Məhkəmə qərarları › İş №2(3-6)-973/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-973/2026

13.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-973/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-Istismar Hissəsinin cavabdehlər Dəmirov Tələt Səməd oğluna, Dəmirov Vüsal Səməd oğluna, X1 və X3 qarşı mülki iş (Açar sözlər: «hüquqi əsas olmadan xidməti evdən istifadə etmənin nəticələri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ikram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə Ilahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Dəmirov Vüsal Səməd oğlu və X1 ayrı verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ##.##.2006-cı il tarixdə Dəmirov Tələt Səməd oğluna Ələt Hərbi Şəhərciyində yerləşən ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evi verilmişdir. Tələt Dəmirov Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində * nömrəli binanın *** nömrəli mənzili ilə təmin olunub. Buna baxmayaraq, bu barədə Salyan rayon Mənzil-Istismar Hissəsinə məlumat verməyib və xidməti yaşayış evini təhvil verməyib.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-Istismar Hissəsi mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Salyan rayon Mənzil-Istismar Hissəsi tərəfindən Dəmirov Tələt Səməd oğluna verilmiş ##.##.2006-cı il tarixli *** nömrəli orderin etibarsız hesab edilməsi və cavabdehlər Dəmirov Tələt Səməd oğlunun, Dəmirov Vüsal Səməd oğlunun, X1, X3 və X2 Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edib.

3. Iddiada göstərilib ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən hərbi şəhərcik onların balansındadır. Burada yerləşən bütün mənzillər xidmətidir, hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. ##.##.2006-cı il tarixdə Dəmirov Tələt Səməd oğluna Ələt hərbi şəhərciyində yerləşən ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evi verilmişdir. Daha sonra Dəmirov Tələt Səməd oğlunun Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində * nömrəli binanın *** nömrəli mənzili ilə təmin olunmasına baxmayaraq o, ##.##.2006-cı il tarixdə Ələt hərbi şəhərciyində verilmiş ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evini Salyan rayon Mənzil- Istismar Hissəsinə təhvil verməyib. Hal-hazırda həmin mənzildə yaşamır. Mənzili başqalarının qanunsuz istifadəsinə vermişdir. Dəmirov Tələt Səməd oğluna xidməti mənzili təhvil verməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin o, tələblərə əməl etməmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-Istismar Hissəsi tərəfindən Dəmirov Tələt Səməd oğluna verilmiş ##.##.2006-cı il tarixli, *** nömrəli orderin etibarsız hesab edilməsi, cavabdehlər Dəmirov Tələt Səməd oğlu, Dəmirov Vüsal Səməd oğlu, X1 və X3 yetkinlik yaşına çatmamış ailə üzvləri X2 ilə birlikdə Ələt Hərbi Şəhərciyində yerləşən, ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli evdən çıxarılmaları, həmin evin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil Istismar Hissəsinə təhvil verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisəli mənzil Dəmirov Tələt Səməd oğluna Azərbaycan Respublikasının 1982-ci il # #### tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə (##.##.2006-cı il tarixdə) verilmiş, bu mənzildən istifadə 2009-cu il ## #### tarixdə qəbul edilmiş yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə davam etmişdir. Buna görə də, iddiaya hər iki Məcəllənin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 1982-ci il # #### tarixi Mənzil Məcəlləsinin 100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Qüvvədə olan Azərbaycan Respubikasının 2009-cu il ## #### tarixi Mənzil Məcəlləsinin 92-ci maddəsinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli, ** nömrəli qərarı ilə təsdiq dilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 3.2- ci bəndinə görə kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qüvvədə olan Mənzil Məcəlləsinin 66.3.6-cü maddəsinə görə kirayəçi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq vəzifəsi daşıyır. Məhkəmədə müəyyən olundu ki, ##.##.2006-cı il tarixdə Dəmirov Tələt Səməd oğluna hərbi şəhərcikdə yerləşən ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evi verilmişdir. Bundan sonra o, Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində * nömrəli binanın *** nömrəli mənzili ilə təmin olunmuşdur. Buna baxmayaraq o, bu barədə Salyan rayon mənzil istismar hissəsinə məlumat verməmiş və ona ##.##.2006-cı il tarixdə Ələt hərbi şəhərciyində verilmiş ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. Məhkəmə hesab edir kı, yuxarıda göstərilən hal Ələt hərbi şəhərciyində ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti mübahisəli evə dair Dəmirov Tələt Səməd oğluna order verilən zaman qüvvədə olmuş 1982-ci il # #### tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən həmin orderin etibarsız hesab edilməsi üçün əsas sayılır. Həmin maddəyə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Məhkəmə xidməti mənzil sahəsinin verilməsi şərtlərinin, yəni Dəmirov Tələt Səməd oğlunun sonralar Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində * nömrəli binanın *** nömrəli mənzili ilə təmin olunması, onun, bu barədə Salyan rayon mənzil istismar hissəsinə məlumat verməməsi və ona ##.##.2006-cı il tarixdə Ələt hərbi şəhərciyində verilmiş ümumi sahəsi 25 m2 olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməməsi mübahisəli mənzilə dair order verildikdə mənzillə təmin edilməsinin normativstandart şərtlərindən biri olmuşdur. Dəmirov Tələt Səməd oğlu bu şərtə əməl etməmişdir. Müəyyən edildiyi kimi, cavabdeh Dəmirov Tələt Səməd oğlu yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq, xidməti evi boşaltmır, bununla qanunvericiliyin tələblərini pozmaqla yanaşı, xidməti mənzilə ehtiyacı olan hərbçilərin mənafeyinə xələl gətirir.

6. Birinci instansiya məhkəməsi mövqeyini ##.##.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 100, 104-cü, qüvvədə olan Mənzil Məvəlləsinin 66.3.6, 92, 98.1, 99.3, 99.4, 100.1, 100.3, 102.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 3.2-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

7. Qətnamədən cavabdehlər Dəmirov Vüsal Səməd oğlu və X1 ayrılıqda apellyasiya şikayətləri vermişlər.

8. Cavabdehlər Dəmirov Vüsal Səməd oğlu və X1 ayrılıqda verdikləri, lakin eyni məzmunda əsaslandırdıqları apellyasiya şikayətlərində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib göstərirlər ki, hazırki qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, tamamilə iddiaçının xeyrinə bir qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi mənzildə onlar ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzildə uzun müddətdir yaşamaqdan əlavə başqa yaşayış yerləri yoxdur. Vüsal Dəmirov Mənzil-Istismar sahəsində sürücü işlədiyi üçün 2013-cü ildə rəhbərlik tərəfindən qeyd olunan evdə yaşamağa icazə verilib.Məhkəmə qətnaməni qəbul edərkən yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsaslansa da, onlar məhkəmə qətnaməsi ilə razı deyillər. Halbuki, birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmalı idi. Ancaq birinci instansiya məhkəməsi vicdanlılıq prinsipinin şərtlərini kobud şəkildə pozaraq qeyd etdikləri xüsusatı düzgün qiymətləndirməmiş, tamamilə onların zərəri ilə nəticələnəcək bir qətnamə qəbul etmişdir. Bir daha qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qəti surətdə razı deyillər. Ancaq birinci instansiya məhkəməsi mülki qanunvericiliyin prinsiplərindən sayılan mülki hüquq subyektlərinin bərabərliyi prinsipini kobud şəkildə pozur. Belə olan halda, onların həm konstitusion hüquqları, həm də Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulur. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-Istismar Hissəsinin nümayəndəsi və cavabdehlər Dəmirov Tələt Səməd oğlu, Dəmirov Vüsal Səməd oğlu, X1, X3 və X2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. ## #### 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

11. ##.##.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə HYPERLINK "https://e-qanun.az/framework/18341" \o "Azərbaycan Respublikasının Nazirlər Kabineti" \t "_blank" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://eqanun.az/framework/19527" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli ** nömrəli Qərarı" \t "_blank" hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli, ** nömrəli qərarı ilə təsdiq dilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın:

Bənd 3.2. Kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin onlara aid hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri verənlərə və onların ailə üzvlərinə aid hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. Işin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

24. Əvvəla, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisəli mənzil Dəmirov Tələt Səməd oğluna Azərbaycan Respublikasının # #### 1982-ci il tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu ##.##.2006-cı il tarixdə verilmiş, bu mənzildən istifadə ## #### 2009-cu il tarixdə qəbul edilmiş yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan da davam edir. Buna görə də, iddianın və apellyasiya şikayətinin dəlilləri üzrə hər iki Məcəllənin müddəalarına əsasən hüquqi dəyərləndirmə aparılmalıdır.

25. Işin mübahisəsiz halıdır ki, ##.##.2006-cı il tarixdə Dəmirov Tələt Səməd oğluna Ələt hərbi şəhərciyində yerləşən ümumi sahəsi 25 kv.m olan 2 otaqlı *** nömrəli Fin tipli xidməti yaşayış evi verilib. Sonradan Bakı şəhəri Suraxanı rayonunda yerləşən Hövsan yaşayış kompleksində * nömrəli binanın *** nömrəli mənzili ilə təmin olunub. Buna baxmayaraq, o, bu barədə iddiaçı tərəfə məlumat və qeyd olunan evi təhvil verməyib. Hazırda həmin evdə Tələt Dəmirovun qardaşı və ailə üzvləri yaşayır.

26. Apellyasiya şikayətlərində qətnamənin qanunsuz və əsassız olduğu qeyd olunsa da, qanunsuzluğun nədən ibarət olduğunu, əsassızlığın isə nə də ifadə olunduğu açıqlanmır. Bu cür vəziyyətdə qətnamənin iddiaçının xeyrinə qəbul edilməsi isə əsassız ola bilməz. Çünki sözügedən ev iddiaçının balansındadır və cavabdehlər həmin evdən hər hansı bir hüquqi əsas olmadan istifadə edir.

27. Cavabdehlərin ailə vəziyyəti, o cümlədən Vüsal Dəmirovun iddiaçı qurumda sürücü işləməsi həqiqi olsa belə, bu hallar iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı etmir. Çünki bu hallar cavabdehlərin mübahisə predmeti olan evi təhvil verməmələri üçün heç bir halda əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin hansısa hüquqları pozula bilməzdi.

28. Müəyyən edildiyi kimi, cavabdeh Dəmirov Tələt Səməd oğlu yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq, xidməti evi nəinki boşaldıb təhvil vermyəib, əksinə heç bir hüquqi əsas olmadan digər cavabdehlərin istifadəsinə verməklə qanunvericiliyin tələblərini pozaraq xidməti mənzilə ehtiyacı olan hərbçilərin də mənafeyinə xələl gətirən hərəkətlərə yol vermişdir.

29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə suiistifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar