Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-974/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X3 cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının (kompensasiyanın) ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı X3 cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının (kompensasiyanın) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsinə dair əmrini ləğv edərək - həmin ##.##.2025-ci il tarixdən etibarən məcburi proqula görə bütün kompensasiya ona ödənilməklə və əmək müqaviləsi də müddətsiz hesab olunmaqla öz işinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır, onun əmək müqaviləsi işəgötürən “X1” MMC tərəfindən imzalanıb təsdiq edilsə də, o, Şamaxı Şəhərində yerləşən keçmiş “Komxoz” adlı, indiki “xxxx” MMC-nin nəzarəti altında “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işləyirdi. Bəzən el arasında işlədiyi bu Dövlət Müəssisəsinə - qeyri-rəsmi olaraq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı filialı da deyirlər. Əmək müqavilələrindən görünür ki, o, ##.##.2019- cu il tarixdən müddətli əmək müqaviləsi ilə “X1” MMC-də “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə işə qəbul edilmişdir. Hər il onun əmək müqaviləsinin müddəti 1 (bir) il artırılmaqla fasiləsiz müddətli əmək müqaviləsi ilə 6 (altı) il 6 (altı) ay həmin vəzifədə işlədi. Işlədiyi müddətdə nümunəvi olduğuna görə rəhbərlik tərəfindən heç vaxt xəbərdarlıq, töhmət və digər inzibati tənbeh növündə cəza almamışdır. Lakin əmək müqaviləsi üzrə növbəti bir il müddət tamam olmamış qeyriqanuni və həm də ona heç bir xəbərdarlıq məlumatı verilmədən işdən çıxarılmışdır. Heç buna dair işdədiyi “X1” MMC-nin Həmkarlar Təşkilatının hər hansı qərarı da mövcud deyildir - əgər olsaydı, bu barədə ona əvvəlcədən məlumat verilərdi. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, guya əmək müqaviləsinin müddətinin qurtarması səbəbi göstərilməklə qeyri-qanuni olaraq o, işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. X10 daxil edilmiş Əmək müqaviləsi bildirişlərindən aşkar görünür ki, o, ##.##.2019-cu il tarixdən ##.##.2025-ci il tarixinədək “X1” Məhdud Məsuliyyətli Cəmiyyətində 6 il 6 ay müddətində fasiləsiz müddətli əmək müqaviləsi ilə işləmişdir. Buna görə də onun əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Bununla əlaqədar rəy verilməsi üçün X5 Xidmətinə rəsmi müraciət etsə də hələlik onlardan ona hər hansı bir məlumat və çağırış göndərilməyib. Beləliklə o, Mediasiya Təşkilatına müraciət etdi. Lakin mediasiya arayışından görünür ki, cavabdeh “X1” MMC həmin prosesdə iştirak etməkdən yayınmışdır. Odur ki, o, qanunamüvafiq qaydada və müddətdə “işə-bərpa və məcburi proqula görə kompensasiya” tələbi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh “X1” MMC-nin ## ####### 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli və həmin ##.##.2025ci il tarixdən öz işinə bərpa edilməklə, həmin tarixdən məcburi proqula görə bütün kompensasiya ona ödənilməklə və əmək müqaviləsi də müddətsiz hesab olunmaqla öz işinə bərpa edilməlidir.
3. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il ## ####### tarixli *** nömrəli Sərəncamı ilə 2019– 2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019– 2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019- 2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “Işsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram “X1” MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə iddiaçı A.Əzizovanın ilə “X1” MMC arasında ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Şamaxı “xxxx” MMC ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş ##.##.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə A.Əzizovaya göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq A.Əzizova ilə “X1” MMC arasında bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilmiş və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Iddiaçı A.Əzizova ilə “X1” MMC arasında ##.##.2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Iddiaçı A.Əzizova özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə uzadılması nəzərdə tutulmuşdur. Məlumat üçün bildirmişdir ki, hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45- ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 və 5-ci hissələrinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Bildiririk ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün “X1” MMCyə hər hansı bildiriş daxil olmamışdır. Iş materiallarından da göründüyü kimi mediator X2 tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət etmədən düzgün arayış və ya protokol tərtib etməmiş və ilkin mediasiya sessiyası aidiyyəti üzrə göndərilməsi üçün zəruri hərəkətlər etməmişdir. Göründüyü kimi iddiaçı A.Əzizova “məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğunu təsdiq edən sənədi” qanunvericiliyin tələblərinə riayət etmədən məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən X3 cavabdeh “X1” MMC-yə qarşı “işə bərpa və məcburi proqula görə kompensasiya” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı X3 cavabdeh “X1” MMC-yə qarşı “işə bərpa və məcburi proqula görə kompensasiya” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia tələbi rədd edilmişdir.
5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Iddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələn qətnamə qəbul edilmişdir. Belə ki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndini nəzərə almamışdır. Işçinin əmək müqaviləsi ilə harada işləməyindən asılı olmayaraq, iş yerinin də fəaliyyət müddətinin 10 il, 20 il və daha çox olmasından asılı olmayaraq - əgər işçi orada 5 ildən çox fasiləsiz işləyərsə, bu zaman Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi tətbiq olunur və əmək müqaviləsi müddətsiz hesab olunur – yəni o idarə, yaxud MMC nə qədər fəaliyyət göstərəcəksə, işçi orada işləməlidir. Bu zaman işçinin əmək müqaviləsinin müddəti bitmişdir əmri ilə onu oradan işdən azad etmək olmaz. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır, belə ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il ## ####### tarixli *** nömrəli Sərəncamı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “Işsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram “X1” MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən müqavilə 1 (bir) ay müddətinə Şamaxı “xxxx” MMC təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir.
8. Məlumat üçün bildirilir ki, hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMCnin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Mülki iş materiallarında olan:
13. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ##.##.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi qeyd edilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarix ##.##.2019-cu il qeyd edilmişdir.
14. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ##.##.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Şamaxı rayonunda təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi qeyd edilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarix ##.##.2022-ci il qeyd edilmişdir.
15. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ##.##.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Şamaxı rayonunda təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi qeyd edilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarix ##.##.2024-cü il qeyd edilmişdir.
16. Cavabdeh MMC-nin ## ####### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** saylı əmrindən çıxarışa əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Şamaxı rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilmişdir.
17. ##.##.2025-ci il tarixli, MŞŞ/MT-***/***-**** saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq, əmək tələbi üzrə ##.##.2025- ci il tarixində, 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi barədə arayış verilmişdir. Həmin arayışdan, eyni zamanda görünür ki, əmək mübahisəsi üzrə mediasiyanın tətbiqi barədə təklif ## ####### 2025-ci il tarixdə verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
19. 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. 45-ci maddəsinin 5-ci bəndinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
21. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
22. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
23. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
24. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
25. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
26. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
27. 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
28. Istinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
29. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı.
30. Qeyd edilən Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
41. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
42. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
43. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
44. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
45. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
48. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
50. Iddia tələblərini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh ictimai işlərin görülməsi üçün iddiaçı tərəfindən müqavilə əsasında 1 aylıq müddətə işlə təmin edilmiş, tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə azı bir həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdar etmədiyindən həmin müddət bir neçə dəfə uzadılmış, cavabdeh ##.##.2025-ci il tarixdə (müddətinin bitməsinə azı bir həftə qalmış) iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə ## ####### 2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
51. Hazırkı mülki işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı “X1” MMC-də ##.##.2019-cu il tarixdən ##.##.2025-ci il tarixə qədər müddətli əmək müqaviləsi ilə çaılışmışdır.
52. Iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab edilməsinə əsaslanaraq iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.
53. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir:
54. Əmək Məcəlləsinin 45.5-ci maddəsində qeyd edilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
55. Həmin Məcəllənin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
56. Göründüyü kimi iddiaçının gördüyü iş 47-ci maddədə “e” bəndinə aid olduğundan onunla müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Buna baxmayaraq, iddiaçının ##.##.2019-cu il tarixdən ##.##.2025-ci il tarixədək, yəni 6 il 6 ay müddətində cavabdeh MMC-də əmək fəaliyyəti ilə məşğul olması və buna görə də müddətli əmək müqaviləsi 5 ildən artıq müddətə davam etdiyindən, müvafiq olaraq da əmək qanunvericiliyinin tələblərinə əsasən, onun əmək müqaviləsinin müddətsiz hesab edilməsini nəzərə alınmayaraq, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b) bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi əsassız olmuşdur.
57. Mülki iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən (i/v səh. 17, 60) də müəyyən olur ki, iddiaçı cavabdeh MMC ilə 2 dəfə əmək müqaviləsi bağlamış, MMC-də ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda demək olar ki, iddiaçının müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmişdir.
58. Oxşar mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılan Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsində qeyd edilmişdir:
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.
60. Bu halda iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Bütün bunlara baxmayaraq işəgötürən, uzun illər həmin vəzifədə işləmiş iddiaçı ilə 1 aylıq sınaq müddəti olmaqla, 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onunla bağlanmış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
61. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə hər dəfə 3 aylıq müddətə bağlanan əmək müqaviləsinin müddətinin bitməsi işin xarakteri və şərtləri ilə deyil, cavabdehin iradəsi ilə bağlı olmuş, faktiki olaraq iddiaçı ilə daimi iş münasibətləri formalaşmışdır. Bu baxımdan müddətli əmək müqaviləsinin ardıcıl olaraq bir neçə dəfə bağlanması işçi ilə işəgötürən arasında müddətsiz əmək münasibətinin yaranması kimi qiymətləndirilməlidir. Belə olan halda əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin qeyd olunan münasibətləri tənzimləyən normalarının tələblərinə uyğun hesab edilə bilməz. Ümumiyyətlə isə işin mübahisə olunmayan hallarından da göründüyü kimi, iddiaçının eyni bə ya oxsah ixtisas üzrə eyni nazirliyin tabe qurumlarında 13 ildən artıq iş təcrübəsi olan iddiaçı ilə, həm də sınaq müddəti ilə müddətli əmək müqaviləsinin bağlanması anlaşılan deyildir.
62. Eləcə də Ali Məhkəmənin oxşar işlə bağlı *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
63. Məhkəmə onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətinə etirazında “X1” MMCnin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin ## ######## 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na əsasən 2019-2030-cu illəri əhatə etdiyini və sosial layihə olmaqla, müvəqqəti xarakter daşıdığını qeyd etmişdir.
64. Bununla bağlı qeyd etmək lazımdır ki, MMC-nin fəaliyyətinin 2019-2030-cu illəri əhatə edən sosial layihə olması və müvəqqəti xarakter daşıması iddiaçının işdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, sosial layihənin müddətinin başa çatmasına hələ 4 il vaxt var, eləcə də həmin sosial layihənin müddəti uzadıla bilər. Bununla yanaşı Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində işçinin harada işləməsi eləcə də işəgötürənin fəaliyyət müddətinə dair hər hansı tələblər nəzərdə tutulmamış, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, həmin müqavilənin məhz müddətsiz əmək müqaviləsi hesab edilməsi müəyyən edilmişdir. Buradan da bəlli olur ki, cavabdehin etirazında istinand etdiyi hallar əsassızdır.
65. Cavabdeh eyni zamanda öz etirazında iddiaçının əmək fəaliyyətinin müvəqqəti xarakter daşımasını əsaslandırmaq üçün “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı maddəsinə istinad etməklə, ictimai işlərin bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunduğunu qeyd etmiş, lakin həmin bəndin 2-ci cümləsini ixtisar etmişdir. Belə ki, həmin qaydaların 2.6-cı bəndində eləcə də, “zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər” cümləsi qeyd edilmişdir. Iddiaçının isə cavabdeh MMC-də 6 il 6 ay müddətində eyni işi görməsi onun əmək fəaliyyətinin heç də müvəqqəti olmadığını aşkar surətdə göstərir.
66. Beləliklə, hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normaları, eləcə də oxşar işlərlə bağlı son vaxtlar Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsini nəzərə alaraq, Məhkəmə hesab edir ki, rayon məhkəməsi hazırki iş üzrə işin mübahisəsiz olan faktiki hallarına, əmək münasibətlərinin xarakterinə düzgün qiymət verməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir.
67. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbləri təmin edilməli cavabdeh “X1” MMC-nin ## ####### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli, iddiaçı “X1” MMC-də əmək müqaviləsi müddətsiz hesab olunmaqla, Şamaxı rayonunda “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməlidir.
68. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
70. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
71. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir” Nəticə:
72. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işin faktiki hallarına düzgün qiymət verilmədiyindən və maddi hüquq normasının təfsirində səhvə yol verildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməli, cavabdeh “X1” MMC-nin ## ####### 2025 -ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli, iddiaçı “X1” MMC-də əmək müqaviləsi müddətsiz hesab olunmaqla, Şamaxı rayonunda “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməlidir
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
74. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
75. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən (100+50=150) 150 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır.
76. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilsin. Cavabdeh “X1” MMC-nin ## ####### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilsin. Iddiaçı X3 “X1” MMC-də əmək müqaviləsi müddətsiz hesab olunmaqla, Şamaxı rayonunda “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilsin. Iddiaçı X3 məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilsin. Iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən (100+50=150) 150 manat dövlət rüsumu isə cavabdeh “X1” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.