Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-941/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 Mənzil Tikinti Kooperativi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 MTK-nın nümayəndəsi X1, Cavabdeh “xxxx” MMC-nin hüquqi varisi cavabdeh1 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 Mənzil Tikinti Kooperativi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ## ##### 2019-cu il tarixli müqavilədən görünür ki, “satıcı” cavabdeh3 MMC Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv.m 3 otaqlı *** saylı mənzili “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 640 manat olmaqla cəmi 80640 manat pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür.
2. ## ##### 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv m 3 otaqlı *** saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur.
3. ## ##### 2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, “satıcı” cavabdeh3 MMC Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbə75.1 kv.m 2 otaqlı *** saylı mənzili “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 640 manat olmaqla cəmi 48064 manat pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür.
4. ## ##### 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbə 70.1 kv.m 2 otaqlı *** nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur.
5. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, “Birlik-İnşaat”, “Xəmsə-İnşaat”, “Hayan-E”, “Real- 2016” (hazırki adı ilə “xxxx” MTK) və “xxxx” (xxxx) MMC-nin vəzifəli şəxsləri barəsində AR CM-nin 178.3.2, 213.2.2, 259.2.4, 308.1, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv.m 3 otaqlı *** saylı və C blok 9-cu mərtəbə 70.1 kv m 2 otaqlı *** nömrəli mənzilinin iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək cavabdeh2 MTK və “xxxx” MMCnin də mülki işə cavabdehlər kimi cəlb olunmasını və mənzillərin təhvil verilməsi öhdəlyinin hər üç cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron Rayonu Xırdalan şəhərində inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan cavabdeh3 MMC-nin sədri Hacıyev İlqar Çingiz oğlu ilə aralarında ## ##### 2019-cu il tarixdə aralarında müqavilə bağlanmış və müqavilənin predmeti olaraq iddiaçı Abşeron rayonu Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa etdiyi üç blokdan çox mərtəbəli yaşayış binasının B bloku 8ci mərtəbəsində yerləşən 126 kv.m 3 otaqlı mənzilin ümumi dəyəri 80.640 manat məbləğində pul ödəmiş və ona pulun ödənilməsinə dair ## ##### 2019-cu il tarixdə maliyyə arayışı təqdim olunmuşdur. Bundan başqa həmin tarixdə C-bloku 9-cu mərtəbə 70.1 kv m 2 otaqlı *** nömrəli ümumi dəyəri 48.064 məbləğində pul ödənilməklə 2 yaşayış evi alınmışdır. Mənzil tikilib qurtardıqdan sonra təhvil verilməli idi. İddiaçı MTK-nın binada yerləşən hər iki mənzildən istifadə edə bilmir və belə ki, həmin binanın cavabdeh2 MTK-ya satdığı bildirildikdən o evi tələb etdikdə xxxx MTK mənzili verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh binanın cavabdeh2 MTK-ya satılmasını bildirməklə iddiaçıya yaşayış evini verməkdən imtina etmişdir. Mənzil yeni MTK fəaliyyətə başladığı müddətdən əvvəl verilməsini əsas tutaraq işin icrasında imtina edir və hətta müxtəlif bəhanələr gətirsə də bəlli bir məsələdir ki, MTKnın adının dəyişdirilməsi və ya binanın başqa MTK-ya satılması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırıİmasına gətirib çıxara bilməz.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə, 3 otaqlı, *** saylı (sahəsi 126 kv.m) və C blok 9-cu mərtəbə, 2 otaqlı, *** nömrəli mənzilin (sahəsi 70.1 kv.m) İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin cavabdeh cavabdeh3 MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 113.3, 178.8, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh “xxxx” MMC-nin hüquqi varisi “xxxx-2022” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan həmin müqavilə predmeti olan mənzilin yerləşdiyi ərazinin və həmin binanın həqiqətən də cavabdeh cavabdeh3 MMC-yə məxsus olub-olmaması araşdırılmamışdır. cavabdeh3 MMC tərəfindən özünə məxsus olmayan torpaq sahəsində tikilən bina ilə əlaqədar cavabdeh3 MMC iddiaçını aldadaraq müqavilə bağlamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilən ##.##.2015-ci il tarixli Abşeron Rayon İcra Hakimiyyəti başçısının №***/* saylı sərəncamına əsasən, Xırdalan şəhəri, R.Axundov küçəsində 0,3444 ha torpaq sahəsində binaların tikilməsi üçün “xxxx” MMC-yə icazə verilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış müqavilədə göstərilən ünvanda yerləşən binalar faktiki olaraq “xxxx” MMC-yə, yəni indiki halda həmin MMC-nin hüquqi varisi olan“xxxx-2022” MMC-yə məxsus olmuşdur. Beləliklə də, cavabdeh3 MMC faktiki olaraq özünə məxsus olmayan torpaq sahəsində və özünün vəsaiti hesabına inşa edilməmiş binadan qanunsuz olaraq iddiaçıya mənzil sataraq pul almışdır. Bu fakt da iddiaçının cavabdeh3 MMC tərəfindən aldadıldığını, qanunla özünə məxsus olmayan binadan ona mənzil satdığını və beləliklə də, tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğunu sübut edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə nəticəsində “xxxx-2022” MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulnuşdur. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş yuxarıda qeyd olunan sərəncama, həmçinin №1242/##.##.**** saylı ayrıc aktına əsasən, iddiaçı və cavabdeh cavabdeh3 MMC arasında bağlanmış müqavilənin predmetini təşkil edən mübahisəli mənzillərin yerləşdiyi binalar “xxxx-2022” MMC-yə məxsusdur. Qeyd olunan sərəncam və ayrıc aktının tarixlərinin də müqavilənin tarixindən, yəni ##.##.2019-cu il tarixdən əvvəlki tarixə aid olması həmin binanın yerləşdiyi torpaq sahəsinin 2019-cu il tarixdə “xxxx-2022” MMC-nin mülkiyyətində olduğunu və həmin torpaq sahəsinin üzərində cavabdeh cavabdeh3 MMC tərəfindən hər hansı tikinti işlərinin aparılmasının mümkünsüzlüyünü birbaşa təsdiq edir. Beləliklə də, həmin torpaq sahəsi üzərində tikilmiş binalar “xxxx-2022” MMC-yə məxsus olduğu və iddiaçının da müvafiq mənzillərlə əlaqədar müqaviləni cavabdeh3 MMC ilə bağlaması və ödənişi də cavabdeh3 MMC-yə etməsi halında müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının iddiasının təmin edilərək “xxxx-2022” MMC-yə məxsus olan binalarda yerləşən mənzilin iddiaçıya təhvil verilməsi MMC-nin mülkiyyət hüquqlarını kobud şəkildə pozur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, binanı tikməyə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti başlamışdır. Sonradan eyni mənzillər bir neçə şəxsə satılıdığından MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi açılmış, buna görə də binanın tikintisi yarımçıq qalmış, həmin binanın tikintisinin başa çatdırılması 2021-ci ildə cavabdeh2 MTK-ya həvalə edilmişdir. “xxxx” MMC-nin cavabdeh3 MMC ilə heç bir hüquqi bağlılığı yoxdur. Binanı 2020-2021-ci ilə qədər “xxxx” MMC tikmiş, binanın tikintisini cavabdeh2 MTK başa çatdırmışdır.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh2 MTK-nın nümayəndəsi izahatında bildirdi ki, cavabdeh2 MTK-ya binanın tikintisinin başa çatdırılması öhdəliyin qoyulmasının heç bir rəsmi əsası yoxdur. Bina cavabdeh2 MTK tərəfindən təxminən 1 və ya 1,5 ildir təhvil almışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onlara göndərilmiş zərərçəkmiş şəxslərin siyahısına əsasən zərərçəkən şəxsləri mənzillə təmin edirlər. İddiaçının adı həmin siyahıda yoxdur. Mənzillərin zərərçəkmiş şəxslərə paylanması hələ də davam edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi *** nömrəli mənzil nömrəsi binada mövcud deyildir. Cinayət işi hal-hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatındadır. Əlaqəli iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü var.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq izahatında qeyd etdi ki, inşa olunan binada problemlər olması barədə xəbərdar olmuşdur. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzarəti altında tikildiyindən bu hala etibar edib, mənzili almaq istəmişdir. O, mənzillər alanda binanın “xxxx” MMC tərəfindən inşa edildiyi barədə məlumatlı olmuşdur. Daha sonra binanı cavabdeh3 MMC-yə təhvil veriblər. O, həmin binadan 2 mənzil almışdır. Həmin vaxt binanın hələ 4-5-ci mərtəbəsi tikilirdi. Pulu nağd ödəmişdir. Əvvəlcə 48000 manat, daha sonra isə 84000 manat ödəmişdir. O, cavabdeh2 MTK-ya müraciət etdikdə ona bildirmişlər ki, onlara təqdim edilmiş zərərçəkmiş şəxslərin siyahısında onun adı qeyd olunamışdır. Bu səbəbdən məhkəməyə məhkəməyə müraciət etmişdir. Mənzili almağa gedəndə, yəni 2019-cu ildə cavabdeh3 MMC-nin rəhbəri İlqar Hacıyevlə görüşmüşdür. O, bu binadan tanışı vasitəsi ilə məlumat almışdır. 2020-ci ilin yanvar ayında binanın inşasının tamamlanması cavabdeh2 MTK-ya həvalə olunmuşdur. Hazırda mübahisələndirilən qətnamə ## ###### 2025-ci il tarixdə icra olunaraq, mənzillər ona təhvil verilmişdir.
18. Cavabdeh cavabdeh3 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 6.1.5. Müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
20. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 27.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 28.Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 29.Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.
33. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
39. İşin hallarından göründüyü kimi iddiaçı İddiaçı ilə cavabdeh3 MMC arasında ## ##### 2019-cu il tarixdə Xırdalan şəhəri, R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasından 2 mənzilin alınmasına dair müqavilə bağlanmışdır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzillərin dəyəri həmin tarixdə MMC-yə ödənilmişdir. Lakin mənzillər təhvil verilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.
40. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin ## ### 2023-cü il tarixli *-**/*-****/**** nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış binasının tikintisinə icazə “xxxx” MTK-ya verilmişdir.
41. İş materialları ilə binanın inşasının cavabdeh3 MMC-yə həvalə edilməsi müəyyən olunmamış, mübahisəli mənzillərin yerləşdiyi binanın torpaq sahəsinin həmin MMC-yə aidiyyətinin olması müəyyən edilməmişdir.
42. Belə ki, Abşeron Rayon İcra Başçısının ## ###### 2015-ci il tarixli ***/* nömrəli sərəncamı ilə “xxxx” MMC-yə Xırdalan şəhəri, R.Axundov küçəsində 0,3444 ha torpaq sahəsində 2 ədəd 1 girişli 15 mərtəbəli və 1 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.
43. İşin hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh3 MMC arasında müqavilə bağlanmışdır. Lakin qeyd edilən MMC-nin inşa edilən binaya hər hansı aidiyyəti araşdırma zamanı müəyyən edilməmişdir.
44. İddiaçı ilə digər cavabdehlər - cavabdeh2 Mənzil Tikinti Kooperativi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hər hansı müqavilə münasibəti müvcud olmamışdır.
45. Belə olduqda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi isə rədd edilməlidir.
46. Hər bir halda iddiaçı etibarsızlığı və ya qüvvədən düşməsi müəyyən olunmayan əqdə əsaslanaraq hazırki iddianı qaldırmışdır və həmin əqdlərin (mənzillərə dair müqavilənin) hansı şərtlərlə bağlanması hazırki mübahisənin premetini təşkil etmir və məhkəmə də bunu araşdırmaq məcburiyyətində deyil.
47. Odur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsa da, kollegiya hesab edir ki, iddiaçının tələbi hazırki vəziyyətdə təmin edilə bilməz. 48.Kollegiya qeyd edir ki, yeni inşa edilən çoxmənzilli binalarda mənzil almaq istəyən şəxslə həmin binanı inşa edən tikinti şirkəti (MMC və ya MTK adlanmasından asılı olmayaraq) arasında yaranan hüquq münasibətləri podrat münasibəti hesab olunur. Podrat müqaviləsinə görə isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi (hazırki hada mənzili tikməyi), sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. 49.Bu münasibətlərə Mənzil və Mülki Məcəllələrinin tənzimlədiyi mənzil-tikinti kooperativlərindəki payın alınması ilə bağlı yaranmış münasibətləri (hüquq və vəzifələri) aid etmək olmaz. Çünki, mənzil-tikinti kooperativlərinin yaradılmasında əsas məqsəd onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması çıxış edir. 50.Payçı ilə MTK arasında bağlanan müqavilə heç bir halda podrat müqaviləsi hesab oluna bilməz. Belə müqavilə, bina inşa edildikdən sonra həmin binada mülkiyyətinə yaşayış sahəsi əldə etmək üçün pay haqqının ödənilməsi şərtlərini müəyyən edən pay yığımı müqaviləsidir. Müqavilənin məqsədi yaşayış binasının inşasıdır, payçı pay haqqını ödəyərək, nəticədə bina inşa edildikdən sonra həmin binada pay əldə edir. Məhz buna görədir ki, mənzil-tikinti kooperativləri istehlak kooperativləri hesab olunurlar. 51.Podrat müqaviləsi isə müəyyən işləri görməyə və sifarişçiyə təhvil verməyə podratçını məcbur edən müqavilədir. Podrat müqaviləsi sifarişçi ilə podratçı arasında bağlanır, sifarişçi konkret iş sifariş edir, podratçı isə həmin işi görüb onun nəticəsini təhvil verir (bu, yaşayış evinin tikintisi, təmir və s. ola bilər.) 52.MTK-da müqavilənin xarakteri gələcəkdə yaşayış sahəsi əldə etmək üçün yaşayış binasının inşası məqsədilə səy və maliyyələşmənin birləşdirilməsindən ibarət olduğu halda, podratda sifarçi müəyyən haqq müqabilində konkret işin görülməsi üçün podratçı seçir. 53.Beləliklə, hər iki müqavilə üzrə tərəflərin öhdəlikləri fərqli xarakter daşıdığından, onları eyniləşdirmək yolverilməzdir.
54. Hazırki işdə iddiaçı cavabdeh cavabdeh3 MMC ilə məhz podrat müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 762.1-ci maddəsinin tələbinə görə isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin cavabdeh MMC ona hər hansı aidiyyəti olmayan mənzillərə dair iddiaçı ilə müqavilə bağlamışdır.
55. Kollegiya onu da qeyd edir ki, iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsi tələbi ilə cavabdeh cavabdeh3 MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
56. İş materiallarına əlavə edilmiş Aktın surətindən, eləcə də tərəflərin izahatından müəyyən olunur ki, hazırda mübahisələndirilən qətnamə artıq ## ###### 2025-ci il tarixdə icra olunmuş, müqavilələrin predmeti olan mənzillər iddiaçıya təhvil verilmişdir.
57. Qanunvericiliyin tələbinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.
58. Göründüyü kimi Kollegiyanın hazırki qətnaməsi ilə məhkəmənin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.
59. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ##### 2023-cü il tarixli qətnaməsinin icrasında dönüş edilməli və Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv.m 3 otaqlı *** saylı və C blok 9-cu mərtəbə 70.1 kv.m 2 otaqlı *** nömrəli mənzillər cavabdeh “xxxx” MMC-nin hüquqi varisi cavabdeh1 MMC-yə geri qaytarılmalıdır.
60. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 Mənzil Tikinti Kooperativi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Mülki iş üzrə icrada dönüş edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ##### 2023-cü il tarixli qətnaməsi əsasında iddiaçı İddiaçı təhvil verilmiş Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov 39 küçəsində inşa edilən üç bloklu çox mərtəbəli yaşayış binasının B blok 8-ci mərtəbə 126 kv.m 3 otaqlı *** saylı və C blok 9-cu mərtəbə 70.1 kv.m 2 otaqlı *** nömrəli mənzillər cavabdeh “xxxx” MMC-nin hüquqi varisi cavabdeh1 MMC-yə təhvil verilsin. Məhkəmə xərcləri onu ödəyən tərəflərə aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.