Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-882/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989- cu il tarixli *** nömrəli dövlət aktına əsasən xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir.
2. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2015-ci il tarixli, **** nömrəli məktubu əsasında Hüsiyeva (İsgəndərova) Həmidə Xaqani qızı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 413 (***) nömrəli yaşayış sahəsinə(otağa) müvəqqəti yerləşib.
3. Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilib. Bu təhlükə səbəbi ilə Cavabdeh mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanıb.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş edib.
5. İddiada göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2015-ci il tarixli **** saylı məktubu əsasında vətəndaş Hüsiyeva (köhnə və məktubda qeyd olunan soyadı ilə İsgəndərova) Həmidə Xaqani qızı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli, ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh Cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Cavabdeh Cavabdeh həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2015-ci il tarixli **** saylı məktubu əsasında yerləşdirilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbi təmin edilərək cavabdeh Cavabdeh və ailə üzvləri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən, İddiaçı mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasından çıxarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989- cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2015-ci il tarixli, **** nömrəli məktubu əsasında Hüsiyeva (İsgəndərova) Həmidə Xaqani qızı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 413 (***) nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh CavabdehXaqani qızının sözügedən yataqxanaya qanuni əsaslar olmadan yerləşdirilməsinə, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən yataqxanada bərpa və gücləndirmə işlərinin aparılması zərurətinə əsaslanaraq cavabdehin və onun ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehin bu sahəyə yalnız Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin ##.##.2015-ci il tarixli, **** nömrəli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Cavabdehin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktubla müvəqqəti istifadəyə verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdehə mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Mənzil Məcəlləsinin 102.2-ci maddəsində xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır. Cavabdeh həmin maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması qanunla məhdudlaşdırılmır. Beləliklə, cavabdehin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onun yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh və ailə üzvləri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən, İddiaçı mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasından çıxarılmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, məhkəmə tərəfindən işə baxılarkən onun və həyat yoldaşının Müdafiə Nazirliyində əmək müqaviləsi əsasında işlədiklərini, üç azyaşlı uşağının olması, yaşamağa başqa yerlərinin olmaması kimi faktlara heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı tərəf məhkəmədə yataqxanada müqavilə əsasında yox, Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2015-ci il tarixli **** saylı məktubu əsasında yerləşdirildiklərini bildirmişdir. Halbuki, kirayə müqaviləsinin bağlanılamasına onun heç bir etirazı olmamış, həmin müqaviləni bağlamağa razı olduğunu bildirmişdir. Ailəsi ilə birgə 2015-ci ildən həmin yataqxanada yerləşdirilərək yaşamışdır. Bütün kommunal ödənişləri vaxtlı-vaxtında ödəmişdir. İddiaçının nümayəndəsi yataqxananın qəzalı vəziyyətdə olduğunu bildirsə də, onu və ailəsini başqa yerə yerləşdirmək barədə iddiaçı heç bir öhdəlik götürməmiş, onları taleyin ümidinə buraxaraq küçədə, evsiz-eşsiz yaşamaqlarına qərar verilmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsində göstərilir ki, “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.” O və digər ailə üzvləri qeyd olunan ünvanda 2015-ci ildən məskunlaşmışdır. Yaşayış sahəsini tam qanuni əsaslarla sahiblik və istifadə etmişdir. İddiaçı heç bir kompensasiya təklifi olmadan, başqa yaşayış sahəsi onlara təklif etmədən yaşayış sahəsindən çıxarılma ilə bağlı iddia qaldırmışdır. Qeyd olunan ünvandakı yaşayış sahəsində yaşamaq və istifadə etmək hüquqları var, məhkəmə qanunsuz və əsassız olaraq onun və digər ailə üzvlərinin mənzildən çıxarılmasını qərara almışdır. İnzibati orqan onları qeyd olunan yataqxanada yerləşdikdə onlarla müqavilə bağlamamışlar. Halbuki, o və ailə üzvləri özbaşına şəkildə həmin ünvanda məskunlaşmamışlar, əksinə rəsmi qaydada verilmiş məktub əsasında Mənzil Tikinti İdarəsinin əməkdaşlarının iştirakı ilə mənzil ona və ailəsinə təhvil verilmişdir. O, hər ay Turan Yataqxanasının kommendatına kirayə pulu ödəyir, həmin ödənişin qəbuluna dair qəbzlər də var. Mənzil Məccəlisinin 98-ci maddəsinə uyğun kirayə müqaviləsi faktiki olaraq onunla bağlanmış hesab edilməli idi. Məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Kirayə müqaviləsinin xitamı halı qanunvericiliyə əsasən baş verməmişdir. Maraqlıdır ki, binanın fasadının təmirinə başlanılmışdır. Həmiçinin hesab edir ki, yaşayış sahəsi üçün hər ay ödənişlər etmiş, bu da kirayə münasibətlərinin faktiki olaraq mövcud olduğunu göstərir. Kirayə münasibətlərinin xitamı üçün əsas olmamışdır. Mənzil Məcəlləsinin 101-ci maddəsi xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Bildiriş almamışdır. Belə olan halda onun və digər ailə üzvlərinin mənzildən çıxarılması necə əsaslı və ədalətli ola bilər ki?! Hesab edir ki, hal-hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə onun hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluq keçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: - 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; - 102.2.2. yaşa görə pensiyaçılar; - 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; - 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
12. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə:
Bənd 1.1. Həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu Əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Bənd 1.8. Əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. Bənd 1.13. Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə İddiaçı mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Bənd 5.2. Bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Bənd 5.7-5.11. Yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış rayonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təsdiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin Cavabdeh aid mübahisələndirilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə Cavabdeh aid mübahisələndirdiyi hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundandan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin Cavabdeh aid mübahisələndirdiyi hissədə gəldiyi nəticə düzgün olub.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Cavabdeh aid mübahisələndirdiyi hissədə yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə mübahisələndirilən hissədə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, cavabdehin və ərinin Müdafiə Nazirliyində əmək müqaviləsi əsasında işləməsi, üç azyaşlı uşağının olması, yaşamağa başqa yerlərinin olmaması kimi hallar iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı etmir. Çünki Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989- cu il tarixli *** nömrəli dövlət aktına əsasən xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Deməli, cavabdeh və ailə üzvləri bu cür xüsusi təyinatlı yaşayış sahəsində mənzil qanunvericiliyində nəzərdə tutulmuş qaydada və əsaslar olduğu halda yaşaya və istifadə edə bilər. Hazırkı vəziyyətdə cavabdehin həmin yataqxana otağında yaşaması üçün qanuni yaxud müqavilə əsası mövcud deyil.
25. Düzdü, sual oluna bilər ki, cavabdeh 10 ildən artıq bir müddətdə qeyd olunan yaşayış sahəsində qanunsuz deyil, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2015-ci il tarixli **** saylı məktubu əsasında yerləşdirilərək yaşayıb. Ancaq bu məktub əsasında yaşasa da hazırkı vəziyyətdə iddiaçının mənzildən çıxarılma barədə tələbi olduğu üçün sözügedən məktuba əsasən cavabdehin bu yataqxana otağından istifadə etməsinin davam etməsi mümkünsüz olur. Çünki cavabdehin Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan və digər normalarında göstərilən şərtlərə görə həmin mənzildən istifadə etməsi üçün hüquqi əsas yoxdur.
26. Bundan əlavə, kirayə müqaviləsinin bağlanılmasına cavabdehin etirazı olmaya yaxud kirayə müqaviləsi bağlamaq istəyə bilər və bu anlaşılandır, lakin iddiaçının buna razılığı olmalıdır, belə bir razılıq isə olmayıb. Kommunal ödənişləri vaxtı-vaxtında ödəməsi də şikayəti əsaslı etmir. Çünki kommunal ödənişləri etmək cavabdehin öhdəliyi olub. Cavabdehin başqa yaşayış yeri ilə təmin olunması yaxud kompensasiya təklifi alması üçün də iddiaçının qanundan irəli gələn öhdəliyi olmalıdır, ancaq qanunda belə bir öhdəliyin olması müəyyən edilmir.
27. Cavabdeh hər ay Turan yataqxanasının kommendatına kirayə pulu ödədiyini və həmin ödənişin qəbuluna dair qəbzlərin olduğunu bildirsə də buna dair işə yaxud şikayətə hər hansı bir sübut əlavə edilməyib. Bununla yanaşı, cavabdehlə kirayə müqaviləsi bağlanmadığı üçün onun tərəfindən kirayə haqqı da ödənilə bilməzdi. Üstəlik cavabdehin qeyd olunan yaşayış sahəsində 10 ildən artıq yaşaması da Mənzil Məcəlləsinin 98-ci maddəsinə əsasən onunla kirayə müqaviləsinin faktiki olaraq bağlanmış hesab edilməsi üçün əsas ola bilməz. Çünki xüsusi təyinatlı yaşayış sahəsi iddiaçının səlahiyyətli şəxslərinin qərarı ilə kirayə müqaviləsi əsasında verilməli idi. Ancaq nə belə bir qərar, nə də kirayə müqaviləsi olmayıb. Ona görə də kirayə müqaviləsi bağlanmadığı üçün onun xitamından da söhbət gedə bilməz.
28. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatından və təqdim etdiyi ##.##.2026-cı il tarixli arayışdan bəlli oldu ki, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr. 182 ünvanında yerləşən (“Turan” yataqxanasında) ümumi 55 ailə yerləşmiş, bu ailələrdən 3-ü yaşayış yerinin təhvil verilməsi ilə bağlı rəsmi xəbərdarlıqdan sonra öz istəyi ilə təhvil verilmişdir. Digər 2 ailə isə Yasamal Rayon Məhkəməsinin qərarından sonra yaşayış yerini təhvil vermişdir. 51 ailə barədə yaşayış sahəsindən məcburi çıxarılma iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, 49 ailə barədə verilən iddia ərizələri təmin olunmuşdur. 2 ailə ilə bağlı isə məhkəmə prosesi davam etməkdədir. Yasamal Rayon Məhkəməsinin qərarlarından 25-i artıq qüvvəyə minmiş, 12 qərardan isə apellyasiya şikayət verilmişdir. Verilmiş apellyasiya şikayətlərindən 6-sı təmin edilməmiş, 1-i isə təmin edilmişdir. Təmin edilən şikayət barədə kassasiya şikayəti verilmişdir. Nümayəndə həmçinin bildirdi ki, apellyasiya şikayəti təmin edilən işdə olan sakinlə kirayə müqaviləsi olsa da, qanunsuz olduğu üçün kassasiya şikayəti verilib. Göründüyü kimi, qeyd olunan xüsusi təyinatlı yaşayış sahəsinə yerləşdirilmiş bütün sakinlərə qarşı iddia irəli sürülüb və bütün iddialar təmin olunduğu üçün fərqli qərar qəbul edilməsi də məhkəmə təcrübəsinin vahidliyinə uyğun olmazdı.
29. Göstərilənlərlə yanaşı, iddia ərizəsində tələb cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılması kimi göstərildiyindən məhkəmə də tələbi təmin edərkən qətnamənin nəticə hissəsində ailə üzvlərinin çıxarılmasını qət edib, ancaq onların kimlər olduğu göstərilməyib. Düzdü, apellyasiya baxışı zamanı cavabdehin ailə üzvlərinin, əri- ##.##.1986-cı il təvəllüdlü X1, qızı-##.##.2016-cı il təvəllüdlü X4, oğlu- ##.##.2018-ci il təvəllüdlü X2 və qızı – ##.##.2023cü il təvəllüdlü X3 olduğu müəyyən edildi. Ancaq iddiaçı qətnamənin bu hissəsini, yəni ailə üzvlərinin konkret kimlər olmasının göstərilməməsini mübahisələndirməyib. Cavabdeh isə iddianın təmin edilə hissəsini mübahisələndirir. Məhkəmə tərkibi bu vəziyyət görür və hesab edir ki, nə qədər ki, qətnaməni yalnız cavabdeh Cavabdeh mübahisələndirir, qətnamə ailə üzvlərinə aid hissədə hansısa formada onların ziyanına ləğv edilə yaxud dəyişdirilə bilməz. Həm də cavabdeh qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etsə də, ailə üzvləri(məsələn əri)tərəfindən ona belə bir səlahiyyət verilməyib. Buna baxmayaraq, qətnamənin qüvvədə qalacağı təqdirdə ailə üzvləri ilə bağlı məsələ icra icraatı çərçivəsində qanunla müəyyən edilmiş qaydada həllini tapa bilər.
30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddianın bu qaydada təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mənzil hüququnda xüsusi təyinatlı yaşayış sahəsi əldə etmənin əsasları və qaydası, hüquqdan sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.