Məhkəmə qərarları › İş №2(3-6)-911/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-911/2026

02.03.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-911/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli qərardadlarından Cavabdeh QSC-nin ayrı-ayrılıqda verdiyi şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə "Ailə Park” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə cavabdeh tərəfindən tikilib təhvil veriləcək 1 (bir) ədəd, ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi "Ailə Park” QSCyə həvalə edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd və 35 kv.m olan 1 otaqlı bir ədəd mənzillərə görə ödənilməli olan 550 (beş yüz əlli) manat məbləğində kirayə pulu hesablanaraq İddiaçı ödənilməsi, xx.xx.2024-cü il tarixdən Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi 275 manat məbləğində kirayə pulu hesablanaraq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 100 manatlıq hissəsi Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) və Cavabdeh QSC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 07 noyabr 2025-ci il tarixli qərardadları ilə İddiaçı və Cavabdeh QSC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qaytarılmışdır. Bundan sonra, İddiaçı apellyasiya şikayətinin qaytarılması barədə qərardaddan şikayət vermiş, Cavabdeh QSC isə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, iddiaçının apellyasiya şikayətinin qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2094/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2094/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin digər e-2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli qərardadı ilə isə Cavabdeh QSC apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra, Cavabdeh QSC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli hər iki qərardadından (iddiaçının apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsi barədə) şikayət verərək ləğv edilməsini xahiş edib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 26 yanvar 2026-cı il tarixli qərardadları ilə Cavabdeh QSC-nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli hər iki qərardadından (iddiaçının apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsi barədə) ayrı-ayrılıqda verdiyi şikayətlər təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, hər iki şikayətdə göstərilən dəlillər qərardadların ləğv edilməsi üçün kifayət etmir. Çünki qətnamə həm iddiaçının, həm də cavabdehin elektron kabinetinə xx.xx.2025-ci ildə yerləşdirilib, tərəflər xx.xx.2025-ci il tarixə kimi apellyasiya şikayəti verməli olduğu halda, iddiaçı buna əməl edib, cavabdeh isə əməl etməyərək prosessual müddəti buraxıb, müddətin buraxılmasının üzrlü səbəbi barədə isə məhkəməyə mötəbər sübut təqdim etməyib. Yəni, mütləq deyil ki, apellyasiya şikayəti müddətin bitməsinin sonuncu günü yaxud müddət bitdikdən sonra versin. Demək, apellyasiya şikayətini elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Şərh olunanlara əsasən şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2094/2025 saylı, 18 dekabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar