orqanının qərarı əsasında mümkün ola bilər. Bununla bağlı isə BANM-in İqtisadiyyat və uçot şöbəsinin rəisi-Baş mühasib Oktay Məmmədovun və Rəhbərlik yanında aparatda böyük mühəndis (Risklərin idarə edilməsi üzrə) Elvin Kazımlının təşəbbüsü ilə BANM-in ali idarəetmə orqanı olan Elmi Şura qarşısında məsələ qaldırılmış və geniş şəkildə müzakirəsi aparılmışdır. Yekunda O.Məmmədov və E.Kazımlı tərəfindən baş verə biləcək mövcud risklər barədə Elmi Şura üzvlərinə məlumat verilmişdir. Qəbul olunan **-****/**** nömrəli, # ###### 2025-ci il tarixli Elmi Şuranın qərarı ilə məsələnin BANM üzrə tətbiqindən yekdilliklə imtina olunmuşdur (Qərarın surəti qoşmaya əlavə olunur). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## #### 2025-ci il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş, Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında nümunəvi əsasnamənin 4.19 bəndinə əsasən, Elmi şuranın qərarlarının icrası müəssisə və onun rəhbəri üçün məcburidir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7580/2025 saylı, # ###### 2025-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericilik müqavilə azadlığı prinsipini müəyyən etmişdir, yəni şəxslər müqavilə bağlamaqda və onun şərtlərini müəyyən etməkdə sərbəstdirlər, tərəflərin üzərinə müqavilə bağlamaq öhdəliyi o halda qoyula bilər ki, bu, qanundan və ya tərəflər arasındakı digər razılaşmadan irəli gəlmiş olsun. Hazırkı işdən isə belə hallar müəyyən edilmir, belə ki, iddiaçının uşaqlarının təhsil haqqının bir hissəsinin ödənilməsi ilə bağlı cavabdeh hər hansı öhdəlik götürməmiş, onun belə bir öhdəliyi qanundan irəli gəlməmişdir, digər tərəfdən iddiaçının uşaqlarının təhsil haqqlarının bir hissəsinin ödənilməsi cavabdeh tərəfindən deyil, SOCAR tərəfindən həyata keçirilmiş, sonuncu isə 2025- 2026-cı tədris ilindən başlayaraq həmin ödənişi (güzəşti) qarşılamaqdan imtina etmiş, ödənişin həyata keçirilməsi məsələsi işəgötürən təşkilatların öz öhdəliyinə buraxılmışdır.
9. Sonda məhkəmə məhkəmə xərclərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi “iddiaçının uşaqlarının təhsil xərclərinin bir hissəsinin cavabdeh tərəfindən ödənilməsi” barədə olmaqla pul tələbi ilə bağlıdır. Bu halda da iddiaçı tərəfindən tələb edilən pul məbləğinə (22.540 manat) uyğun dövlət rüsumu (157,62) ödənilməli idi, iddiaçı isə dövlət rüsumu ödəməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən, qeyd edilən məbləğ iddiaçıdan alınaraq Dövlət Büdcəsinə aid ödənilməldir
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.2, 14.1, 18, 324.1, 324.4, 385.1, 385.2, 386.1, 386.2, 389.1, 389.2, 389.3, 389.4, 390.1 və 390.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7580/2025 saylı, # ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkili içərisində iş üçün əhəmiyyətli olan səsyazılarının olduğu flash diski təqdim etdiyi zaman, hakim cavabdehin nümayəndəsi oturan masaya baxmış, qəbul etməmək üçün nümayəndənin etiraz etməsinə şərait yaratmış, cavabdehin nümayəndəsinin hər hansı reaksiya vermədiyini gördükdə məhkəmə iclas katibinə dönərək "Qəbul edək də onda" deyərək iş materiallarına əlavə etmişdir. Vəkili iş üzrə sübut kimi qəbul edilmiş səs yazılarının dinlənilməsi xahiş etdikdə, kobud formada bunu etməyəcəyini bildirmişdir. Həmin səs yazıları iş yerində ona qarşı mobbinq olmasını (mübahisənin əmək mübahisəsi olduğunu sübut edir) və eyni zamanda cavabdeh müəssisənin büdcəsində kifayət qədər vəsaitin olmasını sübut edir. SOCAR-ın ##.##.2024-cü il tarixli **-*/*-*-****/**** nömrəli məktubu iş üzrə ən vacib sübutlardan biridir. Lakin məhkəmə tərəfindən diqqətə alınmamışdır. Bildirmişdir ki, məhkəməyə təqdim edilmiş səs yazısında X5 maraqlı şəxs2 Təhsil Kompleksinin SOCAR ilə heç bir əlaqəsi olmadığını bildirir. Lakin SOCAR-ın yuxarıda qeyd edilən məktubunun ilk abzasından ayın olur ki, Təhsil Kompleksi dolayı yolla 100 faiz SOCARa məxsusdur. Cavabdehin və SOCAR-ın nümayəndələrinin iddialarının əksinə olaraq məktub müəssisələrə tövsiyə deyil, göstəriş xarakterli göndərilmişdir. Bu səbəbdəndir ki, cavabdeh müəssisənin rəhbərindən başqa, heç bir SOCAR müəssisəsi rəhbəri məktubun tövsiyə xarakterli olduğunu iddia etməmiş və məktub hər bir müəssisə tərəfindən icra edilmişdir. SOCAR-ın nümayəndəsi məhkəmə prosesində öz fərziyyələrini irəli sürmüş, məktubun tövsiyə xarakterli olduğunu, müəssisələrin maliyyə imkanlarından asılı olaraq müqavilə bağlamaqda sərbəst olduqlarını bildirmişdir. Lakin məktubun heç bir hissəsində dediklərini təsdiq edə biləcək məlumatı göstərə bilməmişdir. Bildirmişdir ki, SOCAR-ın digər müəssisələrindən fərqli olaraq Cavabdeh müəssisə həm SOCAR-dan maliyyələşir, həm də təhsil xidməti göstərərək əlavə gəlir əldə edir. Büdcəsindəki vəsait ilə bağlı sübut (səs yazısı) məhkəməyə təqdim edilmişdir. Eyni zamanda Elmar Qasımov ona bildirmişdir ki, hər il 5-10 faiz hədəfi üstələyən bir neçə müəssisə rəhbərindən biridir və dotasiyanı azaldır. Bildirmək istəyir ki, övladları 2020ci ildən bugünədək, düz 6 ildir maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alırlar və bu 6 il ərzində valideyn tərəfindən təhsil haqqının yalnız 50 faizi ödənmişdir. O, övladlarını həmin məktəbdə 2020-ci ildən SOCAR-a güvənərək oxutdurur. Məktub tövsiyə xarakterli olsa belə, ona şamil edilə bilməz. Belə ki, təhsil haqqının tam ödənilməsi tərəfindən mümkün deyil və bu hal onun vəziyyətini ağırlaşdırır. Eyni zamanda, 2021-ci ildə maraqlı şəxs2 Təhsil Kompleksi həm CO- BIS, həm də CIS tərəfindən tam akkreditasiya olunmuş üzv statusu əldə edərək, Azərbaycanın və Mərkəzi Asiya/Qafqaz regionunun yeganə tam akkreditasiya olunmuş məktəbidir. Təhsil Kompleksinin təhsil sistemi tamamilə fərlidir. O, bugünədək ödədiyi məbləğə, eyni proqramı keçən digər məktəb tapa bilməz. Bu da onun bərabərlik (SOCAR-ın digər əməkdaşları ilə müqavilə bağlanmışdır), övladlarının təhsil hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh müəssisənin büdcəsində vəsait yox idisə, büdcədə nəzərə almalı, xərclərə salmalı, həmin vəsaiti SOCAR-dan tələb etməli idi. Lakin bununla bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məktubda qeyd edilmişdir ki, “Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin mövcud məsələni tənzimləmək məqsədilə artıq 2025-2026 tədris ilindən başlayaraq (2024- 2025 tədris ili üçün ödəniş məsələsi əvvəlki qaydada davam edəcəkdir və bununla bağlı əlavə tədbir görülməsinə ehtiyac yoxdur) ABTM tərəfindən nəzərdə tutulmayacaq 50% endirimin (güzəştin) qarşılanması, yəni işçinin ödəyəcəyi müvafiq təhsil haqqının 50%-dən əlavə, digər 50% məbləğin müəssisənizin (şirkətinizin) aidiyyəti idarəetmə orqanlarının qərarları və öz hesabınıza ABC ilə birbaşa üçtərəfli müqavilə (müvafiq cəmiyyət/müəssisə "işəgötürən", "işçi" və ABC) bağlamaqla həyata keçirilməsi məqsədəuyğun hesab olunur və qeyd olunan bu xərclərin müvafiq qaydada şirkətinizin büdcəsində nəzərdə tutulması tövsiyə olunur.” Elementar Azərbaycan dili biliyi ilə anlamaq olur ki, “və”dən öncəki hissədə cümlə bitir. Tövsiyə xərclərin büdcədə nəzərdə tutlması ilə bağlıdır. Belə ki, ödəniş ya cavabdehin öz büdcəsindən olmalı, büdcəsində vəsait olmadığı halda xərclərə salınaraq SOCAR-dan tələb edilməlidir. Eyni zamanda məktubun heç bir hissəsində müəssisələrin maliyyə imkanlarından asılı olaraq ödəniş edə biləcəkləri qeyd edilməmişdir. Lakin Məhkəmə tərəfindən digər sübutlar kimi, bu sübuta da hüquqi qiymət verilməmişdir. ##.##.2025-ci il tarixli İş № e-*(***)-****/**** nömrəli Qətnamədə qeyd edilmişdir ki, iddia pul tələbidir, bu səbəbdən 157.62 manat dövlət rüsumu iddiaçıdan alınaraq Dövlət büdcəsinə ödənməlidir. Bildirmişdir ki, tərəfindən daha əvvəl eyni predmet üzrə pul tələbi qaydasında iddia qaldırılmışdır. Məhkəmənin e-*(***)-****/**** saylı qərardadı ilə MPM-in 149-cu maddəsinə riayət edilməməsi səbəbindən iddia ərizəsi geri qaytarılmışdır və ödədiyi dövlət rüsumu ona geri ödənmişdir. Bundan sonra, ilkin mediasiya sessiyasından keçərək, yenidən əmək mübahisəsi kimi məhkəmədə iddia qaldırdı və iş icraata qəbul edildi. Eyni zamanda məhkəmənin hazırlıq iclasında işə sədrlik edən hakim özü də işi əmək mübahisəsi kimi icraata qəbul etdiyini bildirmişdir. Bundan sonra istər hazırlıq, istərsə də baxış iclasları zamanı hakim bir daha bu məsələyə toxunmamışdır. Lakin Qətnamədə iddia tələbinin pul ilə bağlı olduğunu bildirərək, tərəfindən 157,62 manat dövlət rüsumunun ödənilməsini qət etmişdir. Bildirmişdir ki, məhkəmənin səhvi ucbatından o əlavə xərc (60 manat) çəkib ilkin mediasiya sessiyasından keçməli olmuşdur. İşinə qeyri-peşəkar yanaşan hakimin səhlənkarlığı səbəbindən onun üzərinə əlavə maddi yük yüklənə bilməz. Hakim iş ilə zamanında, düzgün formada tanış olsa idi, həmin vaxt iddianın pul tələbi olub-olmadığını müəyyən edərdi. Eyni zamanda bildirmişdir ki, mübahisə həqiqətən əmək mübahisəsidir. Belə ki, övladlarının təhsil haqqını onunla cavabdeh müəssisənin rəhbəri arasında olan əmək mübahisəsi zəminində ödəmir. Hazırlıq iclasında işin əmək mübahisəsi kimi icraata qəbul edildiyini bildirən və bundan sonra bir daha bu məsələyə qayıtmayan hakim, qətnamədə işin pul tələbi olduğunu və 157,62 manatın iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olduğunu qət etməsi tamamilə qanunsuzdur. Hakimin bu cür qeyri-peşəkar davranışı nəticəsində ona həm maddi (mediasiya prosesi üçün etdiyi ödəniş) ziyan dəymiş, həm də bu zaman itkisi ilə nəticələnmişdir. Eyni zamanda bildirmişdir ki, iddianın qiyməti iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Prosesə sədrlik edən hakim onunla cavabdeh arasında daha əvvəlki əmək mübahisəsi zəminində mövcud olan sənədləri (onun qanunsuz olaraq işdən azad edilməyi ilə bağlı sübutları, işə bərpa edilməyi ilə bağlı barışıq sazişinin surətini) təqdim etməyini, elektron məhkəmə sisteminə yerləşdirməyini istəsə də, ##.##.2025ci il tarixli prosesdə həmin sübutlara toxunmamış, vəkili toxunan zaman da əhəmiyyət verməmişdir. bildirmişdir ki, Cavabdeh müəssisənin rəhbəri ##.##.2023-cü il tarixində onu qanunsuz olaraq işdən azad etmişdi. Belə ki, onu şənbə-bazar günləri işə çıxmağa məcbur etdiyindən və tərəfindən buna etiraz edildiyindən, X5 ona şənbə-bazar günləri işə çıxmaq tələb edilməyən şöbəyə keçməyi təklif etmişdi. O da bu təklifi qəbul etmişdir. Lakin BANM rəhbərliyi onu aldadaraq iki ədəd (şöbədən çıxma və yeni şöbəyə keçmə) ərizə yazdırmış, onlardan çıxma ilə bağlı olan ərizəni sistemə yerləşdirəcəklərini bildirmiş və onu bu əsasla işdən azad etmişdilər (aldatma ilə bağlı səs yazıları mövcuddur). Bundan başqa, İnsan Resursları şöbəsinin rəhbəri Səbinə Hüseynova ona yararsız olduğunu bildirmiş, "4 uşağın var, neyləyirsən işləyib, get evdə otur, uşaqlarına bax” kimi ifadələr işlətmişdir (səs yazıları mövcuddur). İşə bərpa ilə bağlı tərəfindən müvafiq tədbirlərin görüldüyünü görən X5 barışıq təklif etmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi şərti ilə onu əvvəlki vəzifəsinə bərpa etmişdir (Barışıq sazişi və digər sənədlər iş materiallarına əlavə edilmişdir). Lakin bundan sonra o, yenə də onunla intriqa aparmağa davam etmişdir. Kompüterinə icazəsiz müdaxilələr (İT əməkdaşı Azad Fətullayev, otaq yoldaşı Taleh Mansurov), iş otağından çıxdığı zaman arxasınca izləyən əməkdaşlar, heç bir əsas olmadan intizam tənbehi tətbiq edilməsi üçün iclas təşkil edilməsi (səs yazıları sübut kimi təqdim edilmişdir), dəfələrlə etiraz etməyinə baxmayaraq, yenə də başqa şöbənin işinin görülməsinin (imtahanda nəzarətçi kimi iştirak etmək onun əmək funksiyama daxil deyil) tələb edilməsi və s. kimi hallar ona qarşı ayrı-seçkilik, onun edildiyinin sübutudur. Elmar Qasımovun onunla olan ədavəti bitmək bilmir. Övladlarının təhsil haqlarının 50 faizinin ödənilməsindən imtina edilməsi də bunu təsdiq edir. Rektor vəzifəsində çalışan bir şəxsin sadə bir işçi ilə ədavət aparması sadəcə gülüncdür. Hakim işi ədalətlə araşdırmaqda maraqlı olmadığı üçün iş üzrə əhəmiyyətli sübutların əldə edilməsinə mane olmuş, tərəfindən verilmiş əsaslı vəsatətlərin heç birini təmin etməmişdir. Belə ki, övladları maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alan bütün SOCAR və onun struktur təşkilatlarının əməkdaşları ilə üçtərəfli (işçinin çalışdığı SOCAR müəssisəsi, işçi və maraqlı şəxs2 Təhsil Kompleksi arasında) müqavilələr bağlanmışdır. Bu da sübut edirdi ki, cavabdeh müəssisənin rəhbəri Elmar Qasımov onunla sırf əmək mübahisəsi zəminində üçtərəfli müqaviləni bağlamır. Vəkili tərəfindən həmin məlumatın maraqlı şəxs2 Təhsil Kompleksindən tələb edilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi vəsatət verilsə də, hakim vəsatətlərə məhəl qoymamış, işi ədalətlə həll etməkdə maraqlı olmadığı üçün təmin etməmişdir. SOCAR-ın özünün və bütün struktur təşkilatlarının öz işçiləri (övladları maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alan işçilər) üçün həmin müqavilələri bağlamasını təsdiq edən məlumatların maraqlı şəxs2 Təhsil Kompleksindən əldə edilməsi işin ədalətlə araşdırılması üçün zəruridir. Eyni zamanda, Cavabdeh müəssisənin rəhbəri Elmar Qasımovun Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən öz yaxın qohumunun (qayınının) arvadı-Bakı Ali Neft Məktəbinin əməkdaşı olan Qumral İsmayılova ilə üçtərəfli müqavilənin bağlanması ilə bağlı məlumatı olduğundan həmin müqavilənin Opentext sistemindən əldə edilməsi üçün yerində baxış keçirilməsi və ya məhkəməyə notebook gətirilərək sistem vasitəsilə müqavilənin olub-olmadığının yoxlanılması ilə bağlı tərəfindən verilən vəsatətə cavabdehin nümayəndəsi etiraz etmiş, hakim də həmin etirazı dərhal qəbul edərək, vəsatəti təmin etməmişdir. Cavabdehin nümayəndəsi yaxşı bilirdi ki, həmin müqavilə sistemdə mövcuddur. Çünki hələ məhkəmə mübahisəsi mövcud deyilkən tərəfindən maraqlı şəxs2 Təhsil Kompleksindən cavadeh müəssisənin işçiləri üçün müqavilə bağlayıbbağlamadığı barədə məlumat alınarkən, Təhsil Kompleksindən ona Cavabdeh müəssisənin də, bütün SOCAR müəssisələrinin də işçiləri üçün həmin müqaviləni bağladığı, yalnız onunla müqavilə bağlanmadığı bildirilmişdi. O, məlumatı tam dəqiqləşdirmək üçün dəfələrlə “Elmar Qasımov da bağlayıb?” sualını vermiş, qarşılığında “Bəli” cavabını almışdır. Bundan başqa, Elmar Qasımovun qaynının arvadı Qumral İsmayılova ilə arasında olan whatsapp yazışmaları da həmin müqavilənin bağlandığını sübut edir. Belə ki, Q.İsmayılova ##.##.2025-ci il tarixində “məktəblə müqavilə bağlamısan?” sualına cavab olaraq bağlamadığını, Oqtay müəllim ilə danışacağını bildirmişdir. Lakin cəmi bir gün sonra-##.##.2025-ci il tarixində məktəbdən ona hər kəslə və onun özü ilə müqavilə bağlandığını ona bildirdiyində, müqavilənin bağlandığını etiraf etməli olmuş, guya məktəblə ikitərəfli bağladığını qeyd etmişdir. Müqaviləni məktəblə ikitərəfli bağlamışdısa, bunu nə üçün gizlətmək ehtiyacı duyurdu?! İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmış, işin ədalətli həlli baxmından əhəmiyyətli olan sübutlar toplanmamışdır. Bundan başqa, təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən yalnız cavabdehin mənafeyindən çıxış edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən onun hüquqları pozulmuş, düzgün olmayan qətnamə qəbul edilmişdir. Bildirmişdir ki, qətnamənin mətnində bir sıra yanlışlıqlar mövcuddur. Onun SOCAR tərəfindən qanunsuz olaraq işdən azad edildiyi, SOCAR-a işə bərpa edildiyi qeyd edilib. Halbuki o Bakı Ali Neft Məktəbinin əməkdaşıdır. Bu da sübut edir ki, hakim işə çox səthi yanaşmış, iş materialları ilə necəgəldi tanış olmuşdur. Bundan başqa, vəkilim tərəfindən deyilməyən ifadələr onun tərəfindən deyilibmiş kimi qeyd edilmişdir. Vəkili onun Taleh Mansurova “Kompüterimdə nə axtarırdın, Elmar Qasımovun tapşırıqlarını yerinə yetirirdin?” deyə sual verdiyini bildirib. Lakin qətnamədə qeyd edilib ki, guya Taleh Mansurov deyib ki, onun kompüterinə müdaxilə edərkən Elmar Qasımovun tapşırığını yerinə yetirirdi. Bildirmək istəyir ki, qətnamədəki bu cür yanlışlıqlar, eyni zamanda böhtan xarakterlidir. Eyni zamanda, cavabdeh müəssisənin təsisçiliyi ilə yaradılmış liseyə 8-ci sinifdən qəbul nəzərdə tutulduğu üçün vəkili onun 12, 10 və 4-cü siniflərdə oxuyan övladlarının həmin məktəbdə təhsil almalarının qeyri-mümkün olduğunu bildirsə də, hakim yalnız 4-cü sinifdə oxuyan övladı barədə məlumatı qətnaməyə daxil edib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 İmamhüseyn qızı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs maraqlı şəxs1 nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs maraqlı şəxs2 Təhsil Kompleksinin nümayəndəsi vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
23.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
24.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 26.6.1-ci maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. 27.6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 28.14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 29.18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 30.324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 31.324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 32.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 34.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 35.386.2-ci maddəsinə əsasən, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 36.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 37.389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 38.389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 39.389.4-cü maddəsinə əsasən, ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 40.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun
41.13-ci maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 42.13-ci maddəsinin 4-cü bəndinə əsasən satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
43.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 44.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 45.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 46.Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir (108.2-ci maddə). 47.İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır (124.2-ci maddə).
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun
48.9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 49.9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “dövlət rüsumunun iddiaçıdan tutulması” hissəsində ləğv edilməlidir.
51. İddia ərizəsindən görünüyü kimi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbinin əməkdaşıdır. Onun dörd övladı maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alır. Əvvəllər mövcud olmuş razılaşmaya əsasən, SOCAR-ın və ona tabe olan müəssisələrin işçilərinin övladlarına tətbiq edilən güzəşt nəzərə alınmaqla, övladlarının təhsil haqqının cəmi 50%-i tərəfindən qarşılanırdı.
52. Belə ki, SOCAR-ın təsisçisi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin (ABTM) təşəbbüsü ilə təsis edilmiş "maraqlı şəxs2" (ABC) üzrə SOCAR-ın və ona tabe olan müəssisələrin işçilərinin övladlarının təhsil haqqına münasibətdə ABTM tərəfindən 50% güzəşt nəzərdə tutulmuş, həmin güzəşt ABTM-in ##.##.2018-ci il tarixli Qərarında müəyyən edilmiş şərtlərə uyğun olaraq tətbiq edilmişdir. Sözügedən Qərarın 3-cü bəndinə əsasən, güzəştin tətbiq edildiyi şəxslər sırasına SOCAR-ın Baş ofisi, filial və nümayədəlikləri, hüquqi şəxs statusuna malik olmayan təşkilatları, eləcə də şirkətin strukturuna daxil olan müəssisələrlə əmək münasibətində olan şəxslər (işçilər), həmçinin səhmlərinin 100%-i birbaşa və ya dolayısı ilə SOCAR-a məxsus olan bəzi törəmə cəmiyyətlərin işçilərinin övladları aid edilmişdir.
53. 2025-2026-cı il tədris ilindən başlayaraq ABTM tərəfindən tətbiq edilən 50% endirimin (güzəştin) qarşılanması, yəni işçinin ödəyəcəyi müvafiq təhsil haqqının 50%-dən əlavə qalan hissənin müəssisənin (şirkətin) aidiyyəti idarəetmə orqanlarının qərarları əsasında və onun vəsaiti hesabına “ABC” ilə birbaşa üç tərəfli müqavilə ("işəgötürən”, "işçi" və “ABC”) bağlanılması yolu ilə həyata keçirilməsi məqsədəuyğun hesab edilmiş, qeyd olunan xərclərin isə müvafiq qaydada şirkətin büdcəsində nəzərdə tutulması tövsiyə olunmuşdur.
54. Hazırda iddiaçı maraqlı şəxs2 Təhsil Kompleksində təhsil alan övladlarının təhsil haqlarına 50% güzəştin tətbiq edilməsi üçün müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
55. Kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsi yalnız həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda mümkündür və digər hallarda müqavilə bağlamağa məcbur edilməsinə yol verilmir. Odur ki, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması tələbi göstərilən normanın şərtləri ilə müqayisədə qiymətləndirildikdə, belə vəzifənin yaranması üçün hüquqi əsasların mövcud olmadığı müəyyən edilir.
56. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
57. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında iddiaçının istinad etdiyi hüquqi nəticələri doğuran (müqavilə bağlamaq öhdəliyini yaradan) müqavilə münasibətlərinin mövcudluğu sübuta yetirilməmiş, eyni zamanda cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması üçün qanuni əsaslar müəyyən edilməmişdir. Mübahisə olunan məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aid olmaqla, onun maliyyə imkanlarından asılı edilmişdir. Hüquqi şəxsin öz səlahiyyətlərindən iddiaçıya münasibətdə sui-istifadə etməsi halları da öz təsdiqini tapmamışdır.
58. Belə ki, iddiaçının övladlarına görə ödənilməli təhsil haqlarına 50% endirimin (güzəştin) tətbiq edilməsi barədə onunla üç tərəfli müqavilənin bağlanılmaması halının cavabdehin rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı ayrı-seçkilik və qərəzli münasibətin nəticəsi olması barədə irəli sürdüyü dəlillər məhkəmə kollegiyası tərəfindən işdə olan sübutlara əsasən araşdırılmış, lakin həmin dəlillər heç bir sübut vasitəsi ilə təsdiqini tapmadığından əsassız və mülahizə xarakterli hesab edilmişdir.
59. maraqlı şəxs1 Bakı Ali Neft Məktəbinin **-*-**/*-**/**** saylı, ##.##.2026-cı il tarixli arayışa əsasən, 2025/2026-cı tədris ili üzrə SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə “X15” Təhsil Kompleksi arasında BANM əməkdaşlarının övladlarının təhsil haqlarının maliyyələşdirilməsi ilə bağlı nə elektron, nə də kağız daşıyıcıda hər hansı müqavilə münasibətlərinin mövcud olmadığı müəyyən edilmişdir.
60. Bundan başqa, Bakı Ali Neft Məktəbinin Elmi Şurasının ##.##.2025-ci il tarixli, **-****/**** saylı protokolundan çıxarışdan da görünür ki, aparılmış müzakirələr nəticəsində Elmi Şura üzvləri tərəfindən sözügedən məsələnin BANM üzrə tətbiqi məqsədəuyğun hesab edilməmiş və yekdiliklə qəbul edilməmişdir. maraqlı şəxs2 Təhsil Kompleksində (ABC) təhsil alan Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşlarının övladlarının 2025/2026-cı il tədris ilindən etibarən təhsil haqqının 50%-nin ABC ilə bağlanacaq üçtərəfli müqavilə əsasında BANM tərəfindən ödənilməsi məqsədəuyğun hesab olunmaması qərara alınmışdır.
61. Belə olan halda, iddia tələbi hüquqi və faktiki əsaslardan məhrum olduğundan təmin edilə bilməz.
62. Bununla belə məhkəmə kollegiyası məhkəmə xərcləri məsələsinə münasibətdə birinci instansiya məhkəməsinin iddiaçıdan dövlət rüsumunun dövlət gəlirlərinə tutulması barədə gəldiyi qənaətlə razılaşmır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisənin kateqoriyasına uyğun olaraq “Dövlət rüsumu haqqında” Qanunun tələblərinə əsasən işə baxılması ilə əlaqədar məhkəmə xərclərindən azad edildiyi nəzərə alınmamışdır. Eyni mövqe həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qəradadında (iş v. 204-206) da öz əksini tapmışdır.
63. Qeyd olunan xərc işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərclərinin tərkibinə daxildir. Belə ki, Mülki Prosessual Məcəllənin 102, 108.2, 119.1, 121.1, 124.2 və 220.5-ci maddələrinin mənasına görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, məhkəmə qətnamənin nəticə hissəsində iddianın təmin yaxud rədd edilməsi haqqında nəticəyə gəlməklə yanaşı, məhkəmə xərclərinin bölüşdürülməsi qaydasını da əks etdirir, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
64. İddia rədd edildiyindən, lakin iddiaçı qanuna əsasən dövlət rüsumunun ödənilməsindən azad olunduğundan, dövlət rüsumunun iddiaçıdan tutulması üçün əsaslar mövcud deyildir və həmin rüsum dövlət hesabına aid edilməlidir.
65. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7580/2025 saylı, # ###### 2025-ci il tarixli qətnaməsi qismən – “dövlət rüsumunun iddiaçıdan tutulması” hissəsində ləğv edilməlidir.
66. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7580/2025 saylı, # ###### 2025-ci il tarixli qətnaməsi qismən - “dövlət rüsumunun iddiaçıdan tutulması” hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva