Məhkəmə qərarları › İş №2(3-6)-935/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-935/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-935/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər LPO cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, cavabdeh1 MMC, “xxxx” X2 ** saylı Şəki Ərazi İdarəsi və cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Fazil oğlunun, cavabdeh LPO ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi İbrahimov Nizami Əmir oğlunun iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh LPO ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, cavabdeh1 MMC, xxxx” X2 ** saylı Şəki Ərazi İdarəsi və cavabdeh3 qarşı “müqavilə və protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər LPO ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli icra vərəqəsinə əsasən ##.##.2013-cü il tarixli ***/*** nömrəli kredit müqaviləsinə əsasən 39.096,00 manat əsas faiz borcu üzrə 10.835,27 manat, faiz borcu illik 5%-lə 4.956,95 manat, 200 manat dəbbə pulu borcu olmaqla, cəmi 55088.22 manat pulun; iddianın qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən alınaraq tələbkar LPO cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh İddiaçı mülkiyyətində olan və likvid dəyəri 130.000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.

2. cavabdeh3 ##.##.2022-ci il tarixli məktubuna əsasən Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-cu il tarixli *(***)-***/**** saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklar açıq hərracdan satılması məqsədi ilə cavabdeh1 MMC-yə sifariş verilmişdir.

3. cavabdeh1 MMC-nin ## ######## 2022-ci il tarixli ***/** nömrəli hərrac bildirişinə əsasən cavabdeh3 tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satışı ## ####### 2022-ci il tarixə təyin olunmuşdur. Hərraca çıxarılan əmlak İddiaçı məxsus ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evin ilkin satış qiyməti – 130000 manat kimi qeyd edilmişdir. Həmin tarixdə hərrac baş tutmadığından ##.##.2022-ci tarixli Hərrac bildirişinə əsasən ##.##.2022-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmiş və bu barədə "Market" qəzetinin ##.##.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. Həmin tarixdə keçirilmiş hərrac da baş tutmamışdır.

4. ## ###### 2023-cü il tarixli ***/*/** nömrəli cavabdeh1 MMC tərəfindən tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib edilmiş və İddiaçı məxsus ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evini ipotekasaxlayan ləğv prosesində olan “xxxx" ASC ## ###### 2023cü il tarixdə 82875 manat məbləğinə almışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlər LPO ”xxxx” ASC, cavabdeh1 MMC və xxxx” X2 ** saylı Şəki Ərazi İdarəsi və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinə dair LPO cavabdeh4 ASC və "xxxx" MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***/*/** saylı İpoteka Predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və eyni tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən ##.##.2013-cü il tarixli, ***/*** nömrəli kredit müqaviləsinə əsasən cəmi 55.088,22 manat pulun tutulması, tutmanın onun mülkiyyətində olan və likvid dəyəri 130.000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh3 ##.##.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-cu il tarixli*(***)-***/**** saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklar açıq hərracdan satılması məqsədi ilə cavabdeh1 MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2022-ci tarixli Hərrac bildirişindən müəyyən edilir kl, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evi ilkin satış qiymətinin 130.000 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə cavabdeh1 MMC tərəfindən ##.##.2022-ci il tarixində 11:00-a ilkin hərrac təyin edilmiş və bu barədə "Market" qəzetinin ##.##.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2022-ci tarixli Hərrac bildirişindən müəyyən edilir ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinin satış qiyməti 130.000 manat olmaqla satılması məqsədi ilə cavabdeh1 MMC tərəfindən ##.##.2022-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmiş və bu barədə "Market" qəzetinin ##.##.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "Market" qəzetinin ##.##.2022-ci il tarixli buraxılışında verilmiş elandan müəyyən edilir ki, satışa çıxarılmış onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinə dair keçirilmiş hərrac "İpoteka Haqqında" Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş LPO cavabdeh4 ASC və "xxxx" MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***/*/** saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoldan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evi 82.875 (səksən İki min səkkiz yüz yetmiş beş) manat məbləğinə LPO cavabdeh4 ASC tərəfindən əldə edilmişdir. cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə tərəflər arasında bağlanmış Hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi üzrə cavabdeh “xxxx” MMC-dən ##.##.2013-cü il tarixli, ***/*** nömrəli kredit müqaviləsinə əsasən cəmi 55.088,22 manat tutulmuş və tələb hazırda mübahisələndirilən fərdi yaşayış evinə yönəldilmişdir. İpoteka qoyan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evi dəyəri 82.875 (səksən iki min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif edilmiş və həmin təklifə uyğun olaraq Hərracın yekunları barədə protokol imzalanmışdır. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetinin əldə edilməsinə dair Hərracın yekunları barədə ##.##.2023-cü il tarixli, ***/*/** saylı Protokolu imzaladıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmetini əldə etmə dəyəri ilə borc məbləği arasında olan 27.786 (iyirmi yeddi min yeddi yüz səksən altı) manat fərq məbləğini mülkiyyətçi və ipoteka qoyan İddiaçı verilməsi üçün cavabdeh3 depozit hesabına ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh1 MMC ilə LPO cavabdeh4 ASC arasında ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinin dəyəri 82.875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata satılmasına dair protokol bağlanmışdır. Bu da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqı əqdi kimi qiymətləndirilir. Buna görə də müqavilə (protokol) tərəflərinə münasibətdə analogiya tətbiq edilməklə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin yuxarıda qeyd olunan hallarını və bu cür münasibətləri tənzimləyən maddi hüquq normalarını ümumiləşdirərək, hərracın keçirilməsi prosessual olaraq qanunlara riayət edilməməklə, habelə istinad olunan mülki qanunvericilik normalarından göründüyü kimi, şəxsin icra sənədi üzrə borclu olması, tələbkarın (ipoteka saxlayanın) onun qarşısında müəyyən tələb hüququna malik olması heç də borclunun (ipoteka qoyanın) əmlakı ilə bağlı onun üçün son dərəcə əlverişsiz şərtlərlə, əmlakın dəyəri tam ödənilmədən hərracın yekunlarına dair protokolun tərtib edilməsinə və alğı-satqının bağlanmasına, dolayısı ilə nəticə etibarilə onun əmlakının dəyərinin tələb həcmindən artıq hissəsinin ödənişinin sonradan növbəlililk qaydasında ödənilməsi üçün şərait yaradılmasına əsas vermir. Belə ki, ipoteka predmetini hərrac yolu ilə əldə edən şəxs hərracın yekunlarına dair protokolun və yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından ipoteka predmetini əldə etmə dəyərini (və digər müvafiq xərcləri) cavabdeh1 MMC-nin hesabına ödəməli, sonuncu isə əldə etmə dəyəri ilə borc məbləği arasında olan 27.786 (iyirmi yeddi min yeddi yüz səksən altı) manat isə ona təqdim etmək üçün cavabdeh3 tərəfindən təqdim edilmiş depozit hesabına ödəməli idi. Lakin hərracın yekunlarına dair protokola əsasən həyata keçirilmiş hərracın nəticələri natamam həyata keçirilmişdir. Başqa sözlə bağlanmış müqavilə (protokol) yarımçıq qalmışdır. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəmədikdə alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olduğu kimi, ipoteka predmetini «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində müəyyən edilmiş qaydada əldə etmək hüququ qazanmış ipoteka saxlayan tərəfindən həmin müddətdə onun ipoteka predmetinin satış qiymətinin tələb həcmindən artıq hissəsinin ödənilməməsi də analoji hüquqi nəticə doğurmalıdır. İpoteka predmeti olan əmlakın dəyəri tam ödənilmədiyi halda hərracın təşkilatçısı qanunsuz və əsassız olaraq əmlakı ipoteka saxlayana satmış, bununla bağlı hərracın yekunlarına dair protokol tərtib etmiş, hətta bundan sonra da alıcı əmlakın dəyərini bu günə kimi iddiaçıya ödəməməklə sonuncunun qanunla qorunan hüquqlarını pozmuşlar. Əmlakın hərracda alınmasına dair hərracın yekun protokolunun olmasına baxmayaraq, əmlakın satış qiyməti ilə məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş kredit borcu arasında yaranmış fərqin mülkiyyətçiyə ödənilməməsi nəticəsində onun hüquqları pozulmuşdur. İddia ərizəsinə əlavə edilmiş və yuxarıda sadalanan təkzibedilməz sübutlardan aydın olur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününün axımı təkrar hərracın baş tutmaması anından başlamış və bitmişdir. İpoteka qoyan və ipoteka saxlayanın hüquq və vəzifələrini müəyyən edən, habelə bu sahədə digər münasibətləri tənzimləyir “İpoteka haqqında” AR Qanununda ipoteka saxlayana ipoteka predmetini 30 təqvim günü ərzində əldə edilməsi hüququnu verdiyi halda, ipoteka qoyana ipoteka predmeti 30 təqvim günü ərzində əldə edilmədiyi halda, həmçinin 30 təqvim günü keçdikdən sonra əldə edildiyi halda ipotekaya xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi hüququ vermişdir. Hazırkı mübahisə üzrə təqdim edilmiş sənədlərlə də müəyyən edilir ki, təkrar hərracın keçirilməsindən bir il sonra hərracın yekunları haqqında protokol bağlanmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinə dair LPO cavabdeh4 ASC və cavabdeh1 MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***/*/** saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh1 MMC-nin ## ######## 2022-ci il tarixli ***/** nömrəli hərrac bildirişinə əsasən cavabdeh3 tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satışı ## ####### 2022-ci il tarixə təyin olunmuşdur. Hərraca çıxarılan əmlak İddiaçı məxsus ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evin ilkin satış qiyməti – 130000 manat kimi qeyd edilmişdir. Həmin tarixdə hərrac baş tutmadığından ##.##.2022-ci tarixli Hərrac bildirişinə əsasən ##.##.2022-ci il tarixində 11:00-da təkrar hərrac təyin edilmiş və bu barədə "Market" qəzetinin ##.##.2022-ci il tarixli buraxılışında elan dərc edilmişdir. Həmin tarixdə keçirilmiş hərrac da baş tutmamışdır. Bundan bir il bir ay sonra ## ###### 2023-cü il tarixli ***/*/** nömrəli cavabdeh1 MMC tərəfindən tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib edilmiş və İddiaçı məxsus ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evini ipotekasaxlayan ləğv prosesində olan “xxxx" ASC ## ###### 2023-cü il tarixdə 82875 manat məbləğinə almışdır. Həmin protokola əsasən əmlakın satılmış son qiyməti 82875 manat müəyyən edilmişdir. Həmin protokolun 7-ci bəndində qeyd edilmişdir ki, satış qiyməti sifarişçinin hesabına ödənildikdən sonra protokol qüvvəyə minir.

9. Həmin protokola əsasən tələbkar tələbinin həcmində alış-qiymətini ödəməkdən azad edisə də, həmin əmlakın əldə edilməsinə, balansa götürülməsinə dair müvafiq qaydada 'Hərracın yekunlarına dair" protokol və ya protokollar hazırkı dövrədək cavabdeh3 təqdim edilməmiş, tərəflərindən həmin protokollar imza və ya möhürlə təsdiqlənməmiş, istinad edilən alqı-satqı nəticəsində yaranmış fərq məbləği hazırkı vaxtadək cavabdeh3 depozit hesabına daxil olmamışdır.

10. Məhkəmə qeyd etmişdir ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

11. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3, 53.2-1, 53.2-2 və 53.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 273, 298.2, 299.1, 299.2, 319.3, 319.6, 414.2, 416.1 və 416.2-ci maddələrinə; İpoteka haqqında AR-nın Qanununun 47.2, 47.2.1, 47.2.2, 47.2.3, 47.2.4, 47.2-1, 47.3, 47.4 və 47.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 'ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair ## ####### 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. Cavabdeh LPO cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə hərrac keçirilərkən qüvvədə olan qanun maddəsində qeyd olunurdu ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Qanunun normasından da görünür ki, hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyana və ipoteka saxlayana təsdiqetmə üsulu ilə, yəni göndərilən bildirişin alınmasını təsdiq edən hər hansı bir üsulla məlumatlandırmağı qeyd edir. Qanunda göndərilən bildirişin mütləq qaydada tərəfə çatdırılmalı olmasını əks etdirən imperativ tələb yoxdur. Qanun bildirişin göndərilmə üsulunu imperativ qaydada müəyyən etmişdir ki, təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Belə ki, “Poçt haqqında” Qanununun da tələbinə əsasən bildirişin tərəfə çatmasını təsdiq edə biləcək göndərilmə üsulu məktubunun “sifarişli poçt göndərişi” ilə göndərilməsidir. “Poçt haqqında” Qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Göründüyü kimi, sifarişli poçt göndərişi zamanı məktubu göndərən tərəfə göndərilməyə dair qəbz verilir və çatdırılarkən isə məktubu qəbul edənin müvafiq sənədin imzalanması tələb edilir. Hərrac təşkilatı tərəfindən ipoteka qoyana və ipoteka saxlayana təsdiqetmə üsulu ilə göndərilən bildiriş hər hansı səbəbdən (qapı bağlıdır, yaşayış yoxdur, məktubu qəbul etməkdən imtina etdi və s.) geri qayıdarsa belə keçirilmiş hərracın etibarsız hesab olunması üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır. Yuxarıda qeyd olunan maddi və prosessual normaların pozulması nəticəsində Xətai Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Məhkəmə cavabdehlərin özlərinin razılığı ilə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün ipoteka müqavilələri bağlamasını nəzərə almamışdır. Məhkəmə öz qətnaməsini yalnız iddiaçının təqdim etdiyi sübutlarla əsaslandırmış, cavabdehin isə iddiaçıya etirazla bağlı dəlillərini və təqdim etdiyi sübutları isə nəzərə alıb qiymətləndirməmişdir.

14. Həmçinin cavabdeh cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tutulmuş pul məbləğinin bölüşdürülməsi icra məmuru tərəfindən həyata keçirilir. Burada cavabdeh cavabdeh1 MMC-nin atmalı olduğu və ata biləcəyi bir addım mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi bu qeyd edilənləri nəzərə almamış və nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir.

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi İbrahimov Nizami Əmir oğlu tərtəflərin verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir; həmçinin cavabdeh cavabdeh1 MMC-nin apellyasiya şikayətinin təmi olunmasının xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Fazil oğlu apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər LPO cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 25.138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 26.269.1-ci və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 27.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 28.372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 29.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 30.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

31. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 32.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

33. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

34. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanunun (mübahisəli münasibətlərin yarandığı vaxtda qüvvədə olan redaksiyada)

35.30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 36.30.5-ci maddəsinə əsasən, bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. 37.31.1-ci maddəsinə əsasən, ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 38.31.2-ci maddəsinə əsasən, ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. 39.44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 40.48.1-ci maddəsinə əsasən, ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda hallarda xitam verilir.

“İcra haqqında” Qanunun

41.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 42.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2022-ci il tarixli Qərarına görə, mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair razılaşmanın qadağan edilməsini ehtiva edir. İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 46.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

48.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, iddiaçının qanun pozuntusu kimi istinad etdiyi hallardan göründüyü kimi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evi tələbkar tərəfindən “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış hesab edildikdən sonra 30 gün ərzində əldə edilməmişdir. Habelə, ##.##.2023-cü il tarixli, ***/*/** saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” müqaviləyə əsasən ipoteka predmeti LPO cavabdeh4 ASC tərəfindən əldə olunsa da, qalıq borc ilə müqavilə üzrə ödənilməli olan məbləğ arasındakı fərq cavabdeh3 depozit hesabına köçürülməmişdir. Bu səbəbdən iddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir.

50. İş materiallarından müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən, “xxxx” MMC ilə bağlanmış ##.##.2012-ci il tarixli kredit müqaviləsi üzrə 13.421,27 manat məbləğində borcun tutulması məqsədilə tutmanın Pərvin Əfəndiyevaya məxsus İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi, ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə isə 55.088,22 manat məbləğində borcun tutulması məqsədilə tutmanın İddiaçı məxsus Qax şəhərində yerləşən 193,1 kv.m sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi və hər iki əmlakın açıq hərracda satılması müəyyən edilmişdir.

51. İcra sənədi ##.##.2022-ci il tarixində cavabdeh3 daxil olmuş, icraata başlanılmış və hərracın təşkili üçün müvafiq tapşırıqlar verilmişdir. İpoteka predmetlərinin satış məqsədilə qiymətləndirilməsinə dair sifariş verildikdən sonra icraat LPO cavabdeh4 ASC-nin müraciəti əsasında ##.##.2022-ci il tarixdə dayandırılsa da, sonradan icra məmurunun ##.##.2022-ci il tarixli sifarişi ilə hərrac təşkilatçısı tərəfindən ipoteka predmetlərinin hərracda satılması istiqamətində tədbirlər görülmüş, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərində ilkin və təkrar hərrac keçirilmişdir. LPO cavabdeh4 ASC-nin ##.##.2022-ci il tarixli müraciəti əsasında icra məmurunun ##.##.2022-ci il tarixli qərarı ilə icraat yenidən dayandırılmışdır. 52.Göründüyü kimi, LPO cavabdeh4 ASC-nin ləğvedicisi ƏSF-nin ##.##.2022-ci il tarixli, ************* saylı məktubu əsasında cavabdeh3 ##.##.2022-ci il tarixli qərarı ilə icraat dayandırılsa da, ##.##.2022-ci il tarixində təyin edilmiş təkrar hərrac keçirilmiş, lakin alıcı olmadığından baş tutmamış hesab edilmişdir. Bununla əlaqədar LPO cavabdeh4 ASC ##.##.2023-cü il tarixdə cavabdeh3 və cavabdeh1nə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ipoteka predmetinə dair hərracın dayandırıldığı mərhələdən, yəni təkrar hərrac mərhələsindən davam etdirilməsini xahiş etmiş, əks halda icra məmurunun əsassız sifarişi nəticəsində sonrakı hərrac prosedurlarının həyata keçirilməsinin gələcəkdə hərracın nəticələrinin etibarlılığına təsir göstərə biləcəyini bildirmişdir. 53.Bununla belə, LPO cavabdeh4 ASC-nin ləğvedicisi ƏSF tərəfindən ##.##.2023-cü il tarixdə yenidən müraciət edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, 0,05 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 193,1 kv.m olan fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətinin 25 faizindən az olmayan məbləğə, yəni 82.875 manata, LPO cavabdeh4 ASC tərəfindən əldə olunmasına dair alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib edilməsi və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Nəticədə, ##.##.2023-cü il tarixli, ***/*/** saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” müqaviləyə əsasən həmin əmlak 82.875 manat dəyərində LPO cavabdeh4 ASC tərəfindən əldə edilmişdir. 54.Yuxarıda göstərilən maddi hüquq normalarının mənasına görə, hərracın etibarsız sayılması üçün əsas hərracın keçirilməsi qaydalarının pozulması müəyyən edilməlidir. Mülki Məcəllə və “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş hərrac qaydaları imperativ xarakter daşıyır və onların pozulması maraqlı şəxsin iddiası əsasında hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsinə səbəb ola bilər. Hərrac etibarsız hesab edildiyi halda, onun əsasında bağlanmış müqavilələr də etibarsız sayılır. 55.““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il ## ###### tarixli **/**** nömrəli Qərardadında da qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası. 56.“İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. 57.İpoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. 58.İş materiallarından müəyyən edilir ki, təkrar hərrac ##.##.2022-ci il tarixdə baş tutmamış hesab edilmiş, ipoteka predmeti isə yalnız ##.##.2023-cü il tarixli müqavilə əsasında LPO cavabdeh4 ASC tərəfindən əldə edilmişdir. Beləliklə, ipoteka predmetinin əldə olunması qanunla müəyyən edilmiş 30 təqvim günlük müddət başa çatdıqdan xeyli sonra baş vermişdir. Cavabdeh LPO cavabdeh4 ASC icra icraatının ##.##.2022-ci il tarixli qərarla dayandırılmasına istinad edərək hərracın dayandırıldığı mərhələdən davam etdirilməsi barədə müraciət etdiyini bildirsə də, təkrar hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirməmiş, həmin hərracın etibarsız hesab edilməsinə dair iddia qaldırmamış və sonradan “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” müqavilə bağlamışdır. Cavabdehin bu davranışı məcmu halında qiymətləndirildikdə, onun faktiki olaraq təkrar hərracın keçirilməsini qəbul etdiyi və ##.##.2022-ci il tarixini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulan 30 təqvim günlük müddətin başlanğıc anı kimi qəbul etdiyi nəticəsinə gəlinir. 59.Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ipoteka predmeti üzrə ilkin və təkrar hərraclar müvafiq olaraq ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərində keçirilmiş, təkrar hərracın baş tutmamış hesab edilməsi barədə qanunvericiliyin tələblərinə uyğun elan verilmiş, ##.##.2022-ci il tarixində ipoteka saxlayana təklif məktubu göndərilmişdir. Lakin ipoteka predmeti həmin tarixdən etibarən qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən əldə edilməmişdir. 60.Belə olan halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin imperativ tələblərinə əsasən, təkrar hərrac baş tutmamış hesab edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmeti əldə edilmədiyindən ipotekaya xitam verilmiş hesab olunmalıdır. Bu baxımdan, iddiaçının ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ##.##.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi işin müəyyən edilmiş halları və tətbiq edilməli hüquq normaları ilə təsdiq olunduğundan, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur. 61.Qeyd olunan hallar və iş üzrə toplanmış sübutlar məcmu halında qiymətləndirildikdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. 62.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 63.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 64.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər LPO cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh1 MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar