Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-981/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov İlham Məmməd oğlunun sədrliyi və məruzəsilə, Rüstəmli Məhəmməd Əli oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2 Rübayıl oğlunun, İddiaçının nümayəndəsi və vəkili nümayəndə3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vermiş olduğu ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmrinin və bu əmri əsas alaraq verilmiş cavabdeh1 direktorunun imzaladığı ## ######## 2025-ci il tarixli OU**********/e nömrəli onunla məktəb arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və işdən azad olunduğu dövr üçün işləmədiyi müddətə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu *** nömrəli tam orta ümumitəhsil məktəbində 2004-cü il tarixdən ingilis dili müəlliməsi işləmişdir. cavabdeh1 direktoru Samir Mehdizadənin imzaladığı ## ######## 2025-ci il tarixdə OU**********/e nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verilib. Əmrdə göstərilir ki, “Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmanın müsahibə mərhələsində iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuledildikdə) ## ######## 2025-ci il tarixdən ləğv edilsin.” Direktor bu əmrin verilməsinə əsas olaraq, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmrinin” icrasını göstərir. İddiaçı cavabdeh1 2004-cü il tarixdən işləməklə 21 ildən artıq əmək stajı olan müəllimə kimi işlədiyi müddət ərzində nümunəvi müəllim kimi işini vicdanla və layiqincə yerinə yetirmiş və işlədiyi bu uzun müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmanın test mərhələsində iştirak etmiş və həmin test mərhələsindən müvəffəqqiyyətlə keçmiş, sertifıkatlaşdırmanın 2-ci mərhələsi olan müsahibə mərhələsində isə müsahibənin vaxtı barədə məlumatsız olduğu üçün iştirak edə bilməmişdir. Belə ki, adətən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə sertifıkatlaşdırmanın test mərhələsindən sonra müsahibə mərhələsi sentyabr ayında keçirilir, 2025-ci il tarixdə keçirilmiş müsahibə mərhələsi 24 avqust tarixdə portala yerləşdirilib və ## ###### 2025-ci il tarixdə keçiriləcəyi göstərilib. İddiaçı şəxsi kabinetini yay məzuniyyəti dövründə də arabir yoxlamış və ## ###### 2025-ci il tarixdə kabinetinə yenidən baxdığında ona məlum olmuşdur ki, ## ###### 2025-ci il tarixdə məlumat şəxsi kabinetinə yüklənmiş və texniki səbəbdən həmin məlumatı vaxtında görə bilməmişdir. Bu səbəbdən sayt üzərindən onlara müraciət etmişdir ki, ona şərait yaradılsın və müsahibə mərhələsindən keçsin. Cavabları mənfi olmuşdur. “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli Qərarının 3.4-cü bəndinə əsasən qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Yəni, Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi, qanunda qeyd olunan səlahiyyətli orqan, hansı səbəbdənsə qanunda göstərilən “sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir” qaydasına əməl edilməmişdir. Buna baxmayaraq, cavabdeh1 direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən mənimlə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Yəni, səlahiyyətli orqanın qaydalara riayət etəməməsi nəticəsində meydana çıxan halı qarşı tərəfin günahı sayıblar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Qanunun tələbindən göründüyü kimi əmək müqaviləsi peşəkarlıq səviyyəsinin, ixtisasımın (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Halbuki, qeyd etdiyi səbəblərdən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş sertifikatlaşdırmanın test mərhələsində iştirak etməyinə və qarşı tərəfin müvafiq xəbərdarlıq üçün müəyyən olunmuş vaxt və vasitə şərtinə əməl etmədiyindən, o, müsahibə mərhələsində iştirak edə bilmədiyi üçün onun peşəkarlıq səviyyəsi yoxlanılmamış qalmış, amma buna görə də onun peşəkarlıq səviyyəsinin kifayət qədər olmaması əsası ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsassız olmuşdur. Bundan başqa, “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli Qərarının 1.5-ci bəndində qeyd edilmişdir ki, 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür. ##.##.1965-ci il təvəllüdlü olmaqla sertifikasiya keçirilən vaxt artıq onun 60 yaşı tamam olmuşdur və o, sertifikatlaşdırmada könüllü iştirakla bağlı müraciət etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın test mərhələsində iştirak etmiş və həmin test mərhələsindən müvəffəqqiyyətlə keçsə də, müsahibə mərhələsində yuxarıda qeyd etdiyi üzrlü səbəbdən iştirak edə bilməməyini, bununla belə 21 ildən artıq müəllim kimi qüsürsüz fəaliyyət göstəməyini, habelə 60 yaşı tamam olmaqla sertifikasiyada könüllü iştirakla bağlı ərizə verməməyini nəzərə alaraq, onun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vermiş olduğu ##.##.2025ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmrinin və bunu əsas alaraq verilmiş cavabdeh1 ## ######## 2025-ci il tarixli OU**********/e nömrəli onunla məktəb arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsini, işə bərpa edilməsi və əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-***-*- **F**** nömrəli əmrinin və bu əmrə əsasən Bakı şəhəri, Yasamal rayonu, *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən cavabdeh məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmış, 21 ildən çox əmək stajına malik olub, bu müddət ərzində intizam məsuliyyətinə cəlb edilməmiş, işgüzar keyfiyyətləri və pedaqoji fəaliyyəti ilə bağlı ona münasibətdə hər hansı mənfi rəy formalaşmamışdır ki, bu da onun peşə hazırlığı səviyyəsinin kifayət qədər olmasını göstərən mühüm sübutlardan biridir. ##.##.2025-ci il tarixli təkrar sertifikatlaşdırmanın test mərhələsində iddiaçı keçid balından yüksək (34 bal) nəticə göstərərək sertifikatlaşdırmanın birinci (test) mərhələsini müvəffəqiyyətlə keçmişdir. Lakin sertifikatlaşdırma Qaydalarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 3.4-cü bəndinin 3-cü cümləsinə əsasən, sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir) tələblərinə zidd olaraq, müsahibənin vaxtı və yeri barədə məlumat şəxsi kabinetə ən azı bir ay əvvəl deyil, imtahana 3 gün qalmış (##.##.2025-ci il tarixdə keçiriləcək müsahibə barədə məlumat ##.##.2025-ci il tarixdə) yerləşdirildiyindən (bu, cavabdeh tərəfindən mülki işə əlavə olunmuş “Şəxsi kabinet”ə yerləşdirilmiş məlumatlar barədə sənədlə sübut olunur) və texniki səbəblərə görə bu məlumatı vaxtında görə bilmədiyindən müsahibə mərhələsində iştirak etmə imkanı olmamışdır. Yuxarıda qeyd olunan Qaydalarının tələbinə zidd olaraq, sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı və yeri barədə bildiriş iddiaçının şəxsi kabinetinə ən azı bir ay əvvəl deyil, müsahibəyə 3 gün qalmış yerləşdirildiyindən iddiaçı faktiki olaraq müsahibədə iştirak etmək imkanından məhrum edilmişdir. Bununla da səlahiyyətli orqan tərəfindən tələblərinə riayət edilməli olduğu Qaydalara uyğun aparılmış etibarlı qiymətləndirmə prosesi baş tutmamışdır. Bu halda "sertifikasiyadan keçməmiş” statusunun iddiaçıya şamil edilməsi və həmin statusa istinadla əmək müqaviləsinə xitam verilməsi hüquqa uyğun sayılmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67- 2-ci maddəsinin 3-1 hissəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36- 2.3-1-ci maddəsinə, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.2- 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsilüzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 1.5-ci bəndinə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür; iddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, mübahisə predmeti olan sertifikatlaşdırma vaxtı artıq 60 yaşı tamam olmuş şəxsdir və qanunvericilik belə şəxslər üçün sertifikasiyada iştirak etməyi imperativ öhdəlik kimi nəzərdə tutmur. İddiaçı 60 yaş həddini keçdiyi üçün onun sertifikatlaşdırmada iştirakı yuxarıda qeyd edilən Qanunlara görə könüllü xarakter daşıyır; buna görə də, iddiaçının sertifikatlaşdırmada iştirak etməməsi və ya texniki səbəbdən müsahibədə iştirak edə bilməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkar yararsızlıq kimi qiymətləndirilə bilməz və əmək müqaviləsinə bu əsasla xitam verilməsi qanunsuzdur. Bu şəraitdə iddiaçının təkrar sertifikatlaşdırmada iştirak edib-etməməsindən və ya texniki səbəbdən müsahibədə iştirak edə bilməməsindən asılı olmayaraq, onun Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin əmri ilə sertifikatlaşdırmadan keçməmiş hesab olunması və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qanunsuzdur. Belə ki, səlahiyyətli orqanın iddiaçının peşəkarlıq səviyyəsinin kifayət etmədiyi barədə obyektiv qiymətləndirməyə əsaslanan qərarı yoxdur, həmçinin sertifikatlaşdırma prosesi qanuna uyğun qaydada aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı və ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarlarında (mülki işə əlavə edilmişdir) eyni hüquqi münasibətlər üzrə formalaşdırdığı mövqeyə əsasən, 60 yaşı tamam olmuş müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olduğundan, belə müəllimin sertifikasiyada iştirak etməməsi və ya texniki və ya üzrlü səbəbdən iştirak edə bilməməsi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi üçün hüquqi əsas sayıla bilməz və belə xitam qanunsuz hesab edilərək işə bərpa və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsi tələbləri təmin edilməlidir. Məhz bu mövqeyə əsaslanaraq yuxarıda qeyd edilən mülki işlər üzrə müəllimin işə bərpası və məcburi iş buraxma dövrünə görə əməkhaqqının ödənilməsi tələbləri təmin olunub. Deməli, eyni hüquqi münasibətlər üzrə formalaşdırılmış mövqeyə görə 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakının könüllü olması, onların sertifikasiyada iştirak etməməsinin və ya üzrlü texniki səbəbdən iştirak edə bilməməsinin əmək müqaviləsinin xitamı üçün əsas verə bilməməsi artıq məhkəmə təcrübəsində sabit hüquqi yanaşma kimi qəbul edilmişdir və iddiaçının işi üzrə də eyni yanaşma tətbiq olunmalıdır. Qeyd edilənlər, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2, 70 və 300-cü maddələri, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2,3-1-ci maddəsi, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.2-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma’’ qaydasının tələbləri və Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarları nəzərə alınaraq, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Agentliyin ##.##.2025-ci il tarixli əmri və həmin əmri əsas götürən məktəb direktorunun ##.##.2025-ci il tarixli əmri qanunsuz sayılmalı, ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və işdən azad edildiyi gündən faktiki işə bərpa ediləcəyi günə qədər olan dövr üçün ona məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci istansiya məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh1 ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni cavabdeh1 ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Agentlik tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ilkin olaraq cavabdehlər Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbi və cavabdeh2 qarşı əmək müqaviləsinin ləğvi barədə əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcmi azaldılmış və yalnız Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri irəli sürülmüşdür. Beləliklə, iddianın son predmetindən görünür ki, cavabdeh2 qarşı hər hansı müstəqil tələb saxlanılmamışdır. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində hər bir cavabdehə qarşı yönələn tələb konkret şəkildə göstərilməlidir. İddia tələbinin azaldılmasından sonra isə qeyd olunan dövlət agentliyinə qarşı hər hansı tələb mövcud olmamışdır. Bununla yanaşı, MPM-in 357.1-ci maddəsinə görə yalnız hüquq və vəzifələrinə toxunan məhkəmə aktlarından tərəflər apellyasiya şikayəti verə bilərlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin son vəziyyəti nəzərə alınmaqla cavabdeh2 hüquq və vəzifələrinə birbaşa təsir etmədiyindən, həmin cavabdehin apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün sayılmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiyanın mümkünlüyü barədə ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmaqla, iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-981/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-981/2026
01.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver