Məhkəmə qərarları › İş №2(3-6)-951/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-951/2026

14.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-951/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərclərin bölünməsi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərclərin bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) arasında ##.##.2011-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan ##.##.2013-cü il tarixdə X6 və ##.##.2012-ci il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur.

2. Tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 2011-2012-ci illərdə Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində ünvanında ümumi sahəsi 189 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi (**/*B saylı ev) inşa edilərək, təmir edilmişdir. Bundan sonra tərəflər uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdılar.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən mənzilin tikintisi üçün çəkilmiş pula iddiaçının 14/19 (69.772,50 manat) hissədə, cavabdehin 5/19 (25.000 manat) hissədə payları müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilməsə də, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı, azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdülər. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilməmişdir. Lakin hazırda onlar həmin ünvanda yaşamırlar.

5. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərc 93.900 manat təşkil edir.

6. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən 189 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərcin hazırki dövr nəzərə alınmaqla 2025-ci il üçün bazar dəyəri 95.900 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş 93.000 manat xərcin ¾ hissəsini təşkil edən 69.750 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar onun yanında saxlanılmışdır. Cavabdehlə birgə nikah dövründə ünvan 2 ünvanında sahəsi 189 kv.m olan 2 mərtəbədən ibarət evi əldə etmişlər. Evin inşası 2011-ci ildə başlanılmış, 2012-ci ildə tamamlanmışdır. Elə həmin ildə də cavabdehlə bu evə köçüb orada yaşamağa başlamışlar. Nikahları pozulduqdan sonra cavabdeh azyaşlı uşaqları ilə birlikdə onu mənzilə buraxmadığı üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il qətnaməsinə əsasən mənzilə köçürülmüşlər. Hazırda mənzildə bir yerdə yaşamaqları mümkün deyil. Mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə əldə olunduğundan onun tikilməsinə və təmirinə çəkilmiş xərclər bölünməlidir. Onun birgə nikah dövründə əldə etdiyi evdən başqa yaşayış yeri yoxdur. Buna görə də, həmin mübahisəli ev birgə əmlak olduğu üçün evin tikilməsinə, təmirinə və s. çəkilmiş xərclərin bölünməsi barədə məhkəməyə müraciət etməli olmuşdur.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil oğu ##.##.2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində iddianın əsasları (faktiki hallar) qeyd olunsa da, iddianın predmeti məlum deyildir. Belə ki, iddiaçı hazırki iddia (fərdi yaşayış sahəsinin tikilməsinə və təmirinə çəkilmiş xərclərin bölünməsi) vasitəsilə cavabdehə qarşı hər hansı konkret tələb irəli sürməmişdir. Başqa sözlə, iddiaçı gələcəkdə qəbul olunacaq məhkəmə aktı ilə cavabdehdən hansı hüquqları (əmlak və s.) əldə etmək istədiyini öz ərizəsində göstərməmişdir (nikah dövründə cavabdehin adına əldə olunmuş əmlakın bölünməsi tələbi belə, özlüyündə, cavabdehin adına olan əmlak hüquqlarının bir hissəsinin ondan alınmasını ehtiva edir). Həmçinin, ərizədə göstərdiyi fərdi yaşayış evi özbaşına tikilidir, nə tikiliyə, nə də tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı şəxsin, o cümlədən tərəflərin hüquqları yaranmamış/qeydiyyata alınmamış və yaşayış evinin inşası üçün müvafiq icra hakimiyyət orqanlarından lazımi icazələr əldə olunmamışdır. Bundan başqa, iddiaçı ərizəsində həmin evin gah "nikah dövründə əldə olunmuş" kimi, gah da "nikah dövründə tikilmiş" kimi qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi həmin evinin tikintisi və təmirinə çəkilmiş xərcin tələb olunması ilə bağlı olsa da, mahiyyət etibarilə, ər-arvadın ümumi əmlakının bölünməsi haqqında iddiadır. Cavabdeh 2020-ci ildə iddiaçıya qarşı "nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt iddiaçı məhkəməyə qarşılıqlı iddia verərək, qeyd edilən yaşayış evindən payların müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2020-ci il tarixli qərardadı ilə İddiaçı "əmlak bölgüsü”nə dair tələbi üzrə işin ayrıca icraatda baxılması qərara alınmışdır. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Beləliklə, iddiaçı əmlaka dair hüququnun pozulduğunu 2020-ci ilin sonlarından bilmiş, eyni əmlakla bağlı mübahisə açmış, həmin iddia tələbi üzrə icraata xitam verilmiş, lakin hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 3 illik iddia müddətini ötürmüşdür. Bu isə hazırki iddianın məhkəmə tərəfindən rədd olunmasına hüquqi əsas yaratmışdır. Göstərilənləri nəzərə alınmasını və iddianın həm əsassız olmasına, həm də iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərclərin ½ hissəsi olan 46.500 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1)

12. Məhkəmə öz mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının mübahisə predmeti olan evdə yaşamasına etiraz etmədiyini, lakin keçmiş həyat yoldaşının yenidən ailə həyatı qurması ilə bağlı onların necə bir yerdə yaşayacaqlarını təsəvvür etmədiyini bildirmiş və məhkəmə araşdırması zamanı iddiaçının özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olması mülki iş materiallarına əlavə edilmiş məhkəmə qərarları, iddiaçının izahı əsasında da müəyyən edilir.

13. Məhkəmə üçün iddianın predmeti tam aydındır və mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur və qeyri-müəyyənlik yaratmır. Həmçinin iddiaçı sadəcə “xərclərin bölünməsi”ni deyil, həmin xərclərin konkret məbləğdə cavabdehdən tutulmasını tələb etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, tikilinin özbaşına olması iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Tikintinin mülkiyyət hüququnun qeydiyyatda olubolmaması xərclərin bölünməsi öhdəliyinə təsir göstərmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində eyni obyektin gah “tikilmiş”, gah da “əldə olunmuş” kimi göstərilməsi hüquqi qeyrimüəyyənlik yaratmamışdır. Belə ki, bu iki ifadə obyektin nikah dövründə formalaşdığını, yaşayış evinin nikah ərzində faktiki olaraq tərəflərin birgə maddi və əmək sərfi nəticəsində meydana gəldiyini ifadə edən fərqli leksik yanaşmalardır və iddianın mahiyyətini dəyişmir. Bu səbəbdən də, vəsatət rədd edilməlidir.

14. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X8 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmış, eyni zamanda, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin tikintisi üçün çəkilmiş pula iddiaçının 14/19 (69772,5 manat) hissədə, cavabdehin 5/19 (25000 manat) hissədə payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçıçı, azyaşlı övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının tələbi cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş həmin fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş 93.900 manat xərcin ¾ hissəsini təşkil edən 69.750 manat pulun cavabdehdən alınaraq iddiaçıya müvafiq əvəzin ödənilməsidir.

15. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvadın ümumi mülkiyyəti bölünərkən onların payları bərabər hesab edilir. Lakin iddiaçının tələbi xərclərin ¾ hissəsinin kompensasiyası ilə bağlı olsa da, məhkəmə araşdırması zamanı tərəflər arasında fərqli bölgüyə səbəb ola biləcək hallar sübuta yetirilməmişdir. Bu səbəbdən də, iddiaçı yalnız ümumi xərclərin öz payına düşən ½ hissəsi məbləğində kompensasiya almaq hüququna malikdir.

16. Nəticədə məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərclərin ½ hissəsi olan 46.500 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, 34-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 8ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-32-ci, 34-37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76-cı, 77.1-ci, 88-ci, 106.3-cü, 107-ci, 119.1-ci, 217-218-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il və “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** saylı qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmənin ##.##.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icra olunubolunmaması ilə bağlı verilmiş sorğu nəticəsində məlum olmuşdur ki, iddiaçının ##.##.2023cü il tarixli icra vərəqəsi üzrə (fərdi yaşayış evinə köçürülmə barədə) hər hansı tələbi yoxdur (cavab məktubu məhkəməyə təqdim olunub). İddiaçı onunla boşandıqdan sonra Türkiyə Respublikasının vətəndaşı ilə nikaha daxil olmuş və Türkiyə Respublikasına köçməklə, hazırda orada yaşayır. İddiaçı yaşayış evinə köçürülməklə bağlı əvvəlcə məhkəməyə iddia vermiş, lakin iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasında maraqlı olmamış və bununla bağlı hər hansı tələbinin olmadığını bildirmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun anasının vəsaiti hesabına inşa edilmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi olan anası təsdiq etmişdir ki, evin tikintisinə və təmirinə iddiaçı ilə onun tərəfindən deyil, iddiaçının dayısı və onun mərhum anası tərəfindən xərc çəkilmişdir. Beləliklə, məhkəmə iddianı qismən təmin edərkən, işin göstərilən faktiki hallarını nəzərə almamış, nətəcədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qanunvericiliyin ifadə etdiyi maddi hüquq normasından məlum olur ki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki hal mövcud olmalıdır: 1. zaman etibarilə, əmlakın nikah müdddətində əldə olunması; 2. əmlakın məhz ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi. Hazırki işdən müəyyən olunur ki, mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin inşa olunmasına iddiaçı ilə o heç bir vəsait sərf etməmişdir (bu halı həm iddiaçı, həm də o, məhkəmə iclasında etiraf ediblər). Fərdi yaşayış evinin onların ümumi gəlirləri hesabına əldə edilməməsi, evin onların birgə mülkiyyətini təşkil edən əmlak hesab edilməsini istisna edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq, tətbiq etməli olduğu hüquq normasını tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Fərz edilsə ki, mübahisəli ev onların birgə mülkiyyətini təşkil etmişdir, işin hallarından müəyyən olunur ki, iddiaçı həmin evə/özbaşına tikiliyə obyektiv səbəblərdən deyil, öz subyektiv mülahizəsinə əsasən köçməmişdir. Başqa sözlə, iddiaçının özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olunması ilə müşayiət olunan hər hansı obyektiv hal baş verməmişdir (bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir). O isə öz növbəsində iddiaçının mübahisə predmeti olan evdə yaşamasına etiraz etmədiyini bildirmişdir (məhkəmə tərəfindən təyin edilmiş yerinə müayinə zamanı video yazı qeydə alınıb). Hazırki iddia tələbi yaşayış evinin tikintisi və təmirinə çəkilmiş xərcin tələb olunması ilə bağlı olsa da, mahiyyət etibarilə, ər-arvadın ümumi əmlakının bölünməsi haqqında iddiadır. Bu mənada hazırki ərizə nəzərə alınmaqla, həmin iddiaya münasibətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbi tətbiq olunmalıdır. Onların arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Beləliklə, iddiaçı əmlaka dair hüququnun pozulduğunu 2020-ci ilin sonlarından bilmiş, eyni əmlakla bağlı həmin vaxt mübahisə açmış, iddia tələbi üzrə icraata xitam verilmiş, lakin hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 3 illik iddia müddətini ötürmüşdür. Bu isə iddianın məhkəmə tərəfindən rədd olunmasına hüquqi əsas yaratmışdır (iddia müddətinin keçməsinə görə). Tərəflərindən iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə verilsə də, məhkəmə ərizənin hansı səbəbdən nəzərə alınmadığını öz qətnaməsində əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkili heç bir sübut təqdim etmədən məhkəmə iclaslarında bildirmişdir ki, evdə kirayəçi yaşayır deyə, iddiaçı həmin evə köçüb yaşaya bilmir. Bununla bağlı ##.##.2025-ci il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi dəlillər öz təsdiqini tapmamışdır (məhkəmə tərəfindən, qonşular, hətta həmin ərazidə yoldan ötən şəxslərdən bu barədə soruşulmuş, lakin belə bir hal müəyyən olunmamışdır). Həmin vaxt o, iddiaçının mübahisə predmeti olan evdə yaşamasına etiraz etmədiyini məhkəmənin nəzərinə çatdırmışdır (yerinə müayinə zamanı məhkəmə tərəfindən video yazı qeydə alınıb). Göründüyü kimi, iddiaçı mübahisəli evin/özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı (belə bir qərardad elektron məhkəmə sistemində yoxdur) təyin edilmiş qiymətləndirmə nəticəsində müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinin tikilməsinə və təmirinə çəkilmiş xərc 93.900 manat təşkil edir. Rəylə tanış olduqda məlum olur ki, qiymətləndirici tərəfindən fərdi yaşayış evinin tikintisi və təmirinə çəkilmiş vəsaitin məbləği deyil, evin ##.##.2025-ci il tarixə uyğun bazar dəyəri müəyyən edilmişdir. Halbuki, qiymətləndirmə fərdi yaşayış evinin hazırki bazar dəyərinin müəyyən edilməsi istiqamətində deyil, evin inşa edilməsinə sərf olunmuş vəsaitin məbləğinin müəyyən edilməsi üzrə aparılmalı idi. Nəzərə alınsa ki, özbaşına tikinti olan fərdi yaşayış evi 2011-2012-ci illərdə inşa edilmişdir, məhz həmin illərdə evin tikintisinə və təmirinə sərf olunmuş vəsaitin məbləği müəyyən olunmalıdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadında da ekspert qarşında fərdi yaşayış sahəsinin tikilməsinə və təmirinə çəkilmiş xərcin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Lakin ekspertiza (qiymətləndirmə) fərqli istiqamət üzrə aparılmışdır. Tərəflərindən bununla bağlı məhkəməyə vəsatət verilmiş və mütəxəssis qarşısında aşağıdakı sualın qoyulması xahiş edilmişdir: ünvan 2 ünvanında yerləşən yaşayış evinin tikintisi və təmirinə çəkilmiş vəsaitin məbləği 2011-2012ci illər üzrə nə qədər təşkil edir. Məhkəmənin ##.##.2025-ci il tarixdə keçirilmiş iclasında vəsatət təmin edilmiş, lakin məhkəmə icraatı dayandırılmadan, iş məhkəmə baxışına təyin edilmişdir (məhkəmə tərəfindən işin həqiqətən qiymətləndiriciyə göndərilməsi, sonradan isə qiymətləndirmə rəyinin verilib-verilmədiyi ona məlum deyil). Məhkəmə baxışı iclası zamanı isə yerində müayinə təyin edilməklə, sonrakı məhkəmə baxışında iş üzrə qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə qiymətləndirmə rəyinin verilməsini gözləmədən, işi məhkəmə baxışına təyin etmiş, sonradan iş üzrə yekun məhkəmə aktı çıxarımışdır. Bununla da, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qaanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermişdir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının da pozuntusuna yol vermiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar mötəbər sübutlara deyil, işə aid olmayan sübutlarla təsdiq edilmişdir. Məhkəmə qətnaməsində göstərilən dəlillər işin hallarına uyğun deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəflər yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan evdə iddiaçının yaşaması üçün heç bir maneə yoxdur, həmin ev iddiaçının bildirdiyi kimi kirayə verilməyib, iddiaçı evə gələrək yaşaya bilər. İş materiallarında olan hər iki rəydə bazar dəyəri müəyyən olunubdur. Ev nikah dövründə tikilibdir. Cavabdeh qohumları vasitəsilə barışıqla bağlı əvvəllər təklif irəli sürüb, razılıq əldə olunmayıbdır. Hazırda cavabehin maddi imkanı olmadığı üçün iddiaçıya hansısa məbləğ təklif edə bilmir, barışıq mümkün deyil. Mübahisə predmeti olan evin onun üçün mənəvi dəyərinin olması səbəbindən iddiaçının evə görə təklif etdiyi 100.000 manat məbləğini qəbul etmir. İddia müddəti ötürülübdür, 49.000 manat evin dəyərinə uyğun deyil.

22. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh onun həmin evdə yaşamasına etiraz etmədiyini bildirsə də, hər dəfə evə gedəndə ona müxtəlif problemlər yaşadır. Övladlarının sağlamlığında problemlər var. Əldə olunan məbləğ onların müalicəsinə xərclənəcəkdir. Dəfələrlə həmin evə getsə də, onu evə buraxmayıblar, özünün, uşaqlarının şəxsi əşyaları da o evdə qalıb, onları götürməyinə belə şərait yaratmayıblar. Mübahisə predmeti olan ev layihəyə düşüb, yüksək məbləğdə, yəni 450.000 manata yaxın kompensasiya veriləcəkdir. Bu səbəbdən mübahisə davam edir. Cavabdeh onun tələb etdiyi məbləği yüksək hesab edir. Lakin o, mübahisəli evin yarısının əvəzi kimi tələb etdiyi məbləğin iki qatını, yəni 100.000 manat pulu 1 ay ərzində cavabdehə verə bilər. Cavabdeh buna da razı olmur, ona qarşı qərəzli olduğu üçün mübahisəni davam etdirməkdə israrlıdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər; 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli, */**** saylı Qərarının: 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır; 3.2-ci bəndinə əsasən ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir; 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır; 3.7-ci bəndinə əsasən əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır; 3.8-ci bəndinə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər; 3.9-cu bəndinə əsasən ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür; 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir; 4.1-ci bəndinə əsasən aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür. 4.11-ci bəndinə əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırda apellyasiya şikayəti üzrə cavabdeh qətnaməni iddianın qismən təmin olunan hissəsində ləğv olunaraq, həmin hissədə də iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsinə və iddianın həmin hissədə də rədd edilməsinə hər hansı əsas yoxdur.

31. Məhkəmə kollegiyası mübahisə ilə bağlı Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər keçmiş ər-arvaddır, onların arasında nikah ##.##.2011-ci il tarixdə bağlanmış və ##.##.2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan iki uşaq doğulmuşdur. Onlar birgə nikahda olan dövrdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 189 kv.m olan 2 mərtəbəli yaşayış evi inşa etmişlər. Həmin yaşayış evi hüquqi vəziyətinə görə özbaşına tikilidir, nə tikiliyə, nə də tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı şəxsin, o cümlədən tərəflərin hüquqları dövlət qeydiyyatına alınmamış, evin inşası üçün müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələrin alınması müəyyən edilməmişdir.

33. İddiaçı qeyd edilən fərdi yaşayış evinin birgə nikah dövründə və ümumi gəlirlər hesabına inşa və təmir edildiyini iddia edir və həmin evin tikintisi və təmirinə sərf edilmiş 93.000 manat (bu məbləğ iddiaçının cavabdehə qarşı həmin fərdi yaşayış evinə payının müəyyən edilməsi tələbinə dair əvvəlki iş üzrə icraat çərçivəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli rəyi əsas götürülməklə müəyyən edilmişdir. Belə ki, həmin rəyə əsasən 2011-ci ildə mövcud olmuş orta bazar qiymətinə əsasən təmir və tikinti üçün çəkilmiş xərclərin dəyəri təqribən 94.772,50 manat təşkil edir. Bu rəy həmin iş üzrə məhkəmə qətnamələrində öz əksini tapmışdır) vəsaitinin ¾ hissəsini təşkil edən 69.750 manat vəsaitin cavabdehdən tutulmasını tələb edir.

34. Cavabdeh iddia qəbul etmir, fərdi yaşayış evinin nikah dövründə, lakin onun anasının vəsaiti hesabına tikildiyini, onların özlərinin əmlakın tikintisə heç bir vəsait sərf etmədiyini, iddiaçının fərdi yaşayış evində yaşamasına etirazının olmadığını, onun mənzilə köçürülməsi ilə bağlı icra sənədi olmasına baxmayaraq, iddiaçının fərdi yaşayış evində yaşamaq istəmədiyini, iddianın hazırki iddia tələbi ilə məhkəməyə müraicət etməsi üçün Ailə Məcəlləsinin 36.9-cü maddəsində nəzərdə tutulan iddia müddətini ötürdüyünü bildirir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmənin 2025-ci il əsas götürülməklə aparıldığını və bu zaman təmir-tikintintinin deyil, əmlakın özünün dəyərinin müəyyən edildiyini, lakin tikilinin inşasının 2012-ci ildə başa çatdığını, buna uyğun olaraq həmin il üzrə qiymətləndirilmə aparılmadığını qeyd edərək, məbləğin düzgün müəyyən edilmədiyini vurğulayır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daha əvvəl bu fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş pulda ¾ hissədə iddiaçının, ¼ hissədə isə cavabdehin payının müəyyən olunması barədə mübahisə olmuş və həmin iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə evin tikintisi üçün çəkilmiş pula iddiaçının 14/19 (69.772,5 manat) hissədə, cavabdehin 5/19 (25.000 manat) hissədə payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə bu nəticə ilə razılaşsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi razılaşmamış və *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə cavabdehin kasasiya şikayətini qismən təmin edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası həmin əmlakın özbaşına tikili olması səbəbindən iddiaçının yaşayış evinin inşasına çəkilən xərclərə pay hüqununun müəyyən olunmasını deyil, həmin xərclərin özünü tələb etmək hüququnun olduğunu göstərmişdir.

36. Bundan sonra iddiaçının həmin evə köçürülməsi tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş və iddiaçı, azyaşlı uşaqları ilə birlikdə evə köçürülmüşdür. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilməmişdir. Bu icraat çərçivəsində də cavabdeh evin anasının vəsaiti hesabına əldə edilməsini bildirsə də, öz mövqeyini sübuta yetirə bilməmiş və nəticədə həmin evin tərəflərin birgə nikahı dövründə və onların birgə gəlirləri hesabına inşa və təmir edildiyi öz təsdiqini tapmışdır. Qeyd edilənlər, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı iddiaçının ümumi xərclərin öz payına düşən ½ hissəsində kompensasiya almaq hüququna malik olduğunu təsdiq edir.

37. Birinci instansiyası məhkəməsi də bu mövqedən çıxış edərək, fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərclərin ½ hissəsi olan 46.500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə ödənilməli olmasını müəyyən edərkən iddia tələbinin 93.000 manat olması və iddia tələbinin həcminin iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərində göstərilən məbləğlərdən də az olmasını nəzərə almışdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi, o cümlədən xərclərin məbləği ilə razılaşır.

38. Belə ki, fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərc iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 93.900 manat, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən isə 95.900 manat məbləğində müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, tərəflər arasında fərdi yaşayış evi üzərində onların paylarının müəyyən edilməsinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli ekpsert rəyinə əsasən evin məhz təmiri və tikintisi üçün çəkilmiş xərclər hesablanmış və nəticədə bu xərclərin dəyəri (94.772,50) 2011ci ildə mövcud olmuş orta bazar qiymətinə uyğun müəyyən edilmişdir. Qeyd edilən digər iki mütəxəssis rəyində həmin xərclərin dəyəri məbləğ etibarı ilə bu göstəricidən az fərqlənmişdir. İddiaçının bu əmlakın təmir və tikintisinə çəkilmiş xərc olaraq göstərdiyi 93.000 manat isə həmin rəylərdə göstərilən məbləğlərin hər birindən aşağı məbləğdir.

40. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, iddiaçının tələbi 69.750 manat olsa da, birinci instansiya məhkəməsi ona 46.500 manat pulun ödənilməli olması qənaətinə gəlmişdir. Qətnaməni mübahisələndirən cavabdeh isə həmçinin, müəyyən edilmiş qiyməti düzgün müəyyən edilməməsi və yüksək olması əsası ilə mübahisələndirmişdir. Bu nəticə (yəni ona 46.500 manat pulun verilməsi) ilə razılaşmasına və həmin qətnamədən apellyasiya şikayəti verməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iddiaçı cavabdehə əmlakın təmir və tikintisinə çəkilmiş xərcin əvəzi olaraq 100.000 manat məbləğində pul təklif etmişdir. Lakin cavabdeh bununla razılaşmayaraq, fərdi yaşayış evinin onun üçün mənəvi dəyərinin olduğunu qeyd etmişdir. Bununla belə, rəylərdə müəyyən edilən məbləğin çox olduğunu iddia edən cavabdeh həmin rəylərdə müəyyən edilən məbləğdən iki dəfədən də çox vəsaitin ona ödənilməsinə razı olmamışdır. Qeyd edilənlər öz növbəsində onun bu dəlilinin də əsassız olduğunu və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğin əmlakın təmir və tikintisinə çəkilmiş xərcin real dəyərindən hətta az olduğunu təsdiq edir.

41. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tikinti və təmir işləri qanunvericiliyin tələblərinə əsasən yaxşılaşdırma olmaqla fərdi yaşayış evinin faktiki mülkiyyətçisinə qalacağından Ailə Məcəlləsinin 37.1-ci maddəsinə uyğun olaraq, iddiaçının iddia tələbində göstərdiyi pulun yarısı cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməlidir. Əks halda cavabdeh tərəf onun hesabına əsassız varlanmış olacaqdır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddia üzrə iddia müddətinin ötürüldüyünü iddia edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə iddianı müddətin ötürülməsi əsası ilə rədd edilməsini tələb edir.

43. Nəzərə alınmalıdır ki, iddia müddətinin axımının başlaması subyektiv hüququn pozulması ilə əlaqələndirildiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bu səbəbdən iddiaçının ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret halları ətraflı araşdırılmalıdır.

44. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında nikah ##.##.2021-ci il tarixdə pozulsa da, iddiaçı fərdi yaşayış evində payının müəyyən edilməsi il bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ##.##.2020-ci ildə, hələ rəsmi nikah münasibətləri davam edərkən müraciət etmişdir. Həmin tələblə bağlı məhkəmə araşdırması ##.##.2023-cü ildə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** saylı qərarı ilə yekunlaşmışdır. Həmin vaxt tərəflər arasında iddiaçının fərdi yaşayış evində yaşaması ilə bağlı mübahisə olmuş və bunun nəticəsi olaraq iddiaçı mənzilə köçürülmə tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bu məhkəmənin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı, azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilməmişdir.

45. Bununla belə, tərəflər arasında əmlakla bağlı mübahisə 2020-ci ildə başlasa da, iddiaçı həmin əmlakdan istifadə etmiş, fərdi yaşayış evində yaşamış, sonradan evlə bağlı mübahisə yarandığından və bu baxımdan hüquqlarının pozulduğunu bildiyi andan evlə bağlı iddialar qaldırmış, o cümlədən mənzilə köçürülməsini tələb etmişdir. Başqa sözlə, tərəflər arasında ötən dövr ərzində həmin fərdi yaşayış evi ilə bağlı məhkəmə mübahisələri olmuş və evə köçürülmə ilə bağlı məhkəmə mübahisəsi 2024-cü ildə bitmişdir (cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir ki, bu da onun iddiaçının həmin evə köçməsinə etiraz etdiyini təsdiq edir). Buna baxmayaraq, iddiaçı bugün də həmin evdə yaşamır. Məhkəmə kollegiyası göstərilənləri, habelə məhz qeyd edilən vaxt iddiaçının obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum edildiyini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddia edilən iddia müddəti ötürülməmiş, eyni zamanda, iddiaçının onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Qeyd edilənlər öz növbəsində iddia müddətinin tətbiq edilməsini istisna edir və cavabdehin qeyd edilən dəlillərinin əsassız olduğunu təsdiq edir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar