Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-967/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili İsmayılbəyli İsmayıl Malik oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “pul tələbinə” iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MTK arasında bağlanmış ##.##.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ##.##.2021-ci il tarixədək ümumi sahəsi 320 kv.m təşkil edən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməli, iddiaçı müqavilənin dəyərini təşkil edən 3.000.000 manat məbləğində pul vəsaitinin qalıq hissəsi olan 2.400.000 manat məbləğində pul vəsaitini 16 ay müddətinə ayda 15.000 manat olmaqla ödəməlidir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik ##.##.2022-ci il tarixində tam şəkildə yerinə yetirilmiş, qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh tərəfindən öhdəlik ##.##.2025-ci il tarixində yerinə yetirilərək ümumi sahəsi 320 kv.m təşkil edən qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün tərəflər arasında 2023-cü ilin oktyabr ayında əldə edilmiş şifahi razılıq üzrə cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin noyabr ayınadək ayda 15.000 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı bəndində nəzərdə tutulmuşdur ki, “icraçı” qeyri-yaşayış sahəsini ##.##.2021-ci il tarixədək “payçı”ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün “payçı” tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “icraçı”dan “payçı”nın xeyrinə cərimə tətbiq edilir. Hazırda iddiaçı “xxxx" Mənzil Tikinti Kooperativinin müqavilə öhdəliklərini yerinə yetirməyərək qeyri-yaşayış sahəsini onun istifadəsinə vaxtında verilməməsinə istinad etməklə 335.077.26 manat məbləğində əldən çıxmış faydanın, həmçinin yuxarıda əsaslandırıldığı kimi hesablanmış 309.900 manat məbləğində cərimənin və ödənilmiş 935 manat dövlət rüsumunun, ümumilikdə 645.912.26 (altı yüz qırx beş min doqquz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh ilə aralarında olan razılığa əsasən ödənilməli olan, ancaq 2024-cü ilin noyabr ayından etibarən dayandırılmış 120.000 manat məbləğində borcun, 397.500 manat məbləğində cərimə borcunun və 808 manat dövlət rüsumu olmaqla, ümumilikdə 518.308 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin tikintisi haqqında ## ######## 2019-cu il tarixli, ** nömrəli müqaviləyə əsasən "İcraçı", yəni Cavabdeh Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının ## ####### 2017ci il tarixli, 263 və *** saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının Azadlıq prospektində yerləşən,"B" blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan sahəsində (Azadlıq pr tərəfdən) yerləşən 320.00 kv.m sahəni bir pay kimi "Payçı”ya, yəni ona verməyi öz öhdəsinə götürmüşdür. "Рауçı" isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2-ci maddəsində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin ##.##.2021-ci il tarixədək "Payçı"ya müqavilədə göstərilən şərtlər daxilində tam təhvil verilməsi icraçının öhdəliyidir. Eyni zamanda, Müqavilənin 3.3-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3.000.000 (üç milyon) manat təşkil edir. ## ######## 2022-ci il tarixli, ** nömrəli maliyyə arayışından isə aydın olur ki, onun tərəfindən həmin qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Həmçinin Müqavilədə qeyd edilmişdir ki, "İcraçı" qeyri-yaşayış sahəsini ##.##.2021-ci il tarixədək "Payçı"ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün "Payçı" tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “İcraçı"dan "Payçı"nın xeyrinə cərimə tətbiq ediləcək. Bildirir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ona məxsus qeyri-yaşayış sahəsi 2025-ci ilin iyul ayının 7-də təhvil verilərək gecikdirilmişdir. Bu səbəbdən yaranmış narazılıqlarını bildirmiş, qeyri-yaşayış sahəsi ona təhvil verilmədiyi üçün aylıq 30.000 manat olmaqla, 3 illik 1.080.000 (bir milyon səksən min) manat məbləğində gəlir əldə etmək imkanından məhrum olduğunu qeyd etmiş, nəticə etibarilə onlar 2023-cü ilin oktyabr ayında razılığa gəlmişlər. Belə ki, ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin aylıq bazar dəyəri 30.000 (otuz min) manat təşkil etməsinə baxmayaraq, əldə etdikləri razılaşmaya əsasən, onlar mənzili ona təhvil verənə qədər hər ay 15.000 (on beş min) manat olmaqla ödəniş həyata keçirməyi öhdəliyə götürmüşlər. Lakin 2024-cü ilin noyabr ayından etibarən bu ödənişlər dayandırılmış və bu günə qədər heç bir ödəniş həyata keçirilməmişdir. Bu müddət ərzində ümumilikdə 120.000 (yüz iyirmi min) manat məbləğində borc yaranmışdır. Bundan əlavə, qeyd etmək istəyir ki, ## ######## 2022-ci il tarixində qeyri-yaşayış sahəsinin tam dəyəri olan 3.000.000 (üç milyon) manat tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən, obyektin təhvilində gecikmə baş verdiyi təqdirdə, hər gecikmiş gün üçün ümumi ödənilmiş məbləğin 1%-i miqdarında cərimə nəzərdə tutulmuşdur. Bu günə kimi 265 (iki yüz altmış beş) gün keçmişdir və bu müddətə görə hesablanan cərimə 7.950.000 (yeddi milyon doqquz yüz əlli min) manat təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən, bu cərimə məbləği illik 5% ilə hesablandıqda, aşağıdakı kimi hesablanır: 7950000x0.05=397.500. Beləliklə, 5% illik faizlə hesablanan cərimə məbləği 397.500 manat təşkil edir. Eyni zamanda, 2024-cü ilin noyabr ayından etibarən icraçı tərəfindən ödənilməli olan 15.000 manatlıq aylıq ödənişlər də dayandırılmış və nəticədə 120.000 manat məbləğində borc yaranmışdır. Ümumilikdə tələb edilən məbləğ 397.500 manat fazi və 120.000 manat ödəniş borcu olmaqla, cəmi 517.500 manat təşkil edir. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi-vəkili İsmayılbəyli İsmayıl Malik oğlu ##.##.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən “xxxx" Mənzil Tikinti Kooperativinin müqavilə öhdəliklərini yerinə yetirməyərək qeyri-yaşayış sahəsini onun istifadəsinə vaxtında verməməsi nəticəsində 335.077,26 manat məbləğində əldən çıxmış faydanın, həmçinin hesablanmış 309.900 manat məbləğində cərimənin və ödənilmiş 935 manat dövlət rüsumunun, ümumilikdə 645.912.26 (altı yüz qırx beş min doqquz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, müvafiq obyekt üzrə bazar dəyərlərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM №*** ***/**** saylı, ## ####### 2025-ci il tarixli rəyində göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, hal-hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin yerləşdiyi ünvanda olan, orta təmirli, ümumi sahəsi 320 kv.m olan qeyri-yaşayış obyektinin orta aylıq icarə dəyərləri 2022-ci il üçün 8.350 manat, 2023-cü il üçün 9.500 manat, 2024cü il üçün 10.340 manat, 2025-ci il üçün isə 10.560 manat təşkil etmişdir. Həmin Müqavilənin 2-ci maddəsində göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin ##.##.2021-ci il tarixədək “Payçı”ya müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində tam təhvil verilməsi “İcraçı”nın öhdəliyidir. Müqavilənin 3.3-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3.000.000 (üç milyon) manat müəyyən edilmişdir. ## ######## 2022-ci il tarixli, ** nömrəli maliyyə arayışından isə məlum olur ki, həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam şəkildə ödənilmişdir. Baxmayarıq ki, müqavilədə obyektin ## ### 2021-ci il tarixədək təhvil verilməsi nəzərdə tutulsa da, onun tərəfindən ödənişin tam şəkildə ## ######## 2022-ci il tarixində həyata keçirilməsi nəzərə alınmaqla, həmin tarixdən etibarən əldən çıxmış faydanın ona ödənilməlidir. Bu tarixdən etibarən ona müqavilə üzrə bütün maliyyə öhdəliklərini tam yerinə yetirmiş, lakin “İcraçı” öz öhdəliyini qeyri-yaşayış sahəsini onun istifadəsinə təqdim etməyi yerinə yetirməmişdir. Bu səbəbdən, ## ######## 2022-ci il tarixindən başlayaraq həmin sahədən istifadə hüququ faktiki olaraq məhdudlaşdırılmış, nəticədə o, bu dövr ərzində obyektin icarəyə verilməsi və ya digər sahibkarlıq fəaliyyətində istifadəsi yolu ilə əldə edə biləcəyi gəlirdən məhrum edilmişdir. # ######## 2022-ci il tarixindən ## #### 2025-ci il tarixinə qədər, "xxxx” MMC-nin rəyinə əsasən, qeyri-yaşayış obyektindən əldə olunmayan əldən çıxmış fayda belə müəyyən edilmişdir: 2022-ci il üçün orta aylıq icarə dəyəri 8.350 manat olmaqla, 3 ay 22 gün müddətində fayda 31.173,26 manat təşkil etmişdir. 2023 və 2024-cü illərdə orta aylıq icarə dəyərləri müvafiq olaraq 9.500 və 10.340 manat olmaqla, illik əldən çıxmış fayda 2023-cü il üçün 114.000, 2024-cü il üçün isə 124.080 manat müəyyən edilmiş və bu iki il üzrə ümumi fayda 238.080 manat təşkil etmişdir. 2025-ci il üçün orta aylıq icarə dəyəri 10.560 manat olmaqla, 6 ay 7 gün müddətinə hesablanan əldən çıxmış fayda 65.824 manatdır. Beləliklə, ## ######## 2022-ci ildən ## #### 2025-ci il tarixinədək ümumi əldən çıxmış fayda 335.077,26 manat təşkil edir. Bundan əlavə Müqavilədə qeyd edilmişdir ki, "İcraçı" qeyriyaşayış sahəsini ##.##.2021-ci il tarixədək "Payçı"ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün "Payçı" tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “İcraçı"dan "Payçı"nın xeyrinə cərimə tətbiq ediləcək. Qeyd edir ki, bir gün üçün tətbiq olunan cərimə məbləği 3.000.000 (üç milyon) manatın 1%-i olmaqla 30.000 manat təşkil edir; ## ######## 2022-ci ildən ## #### 2025-ci il tarixinədək olan müddət 1 033 gündir və həmin günlərin hamısı üçün hesablanan ümumi gecikdirilmiş cərimə məbləği 30.000 x 1 033 = 30.990.000 manat təşkil edir. Hesab edir ki, yuxarıda göstərilən hesablamalara əsasən müəyyən edilmiş 30.990.000 manat məbləğində gecikdirilmiş cərimə real iqtisadi münasibətlər və məhkəmə təcrübəsi baxımından həddən artıq yüksəkdir. Buna görə də, ədalət və mütənasiblik prinsipləri nəzərə alınmaqla, məhkəmə təcrübəsinə uyğun olaraq həmin məbləğin ən azı 1 faizi 309.900 manat onun xeyrinə ödənilməlidir. Bütün bunlara əsasən “xxxx" Mənzil Tikinti Kooperativinin müqavilə öhdəliklərini yerinə yetirməyərək qeyriyaşayış sahəsini onun istifadəsinə vaxtında verməməsi nəticəsində 335.077.26 manat məbləğində əldən çıxmış faydanın, həmçinin yuxarıda əsaslandırıldığı kimi hesablanmış 309.900 manat məbləğində cərimənin və ödənilmiş 935 manat dövlət rüsumunun, ümumilikdə 645.912.26 (altı yüz qırx beş min doqquz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən iddiaçı İddiaçı xeyrinə 30.990 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 182.97 manat pul vəsaitinin tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi, qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilməməsi nəticəsində onun qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı dəyərində əldə edəcəyi gəlirdən məhrum olması ilə əsaslandırılmışdır. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ##.##.2021-ci il tarixədək qeyri-yaşayış sahəsini ona təhvil verməli olduğu halda, müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirməmiş, qeyri-yaşayış sahəsini ##.##.2025-ci il tarixində təhvil vermişdir. Halbuki bu müddət ərzində o, qeyri-yaşayış sahəsini icarəyə vermək və ya digər sahibkarlıq fəaliyyətində istifadə etməklə gəlir əldə edə bilərdi. Bu səbəbdən cavabdeh onun tərəfindən müqavilə üzrə öhdəliyin icra edildiyi ##.##.2022-ci il tarixindən qeyri-yaşayış sahəsinin təhvil verildiyi ##.##.2025-ci il tarixədək olan dövr ərzində qeyriyaşayış sahəsinin icarə haqqı miqdarında əldən çıxmış fayda ödəməlidir. İddiaçı əldən çıxmış faydanın miqdarı ilə bağlı məhkəməyə qeyri-yaşayış sahəsinin 2022-2025-ci il tarixlərində orta aylıq icarə haqqı miqdarına dair mütəxəssis rəyini təqdim etmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik vaxtında yerinə yetirilməmiş, ##.##.2021-ci il tarixədək təhvil verilməli olan qeyri-yaşayış sahəsi ##.##.2025-ci il tarixində təhvil verilmişdir. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Hazırki iş üzrə cavabdehin vəkil-nümayəndəsi müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsini binada tikinti işlərinin aparılmasına məhkəmənin qərardadı ilə qadağa qoyulması ilə əsaslandırılmış və qeyd edilən halı təsdiq etmək üçün məhkəməyə ##.##.2022-ci il tarixli məhkəmə aktını təqdim etmişdir. Halbuki cavabdeh həmin akt qəbul edilənədək artıq öhdəliyi icra etməli idi. Yəni cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsinin onun cavadeh olmadığı haldan irəli gəldiyi sübuta yetirilə bilməmişdir. Ona görə də məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin lazımınca və vaxtında icra edilməməsi nəticəsində iddiaçının hüququnun pozulması işin mübahisəsiz halı olduğundan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi nəticəsində 335.077,26 manat məbləğində əldə edə biləcəyə gəlirdən məhrum olması sübuta yetirilə bilmədiyindən iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib. Həmin normada göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə-hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələ biləcək artımların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün Mülki Məcəllənin 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borcludur. Yəni iddiaçı tərəfindən əgər qeyri-yaşayış sahəsi vaxtında təhvil verilsə idi onun mütləq qaydada gəlir əldə etmə imkanına malik olması sübuta yetirilməlidir. Onun gəlir əldə etmə imkanı ehtimallara əsaslanmamalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən iddiaçı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbini yalnız həmin qeyri-yaşayış sahəsinin 2022-2025-ci illər üzrə orta aylıq icarə haqqı miqdarına dair mütəxəssis rəyi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliyin vaxtında yerinə yetirilməməsi nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəydiyini iddia etdiyindən, o ilk öncə zərərin mövcudluğunu sübuta yetirməlidir. Zərərin mövcudluğu isə ehtimallarla deyil, konkret sübutlarla (özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hazırlıq işləri görməsinə dair sübutlar, icarəyə vermək üçün hazırlıq işləri görməsinə dair sübutlar vəs.) təsdiq edilməlidir. Hazırki işin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçı əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Yəni qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsi onu əvvəllər əldə etdiyi gəlirdən məhrum etməmişdir. Digər tərəfdən əgər qeyri-yaşayış sahəsi vaxtında təhvil verilsə idi, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək üçün tədbirlər görməsi, məsələn özü həmin obyektdən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hazırlanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə etməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, təhvil verilmədiyi halda həmin əmlaka dair müqavilə bağlanılması qeyri-mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin qeyriyaşayış sahəsi cavabdeh tərəfindən təmirli təhvil verilməli olmadığından iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə vermək üçün təmir etməli idi. Bu zaman isə iddiaçı həmin qeyri-yaşayış sahəsini hansı müddətə təmir edəcəyi qeyri-müəyyən olan haldır. Müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən 2025-ci ilin iyul ayında təhvil verilmişdir və məhkəmə icraatı dövründə təmir işləri yekunlaşmamış, davam etdirilmişdir. Həmçinin iddiaçı 2022-ci ilin sentyabr ayından 2025-ci ilin iyul ayının 7-dək qeyriyaşayış sahəsinin aylıq icarə haqqı miqdarında əldən çıxmış fayda tələb etsə də, iddiaçı tərəfin məhkəməyə bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 2023cü ilin oktyabr ayında əldə edilmiş şifahi razılıq üzrə cavabdeh tərəfindən iddiaçıya 2024cü ilin noyabr ayınadək ayda 15.000 manat məbləğində ödəniş edilmişdir. Hansı ki həmin dövrdə iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 2023-cü il üzrə 9.500 manat, 2024-cü il üzrə 10.340 manat təşkil etmişdir. İddiaçı cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi nəticəsində qeyd edilən müddət ərzində müvafiq əmlakla bağlı iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. sübut edə bilməmişdir. İddiaçı iddia tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, iddia qeyd edilən hissədə əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı olan iddia tələbinin “309.900 manat məbləğində cərimənin ödənilməsi” hissəsini Müqavilənin 5.6-cı bəndinə istinad edilməklə, cavabdeh Cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsi ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanılmış ##.##.2019-cu il tarixli icarə müqaviləsinin 5.6-cı bəndində nəzərdə tutulmuşdur ki, “icraçı” qeyri-yaşayış sahəsini ##.##.2021-ci il tarixədək “payçı”ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün “payçı” tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “icraçı”dan “payçı”nın xeyrinə cərimə tətbiq edilir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsi işin mübahisəsiz halı olduğundan və müqavilənin icra edilməməsi nəticəsində cavabdeh tərəfindən dəbbə pulu ödənilməsi şərti tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğundan iddiaçı öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bununla belə, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə hazırki mübahisə üzrə tərəflərin maddi vəziyyətini, cavabdeh tərəfindən bir il müddətində aylıq 15.000 manat məbləğində ödəniş edilməsini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını, bu mənada yüksək məbləğdə dəbbə pulu hesabına kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq dəbbə pulunun tutulması hissədə iddia tələbinin qismən təmin olunaraq məbləğin 30.990 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Tərəflərin maddi vəziyyəti dedikdə, cavabdehin barəsində məhkəmənin icraatında olan işlərə əsasən onun 309.900 manat məbləğində vəsaiti ödəmək iqtidarına malik olmaması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 182.97 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması, iddia tələbəbinin tam təmin olunması və birinci instansiya məhkəməsinə ödənilmiş 935 manat məbləğində, daha sonra apellyasiya məhkəməsinə ödənilmiş 468 manat məbləğində olmaqla, ümumilikdə 1.403 manat məbləğində dövlət rüsumunun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsi iddiaçının gəlirdən məhrum qalmasına səbəb olmamış, habelə iddiaçı tərəfindən həmin obyektdən gəlir əldə etmək məqsədilə konkret tədbirlərin görüldüyünü təsdiq edən sübutlar təqdim edilməmişdir. Lakin bu nəticə işin faktiki halları tam ziddiyyət təşkil edir. Belə ki, iddiaçı İddiaçı ilə “İrşad Electronics” MMC arasında qeyri-yaşayış sahəsinin təhvil verilməsindən əvvəl şifahi razılaşma mövcud olmuş, razılaşmaya əsasən obyekt cavabdeh tərəfindən təhvil verildiyi andan etibarən dərhal “İrşad Electronics” MMC-yə icarəyə veriləcəkdi. Hətta bu məqsədlə tərəflər arasında ## ######## 2019-cu il tarixli niyyət müqaviləsi də bağlanmışdır. Lakin cavabdeh Cavabdeh MTK tərəfindən qeyriyaşayış sahəsinin müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilməməsi səbəbindən iddiaçı həmin razılaşmanı icra etmək imkanından məhrum olmuş, obyekt faktiki olaraq istifadəyə hazır olmadığı üçün icarəyə verilməsi mümkün olmamışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, ## ######## 2019-cu il tarixli niyyət sazişi iddiaçının qeyri-yaşayış sahəsini məhz “İrşad Electronics” MMC-yə icarəyə vermək niyyətinin obyektin faktiki təhvilindən xeyli əvvəl mövcud olduğunu təsdiqləyir. Bu sənəd iddiaçının gəlir əldə etmək niyyətinin sonradan formalaşmadığını, əksinə, uzun müddət əvvəl planlaşdırıldığını və cavabdehin öhdəliklərini vaxtında yerinə yetirməməsi səbəbindən bu planın gec reallaşdığını açıq şəkildə göstərir. Məhz bu səbəbdən, yalnız qeyri-yaşayış sahəsinin faktiki təhvil verilməsindən sonra ##.##.2025-ci il tarixində iddiaçı ilə “İrşad Electronics” MMC arasında rəsmi icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən ##.##.2025-ci il tarixli icarə müqaviləsinin mövcudluğu onu açıq şəkildə sübut edir ki, iddiaçının məqsədi həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək olmuş, lakin bu niyyət cavabdehin gecikdirilmiş hərəkətləri nəticəsində vaxtında reallaşdırıla bilməmişdir. Bundan əlavə, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən faktiki olaraq təhvil verildikdən sonra iddiaçı tərəfindən dərhal həmin obyekt üzrə təmir-tikinti işlərinin aparılmasına başlanılmış, təmir işləri başa çatan kimi isə gecikmədən “İrşad Electronics” MMC ilə icarə müqaviləsi bağlanmışdır. Bu hal bir daha sübut edir ki, iddiaçı onu ən qısa müddətdə kommersiya dövriyyəsinə cəlb etmək məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər görmüşdür. Qeyd edir ki, iddiaçının qeyriyaşayış sahəsini kommersiya dövriyyəsinə cəlb etmək niyyəti yalnız 2025-ci ildə deyil, daha əvvəl ## ###### 2021-ci il tarixində “xxxx” MMC ilə bağlanmış T**/** nömrəli podrat müqaviləsi ilə də təsdiq olunmuşdur. İddiaçı həmin müqavilə ilə qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasını planlaşdırmış, lakin cavabdehin obyektin faktiki təhvilini həyata keçirməməsi səbəbindən bu işlərin icrası mümkün olmamışdır. Belə ki, qeyriyaşayış sahəsi iddiaçının faktiki istifadəsinə verilmədiyindən, obyekt üzərində hər hansı təmir-tikinti işlərinin aparılması, podratçının əraziyə buraxılması və işlərin icrası hüquqi və faktiki baxımdan mümkünsüz olmuşdur. Bu səbəbdən, 2021-ci ildə bağlanmış podrat müqaviləsi iddiaçının passivliyinin deyil, əksinə, obyektin vaxtında təhvil verilməməsi nəticəsində pozulmuş kommersiya planının mövcudluğunu göstərir. Nəticə etibarilə, iddiaçının təmir-tikinti işlərinə yalnız 2025-ci ildə başlaya bilməsi onun gəlir əldə etmək niyyətinin sonradan formalaşması ilə deyil, cavabdehin müqavilə üzrə əsas öhdəliyini illər ərzində icra etməməsi ilə birbaşa bağlıdır. Bu hal bir daha sübut edir ki, iddiaçının əldən çıxmış faydası ardıcıl şəkildə planlaşdırılmış, lakin cavabdehin hüquqa zidd davranışı nəticəsində reallaşdırılması gecikdirilmiş real gəlir imkanından məhrum qalma faktıdır. Belə ki, daha sonra iddiaçı ilə “xxxx” MMC təmir-tikinti işlərini həyata keçirən şirkət arasında T**/** nömrəli, ## #### 2025-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Əlavə olaraq, obyektin təmir-tikinti işlərinin məhz gələcək icarəçi olan “İrşad Electronics” MMCnin korporativ üslubuna uyğun şəkildə aparılması da təsadüfi xarakter daşımır. Bu hal iddiaçı ilə gələcək icarəçi arasında əvvəlcədən razılaşdırılmış kommersiya münasibətlərinin mövcudluğunu və obyektin konkret olaraq həmin subyekt üçün hazırlanmasını sübut edir. Təmir işlərinin həyata keçirilməsi məqsədilə ## #### 2025 ci il tarixli T**/** nömrəli podrat müqaviləsinin bağlanması iddiaçının qeyri-yaşayış sahəsini dərhal istifadəyə vermək və əvvəlcədən müəyyən edilmiş icarəçiyə təqdim etmək niyyətində olduğunu bir daha təsdiqləyir. Bu cür təmirin aparılması ümumi bazar üçün deyil, müəyyən edilmiş icarəçi üçün uyğunlaşdırılmış obyektin hazırlanması anlamına gəlir və təsadüfi investisiya deyil. Belə bir davranış yalnız gələcəkdə obyektin həmin icarəçiyə verilməsinə dair əvvəlcədən formalaşmış razılaşma və iqtisadi gözlənti mövcud olduqda baş verir. Bu hal iddiaçının gəlir əldə etmək üçün heç bir tədbir görmədiyi barədə nəticəni tamamilə təkzib edir və əksinə, onun ardıcıl, məqsədyönlü və kommersiya baxımından əsaslandırılmış addımlar atdığını sübut edir. Beləliklə, niyyət sazişi, podrat müqaviləsi və sonradan bağlanmış icarə müqaviləsi birlikdə götürüldükdə iddiaçının əldən çıxmış faydasının abstrakt və ya ehtimal xarakterli deyil, əvvəlcədən planlaşdırılmış, real və faktiki iqtisadi münasibətlərə əsaslanan gəlir imkanından məhrum qalma faktı olduğunu sübut edir. Qeyd edilməlidir ki, iddiaçı əldən çıxmış faydanın mövcudluğunu sübut edərkən cavabdehin öhdəliyi pozmasaydı, adi mülki dövriyyə şəraitində real və obyektiv ehtimalla əldə edilə biləcək gəlir imkanını əsaslandırır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin iddiaçının gəlir əldə etmək niyyətinin və bu niyyətin reallaşdırılması üçün konkret tədbirlər görmədiyi barədə nəticəsi iş üzrə faktiki hallara və sübutların məcmusuna ziddir. “İrşad Electronics” MMC obyektin gələcək icarəçisi qismində artıq əvvəlcədən müəyyən olunmuş, obyektin istifadəyə verilməsi isə yalnız cavabdehin gecikdirilmiş təhvilinə görə mümkün olmamışdır. Qeyri-yaşayış sahəsi təmir işləri başa çatdırıldıqdan dərhal sonra ##.##.2025-ci il tarixində icarə müqaviləsinin bağlanması və həmin müqavilə üzrə icarəçi tərəfindən artıq 10.000 manat məbləğində ilkin ödənişin həyata keçirilməsi iddiaçının əldən çıxmış faydasının ehtimal xarakterli deyil, tam real və faktiki iqtisadi münasibətlərə əsaslanan zərər olduğunu bir daha təsdiq edir. Beləliklə, obyektin təhvilindən dərhal sonra onun istifadəyə verilməsi, əgər qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilsəydi, iddiaçı həmin gəliri daha əvvəlki dövrdən əldə etmiş olardı. Bu isə cavabdehin müqavilə öhdəliyini pozması ilə iddiaçının əldən çıxmış faydası arasında birbaşa və aydın səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam şəkildə sübut edir. Başqa sözlə, iddiaçı qeyri-yaşayış sahəsini təhvil alanadək icarə müqaviləsinin bağlanmasını bilərəkdən gecikdirməmiş, əksinə, obyektin təhvil verilməsini gözləmişdir, çünki daşınmaz əmlak faktiki mövcud olmadan onun istifadəyə verilməsi hüquqi və faktiki baxımdan mümkün deyildi. Bu hal onu göstərir ki, iddiaçının əldən çıxmış faydası abstrakt və ya ehtimal xarakterli deyil, real, konkret və sonradan baş vermiş hadisələrlə təsdiqlənən gəlir imkanına əsaslanır. Birinci instansiya məhkəməsinin “iddiaçı tərəfindən gəlir əldə etmək üçün tədbirlərin görülməməsi” barədə qənaəti bu baxımdan əsassızdır. Çünki sonradan bağlanmış icarə müqaviləsi göstərir ki, iddiaçı obyektin təhvil verilməsini gözləməklə faktiki olaraq gəlir əldə etməyə yönəlmiş konkret tədbirlər görmüşdür. Belə olan halda, cavabdehin müqavilə öhdəliyini vaxtında yerinə yetirməməsi nəticəsində iddiaçı müəyyən müddət ərzində icarə gəlirindən məhrum olmuş, bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan əldən çıxmış faydanın klassik hüquqi tərkibini təşkil edir. Bir daha xüsusilə vurğulamaq istəyir ki, iddiaçının qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti 2025-ci ildə formalaşmamış, ## ######## 2019-cu il tarixli niyyət sazişi ilə açıq şəkildə ifadə olunmuşdur. İddiaçı obyektin gələcəkdə məhz “İrşad Electronics” MMC-yə icarəyə verilməsi məqsədilə uzun müddət əvvəl kommersiya planlaması aparmış, lakin bu planın icrası cavabdehin müqavilə üzrə əsas öhdəliyini qeyri-yaşayış sahəsini vaxtında təhvil vermək öhdəliyini yerinə yetirməməsi səbəbindən mümkün olmamışdır. Təmir-tikinti işlərinə 2025-ci ildə başlanılması obyektin faktiki olaraq yalnız həmin tarixdə mövcud olması və istifadəyə yararlı vəziyyətdə təhvil verilməsi ilə bilavasitə bağlıdır. Daşınmaz əmlak faktiki mövcud olmadan, hüquqi dövriyyəyə buraxılmadan və istifadə üçün yararlı vəziyyətə gətirilmədən onun təmir edilməsi, istifadəyə verilməsi və icarə müqaviləsi bağlanması nə hüquqi, nə də faktiki baxımdan mümkün deyildir. Bu baxımdan, iddiaçının obyektin təhvilini gözləməsi gəlir əldə etmək niyyətindən imtina və ya passivlik deyil, mülki dövriyyənin normal qaydalarına uyğun rasional və hüquqi baxımdan düzgün davranışdır. Əksinə, obyekt faktiki olaraq təhvil verilən kimi iddiaçı tərəfindən dərhal təmir-tikinti işlərinə başlanılması və qısa müddət sonra icarə müqaviləsinin bağlanması onu göstərir ki, iddiaçı obyekt mövcud olan kimi onu dərhal kommersiya istifadəsinə yönəltmişdir. Məhz əldən çıxmış faydanın hüquqi mahiyyəti də bundan ibarətdir: hüquq pozuntusu olmasaydı, yəni cavabdeh qeyri-yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil versəydi, iddiaçı həmin təmir tikinti işlərini daha əvvəlki dövrdə həyata keçirəcək və obyekt üzrə icarə gəlirini də daha əvvəlki tarixdən əldə edəcəkdi. Cavabdehin gecikdirilmiş hərəkətləri nəticəsində isə iddiaçı real və əvvəlcədən planlaşdırılmış gəlir imkanından müəyyən müddət ərzində məhrum olmuşdur. Beləliklə, təmir-tikinti işlərinin 2025-ci ildə aparılması əldən çıxmış faydanın mövcudluğunu inkar edən hal deyil, əksinə, bu zərərin birbaşa səbəbinin cavabdehin müqavilə öhdəliyini vaxtında yerinə yetirməməsi olduğunu aydın şəkildə göstərən hüquqi faktdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin əldən çıxmış faydanın mövcudluğunu inkar etməsi iş üzrə faktiki halların düzgün araşdırılmaması və maddi hüquq normalarının yanlış tətbiqi nəticəsində baş vermişdir. Bundan əlavə “Yeni dövr” qiymətləndirmə mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli YDQM ***-***/**** nömrəli hesabatdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən hal hazırda Cavabdeh MTK-nın yerləşdiyi ünvanda olan orta təmirli 320 kv.m ümumi sahəli obyektin 2022-ci il üzə orta aylıq icarə dəyəri 8.350.0 (səkkiz min üç yüz əlli) manat, 2023-cü il üzrə orta aylıq icarə dəyəri 9.500.0 (doqquz min beş yüz) manat, 2024-cü il üzrə orta aylıq icarə dəyəri 10.340.0 (on min üç yüz qırx ) manat, 2025-ci il üzrə orta aylıq icarə dəyəri 10.560.0 (on min beş yüz altmış) manat təşkil edir. "xxxx” MMC-nin rəyinə əsasən, qeyri-yaşayış obyektindən əldə olunmayan əldən çıxmış fayda belə müəyyən edilmişdir: 2022-ci il üçün orta aylıq icarə dəyəri 8.350 manat olmaqla, 3 ay 22 gün müddətində fayda 31.173,26 manat təşkil etmişdir. 2023 və 2024-cü illərdə orta aylıq icarə dəyərləri müvafiq olaraq 9.500 və 10.340 manat olmaqla, illik əldən çıxmış fayda 2023-cü il üçün 114.000, 2024-cü il üçün isə 124.080 manat müəyyən edilmiş və bu iki il üzrə ümumi fayda 238.080 manat təşkil etmişdir. 2025-ci il üçün orta aylıq icarə dəyəri 10.560 manat olmaqla, 6 ay 7 gün müddətinə hesablanan əldən çıxmış fayda 65.824 manatdır. Beləliklə, ## ######## 2022-ci ildən ## #### 2025-ci il tarixinədək ümumi əldən çıxmış fayda 335.077,26 manat təşkil edir. Buna görə də, Cavabdeh MTKnın müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində 335.077,26 manat məbləğində əldən çıxmış fayda ona ödənilməlidir. Bundan əlavə qeyd edir ki, Müqavilədə qeyd edilmişdir ki, "İcraçı" qeyri-yaşayış sahəsini ##.##.2021-ci il tarixədək "Payçı"ya tam təhvil vermədikdə gecikdirilmiş hər gün üçün "Payçı" tərəfindən ödənilmiş ümumi məbləğin 1%-i məbləğində “İcraçı"dan "Payçı"nın xeyrinə cərimə tətbiq ediləcək. Qeyd edir ki, bir gün üçün tətbiq olunan cərimə məbləği 3.000.000 (üç milyon) manatın 1%-i olmaqla 30.000 manat təşkil edir; ## ######## 2022-ci ildən ## #### 2025-ci il tarixinədək olan müddət 1033 gündür və həmin günlərin hamısı üçün hesablanan ümumi gecikdirilmiş cərimə məbləği 30.000 x 1033 = 30.990.000 manat təşkil edir. İddia ərizəsində göstərmişdir ki, yuxarıda göstərilən hesablamalara əsasən müəyyən edilmiş 30.990.000 manat məbləğində gecikdirilmiş cərimə real iqtisadi münasibətlər və məhkəmə təcrübəsi baxımından həddən artıq yüksəkdir. Buna görə də, ədalət və mütənasiblik prinsipləri nəzərə alınmaqla, məhkəmə təcrübəsinə uyğun olaraq həmin məbləğin ən azı 1 faizi 309.900 manat tələb etmişdir. Birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini müəyyən edərkən iddiaçının mövqeyini və irəli sürdüyü ədalətli yanaşmanı nəzərə almamışdır. Beləki, müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün tətbiq olunmalı olan dəbbə pulu ümumilikdə 30.990.000 manat təşkil etdiyi halda, iddiaçı bu məbləğin real iqtisadi münasibətlər və mövcud məhkəmə təcrübəsi baxımından həddən artıq yüksək olduğunu nəzərə alaraq, ədalət və mütənasiblik prinsiplərindən çıxış etmiş, tələb etməli olduğu məbləği könüllü şəkildə əhəmiyyətli dərəcədə azaldaraq cəmi 309.900 manat, yəni faktiki hesablanmış məbləğin yalnız 1 faizini tələb etmişdir. Bununla yanaşı, iddiaçı məhkəməyə yalnız məbləğ təqdim etməmiş, eyni zamanda ədalətli hesablanma mexanizmini və tətbiq olunmalı düsturu da əsaslandırılmış formada təqdim etmişdir. Bu isə onu göstərir ki, iddiaçı öz hüquqlarından sui-istifadə etməmiş, əksinə, cavabdehin maraqlarını da nəzərə almaqla maksimum humanist və balanslı hüquqi mövqe sərgiləmişdir. Belə olan halda, məhkəmənin artıq iddiaçı tərəfindən ciddi şəkildə azaldılmış və mütənasib hesab edilən 309.900 manat məbləğini də əlavə olaraq 10 dəfədən artıq azaldaraq 30.990 manata endirməsi, ədalət və mütənasiblik prinsipləri ilə uzlaşmır və faktiki olaraq iddiaçının mülki hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmənin cavabdehin maddi vəziyyətini əsas götürərək iddiaçının artıq güzəşt etdiyi məbləği də kəskin şəkildə azaltması, mübahisənin mahiyyətini dəyişdirir və hüquqi balansı birtərəfli formada cavabdehin xeyrinə pozur. Halbuki mülki-hüquqi münasibətlərdə tərəflərin hüquqları bərabər qorunmalı, yalnız borclunun maliyyə vəziyyəti əsas götürülməklə kreditorun müqavilədən irəli gələn hüquqlarının faktiki olaraq aradan qaldırılmasına yol verilməməlidir. Bu cür yanaşma nəticə etibarilə belə bir sual yaradır: iddiaçı artıq könüllü şəkildə tələbini azaldaraq ədalətli mövqe nümayiş etdirdiyi halda, məhkəmənin həmin azaldılmış məbləği də əlavə olaraq kəskin şəkildə ixtisar etməsi iddiaçının mülkiyyət hüququnun və qanuni gözləntilərinin pozulması ilə nəticələnmir. Beləliklə, birinci instansiya məhkəməsinin dəbbə pulunun bu həddə azaldılması barədə nəticəsi nə hüquqi əsaslara, nə də ədalət və mütənasiblik prinsiplərinə uyğun olmaqla əsaslandırılmış hesab edilə bilməz. Qeyd edilməlidir ki, iddiaçı məhkəmə icraatının gedişində təqdim edilmiş sübutların əldən çıxmış faydanın mövcudluğunu sübut etmək üçün kifayət etdiyini əsaslı şəkildə hesab etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən niyyət sazişinin təqdim edilməsi zəruri sübut kimi tələb edilməmiş, işin baxışı zamanı məhkəmənin bu sənədin mövcudluğunu mübahisələndirəcəyi və ya əldən çıxmış faydanın reallığını məhz bu sənədin yoxluğu ilə əsaslandıracağı iddiaçı üçün gözlənilən olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, son baxış iclası zamanı qeyri-yaşayış sahəsi artıq faktiki olaraq icarəyə verilmiş, yəni iddiaçının gəlir əldə etmək niyyəti və bu niyyətin real iqtisadi münasibətə çevrilməsi artıq baş vermiş faktlarla təsdiqlənmişdir. Bu baxımdan, niyyət sazişinin birinci instansiyada ayrıca təqdim edilməməsi iddiaçının hüquqi mövqeyinin zəifliyindən deyil, təqdim edilmiş sübutların məcmusunun kifayətliliyinə olan əsaslı inamdan irəli gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsinin yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik vaxtında yerinə yetirilməmiş, ##.##.2021-ci il tarixədək təhvil verilməli olan qeyri-yaşayış sahəsi ##.##.2025-ci il tarixində təhvil verilmişdir. İddianın təmin edilməyən hissəsində, yəni iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi, qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilməməsi nəticəsində onun qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı dəyərində əldə edəcəyi gəlirdən məhrum olması ilə əsaslandırılmışdır. Lakin iddiaçı, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi nəticəsində 335.077,26 manat məbləğində əldə edə biləcəyə gəlirdən məhrum olmasını sübuta yetirə bilməmişdir. Belə ki, birinci instansiya məhkəmə araşdırması zamanı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən iddiaçı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı tələbini yalnız həmin qeyri-yaşayış sahəsinin 2022-2025-ci illər üzrə orta aylıq icarə haqqı miqdarına dair mütəxəssis rəyi ilə əsaslandırmışdır. Hazırki işin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçı əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Yəni qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsi onu əvvəllər əldə etdiyi gəlirdən məhrum etməmişdir. Digər tərəfdən əgər qeyri-yaşayış sahəsi vaxtında təhvil verilsə idi, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək üçün tədbirlər görməsi, məsələn özü həmin obyektdən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hazırlanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə etməsinə münasibətdə isə qəbul edilən haldır ki, təhvil verilmədiyi halda həmin əmlaka dair müqavilə bağlanılması qeyrimümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən təmirli təhvil verilməli olmadığından iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə vermək üçün təmir etməli idi. Bu zaman isə iddiaçı həmin qeyri-yaşayış sahəsini hansı müddətə təmir edəcəyi qeyri-müəyyən olan haldır. Müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən 2025-ci ilin iyul ayında təhvil verilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı 2022-ci ilin sentyabr ayından 2025-ci ilin iyul ayının 7-dək qeyri- yaşayış sahəsinin aylıq icarə haqqı miqdarında əldən çıxmış fayda tələb etsə də, iddiaçı tərəfin məhkəməyə bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 2023-cü ilin oktyabr ayında əldə edilmiş şifahi razılıq üzrə cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin noyabr ayınadək ayda 15.000 manat məbləğində ödəniş edilmişdir. Hansıki həmin dövrdə iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 2023-cü il üzrə 9.500 manat, 2024-cü il üzrə 10.340 manat təşkil etmişdir. Apellyasiya şikayətinin şifahi razılaşmaya əsasən obyekt cavabdeh tərəfindən təhvil verildiyi andan etibarən dərhal “İrşad Electronics” MMC-yə icarəyə veriləcəyi, hətta bu məqsədlə tərəflər arasında ## ######## 2019-cu il tarixli niyyət müqaviləsi də bağlanması, birinci instansiya məhkəməsi tərəfindən niyyət sazişinin təqdim edilməsi zəruri sübut kimi tələb edilməməsinə dair dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan birinci instansiya məhkəməsi tərəfindən hər-hansı sübut tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə araşdırmasında iştirak etmiş, lakin hazırda istinad edilən niyyət müqaviləsini təqdim etməmişdir. Həmçinin qeyd edilən müqaviləsinin təqdim edilməsi üçün əsasların məhz apellyasiya baxışında yaranması mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi nəticəsində qeyd edilən müddət ərzində müvafiq əmlakla bağlı iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. sübut edə bilməmişdir. İddiaçı iddia tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi-vəkili izahatında bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşı “İrşad Electronics” MMC-nin təsisçilərin biri olduğunu və hazırda da mübahisəli qeyriyaşayış sahəsi “İrşad Electronics” MMC-nin onunla icarə münasibətləri əsasında istifadəsində olmasını bildirmişdir. Bu halda isə iddiaçının iddia tələbində deyil, məhz apellyasiya şikayətinin dəlili kimi təqdim etdiyi niyyət müqaviləsinə istinad etməsi onun ərinin ölümündən sonra da mərhum həyat yoldaşının təsisçilərin biri olduğu “İrşad Electronics” MMC ilə hazırda sıx işgüzar əlaqədə olması həmin müqavilənin etibarlılıq baxımından da özü-özlüyündə də müəyyən şübhələr doğurur. Bu hallar isə onun şikayətinin əsaslı olmasına dair dəlilləri ilə uzlaşmır. Belə olan halda isə, iddia qeyd edilən hissədə əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəbbə pulu hissəsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 309.900 manat cərimə borcu hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin tənasübsüz surətdə yüksək olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmçinin kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 30.990 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri hissədə də düzgün nəticəyə gəlmişdir, eyni zamanda apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.