Məhkəmə qərarları › İş №2(3-6)-925/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-925/2026

12.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-925/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, “X8 cavabdeh7, cavabdeh8, cavabdeh2, cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* və cavabdeh9 qarşı hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə (açar sözlər: hərrac protokolunun ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X* və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X** katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, “X8 cavabdeh7, cavabdeh8, cavabdeh2, cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* və cavabdeh9 qarşı hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları *. Torpaqların alqı-satqısına dair **** nömrəli, *5.*2.2**6-ci il tarixli akta əsasən müəyyən olunur ki, cavabdeh2 tərəfindən Quba rayon, bələdiyyə orqanına *4 dekabr 2**6-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Susay bələdiyyə ərazisində 3,5* ha torpaq sahəsinin satılması barədə 2**6-cı il ## ###### tarixli, ** nömrəli qərar qəbul edilmiş, sonuncu tərəfindən 35** manat haqq ödənilmişdir. Quba rayonu, Susay kəndi ərazisində yerləşən 3,5 ha torpaq sahəsi üzərində cavabdeh2 mülkiyyət hüququ ## ###### 2**6-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *5* nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Dnepropetrovsk VVAQ tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh2 ilə İddiaçı ##.##.*992-ci il tarixdə *** nömrəli qeydi ilə nikahlarını bağlamışlar.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, *5.*8.2**2-ci il tarixli qətnaməsinə əsasən cavabdeh2 cavabdeh3 xeyrinə 5*6** manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.

4. Icra sənədi *8 may 2**7-ci il tarixdə Quba rayon icra şöbəsinin icra məmuru X4 icraatına daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlamaq qərar qəbul edilmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2**5-ci il tarixli, *(***)-****/**** saylı qərardadından müəyyən olunur ki, cavabdeh2 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.

6. “xxxx MMC” tərəfindən cavabdeh5 rəisi Elçin Hacıyevə ünvanlanmış *9.*9.2**9-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, *4.*8.2**2-ci il tarixli icra sənədi ilə cavabdeh5 ##.##.2**9- cu il tarixli Qərarı və *4*434/*7-*3 saylı ##.##.2**9-cu il tarixli müraciətinə əsasən təqdim edilmiş sənədlər və qiymətləndirmə obyektinə aid məlumatları nəzərə alaraq cavabdeh2 adına olan Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsi bazar dəyərinə uyğun qiymətləndirilmiş və *9.*9.2**9-cu il tarixə bazar dəyəri 245** manat müəyyən edilmişdir.

7. Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, *3.*2.2*2*-ci il tarixli qətnaməsinə əsasən iddiaçı cavabdeh2 cavabdehlər ”xxxx” MMC-yə, cavabdeh5 və Azərbaycan ƏMDK yanında DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

8. *5 avqust 2*23-cü il tarixli, ** saylı “Açıq hərracın keçirilməsi barədə bildiriş”in surətindən görünür ki, əmlakın (daşınmaz) açıq hərracdakı ilkin satış qiyməti 245** manat olmaqla hərracı keçirilmə tarixi ##.##.2*23-cü il tarixə saat *5:** (növbəlilik əsasında) radələrinə təyin olunmuşdur.

9. “X8 Mərkəzi” MMC-nin ##.##.2*23-cü il tarixli “Açıq hərracın nəticələri haqqında” *4/** saylı protokolun surətindən müəyyən olunur ki, hərracda satılan əmlak cavabdeh2 məxsus Quba rayonu Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinin tam dəyəri 24745 manat məbləğində qiymətləndirilmiş və alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs*dır. **. Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* mülkiyyət hüququ *7 noyabr 2*23-cü il tarixdə qeydə alınmışdır. **. ## #### 2*23-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunmuşdur ki, 2**6-cı ildə Qubay rayonu Susay kəndində 3,5 hektar torpaq sahəsi alınmışdır və tərəflər razılığa gəlir ki, bu Sazişin 2-ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı)-üçdə iki nisbətdə, ikinci tərəf (cavabdeh2)- üçdə bir nisbətdə, birinci tərəfin payı(hissəsi)-torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi)-həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir. *2. “xxxx” MMC tərəfindən verilmiş ## ### 2*25-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyində qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqi sənədlərə əsasən Quba rayonu, Susay kəndində yerləşən, 3.5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti ## ### 2*25-ci il tarixinə bazar dəyəri 7***** manat, likvid dəyəri 63**** manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

*3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Susay kəndində, 3.5 ha tikintialtı torpaq sahəsinin “X8 Mərkəzi” MMC-nin ## ###### 2*23-cü il tarixli açıq hərrac *4/** saylı Protokolun ləğvi və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. *4. Daha sonra iddiaçı İddiaçı iddiaya əlavə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* və AR ƏMDK yanında DƏDRX-nın * saylı Xaçmaz Idarəsinin iddia tələbində üçüncü şəxs qismində” yazılmasını texniki səhv qəbul edərək, hər birinin ayrı-ayrılıqda cavabdeh qismində düzəliş edilməklə, iddianın qeyd edilən dəyişikliyə uyğun qəbul edilməsini və həmin tərəflərin cavabdeh qismində iştirakının təmin edilməsini xahiş etmişdir. *5. Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, borclu həyat yoldaşı cavabdeh2 *7 dekabr 2**5-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinin mövcud olduğunu bildirmiş, borcun mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Mübahisələndirilən pul tələbi, həyat yoldaşı cavabdeh2 borc tələbinin birgə mülkiyyətlərində olan Quba rayonu, Susay kəndində 3,5 ha torpaq sahəsinə yönəldilməsi ilə bağlı onun məlumatı və razılığı olmamışdır. “X8 Mərkəzi” MMC-nin ## ###### 2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı Protokola görə cavabdeh5 *4*434/*7-*3 “5*52” saylı, ##.##.2*23-cü il tarixli sifariş məktubu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, *4.*8.2**2-ci il tarixli icra vərəqəsinin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2**5-ci il tarixli qərardadının icrasına əsasən hərrac təşkil olunmuşdur. Iş materiallarından görünür ki, cavabdeh5 sifarişi ilə “xxxx” MMC tərəfindən bu torpaq sahəsinin *9.*9.2**9-cu il tarixə bazar dəyəri 245** manat müəyyən edilmişdir. (QR-2468) cavabdeh5 sifarişi əsasında tikinti təyinatlı Quba rayonu Susay kəndində yerləşən ümumi sahəsi 3,5 ha olan bu torpaq sahəsi birgə mülkiyyətdə olmağına baxmayaraq, “X8 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi ilə bağlı satışa çıxarılmışdır. ##.##.2*23-cü il tarixdə hərracda iştirak edən alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinə 24745 manat təklif edərək hərracın qalibi olmuşdur. Iş materiallarında olan borc məbləğinin özü və borcun birgə mülkiyyətlərində olan torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin hərraca satışa çıxarılması barədə onun heç bir məlumatı olmamış və ümumiyyətlə yaşadığı ünvanda bu proseslər barədə heç bir bildiriş və ya rəsmi çağırış almamışdır. Eyni zamanda həyat yoldaşı cavabdeh2 tərəfindən məlumatlandırılmamışdır. Torpaq sahəsinin hərrac yolu ilə ondan xəbərsiz satılması ilə mülkiyyət hüquqları pozulmuşdur. *6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq, “X8 Mərkəzi” MMC-nin Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha ehtiyat fondu torpaqları barədə keçirilmiş ##.##.2*23-cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı protokolunun etibarsız hesab edilməsi, açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu əsasında Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha ehtiyat fondu torpaqlarına dair DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* adına verilmiş *7.**.2*23-cü il tarixli Çıxarış ləğv edilməsi, daşınmaz əmlaka (torpaq sahəsi) dair hərracda ödənilən 24745 manat məbləğində pul vəsaitinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* qaytarılması, Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha ehtiyat fondu torpaqlarına daircavabdeh2 mülkiyyət hüquqlarının bərpasına dair qeydlər aparılması, iş üzrə ödənilmiş - *** manat dövlət rüsumunun və 25* manat xidmət xərcinin cavabdehlər cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. *7. Qətnamə onunla əsaslandırılmışdır ki, ## ### 2*25-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, təqdim edilmiş hüquqi sənədlərə əsasən Quba rayonu, Susay kəndində yerləşən, 3,5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti ## ### 2*25-ci il tarixinə bazar dəyəri 7***** manat, likvid dəyəri 63**** manat təşkil edir. ## #### 2*23-cü il tarixli barışıq sazişinə əsasən 2**6-cı ildə Qubay rayonu Susay kəndində 3,5 hektar torpaq sahəsi alınmış və tərəflər razılığa gəlir ki, bu Sazişin 2- ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı) - üçdə iki nisbətdə, ikinci tərəf (cavabdeh2) - üçdə bir nisbətdə, birinci tərəfin payı (hissəsi) - torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi) - həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qətnamə üzrə verilmiş icra sənədinin icraya yönəldilməsindən sonra icra məmurunun sifarişi əsasında torpaq sahəsinin “X8 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılması təşkil edilmişdir. ##.##.2*23-cü il tarixdə təyin edilmiş hərracın baş tutmasından sonra torpaq sahəsi alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* tərəfindən alınmışdır. Hazırda iddiaçı İddiaçı iddia edir ki, həmin torpaq sahəsi birgə nikah dövründə əvəzli olaraq əldə olunmuş və həmin əmlak ümumi birgə mülkiyyətdə olduğundan onun payı müəyyən olunmamışdır. Iddiaçı həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə olunduğunu, əmlak üzərində əvvəlcə tərəflərin paylarının müəyyən edilməli olduğunu, daha sonra isə ona tutmanın yönəldilməli olduğunu bildirmiş və bununla bağlı hərracın keçirilməsindən öncə barışıq sazişi bağlayaraq həmin torpaq sahəsinin üçdə iki hissəsinin ona məxsus olmasını bildirmişdir. Mülki Məcəllənin tələbinə əsasən kreditor borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna malik olsa da, bu hüquqdan istifadə etməmiş və icra məmuru həmin torpaq sahəsinin satışa çıxarılması zamanı onun ümumi mülkiyyətdə olub-olmamasını araşdırmamış və borcun cavabdehin payına uyğun hissəyə tutma yönəldilməsini təşkil etməmiş, bütövlükdə əmlakı açıq hərracda satışa çıxarmışdır. Bundan əlavə məhkəmə hesab edir ki, hərracın nəticələrinə əsasən həmin torpaq sahəsi 24745 manat məbləğində qiymətləndirilərək satışa cıxarılsa da, Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, Quba rayonu, Susay kəndində yerləşən, 3,5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti ## ### 2*25-ci il tarixinə bazar dəyəri 7***** manat, likvid dəyəri 63**** manat təşkil etmişdir. Məhkəmə bu məbləğlər arasında həddən artıq fərqin yaranmasını ağlabatan hesab etmir. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hərraca çıxarılan mübahisəli əmlak birgə nikah dövründə əvəzli qaydada əldə olunmuş, hərracdan öncə tərəflərin ümumi birgə mülkiyyətində olmuş və hərracdan satılmamışdan öncə tərəflər barışıq sazişi bağlayaraq həmin əmlak üzərində paylarını müəyyənləşdirmişlər. Əmlak hərraca çıxarılan zaman iddiaçı İddiaçı payı nəzərə alınmadan satılmış və nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddia tələbi ilə bağlı mübahisələndirilən hərracın nəticəsinin etibarsız hesab olunması və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv olunması qənaətinə gəlmişdir. *8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının *3, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3*, 32, 36, 37-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *39-*, *52, *57, 224, 225, 4*4, 4*5, 4*6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında Mənzil X9” Azərbaycan Respublikası Qanununun *-ci, 5-ci və *2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2**2-ci il tarixli Qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 mart 2*24-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

*9. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd oluması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 2*. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrini sadəcə sadalamaqla kifayətlənmiş, iddianı hansı əsasla təmin edilməsinin qanuni əsaslarına toxunmamışdır. Məhkəmə iddianı təmin edərkən, mübahisəli torpaq sahəsinin birgə nikah dövrü əldə edildiyini, hərrac tərəfindən torpağa qoyulmuş dəyərin bazar qiyməti ilə üst üstə düşmədiyini və iddiaçı İddiaçı ilə cavabdeh2 arasında bağlanmış barışıq sazişiniəsas götürmüşdür. Qeyd edir ki, mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmasını cavabdeh cavabdeh2 özü Bakı şəhəri Səbail rayon Icra Şöbəsinə ərizə ilə müraciət edərək xahiş etmişdir. Belə ki, o, özünə məxsus olan avtomobillərin üzərindən həbsin götürülməsinə dair və borc tələbinin ödənilməsi ilə əlaqədar gələcəkdə yaranacaq mübahisənin məhz Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinə yönləndirilməsi ilə əlaqədar *7.*2.2**5-ci il tarixdə Səbail rayon Icra Şöbəsinə ərizə təqdim etmişdir. Bundan sonra icra məmuru Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması ilə əlaqədar Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 8(**9)- ****/**** saylı ##.##.2**5-ci il tarixli qərardadı ilə torpağın üzərinə həbs qoyulmuşdur. Torpaq sahəsi Quba rayonunda yerləşdiyinə görə icra işi aidiyyatı üzrə icra edilməsi üçün Quba rayon icra şöbəsinə göndərilmişdir. Buna baxmayaraq yenə cavabdeh2 borcunu ödəməmişdir. *8.*5.2**7-ci il tarixdə ona tələbin könüllü icrası üçün bildiriş də göndərilmişdir. Bu icra işinin gedişatı zamanı *9.*9.2**9-cu il tarixdə “xxxx”MMC torpaq sahəsinə 245** manat, *9.*9.2*2*-ci il tarixdə “cavabdeh*” MMC isə torpaq sahəsinə 22*5* manat məbləğində dəyər qoymuşudur. cavabdeh2 qiymətləndirmə protokolunun ləğvi ilə əlaqədar Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və onun iddiası Quba rayon məhkəməsinin *(***)-****/** saylı *3.*2.2*2* tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən veriliş apellyasiya və kasassiya şikayətləri təmin edilməmişdir. Buna görə də cavabdeh2 ilə İddiaçı arasında bağlanan barışıq sazişi formal xarakterlidir. Belə ki, cavabdeh2 2**2-ci ildən borcu olduğunu bilmiş, özü icra idarəsinə müraciət edərək mübahisəli torpq üzərinə həbs qoyulmasını istəmişdir. Belə ki, o artıq bilirdi ki, borcu ödəyə bilməzsə torpaq hərracda satılacaq. Maraqlısı odur ki, sonuncu hərracın keçirilməsi ilə əlaqədar sifariş məktubu ##.##.2*23-cü il tarixdə göndərilmiş və həmin vaxt nə baş vermişdisə ##.##.2*23-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Özü də barışıq sazişinin şərtlərində 2/3 nisbətdə İddiaçı və */3 nisbətdə cavabdeh2 payı müəyyən edilmişdir. Torpağın yarasız (yüksək gərginlikli elektrik xətti keçen tərəf) olan qərb tərəfi cavabdeh2, yararlı olan şərq tərəfi isə İddiaçı verilmişdir. Bütün bunlar sazişin formal xarakterli olmasını bir daha sübut edir. Ümumiyyətlə barışıq sazişinin olması hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyil. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələbinə əsasən kreditor borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna malik olsa da, bu hüquqdan istifadə etməmiş və icra məmuru həmin torpaq sahəsinin satışa çıxarılması zamanı onun ümumi mülkiyyətdə olub-olmamasını araşdırmamış və borcun cavabdehin payına uyğun hissəyə tutma yönəldilməsini təşkil etməmiş, bütövlükdə əmlakı açıq hərracda satışa çıxartmışdır. Istər AR MM, istərsə də “Icra haqqında” AR qərarında qeyd edilməmişdir ki, icra məmuru həbs qoyulan və ya hərraca çıxarılan əmlakın ümumi birgə mülkiyyət olmasını araşdırmalıdır. Bu vəziyyətdə isə ümumiyyətlə hesab edirəm ki, araşdırmalı deyildi. Belə ki, cavabdeh2 məhz özü mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmasını icra orqanına ərizə ilə müraciət edərək xahiş etmişdir. Bundan başqa 2**9 və 2*2*-ci illərdə keçirilən hərraclarda da torpağın qiyməti sonuncu hərracla demək olar ki, eyni olmuşdur. Ümumiyyətlə torpağın aşağı qiymətə satılması belə hırrac protokolunun nəticələrinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsində heç bir müddəa yoxdur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Quba rayonu, Susay kəndində yerləşən əmlakın, birgə nikah dövründə əldə olunmuş əmlak olsa belə, onun üzərində pay hüquqları müəyyən olunmamışdır. Bu baxımdan hesab edir ki, iddiaçı İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ancaq mülkiyyət hüququ verən torpaq sahəsinə dair çıxarış əldə olunmuş olsaydı hal-hazırda iddiaçının hər hansısa hüququndan söhbət gedə bilərdi. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində konkret olaraq əqdin etibarsız hesab edilməsi ilə əlaqədar müddəalar göstərilmişdir. Mülki Məcəllənin 339-349-cü maddələrində hansı halda əqdin etibarsız hesab edilməsinin əsasları qeyd edilmişdir. Həmin maddələrə ətraflı baxılan zaman Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsində həmin halların heç biri özü əksini tapmamışdır. Yəni iddianın təmin edilməsi üçün məhkəmənin əlində heç bir fakt olmamışdır. Hesab edir ki, sübutlar obyektiv qərəzsiz hərtərəfli araşdırılmamış, qətnamə qəbul edilən zaman qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun olmayan qətnamə qət olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

2*. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 3*.*. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 3*.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.*. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.*. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.*. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.*. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə *39-*.*. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: *39-*.*.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 224.*. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 225.*. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 4*4.*. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 4*4.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 4*5.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 4*5.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 4*6.*. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 4*6.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 56*.*. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 56*.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

25. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 43.*.*. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. Maddə 44.*. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.*.*. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.*.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.*.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 5*.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Maddə 53.*. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. (əvvəlki redaksiyada)

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.*. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.*.*. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.*.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.*.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.*.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Iddianın əsasını o təşkil edir ki, torpaq sahəsi birgə nikah dövründə əvəzli olaraq əldə olunmuşdur, əmlak üzərində əvvəlcə tərəflərin payları müəyyən edilməli, daha sonra isə tutma yönəldilməli idi, hərracın keçirilməsindən öncə barışıq sazişi bağlayaraq həmin torpaq sahəsinin üçdə iki hissəsi ona verilmişdir.

29. Işin hallarından görünür ki, Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icraatında cavabdeh2 5*62* manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı icra sənədi olmuş, qanunla müəyyən olunmuş müddət ərzində olunmadığına görə məcburi icra tədbirləri aparılmaqla borclunun mülkiyyətində olan avtomobilləri üzərinə həbs qoyulmuş, sonradan cavabdeh2 ərizə ilə icra şöbəsinə müraciət edərək avtomobillərin üzərindən həbsin götürülməsini və borc məbləğinin mülkiyyətində olan Quba rayonu, Susay kəndində yerləşən 3,5 ha torpaq sahəsinə yönəldilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bundan sonra məhz borclunun müraciəti nəzərə alınmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2**5-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, icra məmurunun *8 may 2**7-ci il tarixli qərarına əsasən tutma torpaq sahəsinə yönəldilmişdir. 3*. Hazırkı tələbdə iddiaçı hərrac protokolunun ləğvini və nəticələrinin etibarsız hesab olunmasını xahiş edir. Lakin işin hallarından görünür ki, hərracın keçirilməsi üçün əsas məhz 29-cu bənddə qeyd edilən aktlar olmuşdur. Hərracın etibarsızlığı barədə iddianın təmini o halda mümkündür ki, hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilsin (Mülki Məcəllənin 4*6.*-ci maddəsi). Lakin iddiada hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilməsinə istinad olunmur, iddianın əsasını isə yuxarıda qeyd olunduğu kimi torpaq sahəsinin birgə nikah dövründə əvəzli olaraq əldə olunması, paylar müəyyən olunmadan tutumanın yönəldilməsi təşkil edir. Bu halda iddiaçı tərəfindən ilkin olaraq torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2**5-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı və tələbin həmin əmlaka yönəldilməsi ilə bağlı icra məmurunun *8 may 2**7-ci il tarixli qərarı mübahisələndirilməli idi. Hazırkı situasiyada isə həmin aktlar qüvvədədir, mübahisələndirilməmişdir və tələbin əsasını hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilməsi təşkil etmir. 3*. Birinci instansiya məhkəməsi iddianın təmin olunması qənaətinə gəlməsi əsaslarından biri kimi ona istinad etmişdir ki, hərracın nəticələrinə əsasən torpaq sahəsi 24745 manat məbləğində qiymətləndirilərək satışa cıxarılsa da, Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, Quba rayonu, Susay kəndində yerləşən, 3,5 ha ehtiyat fondu torpaqlarının hazırki dövrə real bazar dəyəri, likvid dəyəri və ilkin satış qiyməti ## ### 2*25-ci il tarixinə bazar dəyəri 7***** manat, likvid dəyəri 63**** manat təşkil etmişdir, məhkəmə bu məbləğlər arasında həddən artıq fərqin yaranmasını ağlabatan hesab etmir.

32. Işin hallarından görünür ki, cavabdeh2 2*2*-ci ildə hərracda müəyyən olunan qiymətlə bağlı rəyi mübahisələndirərək qiymətləndirmə rəyinin ləğv və nəticələrin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin *3 dekabr 2*2*-ci il tarixli, *(***)-****/**** nömrəli qənaməsinə əsasən iddia rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2*22-ci tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən etdiyi hala yenidən etibarsızlığın əsası kimi qiymət verməsi MPM-nin 82.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır.

33. Həm tələbin əsaslandığı, həm də iddianın təmin olunması üçün əsas olan hallardan biri İddiaçı ilə cavabdeh2 arasında bağlanmış ## #### 2*23-cü il tarixli barışıq sazişidir. Bu sazişdə qeyd olunur ki, 2**6-cı ildə Qubay rayonu Susay kəndində 3,5 hektar torpaq sahəsi alınmışdır və tərəflər razılığa gəlir ki, bu Sazişin 2-ci bəndində göstərilən torpaq sahəsində tərəflərin payları bu şəkildə müəyyən olunur: Birinci tərəf (İddiaçı) - üçdə iki nisbətdə, ikinci tərəf (cavabdeh2) - üçdə bir nisbətdə, birinci tərəfin payı(hissəsi)-torpaq sahəsinin qərb tərəfi kimi, ikinci tərəfin payı (hissəsi)-həmin torpağın şərq tərəfi olaraq müəyyən edilir.

34. Proseslərin xronoloji ardıcıllığından görünür ki, cavabdeh2 5*6** manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı 2**2-ci ildə verilmiş icra sənədinin icrasına davamlı olaraq ** ildən artıq müddət ərzində borclu tərəfindən müxtəlif maneələr yaradılmışdır. Belə ki, icra sənədinin icrası məqsədilə ona məxsus avtomobillərin üzərinə həbs qoyulduqdan sonra cavabdeh2 ərizə ilə müraciət edərək borcun hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə yönəldilməsini xahiş etmiş, torpaq sahəsinə tutma yönəldikdən sonra qiymətləndirmə rəyini mübahisələndirmiş, ##.##.2*23-cü il tarixdə sonuncu hərracın keçirilməsi ilə əlaqədar sifariş məktubu göndərildikdən 6 gün sonra – ## #### 2*23-cü il tarixdə iddiaçı ilə barışıq sazişi bağlamış və sazişin məzmununu da digər əmlaklar deyil, məhz tələbin yönəldiyi torpaq sahəsi təşkil etmiş, sazişə əsasən öz payının */3 hissədə müəyyən olunması ilə razılaşmış, sonradan isə həyat yoldaşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Sazişin *-ci bəndində mediasiya prosesi nəticəsində bağlanması qeyd olunsa da, tərəflər arasında mübahisənin nədən ibarət olduğu, ümumiyyətlə mediasiya təşkilatına kim tərəfindən müraciət olunması və digər hallar barədə əsaslandırma aparılmamışdır. Əgər həqiqətən bu saziş mediasiya prosesi nəticəsində bağlanmışdısa, bu zaman “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4 və 32.4.*-ci maddəsinə əsasən mediasiya prosesinə xitam verilməli, 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflərlə yanaşı mediator tərəfindən də imzalanmalı idi. Qeyd olunan hallar bu qənaətə gəlməyə əsas verir ki, saziş yalnız görünüş üçün bağlandığından hazırkı iddianın təmin olunma əsası kimi çıxış edə bilməz.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı bu hüquqi proseslərin hamısından yalnız 2*24-cü ildə xəbər tutduğunu bildirsə də, uzun müddət – ** il ərzində baş verən çoxsaylı hüquqi və inzibati hərəkətlər barədə məlumatsız qalması, xüsusilə də onunla eyni ünvanda yaşayan ərinə torpaq sahəsi ilə bağlı bildirişlərin, aktların göndərildiyi bir şəraitdə bu dəlil inandırıcı və real deyildir.

36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, “X8 cavabdeh7, cavabdeh8, cavabdeh2, cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs* və cavabdeh9 qarşı hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar