Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-975/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdeh cavabdeh2 ASC-nin Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı PB-OUT-06967- ****/* saylı, ##.##.2025ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar cavabdeh2 ASC tərəfindən borcluya göndərilən bildirişə əsasən tələbkar cavabdeh2 ASC tərəfindən borcluya göndərilən bildirişə əsasən borclu İddiaçı Güləli oğlu və cavabdeh2 ASC arasında Bank xidmətlərinin göstərilməsinə dair X5 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/******** saylı ##.##.2024-cü il tarixli Razılaşma imzalanmışdır. X4 Toplusu çərçivəsində onunla DC********-** saylı, ##.##.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış və Bank tərəfindən ona ##.##.2026-cı il tarixədək illik faiz dərəcəsi 17% olmaqla 20,000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Bundan əlavə, Bank qarşısında öhdəliyinin mövcudluğunu təsdiq edən maliyyə arayışı və hesabdan çıxarış mövcuddur. Qeyd edilən DC********-** saylı kredit müqaviləsi üzrə öhdəliyi 86 gün icra edilmədiyindən, ##.##.2025-ci il tarixə cavabdeh2 ASC qarşısında 11,883.36 (on bir min səkkiz yüz səksən üç manat otuz altı qəpik) manat əsas borc, 306.64 (üç yüz altı manat altmış dörd qəpik) manat faiz borcu, 22.37 (iyirmi iki manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,212.37 (on iki min iki yüz on iki manat otuz yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasım təmin etmək iiçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd: bu bildiriş həmçinin elektron ünvanına (olduğu halda) və SMS vasitəsilə əlaqə nömrəsinə (telefon:*** *** ** **) də göndərilmişdir.
2. “xxxx” Express-in ## ####### 2025-ci il tarixli aktına əsasən ##.##.2025-ci il tarixdə cavabdeh2 ASC İSR Plazadan qəbul edilmiş məktub qaimə (1018262) İddiaçı zərf çatdırılmamışdır. Bldirişin çatdırılması məqsədilə ##.##.2025-ci il tarixdə həmin ünvana gedilmiş, lakin qapı bağlı olmuş, qeyd edilən əlaqə nömrəsinə zəng çatmamışdır.
3. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, 8İ**** reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı DC********-** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12190 manat 00 qəpik (on iki min yüz doxsan manat sıfır qəpik) cavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə təklif edilmişdir ki, borclu İddiaçı 22 manat 37 qəpik (iyirmi iki manat otuz yeddi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12237 manat 37 qəpik (on iki min iki yüz otuz yeddi manat otuz yeddi qəpik) pul tutulsun. Həmin icra qeydi ##.##.2025 tarixdə aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** saylı notariat ofisinin xüsusi notariusu X3 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X3 ##.## 2025-ci il tarixli icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təklif edilmişdir ki, həmin sənədlər üzrə cavabdeh2 ASC-nin xeyrinə ondan DC********-** saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12.190 manat, bundan əlavə təklif edilmişdir ki, 22 manat 37 qəpik peniya və 25 manat dövlət rüsumu tutulsun. İcra qeydindən icra şöbəsində olarkən xəbər tutmuş və rəsmi qaydada ## ###### 2025-ci il tarixdə əldə etmişdir. Düşünür ki, icra qeydi ləğv edilməklə işə məhkəmə qaydasında baxılmalıdır. Belə ki, onun yuxarıda qeyd edilən müqavilə üzrə faiz borcu düzgün hesablanmayıb. Bundan əlavə bank tərəfindən borcun ödənilməsi barədə ona xəbərdarlıq göndərilməmişdir. Cavabdeh cavabdeh2 ASC ona borcun ödənilməsinə dair xəbərdarlıq etmədən, birbaşa icra qeydinin verilməsi üçün müraciət etmişdir.
6. Cavabdeh cavabdeh2 ASC iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, icra qeydinin aparılması üçün əsas olan materiallardan, eləcə də icra qeydinin aparılması barədə bildirişdə İddiaçı öhdəliyin mahiyyəti, həcmi və tarixi barədə müvafiq məlumatlar Notariat ofisinə təqdim edilmiş və həmin məlumatlar əsasında müvafiq icra qeydi aparıldığından iddia tələbinin bu hissədə tamamilə əsassızdır. Həmçinin iddiaçı İddiaçı borcu barədə bildiriş ##.##.2025-ci il tarixdə göndərilmişdir. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı qeyd edilmişdir. Məktubun çatdırılması üçün ##.##.2025-ci il tarixdə ünvana gedilmiş, lakin qapı bağlı olduğu üçün bildirişi çatdırmaq mümkün olmamışdır. Həmçinin telefon nömrəsinə zəng etmək üçün cəhdlər edilsə də, zəng çatmamışdır. Bütün bunlar kuryer şirkəti tərəfindən ##.##.2025-ci il tarixdə aktlaşdırılmışdır. Lakin iddiaçı bu müddət ərzində banka yaxınlaşmamış və problemini həll etməyə cəhd etməmişdir. Üstündən xeyli müddət keçəndən sonra ##.##.2023-cü il tarixli icra qeydi aparılmışdır. Indi isə sadəcə borcunu məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir ki, iş uzansın. Iddia tələbinin faiz borcunun düzgün hesablanmaması mülahizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı ilə cavabdeh2 ASC arasında ##.##.2024-cü il tarixdə OnGTC/SE/******** saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalamaqla iddiaçı Bank xidmətlərinin göstərilməsinə dair X5 ##.##.2023-cü il tarixli 1.0.* nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul etməklə (Bankın rəsmi internet səhifəsində www.pashabank.az saytında yerləşdirilmiş) öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına məsuliyyət daşıdığını qəbul etmişdir. Həmin Razılaşma çərçivəsində ##.##.2024-cü il tarixdə DC*******-** saylı maliyyələşdirmə üçün Ərizə imzalamaqla Bank tərəfindən iddiaçıya ##.##.2026-cı il tarixədək illik faiz dərəcəsi 17, illik cərimə faizi 15% olmaqla, 20000 (iyirmi min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixinə cavabdeh2 ASC qarşısında öhdəliyinin DC*******-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,883.36 (on bir min səkkiz yüz səksən üç manat otuz altı qəpik) manat əsas borc, 306.64 (üç yüz altı manat altmış dörd qəpik) manat faiz borcu, 22.37 (iyirmi iki manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 12.212,37 (on iki min iki yüz on iki manat otuz yeddi qəpik) manat borc təşkil etmişdir. Yuxarıda qeyd edilən öhdəlik həmin tarixdə 86 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı ##.##.2025-ci il tarixində borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş ##.##.2025-ci il tarixində İddiaçı çatdırılmışdır. Bildiriş göndərildikdən sonra 20 gün müddətində borc ödənilmədiyi üçün tərəfindən borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. Qanunvericiliyin tələbinə əsasən tərəfə bildiriş göndərildikdən 23 gün sonra borc ödənilmədiyi üçün tərəfindən borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. Bildiriş və onun borcluya çatdırıldığını təsdiq edən sənəd “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. Iş üzrə təsdiq edilmiş sübutlardan görünür ki, İddiaçı 20.000 (iyirmi min) manat məbləğində birdəfəlik kredit verilmiş, lakin sonuncu kredit məbləğini aldıqdan sonra Razılaşma ilə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Işin hallarından göründüyü kimi ##.##.2023-cü il tarixdə borcluya icra qeydinin aparılması barədə şəxsin qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. Eləcə də iddiaçını iddia ərizəsində qeyd etdiyi əlaqə nömrəsinə dəfələrlə zəng edilmiş, lakin əlaqə yaratmaq mümkün olmadığından bildiriş çatdırılmamışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydi ləğv edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan “xxxx” Express tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli aktdan görünür ki, cavabdeh2 ASC tərəfindən ##.##.2025-ci il tarixdə təhvil alınmış qaimə nömrəsi 1018262 olan məktubu kuryer ##.##.2025-ci il tarixdə İddiaçı (Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 68) çatdırılması üçün poçta təhvil verilmiş, lakin “qapı bağlı idi” qeydi ilə məktub çatdırılmamışdır. Göründüyü kimi, bildiriş göndərilsə də, iddiaçı həmin bildirişi faktiki olaraq əldə etməmişdir. Bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olubolmamasını
9. və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə; Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən narazı qalan cavabdeh cavabdeh2 ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş icra qeydinin ləğv edilməsi üçün məhkəmənin gətirdiyi arqumentlər əsaslı hesab edilə bilməz. Belə ki, “Notariat haqqında" Qanunun 76-cı maddəsinin 6-cı hissəsinə və 8-ci hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşdə olan sübutlardan müəyyən edilir ki, icra qeydinin aparılacağı ilə bağlı tələbkar tərəfindən borcalana bildiriş cavabdeh2 ASC-yə məlum olan sonuncu ünvanda qeydiyyatda olan İddiaçı cavabdeh2 ASC tərəfindən göndərilmiş və kuryer tərəfindən qeyd olunan ünvanda olarkən borclunun qapını açmadığı və telefon nömrəsinə zəng çatmadığı müəyyən edilmişdir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Bu barədə Ali Məhkəmədə formalaşmış mövqeyi də vardır. Belə ki, iddiaçı X1 cavabdeh cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi barədə iş üzrə iddiaçı tərəfindən bildirişin ona çatmaması əsası ilə icra qeydinin ləğv edilməsi barədə iddiasını birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə rədd etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(106)- ****/**** saylı qətnaməsi və Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı Qərarı ilə qətnamə qüvvədə qalmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi cavabdeh cavabdeh2 ASC-nin Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərərk, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh və iddiaçı üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən və mübahisə predmetinin bölünməz olduğu üçün kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
25. 743.3-cü maddəsinə görə Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.
26. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun
27. 76-cü maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
28. 79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının
29. 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ənazı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edənsənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinəmüraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
30. 162-ci bəndinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaqhüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
31. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Siyahıya əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh2 ASC (borc verən) ilə İddiaçı (borc alan) arasında ##.##.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, Bank cavabdehə 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrası gecikdirildiyindən borc verən cavabdeh2 ASC-nin müraciəti əsasında notarus tərəfindən kredit müqaviləsi üzrə borcun tutulmasına dair icra qeydi verilmişdir.
36. Hazırda iddiaçı kredit müqaviləsi əsasında yaranmış borcun mübahisəsiz olmasının araşdırılmadığını, habelə icra qeydinin aparılması barədə bildirişin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ona təqdim edilmədiyini əsas gətirərək, müqavilə üzrə pulun tutulmasına dair icra qeydinin ləğv edilməsini xahiş etmişdir.
37. Belə ki, qanunvericiliyə əsasən, bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (mövcud olduğu halda), habelə borcu müəyyən edən sənədlər icra qeydinin aparılması barədə ərizəyə əlavə edilməlidir. Qanunvericiliyin tələblərinə görə, notarius icra qeydini yalnız borcun mübahisəsiz olması, borclunun tələbkar qarşısında məsuliyyətinin təsdiq edilməsi və kreditor tərəfindən ödəniş müddətinin keçməsi barədə yazılı bildirişin borcluya göndərilməsinin müəyyən edildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq müəyyən edilmişdir və həmin siyahıdan kənar digər sənədlərin tələb olunmasına yol verilmir.
38. İşdə olan sənədlərdən görünür ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmış, müqavilə bağlanarkən mülki qanuvericiliyin tələblərinə riayət edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı həmin müqaviləni mübahisələndirməmiş, onun ləğv edilməsi və ya etibarsız sayılması barədə borc verənə hər hansı tələb irəli sürməmişdir. İddiaçı-borc alan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən, cavabdeh-borc verən tərəfindən müqavilə üzrə borcun ödənilməsi barədə sonuncunun rəsmi qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir.
39. Belə ki, bildirişin çatdırılması məqsədilə ##.##.2025-ci il tarixdə həmin ünvana gedilmiş, lakin qapının bağlı olması səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin borclu ilə əlaqə saxlamaq məqsədilə onun telefon nömrəsinə zəng edilməsinə cəhdlər göstərilmiş, lakin nömrə ilə də əlaqə yaratmaq mümkün olmamışdır. Qeyd olunan hallar “xxxx” Express-in şirkətin kuryeri tərəfindən ##.##.2025-ci il tarixli aktla rəsmiləşdirilmişdir.
40. Qeyd edilməlidir ki, tələbkar borclunun yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunur.
41. Göründüyü kimi, tələbkar tərəfindən borcluya borcun tutulması barədə bildiriş sonuncunun rəsmi qeydiyyatda olduğu, habelə məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd etdiyi ünvana (ünvan 1) göndərilmişdir. Bundan əlavə, iddia ərizəsində göstərilmiş telefon nömrəsi (070-202-07-47) vasitəsilə onunla əlaqə saxlanılmasına da cəhd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tələbkar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bildiriş vermə öhdəliyi lazımi qaydada yerinə yetirilmişdir. Belə ki, qanunvericilik bildirişin mütləq şəkildə borcluya şəxsən təqdim edilməsini deyil, onun müəyyən edilmiş qaydada göndərilməsini tələb edir. Buna görə də borclunun öz davranışı və ya digər səbəblərdən bildirişlə faktiki tanış olmaması onun risk dairəsinə aid olan hallar kimi qiymətləndirilməlidir. Bu səbəbdən həmin hallar icra qeydinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
42. Bundan sonra cavabdeh-borc verən, borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş, bu məqsədlə notariusa borcun mübahisəsiz olmasını təsdiq edən bütün zəruri sənədləri, o cümlədən müqavilələri, borcluya ən azı 20 gün əvvəl göndərilmiş bildirişi və həmin bildirişin göndərilməsinə dair sübutları təqdim etmişdir. Notarius isə təqdim olunmuş sənədləri araşdırdıqdan və qanunvericiliyin tələblərinə əməl olunduğunu müəyyən etdikdən sonra həmin sənədlər əsasında borcun məcburi tutulmasına dair icra qeydi aparmış, “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilmiş icra qeydini icraya yönəldilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ## ###### 2025-ci il tarixli, 8İ-**** nömrəli icra qeydinin ləğv edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının istinad etdiyi halların formal xarakter daşımasını nəzərə almadan iddianı təmin etmişdir. Halbuki, məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları qarşılıqlı əlaqədə qiymətləndirməli, hər bir sübutun qəbul və ya rədd edilməsinin səbəblərini qətnamədə aydın şəkildə göstərməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunmuşdur.
44. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və tərəflər arasında yaranmış hüquq münasibətlərini təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev