Məhkəmə qərarları › İş №2(3-6)-912/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-912/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-912/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdehlər “xxxx” MMC-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankı” cəlb edilməklə) qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair QƏRARDADI (Açar sözlər: “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankı”nın nümayəndəsi və vəkili vəkil3 Nağı oğlunun iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankı” tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin halları:

1. Iddiaçı X1 cavabdehlər “xxxx” MMC-nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016cı il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh X1 100.000 manat əsas borcun, 38.738,89 manat faiz borcunun, ümumilikdə 138.738,89 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 138.768,89 manat pulun iddiaçı "Pakistan Milli Bankı"nın Bakı filialının xeyrinə tutulması, tələbin "Pakistan Milli Bankı"nın Bakı filialı ilə X1 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 83,03 kv.m, yardımçı sahəsi 101,59 kv.metrdən ibarət B- **** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinə yönəldilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 184,62 kv.m, yaşayış sahəsi, 83,03 kv.m, yardımçı sahəsi, 101,59 kv.m-dən ibarət B**** nömrəli, 2 mərtəbli, 4 otaqlı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 138.768,89 manat pulun iddiaçı "Pakistan Milli Bankı"nın Bakı filialının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsaitin hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin X1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilmədən saxlanılması qət edilmiş və qətnamə üzrə Sumqayıt şəhəri üzrə Icra Idarəsinə ##.##.2023-cü il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsi əsasında böyük icra məmuru T.Rüstəmov tərəfindən “icraata başlamaq haqqında” ##.##.2023-cü il tarixli qərar qəbul edilərək, könüllü icra barədə borcluya bildiriş verilmiş və həmin tarixli müşayiət məktubu ilə onun ünvanına göndərilmişdir. Icra sənədi üzrə tələb borclu tərəfindən könüllü təmin olunmadığından icra sənədinin icrası üsuluna uyğun olaraq böyük icra məmuru tərəfindən "Qiymətləndiricinin dəvət edilməsi haqqında" ## ####### 2023-cü il tarixli qərar qəbul edilmiş və cavabdeh qiymətləndirici xidmətin hüquqi ünvanına "Sifariş" göndərilmişdir. "xxxx" MMC həmin "Sifariş"i əsasında borclu X1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-**** nömrəli bağ evinin qiymətinin 240.000 manat təşkil etməsinə dair ##.##.2023- cü il tarixli "Əmlakın qiymətləndirilməsi barədə hesabat" tərtib etmişdir. Bildirmək istəyir ki, hazırda Sumqayıt şəhəri ərazisində, Novxanı bağ massivi ən yüksək qiymətli bağ massivi hesab olunur. Həmçinin, bağ evi hesabatda göstərildiyi kimi 2 mərtəbəli deyil, ikinci mərtəbənin üstü mansarddır. Həyətyanı sahəsində qış və yay mətbəxi, hovuzu, istixanası, 16 tonluq dəmir beton konstruksiyalı ehtiyat su hovuzu və həyətdə sanuzeli vardır. Həm bağ evi, mansard, həm də həyətyanı sahədə yerləşən yuxarıda göstərilən tikililər tam yüksək keyfiyyətli tikinti materiallarından ibarətdir. Ona görə də ipotekaya qoyulmuş bağ evinin orta bazar qiyməti 500.000 manatdan az olmamaqla, hesabatda göstərilən qiymətdən təxminən iki dəfə artıqdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və digər dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.

3. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbi təmin edilmiş, cavabdeh “xxxx” MMCnin ##.##.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ı ləğv edilsin və “Pakistan Milli Bankı”nın Bakı filialı ilə X1 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184,62 kv.metr, yaşayış sahəsi 83,03 kv.metr, yardımçı sahəsi 101,59 kv.metrdən ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinin hərracda likvid dəyəri 387.000 manat müəyyən edilməsi qərara alınmışdır.

4. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankı” (bundan sonra üçüncü şəxs) qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

5. Üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, eləcə də qiymətləndiricinin rəyinə istinad etməklə kifayətlənmiş, bankın həmin qiymətlə razılaşmadığını nəzərə almamış, əmlakın real qiymətinin nə qədər olması ilə bağlı araşdırma aparmamışdır. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: - Mülki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN 1401555071, Muxbir hesab: AZ41NABZ01360100000000003944, SFIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501) hesabına köçürülməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 100.000 manat əsas borcun, 38.738,89 manat faiz borcunun, ümumilikdə 138.738,89 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 138.768,89 manatın iddiaçı "Pakistan Milli Bankı"nın Bakı filialının xeyrinə tutulması, tələbin "Pakistan Milli Bankı"nın Bakı filialı ilə X1 arasnda bağlanmış ##.##.2010-cu il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 83,03 kv.m, yardımçı sahəsi 101,59 kv.m ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinə yönədilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 83,03 kv.m, yardımçı sahəsi 101,59 kv.m ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 138.768,89 manatən iddiaçı "Pakistan Milli Bankı"nın Bakı filialının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsaitin hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin X1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanması müəyyən edilmişdir. - Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icraata başlamaq haqqında ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixdə verilmiş icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Sumqayıt şəhəri üzrə Icra Idarəsinin qiymətləndiricinin dəvət edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, cavabdeh X1 Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 33,03 kv.m, yardımçı sahəsi 101,59 kv.m ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinə yönədilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ia torpaq sahəsində yerləşən, ümumi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 83,03 ky.m, yardımcı sahəsi 01,59 kv.m ibarət B**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinin qiymətləndirilməsi üçün “xxxx” MMC tərəfindən qiymətləndirici ekspertin dəvət edilməsi qərara alınmışdır. - “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, toplanmış məlumatlara uyğun təqdim edilmiş hesabat eyni zamanda aparılan təhlil nəticəsində marketinq keçirilməsi üçün vaxt məhdudluğu şəraitində bazarda əhəmiyyətli qiymət fərqi və dəyər itkisi yaratmadan tez reallaşdırıla bilməsini təmin etməklə AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı ##.##.2020-ci il tarixli qərardadına əsaslanaraq X1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən B-**** saylı bağ evinin likvid qiyməti 240.000 manat təşkil edir. - “xxxx” MMC-nin ##.##.2025-cil tarixli ƏEM/O-**-***/** nömrəli ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən, B-**** nömrəli, bağ evinin faktiki vəziyyətinə uyğun olaraq ## ####### 2025-ci il tarixinə bazar dəyəri 430.000 manat, likvid dəyəri 387.000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

9. 39.3.3. məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

10. 41.2. məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən“Icra haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanunu:

11. 51.1. Borclunun əmlakının “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. 7. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

13. 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № **/****, ## ###### 2021-ci il tarixli “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardadı:

14. ...32. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “Icra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

15. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.

18. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

19. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

23. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. Maddə 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxsin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.

35. Hazırkı iş üzrə mübahisəsiz qaydada müəyyən edilən hal ondan ibarətdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2016-ci il tarixli qətnaməsi ilə X1 138.768,89 manat pulun “Pakistan Milli Bankı”nın Bakı filialının xeyrinə tutulması, tələbin "Pakistan Milli Bankı"nın Bakı filialı ilə X1 arasında bağlanmış ##.##.2010-cu il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 83,03 kv.m, yardımçı sahəsi 101,59 kv.metrdən ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinə yönəldilməsi, ipotekaya qoyulmuş bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 138.768,89 manat pulun “Pakistan Milli Bankı”nın Bakı filialının xeyrinə ödənilməsi qət edilmişdir. Bunula belə həmin qətnamədə tələbin yönəldiyi ipoteka predmeti olan əmlakın ilikin satış qiyməti müəyyən edilməmişdir. Qətnamənin icrası barədə ##.##.2023-cü il tarixdə müvafiq icra vərəqəsi verilmiş və Sumqayıt şəhəri üzrə Icra Idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə icra icraatına başlanılmışdır. Icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin yöənldilməsi nəzərdə tutulan ipoteka predmetinin qiymətləndirilməsi üçün icra məmuru tərəfindən hazırkı iş üzrə cavabdeh “xxxx” MMC qiymətləndirici olaraq dəvət edilmiş və MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184,62 kv.metr, yaşayış sahəsi 83,03 kv.metr, yardımçı sahəsi 101,59 kv.metrdən ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinin likvid qiyməti 240.000 manat müəyyən edilmişdir.

36. Hazırkı tələbində iddiaçı qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ipoteka predmeti olan - Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184,62 kv.metr, yaşayış sahəsi 83,03 kv.metr, yardımçı sahəsi 101,59 kv.metrdən ibarət B-**** nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının ləğv edilməsini tələb edir. Rayon məhkəməsi həmin tələbə iddia icraatı qaydasında baxaraq iddia tələbinin təmininə dair mübahisələndirilən qətnaməni qəbul etmişdir.

37. Məhkəmə hesab edir ki, rayon məhkəməsi tərəfindən həmin tələbə iddia icraatı qaydasında baxılması düzgün olmamışdır.

38. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyasının ##.##.2021-ci il tarixli yuxarıda istinad olunan Qərarında əks olunmuş tələbə görə ipoteka predmeti olmayan əmlakın və sair əmlakların ilkin satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilən şikayət əsasında, hərracın keçirilməsindən sonra isə iddia icraatı qaydasında mübahisələndirilməlidir.

39. Ali Məhkəmənin istinad olunan qərarından (bənd 32.) belə anlaşılır ki, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi icra icraatı qaydasında mübahisələndirilə bilməz. Həmin mövqe təsadüfi olmayıb, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbindən, yəni məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməli olmasına dair qanunun imperativ tələbindən irəli gəlmişdir.

40. Güman etmək olar ki, qərar hazırlanarkən ipoteka predmeti olan əmlakların mütləq qaydada məhkəmə tərəfindən qiymətləndirilməli olması əsas götürülmüşdür. Lakin nəzərə alınmamışdır ki, hazırkı işdə olduğu kimi, bir sıra hallarda məhkəmələr tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmur.

41. Belə olan halda da ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhz icra icraatı çərçivəsində icra məmurunun sifarişi əsasında müəyyən edilir ki, bunun da hərrac üçün sifariş verilən digər əmlakların qiymətləndirilməsindən hər hansı fərqi yoxdur. Demək ki, tələbin yönəldiyi əmlak hətta ipoteka predmeti olsa belə, əgər onun qiymətləndirilməsi icra məmurunun iradəsinə bağlı olarsa, həmin qiymətləndirmə də məhz icra məmurunun hərəkətlərindən şikayət verilməklə icra icraatı qaydasında mübahisələndirilməlidir.

42. Məhkəmə hesab edir ki, bu məsələdə hər hansı əks yanaşma Ali Məhkəmənin qeyd edilən qərardadının məzmununda müəyyən olunmuş hüquqi mövqeylə, eləcə də həmin qərardadın güddüyü məqsədlərlə ziddiyyət təşkil edəcəkdir. Demək ki, rayon məhkəməsinin hazırkı tələbə iddia icraatı qaydasında baxması əsaslı sayıla bilməz. Belə bir yanaşma vahid məhkəmə təcrübəsinin yaradılması sahəsində son illər ərzində həyata keçirilən və Ali Məhkəmənin bir çox qərarlarında əks olunmuş mövqelərə də uyğun deyildir.

43. MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

44. Beləliklə də, Məhkəmə qeyd edlənlərə əsasən hesab edir ki, hazırkı tələb mülki mühakimə qaydasında baxılmalı olsa da, lakin iddia icraatı qaydasında baxılmalı olmayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № **/****, ## ###### 2021-ci il tarixli “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardadı ilə müəyyən olunmuş qaydada, yəni icra məmurunun hərəkətlərindən verilən şikayət qaydasında baxılmalı olduğundan, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Nəticə:

45. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş iddia icraatı qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.

46. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, o, “əmlakın qiymətləndiriməsi barədə hesabatın ləğv edilməsini” icra məmurunun hərəkətlərindən şikayət verilməklə icra icraatı qaydasında mübahisələndirə bilər.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

48. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

50. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

51. Beləliklə, müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankı” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xitam verilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Iddiaçıya izah olunur ki, “əmlakın qiymətləndiriməsi barədə hesabatın ləğv edilməsini” icra məmurunun hərəkətlərindən şikayət verilməklə icra icraatı qaydasında mübahisələndirmək hüququna malikdir. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar