Məhkəmə qərarları › İş №2(3-6)-979/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-979/2026

25.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-979/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma Hakimlər X10 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri * saylı dövlət notariat kontoru tərəfindən verilmiş ##.##.2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı (bundan sonra iddiaçı) ##.##.2010-cu il tarixdə vəfat etmiş X1 vərəsəsidir və ondan miras qalmış Bakı şəhəri, Sereteli küçəsi, dalan 1-də yerləşən * saylı evdən irs almalıdır. Miras əmlak ünvan 1 1 ünvanında yerləşən * saylı, 16 otaqlı fərdi yaşayış evindən (yaşayış sahəsi 198,3 kv.m., köməkçi sahə 98,7 kv.m, ümumi sahəsi 289 kv.m) ibarətdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2010-ci il tarixdə, həmin ünvanında yerləşən 9 otaqlı (y/s-108,3 kv.m., k/s - 42,2 kv.m.) fərdi yaşayış evi ##.##.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin Bakı şəhər Ərazi İdarəsinin ##.##.2015-ci il tarixli, ************ nömrəli məktubuna əsasən ünvan 5 7 və * nömrəli fərdi yaşayış evi konstruktiv cəhətdən vahid tikili olduğundan mülkə “ünvan 5 7” ünvanı verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, ************ nömrəli məktubuna əsasən arxiv və baza məlumatları ilə 011011001520-***** reyestr nömrəli fərdi yaşayış evinin ünvan 2 ünvanı ünvan 5 7 olaraq eynilik təşkil edir.

5. Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli Arayışa əsasən Cavabdeh ünvan 5 8c ünvanında pasport qeydiyyatındadır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və tələbin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun adına verilmiş ##.##.2010-cu il tarixli, 011011002111-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportun yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatına əsasən Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, ev * nömrəli mənzilin 2 mərtəbəli A tikilisi 12,9 kv.m olan ** nömrəli yaşayış otağı, 7,2 kv.m olan ** nömrəli mətbəx və 1,3 kv.m olan ** nömrəli sanitar qovşağından Cavabdeh çıxarılması və həmin yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanındaki fərdi yaşayış evi ##.##.2010-cü il tarixində ərinin vəfatından sonra qanun üzrə vərəsəsi qismində onun mülkiyyətinə keçmişdir. Cavabdeh onun xəbəri olmadan evin qeydiyyatına düşmüşdür. Onun mülkiyyət hüquqlarını pozaraq, fərdi yaşayış evindən çıxmaqdan imtina edir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, * nömrəli evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, Cavabdeh ünvan 3, 2 mərtəbəli A tikilisi 12,9 kv.m olan ** nömrəli yaşayış otağından (7,2 kv.m olan ** nömrəli mətbəx və 1,3 kv.m olan ** nömrəli sanitar qovşağı daxil olmaqla) çıxarılması qət edilmişdir. (hakim X4)

9. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, ünvan 5 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Fərdi yaşayış evi üzrə 16 yaşayış otağı mövcuddur. Cavabdeh həmin yaşayış sahəsi üzrə “ev 8c” ünvanında pasport qeydiyyatında olsa da, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ##.##.2015-ci il tarixli məktubuna əsasən ünvan 5 7 və * nömrəli fərdi yaşayış evi konstruktiv cəhətdən vahid tikili olduğundan mülkə “ünvan 5 7 ” ünvanı verilmişdir. Cavabdehin faktiki istifadə etdiyi sahə iş materiallarında olan texniki pasporta əlavə edilmiş situasiya planındakı 25, 26, ** nömrəli otaqlardır ki, bunlardan biri yaşayış otağı, biri mətbəx, biri isə sanitar qovşaq təyinatlıdır. Göründüyü kimi, mübahisənin obyekti olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması mübahisəsizdir. Cavabdehin isə həmin mənzilə dair mülkiyyət hüququ mövcud deyil, hər hansı digər hüququnun (istifadə və s.) olması isə iş materialları ilə müəyyən edilmir. Cavabdeh mübahisəli sahənin mərhum X6 tərəfindən ona vəsiyyət edildiyini bildirsə də, sonuncunun özünün də həmin sahəyə dair mülkiyyət hüquqlarının olması sübut olunmur, bu barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İstifadə hüququ isə şəxsə bağlı hüquq olmaqla vərəsəlik qaydasında keçmir. Bu baxımdan cavabdehin mərhum Nina Pavlovna ilə arasında olan sənədləşmələrin, iş materiallarına əlavə edilmiş mərhumun ərizələrinin araşdırılması lüzumsuzdur. Odur ki, hazırda cavabdehin iddiaçının mülkiyyətində olan sahəyə istifadə hüququnun olması müəyyən edilmir. Olmayan hüquqa xitam verilməsi isə yolverilməzdir. Lakin, iddiaçının hüquqi marağı, cavabdehin həmin ünvana pasport qeydiyyatana düşməklə faktiki yaşamasının iddiaçının mülkiyyət hüquqlarına müdaxilə olduğu nəzərə alınmaqla onun yaşayış sahəsi üzrə istifadə hüququnun olmaması müəyyən edilməli, o zəbt etdiyi sahələrdən çıxarılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-ci, 139-cu, 152-ci, 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 88-ci, 119-cu, 217.1-ci, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. İdda tələbində göstəriən ünvan ünvan 3 deyil, ünvan 4 ünvanıdır. O da həmin ünvanın faktiki sahibidir, həmin ünvana evin faktiki sahibi olan X6 razılığı ilə qeydiyyata düşmüşdür. X6 ailəsinə yaxın, doğma olan şəxs olmuş və orada olan qonşuların da şahidliyi ilə o həmin xanıma illərlə baxmış, ona qulluq etmişdir. Yalnız həmin xanım vəfat etdikdən sonra iddiaçı hansı şəkildə əldə etdiyi bəlli olmayan çıxarışla həmin ünvanı da çıxarışa daxil etmişdir. Nina Ananyevanın Azərbaycan Respublikasında yaşayan qohumu və ya başqa vərəsəsi yoxdur. Rusiya Federasiyasinda yaşayan yeganə qanuni vərəsəsi olan bacısı qızı tərəfindən həmin çıxarış məhkəmə qaydasında mübahisələndiriləcək. Belə ki, həmin xanım mənzili X6 sağ ikən əlyazma ilə ona vəsiyyət etmişdir. Beləliklə, işin hallarından da aydındır ki, o, həmin mənzilə qanuni əsaslarla mənzilin faktiki sahibinin razılığı ilə qeydiyyata düşmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılarkən onun həmin mənzilə necə qeydiyyata düşməyi və istifadə hüququnun necə yaranmasının qanuni əsasları araşdırılmamışdır. Yuxarıdakı qeyd edilənlərdən bir daha sübut olunur ki, məhkəmə faktiki məsələlərə diqqət yetirməyərək iddiaçıya məxsus sübutlara əsaslanaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının yalan məlumatlarına əsaslanmaqla qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, texniki pasporta əsasən iddiaçıya aid olan hissəni müəyyən etmək olur. Cavabdeh də həmin hissədən otaqları zəbt edibdir. Mübahisə predmeti olan ev vərəsəlik qaydasında 2010-cu ildə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdeh qonşuluqda, 3 məhəllə kənarda olan evdə kirayədə yaşayıbdır. Az müddətdir ki, iddiaçının mülkiyyətində olan otaqları zəbt edibdir. Nina adlı şəxs iddiaçının evində yaşayıbdır. İddiaçının ailəsi ona vaxtı ilə icazə vermişdir. Lakin həmin əmlak heç vaxt Nina adlı şəxsə məxsus olmayıbdır, bununla bağlı heç bir sənəd mövcud deyil. Cavabdeh Nina adlı şəxs ölmədən öncə onun yaşadığı yerə daxil olub, sonra isə çıxmayıbdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına görə ## ######## 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ ##.##.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra həmin ünvanında yerləşən 9 otaqlı (y/s-108,3 kv.m., k/s - 42,2 kv.m.) fərdi yaşayış evi ##.##.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi daha əvvəl iddiaçının əri X2 mülkiyyətində olmuş və vəfatından sonra ##.##.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçıya miras qalmışdır. Cavabdeh ünvan 5 8c ünvanında qeydiyyatdadır. ünvan 5 7 və * nömrəli fərdi yaşayış evi konstruktiv cəhətdən vahid tikili olduğundan mülkə “ünvan 5 7” ünvanı verilmişdir.

24. Hazırda iddiaçı cavabdehin qeyd edilən fətdi yaşayış evindən istifadə hüququna xitam verilməsini və həmin evin A tikilisi 12,9 kv.m olan ** nömrəli yaşayış otağı, 7,2 kv.m olan ** nömrəli mətbəx və 1,3 kv.m olan ** nömrəli sanitar qovşağından çıxarılmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin sahənin faktiki sahibi olan X6q etdiyini, onun razılığı ilə həmin ünvana pasport qetdiyyatına alındığını, həmin sahənin ona vəsiyyət edildiyini bildirir və iddianın təmin edilməməsini xahiş edir.

25. Bununla belə, iddia tələbi şərti olaraq 2 hissədən ibarətdir: 1) cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi; 2) cavabdehin həmin fərdi yaşayış evindən (onun 25,26, ** saylı otaqlarından) çıxarılması.

26. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli fərdi yaşayış evinə münasibətdə istifadə hüquqlarının yaranıbyaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir və bu (istifadə hüququna xitam verilməsi) tələblə bağlı qeyd edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü”, “digər qohumlar” və “digər şəxs” prizmasından yanaşılır.

27. Bu baxımdan cavabdeh iddiaçının “ailə və digər ailə üzvü” və ya “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil, nəticə etibarı ilə mübahisəli sahədə yaşamış X6 tanışı olmuşdur (cavabdeh ona qulluq etdiyini bildirir).

28. İddiaçının qeyd edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 2010-cu ildə yaranmışdır. X6 həmin fərdi yaşayış evində (hazırda cavabdehdə olan otaqlarında) yaşamışdır. İş materiallarında olan əlyazmaya əsasən ##.##.1969-cu il tarixdə X8 adlı şəxs 1956-cı ildə Daviçinski, döngə 1, ev 8 ünvanında tikdiyi mənzili X6 2.000 rubl məbləğində pula satmışdır. Lakin qeyd edilən fərdi yaşayış evinin mülkiyyətçiləri sırasında nə X8, nədə ki, X6 göstərilməmiş, bu əmlak mülkiyyət hüququ ilə heç vaxt onlara məxsus olmamışdır. İddiaçı tərəf X6 vaxtı ilə əvvəlki mülkiyyətçinin razılığı ilə mübahisəli sahəyə köçdüyünü, sonradan onun da bu şəxsin orada yaşamasına etiraz etmədiyini bildirir. Qeyd edilənlər öz növbəsində bu əlyazmanın hər hansı mötəbərliyə malik olmadığını təsdiq edir.

29. Belə olan halda, X6 mübahisəli fərdi yaşayış evindən ən yaxşı halda istifadə hüququ yaranmış olurdu. Lakin onun bu mənzilə olan istifadə hüququ mahiyyət etibarı ilə şəxsi xarakter daşımış (şəxsi servitut) və yalnız ona mənsub ola bilən hüquq olmuşdur. Bu səbəbdən həmin hüquqa onun ölümü ilə xitam verilmişdir. Xitam olunmuş hüququn da mirasın tərkibinə daxil edilməsi qeyri-mümkündür. Bu baxımdan cavabdehin sadə yazılı formada tərtib edilmiş vəsiyyətnamə kimi təqdim etdiyi əlyazma həqiqətən də X6 tərəfindən yazılmış vəsiyyətnamə olsa belə (halbuki, “vəsiyyətnamə” başlığı altında yazılmış həmin əlyazmanın hansı şəxs tərəfindən yazıldığı belə bəlli deyil, bu da ümumiyyətlə onun mötəbərliyini istisna edir) onun mübahisəli sahədən istifadə hüququnu yaratmış olmur. Ümumiyyətlə onunla cavabdeh arasında bu məsələ ilə bağlı mövcud olmuş hər hansı razılaşma hüquqi nəticəyə səbəb olmur, o cümlədən cavabdehin istifadə hüququnu yaratmır.

30. Bununla belə, cavabdeh hüquqi nəticə etibarı ilə uzun müddət mübahisəli sahədə yaşamış və 2025-ci ilin iyun ayında dünyasını dəyişmiş X6 tanışı olmuş, mübahisəli sahədə bir müddət əvvəl yaşamağa başlamışdır. Mövcud vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə “digər şəxs” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin iddiaçının cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasını təkidlə tələb etdiyi bir vəziyyətdə bunun qeyri-mümkünlüyü bir mənalıdır. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Qeyd edilənlər iddia tələbinin bu hissədə rədd edilməsini şərtləndirir.

31. Lakin birinci instansiya məhkəməsi də bu mövqedən çıxış etməsinə və cavabdehin istifadə hüququnun olmasının müəyyən edilməməsinə baxmayaraq, nəticədə iddia üzrə bu tələbi rədd etmək əvəzinə, iddianı tam təmin etməklə cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasını müəyyən etmişdir. Bununla da prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmadığını müəyyən etdikdən sonra, olmayan hüquqa xitam verilməsinin mümkün olmaması səbəbindən iddianı bu hissədə rədd etməli idi.

32. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evində qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin fərdi yaşayış evindən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.

33. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi də bu qənaətə gələrkən öz mövqeyində haqlı olmuşdur.

34. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə istinadən cavabdehin ünvanla bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu və iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanlar eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən mübasəli fərdi yaşayış evində keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 5 7 ünvanı üzrə giriş hissədən sağ, sol və üzbəüz istiqamətlərdə yaşayış sahələri mövcuddur. Tikili konstruktiv cəhətdən ikimərtəbəlidir. Girişdən sağ hissədə, ikinci mərtəbədə otaqların qapısı bağlıdır. İddiaçı tərəfin dediyinə görə həmin hissə cavabdehin faktiki sahibliyindədir. İddiaçının göstərdiyi otaqlar yerləşmə baxımından iş materiallarında olan texniki pasporta əlavə edilmiş situasiya planındakı 25, 26, ** nömrəli otaqlara uyğun gəlir. Texniki pasporta əsasən ** nömrəli otağın sahəsi 12,9 kv.m. olmaqla yaşayış otağıdır, ** nömrəli otağın sahəsi 7,2 kv.m. olmaqla mətbəxdir, ** nömrəli otağın sahəsi 1,3 kv.m. olmaqla sanitar qovşaqdır. X6 yaşayığı evin planı ünvan 5 7 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən 25, 26 və 27-ci otaqların yerləşdiyi planla eynilik təşkil edir. Cavabdeh özü də apellyasiya şikayətində məhz iddiaçının mülkiyyətində olan sahəni tutduğunu etiraf edir (apellyasiya şikayətində “X6 vəfat etdikdən sonra iddiaçı hansı şəkildə əldə etdiyi bəlli olmayan çıxarışa həmin ünvanı da daxil etmişdir” fikrini bildirmişdir).Bu baxımdan cavabdehin məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin otaqlarını tutması nəticə etibarı ilə işin mübahisəsiz halıdır.

35. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, * nömrəli evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(004)-4239/2025 nömrəli qətnaməsi “Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, dalan 1, * nömrəli evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar