Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-920/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh5 və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi haqqında) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Xəlilov İlkin Ələkbər oğlunun, cavabdeh cavabdeh5 nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, Sumqayıt şəhəri üzrə İcra Şöbəsi, cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti (ləğv prosessindədir), cavabdeh2ika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi haqqında” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, cavabdeh3 ASC-yə (Ləğv prosessindədir), cavabdeh2ika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə, cavabdeh1 Publik Hüquqi Şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” xxxx MMC tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası ilə bağlı keçirilmiş hərraclar və onların nəticələrinin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair Azərbaycan cavabdeh2ikası Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı predmeti olmuş Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində yerləşən */** saylı qeyri-yaşayış sahəsi iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. Mülkiyyətində olan həmin əmlakı cavabdeh Banka ipotekaya qoyaraq yüklü etmişdir. Sonradan həmin əmlak hərrac yolu ilə Bankın mülkiyyətinə keçmiş, iddiaçı hərracın nəticələrini mübahisələndirmiş, məhz buna görə də “xxxx” ASC ilə İddiaçı arasında ##.##.2013-cü il tarixli barışıq sazişi imzalanmış, ##.##.2014-cü il tarixli beh müqaviləsinə əsasən beh verən İbrahimov Şahin Cəlil oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 267.100 manata alqısatqı bağlamaq barədə öhdəlik götürmüş, beh verən beh alana 20.000 manat beh verməyi, qalan 247.100 manatı isə ##.##.2014-cü il tarixədək satıcıya verməyi öhdəsinə götürmüşdür, lakin Saziş Bankın günahından icra olunmadığına görə beh verən İbrahimov Şahin Cəlil oğlu verdiyi behi ikiqat həcmdə Bankdan geri almışdır, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair cavabdeh3 ASC ilə cavabdeh5 arasında bağlanmış ##.##.2023-cü il tarixli *Ə/*** saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin Hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın ləğv edilməsinə dair iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindan kassasiya şikayəti verilmiş, iş kassasiya icraatındadır. Sumqayıt şəhər İcra şöbəsinin sifariş məktubuna əsasən xxxx “xxxx” MMC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasının satılması ilə bağlı qanunsuz olaraq hərraclar keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/***** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı İbrahimov Şahin Cəlil oğlunun “xxxx ” ASC-yə qarşı beh tələbinə dair iddia təmin edilərək cavabdeh “xxxx ” ASC-dən ödənilmiş behin iki misli 40.000 manat (qırx min) manat tutularaq İbrahimov Şahin Cəlil oğluna ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimov Şahin Cəlil oğlunun “xxxx ” ASC ##.##.2024-cü il tarixdə beh müqaviləsi imzalayarkən Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasına dair mövcud mübahisənin olmasından xəbərdar olmasına baxmayaraq İbrahimov Şahin Cəlil oğlu qarşısında qeyri-yaşayış binasının satılması ilə bağlı öhdəlik götürsə də öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə prosesi barədə məlumatlı olmasına baxmayaraq, cavabdeh olan İcra şöbəsi icra hərəkətlərini dayandırmaq əvəzinə, qanunsuzluqlarını davam edirmiş, nəticədə xxxx tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası tələbkara təklif edilmişdir. “İcra haqqında” Azərbaycan cavabdeh2kası Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bununla yanaşı bildirir ki, hərracların keçirilməsi barədə ümumiyyətlə məlumatı olmamışdır. ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların X9 daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası cavabdeh “xxxx” ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. Tələbkar olan cavabdeh “xxxx” ASC obyekti real dəyərindən 3-4 dəfə ucuz qiymətə cavadbeh olan cavabdeh5 satmışdır. Bununla yanaşı, xxxx tərəfindən hərracın keçirilməsi barədə ümumiyyətlə ipoteka qoyan İddiaçı heç bir bildiriş göndərilməmişdir, bununla da “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin maddəyə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. xxxx tərəfindən hərracın keçirilməsi barədə ##.##.2012-ci il tarixli **/*** saylı bildirişdən görünür ki, bildirişdə ümumiyyətlə İpoteka qoyan (mülkiyətçi) İddiaçı adı qeyd edilməmişdir. Hərrac bildirişində İpoteka qoyanın (mülkiyyətçinin) adı qeyd edilməyibsə bildirişin göndərilməməsi və çatdırılmaması, habelə qanunvericliyin tələblərinə zidd olaraq 3 dəfə hərracın keçirilməsi işin mübahisəsiz hallarıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının keçən 10 ili aşan müddət ərzində bir çox iddialarla məhkəməyə müraciət etməsi və həmin iddiaların təmin edilməməsi onu göstərir ki, onun məqsədi ipoteka predmeti olan əmlakın özgəninkiləşdirilməsinin qarşısını almaqdır. Halbuki o, özünəməxsus əmlakı ipoteka ilə yüklü edərkən, belə nəticələrin baş verəcəyini özündə yəqin etməli idi, yaxud da hüquqauyğun davranmaqla belə nəticələrin baş verməsinin qarşısına keçməli idi. Hazırda isə iddiaçının bu illər ərzində bir çox iddialarla məhkəmədə iddialar qaldırması, hüquqauyğun davranış deyil, hüquqdan sui-istifadədir. Çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan cavabdeh2ikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Məhkəmə gəldiyi nəticəni, “İpoteka haqqında” Azərbaycan cavabdeh2ikası Qanunun 2012-ci ildə qüvvədə olan 41.2, 41.3, 42.1, 42.3, 42.6, 42.8, “İcra haqqında” Azərbaycan cavabdeh2ikası Qanununun 53.2, 61.1, 61.2, 62.2, 89-cu, Azərbaycan cavabdeh2ikası Mülki Məcəlləsinin 337.1, 415.2, 416.1, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
2. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, həmçinin qeyd olunmuşdur ki, məhkəmə qətnamədə iddiaçıya keçirilmiş hərraclın vaxtı və yeri barədə məlumat verilməməsi faktını müəyyən etsə də, iddiaçının öz hüquqlarından sui-istifadə etməsi barədə yanlış nəticəyə gəlmişdir. Halbuki, həmin vaxt qüvvədə olan “ipoteka haqqında” Qanunun 41.2ci maddəsi icra məmurunun ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlırazılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifariş verməli olduğunu təsbit edir. Bununla yanaşı həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Göründüyü kimi cavabdehlər hərracı qanunvericiliyin tələblərini pozmaqla keçirmiş və bununla da ipoteka qoyanı (iddiaçını) hərracda iştirak etmək və öz əmlakını özünün əldə etmək imkanından məhrum etmişlər. Bununla da cavabdehlər iddiaçının öz əmlakına olan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşlar. Azərbaycan cavabdeh2ikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan cavabdeh2ikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddənin III bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29-cu maddənin IV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilənlərlə yanaşı iddiaçının öz hüquqlarından sui-istifadə edərək, ipoteka predmetinə olan hüquqları itirdikdən sonra hərracı mübahisələndirməsi barədə məhkəmənin gəldiyi nəticə də yalnız formal mülahizələrlə əsaslandırılır və işin hallarından öz təsdiqini tapmır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili İ.Xəlilov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh5 nümayəndəsi F.Baxşəliyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
5. Cavabdeh cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosessindədir) nümayəndəsi S.Abbasov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
6. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
7. cavabdeh2ika Xammal və X3 Mərkəzi “xxxx” MMC-nin cavabdeh3 ASC-yə və X1 ünvanlandığı ## #### 2012-ci il tarixli, ** nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2009-cu il tarixli İcra vərəqəsi üzrə ipoteka qoyulan İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mkr yerləşən *Ğ** saylı qeyri-yaşayış binasına (iaşə obyekti) hərrac yönəldilməsi və hərracda satılması qeyd edilmişdir.
8. Sumqayıt şəhəri üzrə İcra şöbəsinin icra məmuru Elşən Qasımovun İddiaçı ünvanlandığı ##.##.2011-ci il tarixli, **** nömrəli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**** saylı ## ##### 2010-cu il tarixli icra vərəqəsinə əsasən X1 cavabdeh3 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20818,09 ABŞ dolları, cəmi 320818,09 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüquq itirilməli və həmin bina boşaldılmalı, açıq hərracdan satılaraq tələb borca yönəldilməli, satışdan əldə olunmuş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldlilməlidir. Göstərilən icra vərəqəsinin məcburi icrası ##.##.2011-ci il tarixə saat 11:00-а təyin olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, icra yerində olmamağı icranın həyata keçirilməsinə maneçilik törətmir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İbrahimov Şahin Cəlil oğlu cavabdeh cavabdeh3 ASC-yə qarşı “beh” tələbinə dair iddiası təmin olunmuş, cavabdeh cavabdeh3 ASC-dən ödənilmiş behin iki misli, 40000 manat tutularaq İbrahimov Şahin Cəlil oğluna verilməsi qət edilmişdir.
10. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2008-ci il qeydiyyat tarixli Çıxarışından görünür ki, verilir İddiaçı ondan ötrü ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) icarəsində olan 0.0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522.8 kv.m ümumi, 510.1 kv.m əsas, 12.78 kv n köməkçi sahədən ibarət 2 mərtəbəli Qeyri yaşayış binası (iaşə obyekti) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri Publik Hüquqi Şəxsinin Çıxarışından görünür ki, hüquq sahibi cavabdeh5 payı tam olmaqla ##.##.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər LPO “xxxx” ASC-yə və cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri * saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan cavabdeh2ikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Fəxri Səfərovun “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili vəkil2 ünvanladığı ## ####### 2025-ci il tarixli, 3-21-3-31/2- ****/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı Məmməd oğlunun adına qeydiyyata alınaraq, ##.##.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan cavabdeh3 ASCnin adına qeydiyyata alınaraq ##.##.2012-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan sözügedən əmlak cavabdeh5 adına qeydiyyata alınaraq ##.##.2023-cü il tanxli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-****/**** saylı qərardadı əsasında həbs qeydiyyata alınmış və ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qərardadı əsasında həbs götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2013-cü il tarixli 2(060)- ****/**** saylı qərardadı əsasında qadağa qeydiyyata alınmış və ##.##.2022-ci il tarixində qadağa götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-**/**** saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində ##.##.2023-cü ildən ##.##.2023-cü il müddətinədək qadağa qeydiyyata alınmış və götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)- ***/**** saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində qadağa qeydiyyata alınmış və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-***/**** saylı qərardadı əsasında qadağa götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-***/**** saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində qadağa qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-**(***)-***/**** saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində qadağa qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)- ***/**** saylı məhkəmə bildirişi məlumat üçün idarəyə daxil olmuşdur.
16. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2013-cü il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan cavabdeh2ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə, cavabdeh3 ASC-yə, «xxxx» MMC xxxxnə və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı «Sumqayıt şəşəri, 9-cu mikrorayon ərazisində yerləşən */** saylı qeyri yaşayış sahəsinə dair hərracın keçirilməsinin və bunun əsasında cavabdeh3 ASC-nin adına ##.##.2012-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab olunması, cavabdeh3 ASCnin qeyriyaşayış sahəsindən çıxarılması maddi və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X2 cavabdehlər cavabdeh5, Sumqayıt şəhəri üzrə İcra idarəsi, cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir), cavabdeh2ika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Publik Hüquqi Şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsi barədə cavabdeh cavabdeh3 ASC-nin (Ləğv prosesindədir) vəsatəti təmin edilməmişdir.
18. MAK Consultancy Baku LTD-nin baş direktoru Z.Hüseynovun “cavabdeh2ika” X10 ünvanladığı ## ####### 2006-cı il tarixli, ***/BRV/**-** nömrəli İddiaçı təqdim etdiyi Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “xxxx” firmasına dükan tikintisi məqsədilə ayrılmış 288.3 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair RƏY (şərti) –dən görünür ki, 490 000 AZN və likvid dəyəri 390 000 AZN həcmində müəyyən edilmişdir. Qiymətləndirilən əmlak, mülkiyyət hüququnu təsdiq edən sənədlərə uyğun 288.3 kv.m sahədə inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarətdir.
19. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli, *-**-**/*-**/****-*/**** nömrəli ekspert rəyinin tədqiqatın nəticəsindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr –da yerləşən (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522.8 kv.m olan qeyri-yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728000.0 manat (1392x522.8) məbləğində müəyyən olunur.
20. Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2010-cu il tarixli icra sənədinin surətindən görünür ki, iddiaçı cavabdeh3 ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, yüklü əmlaka olan hüquqların itirilməsi və əmlakın boşaldılması tələbinin təmin edilməsi, cavabdeh X1 cavabdeh3 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20.818,09 ABŞ dolları, cəmi 320.818,09 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması, borcun əvəzinə yönəldilən ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüququnun itirilməsi və 1 ay ərzində boşaldılması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və həmin binanın açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi müəyyən edilmişdir.
21. “İcraata başlamaq haqqında” ## #### 2010-cu il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2010- cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** nömrəli, ## ##### 2010cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan cavabdeh2ikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/** nömrəli, ##.##.2011-ci il tarixli qərarından görünür ki, AR Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qərardadından görünür ki, X1 ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ##### 2010-cu il tarixli qətnaməsinin icrasına 6 (altı) ay müddətinə möhlət verilməsi qərara alınmışdır.
25. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin AR ƏN Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin rəisi Şəmsi Şahvələdova ünvanladığı ************ nömrəli məktubdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən qeyri-yaşayış binasının üzərinə qadağanın qoyulması ilə bağlı dövlət reyestrində müvafiq qeydlər aparılmışdır.
26. “xxxx” MMC-nin Sumqayıt şəhər İcra Şöbəsinin rəisi Anar Əhmədova ünvanladığı ## ###### 2012-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”- ndən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da (təzə) yerləşən */**-* nömrəli qeyri-yaşayış binası tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 330.000 manat təşkil edir.
27. Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun “xxxx” MMC-yə , Sumqayıt Şəhər Məhkəməsinin hakimi xanım Şövkət Nəcəfovaya və “xxxx” ASC-yə ünvanladığı ##.##.2012-ci il tarixli “Sifariş”-dən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2010-cu il tarixli icra vərəqəsinə əsasən, borclu İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0.0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522.8 kv.m ümumi, 510.1 kv.m əsas, 12.78 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılmalı və əldə olunan vəsait tələbə yönəldilməlidir.
28. “xxxx” MMC-nin direktoru Günel Mustafayevanın Sumqayıt şəhər İcra Şöbəsinin rəisi Anar Əhmədova və “xxxx” ASC-nin rəhbərliyinə ünvanladığı *** nömrəli, ## ##### 2012-ci il tarixli məktubdan və protokoldan görünür ki, Azərbaycan cavabdeh2ikası Mülki Məcəlləsinin 415-ci maddəsinə, İpoteka Qanunun 43.7 maddəsinin və «İcra Haqqında» Qanunun 53.2, 61 və 62 maddələrinə müvafiq olaraq ##.##.2012-ci il tarixdə Sizin təqdim etdiyiniz sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmişdir: Hərracda müəyyən olunmuşdur ki, № **/**-** saylı ##.##.2012-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9- cu mikrorayonda yerləşən */**-* saylı qeyri -yaşayış binasına 210375,00 (iki yüz on min üç yüz yetmiş beş) manata hərraca çıxarılaraq ** saylı qalib alıcı «xxxx» ASCnin (M-ll/** saylı ## ###### 2012-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X4 (AZE:№ ******** Qazax RPŞ ##.##.2011) satılmışdır.
29. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə ## ##### 2012-ci il tarixli müqavilədən görünür ki, Bu Müqavilə Azərbaycan cavabdeh2ikası Mülki Məcəlləsinin, «İcra Haqqında» Azərbaycan cavabdeh2ikasının Qanununun və «İpoteka haqqında» Azərbaycan cavabdeh2ikası Qanununun tələbləri qaydasında, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1042/2010-cu il «26» aprel 2010-cu il tarixli icra vərəqəsi, Sumqayıt şəhər İŞ-nin **/**-** saylı ##.##.2012-ci il.tarixli sifariş məktubunun icrasına əsasən bağlanmışdır. Sifarişçi: Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımov və (Tələbkar) alıcı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (M/ll-** saylı, ## ###### 2012-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X4 şəx/vəs: seriya AZE № ******** Qazax RPŞ ##.##.2011-ci il) arasında aşağıda göstərilən (daşınmaz) əmlak barədə alqı-satqı Müqaviləsi bağlanmışdır: İddiaçı məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən */**-* saylı qeyri-yaşayış sahəsi - Satıcı aşağıda qeyd olunan qeyri yaşayış binasının (daşınmaz əmlakı) «Alıcı»nın tam mülkiyyətinə verməyi, «Alıcı» isə həmin qeyri-yaşayış binasının (daşınmaz əmlakı) qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Alıcı 7 (yeddi) təqvim günü ərzində verilən behi çıxmaqla qalan hissəni vaxtında ödəmədikdə imzalanmış müqavilə öz qüvvəsini itirmiş hesab edilir.
30. Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun İddiaçı ünvanladığı ## ##### 2012-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin *(***)-**** saylı ## ##### 2010-cu il tarixli icra vərəqəsinə əsasən X1 «xxxx» ASC-nin xeyrinə kredit borcu 300000 ABŞ dolları, faiz borcu 20818,09 ABŞ dolları, cəmi 320818,09 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasma dair hüquq itirilməli və həmin bina boşaldılmalı, açıq hərracdan satılaraq tələb borca yönəldilməli, satışdan əldə olunmuş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməlidir.
31. Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun İddiaçı ünvanladığı ## #### 2012-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin *(***)-**** saylı ## ##### 2010-cu il tarixli icra vərəqəsinə əsasən X1 cavabdeh3 ASC-nin xeyrinə kredit borcu 300000 ABŞ dolları, faiz borcu 20818,09 ABŞ dolları, cəmi 320818,09 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüquq itirilməli və həmin bina boşaldılmalı, açıq hərracdan satılaraq tələb borca yönəldilməli, satışdan əldə olunmuş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməlidir. Bildirilmişdir ki, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış «xxxx» MMC-nin **/** saylı ##.##.2012-ci il tarixli protokoluna əsasən həmin qeyri-yaşayış sahəsi 210375.00 manat hərraca çıxarılaraq ** saylı qalib alıcı «xxxx» ASC-nin nümayəndəsi X4.
32. Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun İddiaçı ünvanladığı ## #### 2012-ci il tarixli məktubundan görünür ki, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq göstərilən qeyri-yaşayış sahəsini boşaltmaqdan İddiaçı imtina etmişdir.
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
34. Azərbaycan cavabdeh2ikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
36. İşin faktiki hallarından və həmçinin qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə əsasən, X1 cavabdeh3 ASC-nin xeyrinə cəmi 320.818,09 ABŞ dolları pul vəsaitinin tutulması və borcun ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən */**-* nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi müəyyən edilmişdir. İpoteka ilə yüklü edilən sözügedən əmlak ##.##.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən açıq hərracdan cavabdeh3 ASC-nə satılmış, nəticədə mülkiyyətçi ASC olmuşdur. Daha sonra tərəflər arasında sözügedən əmlakla bağlı məhkəmə çəkişmələri olmuş, çəkişmələr tərəflər arasında ##.##.2013-cü il tarixdə barışıq sazişinin imzalanması ilə nəticələnmişdir. Barışıq sazişinə əsasən, 8 ay müddətinə iddiaçı İddiaçı mübahisəli əmlakı əldə etməli idi. İddiaçı həmin müddətdə əmlakı ala bilmədikdə cavabdeh3 ASC-nin əmlakı digər şəxsə satmaq hüququ müəyyən edilmişdir. İddiaçı əmlakı özü ala bilmədiyi üçün əmlakı dostu Şahin İbrahimov tərəfindən alınmasını təklif etmiş, bununla bağlı ASC ilə Şahin İbrahimov arasında ##.##.2014-cü ildə beh müqaviləsi bağlanaraq sonuncu tərəfindən ASC-nə 20.000 manat beh verilmiş və əmlakın qalıq məbləğinin ##.##.2014-cü il tarixədək ödənilməsi razılaşdırılmışdır. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi əsasında əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sonradan əmlakın alınması mümkün olmadığından Şahin İbrahimov behin iki mislinin qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh3 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manat tutularaq İbrahimov Şahin Cəlil oğluna verilməsi qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən əsasən, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan cavabdeh2ikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına “xxxx” ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. ##.##.2023-cü il tarixli *Ə/*** saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh3 ASC tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) */**-* nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası cavabdeh5 satılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər LPO “xxxx” ASC-yə və cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri * saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
37. Hazırda iddiaçı məhkəmədən Sumqayıt şəhər İcra şöbəsi ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin müqavilənin bağlanmasına əsas olmuş keçirilən hərracın etibarsız hesab edilməsini xahiş edir.
38. Belə ki, “İpoteka haqqında” Azərbaycan cavabdeh2ikası Qanunun 2012-ci ildə qüvvədə olan: 41.2-ci maddəsinə əsasən, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan cavabdeh2ikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan cavabdeh2ikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
39. “İcra haqqında” Azərbaycan cavabdeh2ikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan cavabdeh2ikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan cavabdeh2ikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.
40. Azərbaycan cavabdeh2ikası Mülki Məcəlləsinin: 337.1-cimaddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hərrac düzgün şəkildə keçirilməyib və hərracın keçirilməsi barədə bildiriş ona göndərilməyib, onun keçirilmiş hərracdan məlumatı olmayıb. Beləliklə hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub.
42. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya mübahisələndirilən hərrac barədə həqiqətən bildiriş göndərilməmişdir. Lakin iddiaçı 2012-ci ildə keçirilən həmin hərracı əvvəllər digər əsaslardan çıxış edərək artıq bir dəfə məhkəmədə mübahisələndirmiş, nəticədə tərəflər arasındakı hərracla bağlı mübahisə ##.##.2013-cü il tarixdə “xxxx” ASC ilə aralarında barışıq sazişinin imzalanması ilə yekunlaşmışdır. Barışıq sazişinə əsasən 8 ay müddətinə iddiaçı İddiaçı mübahisəli əmlakı əldə etməli idi. Barışıq sazişi isə sonradan icra edilməmişdir. İddiaçı 12 ildən çox müddət keçdikdən sonra bu dəfə hərracın düzgün keçirilməməsi (ona bildiriş göndərilməməsi) əsası ilə məhkəmədə yenidən hərracı mübahisələndirmişdir.
43. Məhkəmə hesab edir ki, iddiaçıya hərracın keçirilməsi barədə lazımı qaydada məlumat verilməsə də, o, sonradan keçirilən hərracdan məlumatlı olmuş və həmin dövrdə hərracın etibarsızlığı ilə bağlı tələbini əmlakın hərracda satış qiymətinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmış və bu barədə məhkəmədə iddia qaldırmış, daha sonra cavabdeh bankla barışmış, sonradan əldə olunmuş barışıq sazişinin şərtləri icra edilmədiyi üçün iddiaçı tərəfindən çoxsaylı iddialar qaldırılmış, son olaraq 2024-cü ildə iddiaçı cavabdeh bankla digər cavabdeh cavabdeh5 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı çoxsaylı məhkəmə çəkişmələrinə baxmayaraq, əldə etmək istədiyi nəticəyə nail olmadığından hazırda belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçının məqsədi ipoteka predmeti olan əmlakın özgəninkiləşdirilməsinin qarşısını almaqdır. Halbuki o, özünəməxsus əmlakı ipoteka ilə yüklü edərkən, belə nəticələrin baş verəcəyini özündə yəqin etməli idi, yaxud da hüquqauyğun davranmaqla belə nəticələrin baş verməsinin qarşısına keçməli idi. Hazırda isə iddiaçının bu illər ərzində bir çox iddialarla məhkəmədə iddialar qaldırması, hüquqauyğun davranış deyil, hüquqdan sui-istifadədir. Çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülkihüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan cavabdeh2ikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur.
45. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui-istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır.
46. Həmçinin Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslarla iddia tələbi əsasız və qanunsuzdur: -iddiaçı hərrac və müqavilə barədə uzun illər əvvəl məlumatlı olmuşdur; -iddiaçı hərracın nəticələrini faktiki qəbul etmiş (tərəflər arasında barışıq sazişi bağlanmışdır) və sonradan həmin nəticələrə zidd mövqe tutmuşdur; - əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar preyudisial əhəmiyyət daşıyır; -əmlak artıq sonrakı alıcıya və onun hüquqları da nəzərə alınmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia üzrə irəli sürülmüş tələblər formal olaraq ##.##.2012-ci tarixli hərracın və həmin hərracın yekunların üzrə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə yönəlsə də, mahiyyət etibarilə iddiaçının məqsədi əvvəlki məhkəmə aktları ilə qanuniliyi təsdiq edilmiş mülkiyyət hüququnun və onun nəticələrinin aradan qaldırılmasından ibarətdir. Halbuki həmin hüquqi münasibətlər üzrə mühüm əhəmiyyət kəsb edən hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçı mübahisələndirdiyi hərracın nəticələri barədə uzun müddət əvvəl məlumatlı olmuş, həmin nəticələri qəbul etmiş, lakin hərrac keçirildikdən və mülkiyyət hüququ yarandıqdan sonra həmin hüquqi nəticələri mübahisələndirməyə başlamışdır. İddiaçı tərəfindən hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən halların mövcudluğu da mötəbər sübutlarla təsdiq edilməmişdir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
48. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan cavabdeh2ikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan cavabdeh2ikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov