Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-907/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 qarşı “işə bərpa” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə “öhdəliyində *8 yaşadək II qrup əlilliyi olan vətəndaşın əmrinə xitam verilməsi qadağandır” əsasən iddiaçının işinə xitam maddəsinin dəyişdirilməsi, işə bərpa, son haqq-hesabın düzgün hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin “riyaziyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumunun cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: *5.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 357.*-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 364.2-ci maddəsinin tələblərinə əməl edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayətinin məzmunundan görünür ki, nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. İddiaçı üzrlü səbəbdən ilkin sertifikatlaşdırma imtahanının 2023-cü ilin avqust ayında keçirilmiş test mərhələsində iştirak etməmişdir. Qaydaların 5.2-ci maddəsinə əsasən Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər * (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Daha sonra o, sertikatlaşdırma imtahanının 2024-cü ilin iyun ayında keçirilmiş təkrar test mərhələsində 28 bal toplamış və kəsilmişdir. Qaydaların 5.3-cü və 5.4-cü maddəsinə əsasən isə təkrar sertifikatlaşdırmada buQayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilir. İş materiallarından görünür ki, 26.02.*982-ci il təvəllüdlü İddiaçı məxsus 02*3436 nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.2003-cü ildə Laçın *8 saylı orta məktəbində ixtisası üzrə müəllim təyin edilmiş, ##.##.2025-ci il tarixdə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru cavabdeh2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli əmrindən görünür ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilməsi və İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin əsası kimi ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri göstərilmişdir. Əmrdən görünür ki, hesablanmış son haqq hesab məbləği 978.42 manat təşkil etmişdir. Hazırda iddaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı” barədə iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin “riyaziyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi qət olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırki işdə mübahisə iddiaçı İddiaçı ilə Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbi arasındadır. İddiaçıya münasibətdə işəgötürən məhz Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbidir. Hazırda müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsini mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və o, qətnamədən şikayət vermək hüququna malik olan şəxs olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin maraqlarına toxunduğundan, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilə bilərdi. İşə baxılarkən məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi apellyasiya şikayəti ilə müraciət edərkən qətnamənin sonuncunun hansı maraqlarına (hüquq və vəzifələrinə) toxunub-toxunmaması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qətnamənin işdə iştirak etməyən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və toxunduğu halda sonuncunun müraciəti əsasında bunun nəticəsinə dair qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş verilmiş apellyasiya şikayətinə münasibətdə mülki prosessual məcəllənin tələblərinə uyğun müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-907/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-907/2026
15.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver