Məhkəmə qərarları › İş №2(3-6)-919/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-919/2026

21.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-919/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh4 və cavabdeh3 qarşı “evə köçürülmə və yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Ibrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdehlərdən biri olan cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı iddiaçı1, özü iddiaçı olmaqla həmçinin iddiaçı iddiaçı3 qəyyumu olan iddiaçı2 və sonuncunun vəkili (nümayəndəsi) vəkil3, cavabdeh (apellyator) cavabdeh3 və cavabdeh cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia tələbi haqqında məlumat

1. Iddiaçılar iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadəyə və orada yaşamalarına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 və onun qardaşı iddiaçı3 Cəbrayıl rayonundan olan məcburi köçkündürlər. iddiaçı3 ağır xəstə olduğu üçün iddiaçı2 onun qəyyumu təyin edilmişdir. Iddiaçı iddiaçı1 iddiaçı iddiaçı2 arvadıdır. Cavabdeh cavabdeh3 iddiaçılar Murad və iddiaçı3 bacısıdır. Cavabdeh cavabdeh2 cavabdeh3 əri, digər 2 cavabdeh isə sonuncuların övladlarıdır. Iddia ərizəsində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olsa da, iddiaçı iddiaçı3, iddiaçı iddiaçı2 və cavabdeh cavabdeh3 anası X1 məxsus olmuş və onlar hamısı həmin evdə yaşamışlar. Cavabdeh cavabdeh3 cavabdeh cavabdeh2 ilə nikaha daxil olub, ailə qurduqdan sonra həmin evdən çıxmış və yaşayış yerini dəyişmişdir. X3 ##.##.2022-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh cavabdeh3 və sonuncunun ailə üzvləri olan digər cavabdehlər mübahisəli yaşayış sahəsinə daxil olmuş, evin qapıların açarlarını dəyişdirərək iddiaçıların evə daxil olmalarına maneçilik törətmişlər. Nəticədə iddiaçılar 2022-ci ildən etibarən yaşayış yerindən məhrum olunmuşlar, baxmayaraq ki, cavabdehlərin mübahisəli yaşayış sahəsi üzərində hər hansı üstün hüquqları mövcud deyil. b) cavabdeh tərəfin iddiaya münasibəti haqqında məlumat

3. Cavabdehlərdən yalnız biri – cavabdeh3 iddia tələbinə qarşı yazılı etiraz verərək, etirazda bildirmişdir ki, mübahisəli ev onların anaları tərəfindən inşa etdirilmiş və ona verilmişdir. Anaları iddiaçılar üçün də ayrıca ev inşa etdirmiş və iddiaçılara vermişdir. Iddiaçıların təqdim etdikləri arayışlar həqiqəti əks etdirməmişdir. O və onun ailə üzvləri (əri və övladları) 2022-ci ildən etibarən (mübahisəli) evdə yaşayır və iddiaçılar uzun müddət əvvəl oranı tərk etmişlər. Ev özbaşına tikilidir. Iddiaçıların təqdim etdikləri kommunal xərclərin və torpağa görə vergilərin ödənilməsi sənədləri həmin ev üzərində hüququn yaranmasını təsdiq etmir. Buna görə də, iddia rədd edilməlidir. c) tərəflərin və şahidlərin birinci instansiya məhkəməsində verdikləri izahatlar

4. Özü iddiaçı olmaqla yanaşı iddiaçı iddiaçı3 qəyyumu olan iddiaçı2, onun arvadı olan iddiaçı iddiaçı1, onun vəkili (nümayəndəsi) vəkil3 Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Vəkil (nümayəndə) vəkil3 cavabdeh cavabdeh3 verdiyi yazılı etirazda qeyd edilənlər ilə bağlı əlavə olaraq bildirdi ki, iddiaçıların təqdim etdikləri yazılı sübutlar, dövlət orqanlarının arayışlardır. Həmin sənədlərdən isə aşkar qaydada görünür ki, iddiaçılar 2010-cu ildən etibarən həmin evdə yaşamışlar. Şahidlər də təsdiq edə bilərlər ki, iddiaçılar cavabdehlər tərəfindən qovulana kimi həmin evdə yaşamışlar.

5. Cavabdeh cavabdeh3 Rayon Məhkəməsinə iddia tələbinə qarşı verdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Digər cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Onların gəlməməsi üzürlü səbəbdən baş vermədiyi üçün Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır.

7. Iddiaçı Murad və iddiaçı3, cavabdeh cavabdeh3 bacısı şahid3 Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və göstərmişdir ki, mübahisəli ev onların anası tərəfindən iddiaçılar üçün inşa edilmişdir və iddiaçılar bu yaxınlara kimi həmin evdə yaşamışlar. Cavabdeh cavabdeh3 isə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində, özlərinə məxsus evdə yaşamışdır. Anaları vəfat etdikdən sonra isə cavabdeh cavabdeh3 və digər cavabdehlər mübahisəli evi zəbt etmiş, iddiaçıları həmin evə buraxmamışlar. Bu səbəbdən də iddiaçılar cavabdeh cavabdeh3 “anası tərəfindən inşa edilmiş və iddiaçılara məxsus ev” kimi qələmə verdiyi evdə yaşayırlar. Həmin ev isə əslində ona (şahidə) və onun ərinə məxsusdur. Belə ki, ev onun ərinə məxsus torpaq sahəsində onların özləri tərəfindən inşa edilmişdir. Cavabdehlər mübahisəli evi zəbt etmək istəyirlər.

8. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şahid2 bildirmişdir ki, ona məxsus ev mübahisəli evin qonşuluğunda yerləşir. O, mübahisəli evə mütəmadi olaraq gedibgəlmişdir. Ev iddiaçı iddiaçı2 məxsusdur və evdə Murad öz ailəsi və xəstə qardaşı ilə yaşayırdı. Cavabdeh cavabdeh3 demək olar ki, tanımır. Kəmalə həmin evdə yaşamırdı. Kəmaləni təxminən 3 il bundan əvvəl Xuraman Ismayılovanın yasında görmüşdür. Bir müddət sonra isə eşitmişdir ki, Kəmalə öz ailə üzvləri ilə birlikdə həmin evə gəlib və evdə yaşamağa başlayıb.

9. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (qonşu) şahid1 şahid şahid2 ifadəsinə oxşar ifadə vermişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

10. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıların mübahisəli tikiliyə köçürülmələrini, iddiaçıların həmin tikilidən istifadə etmələrinə, həmin tikilidə yaşamalarına maneələrin yaradılmasına cavabdehlərə qadağan edilməsini qət etmişdir.

11. Rayon Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli tikili özbaşına tikili olsa da, iddiaçıların yaşadığı sahə (yer) sayılır. Cavabdehlər isə buna heç bir qanuni əsas olmadığı halda iddiaçıları həmin tikilidən çıxartmış və geri dönməyə imkan vermirlər. Cavabdehlərin bu kimi hərəkəti qanunsuzdur. Buna görə də iddia təmin edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat

12. Iş üzrə cavabdehlərdən biri olan cavabdeh3 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. Əsasları iddia tələbinə qarşı verilmiş yazılı etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi iddiaçıların təqdim etdikləri sübutlara üstünlük vermiş, cavabdeh tərəfin etirazlarını, təqdim etdiyi izahatları və sübutları isə nəzərə almamışdır. Halbuki, iddiaçıların təqdim etdikləri arayışlar həqiqəti əks etdirməyən sübutlardır. Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli yaşayış sahəsi iddiaçıların daimi yaşayış yeri deyil və apellyasiya baxışı zamanı o, bu halı təsdiq edə biləcək arayışlar və şahidləri Məhkəməyə təqdim edəcək. f) apellyasiya baxışında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

14. Apellyator olan cavabdeh cavabdeh3, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, anası rəhmətə gedənə qədər kommunal xidmətlərə aid sənədlər onun (apellyatorun) adına olmuş, daha sonra isə qardaşı olan iddiaçı iddiaçı2 onları öz adına keçirmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, o, təxminən 30 il həmin evində yaşayıb, orda qeydiyyatda olub və anasına qulluq etmişdir. Həmin ev həmişə ona məxsus olmuş və o, evdə yaşamadığı zaman qardaşı iddiaçı2 tapşırmışdır ki, evi kirayə versin. iddiaçı2 ondan pul istəmiş, lakin o, Murada pul verə bilmədiyi üçün Murad evi zəbt etmişdir.

15. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh (cavabdeh cavabdeh3 övladı) Əli Göyüşov apellyasiya şikayətini dəstəklədiyini bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, onlar 2021-ci ildən etibarən Sumqayıtdakı evdən çıxmış və mübahisəli evə köçmüşlər və buna görə də torpaq vergisini də ödəyirlər. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

16. Iş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

16. Iddiaçı iddiaçı1, özü iddiaçı olmaqla həmçinin iddiaçı iddiaçı3 qəyyumu olan iddiaçı2 və sonuncunun vəkili (nümayəndəsi) vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iddia ərizəsində qeyd edilən və “fərdi yaşayış evi” kimi qeyd edilən tikilinin iddiaçı iddiaçı3, iddiaçı iddiaçı2 və cavabdeh cavabdeh3 anası Xuraman Ismayılova tərəfindən inşa etdirilməsi və özbaşına tikili olması işin mübahisəsiz halını təşkil edir.

19. Iddiaçılar bildirirlər ki, təxminən 2022-ci ilin əvvəllərinə kimi onlar həmin evə yaşamışlar. Xuraman Ismayılova ##.##.2022-ci ildə vəfat etdikdən bir qədər sonra cavabdehlər həmin tikilini zəbt etmişlər və onların həmin tikiliyə bir daha buraxmamışlar.

20. Cavabdeh cavabdeh3 iddiaya qarşı verdiyi yazılı etirazda və Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, həmin tikili anası Xuraman Ismayılova tərəfindən inşa edilsə də, iddiaçılar üçün deyil, onun üçün inşa etdirmişdir. Xuraman Ismayılova iddiaçılar üçün qonşuluqda yerləşən tikilini inşa etdirmişdir. Həmin tikili iddiaçıları daimi yaşayış yeri olmamışdır.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Nəzərə alınsa ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirlmiş şəxslər və apellyatorun özü də iddiaçıların həmin evdə 2021-2022-ci illərə kimi yaşamalarını təsdiq edirlər, onda müəyyən edilir ki, həmin tikilinin iddiaçıların daimi yaşayış yerinin olmamasını sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Lakin onlar, o cümlədən apellyator olan cavabdeh cavabdeh3 bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Halbuki, apellyator olan cavabdeh cavabdeh3 bu kimi sübutları apellyasiya icraatı zamanı Məhkəməyə təqdim edəcəyini apellyasiya şikayətində bildirmişdir.

23. Belə olan halda qəbul edilməlidir ki, mübahisəli tikili özbaşına tikili olsa da, iddiaçıların yaşayış yeri sayılır.

24. Işin bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

25. Məhkəmə bildirir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı iş üzrə cavabdehlərin mübahisəli tikili üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən cavabdehlərin iddiaçılara qarşı törətdikləri məhrumetmə (təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanın tələblərini pozmuşlar və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildiyi evə (tikiliyə) köçürülməlidirlər.

26. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli tikiliyə iddiaçılara münasibətdə hər hansı üstün hüquqları (mülkiyyət hüququ qeydiyyata alınmadığı, kirayə müqaviləsinin olmaması və s.) olmadığı üçün iddiaçıların cavabdehlər tərəfindən yaşadığı yerdən məhrum edilmələrinin qanuni əsası yoxdur və bu zaman kommunal xidmətlərin kimin adına olması və apellyatorun göstərdiyi digər dəlillər işin həlli üçün heç bir əhəmiyyət kəsb etmir.

27. Buna görə də qəbul edilməlidir ki, iddia əsaslıdır, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızıdır. h) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDI:

Cavabdeh cavabdeh3 verdiyi apellyasiya apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdehlər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. Iş üzrə iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar