Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-983/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması və sökülməsi üçün MMC-yə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması və sökülməsi üçün MMC-yə təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X12 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 212 kv.m, yaşayış sahəsi 123,4 kv.m, yardımçı sahəsi 83,6 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ü/s-72 kv.m. hissədə Cavabdeh (##.##.2014-cü il), ü/s-61,2 kv.m (1, 12, 13, ** nömrəli otaqlar) hissədə X24 (##.##.2006-cı il), 2 otaq (y/s-29,9 kv.m) hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 (##.##.2006-cı il), 1 otaq y/s-5,9, k/s-22,5 kv.m hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 (##.##.2014-cü il), ü/s-45,9 kv.m hissədə Rzaeva Ilahə Ilyiç qızının adına qeydiyyata alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 011011000662-**** reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 212 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ü/s-72 kv.m. hissədə Cavabdeh(##.##.2014-cü il), ü/s-61,2 kv.m (1, 12, 13, ** nömrəli otaqlar) hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (##.##.2022-ci il), 2 otaq (y/s-29,9 kv.m) hissədə X18 (##.##.2018-ci il), 1 otaq y/s-5,9, k/s-22,5 kv.m hissədə X19 (##.##.2016-cı il), ü/s-45,9 kv.m hissədə Rzaeva Ilahə Ilyiç qızının (##.##.2014-cü il) adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ## ###### 2020-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon Icra Hakimiyyətinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.
4. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçi Cavabdeh ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, faktiki 70 kv.m. sahədən ibarət mənzilin giriş tərəfindən 30 kv.m hissəsini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. -Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən faktiki 70 kv.m. sahədən ibarət mənzilin giriş tərəfindən 30 kv.m hissəsini Şirkət Mülkiyyətçidən təhvil alır və müəyyən edilmiş qaydada Mülkiyyətçiyə 75.000 (yetmiş beş min) manat pul ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müəyyən edilir ki, mənzilin dəyəri Mülkiyyətçinin bank hesabına köçürülür.
5. “xxxx” ASC-nin IT******* nömrəli, ##.##.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən ##.##.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh hesabına 75375 (yetmiş beş min üç yüz yetmiş beş) manat vəsait köçürülməsi icra olunmuşdur.
6. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ##.##.2021-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh ##.##.2007-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər aşağıdakılardır: X25, ##.##.1953; X1, ##.##.1940; X27, Xx.Xx.1936; X20, ##.##.1949; X3, ##.##.1956; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, ##.##.1957; X32, ##.##.1964; X24, ##.##.1965; X4, ##.##.2008; X5, ##.##.1979; X6, ##.##.1978; X13, ##.##.2014; X7, ##.##.1990; X14, ##.##.2005; X8, ##.##.2006; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, ##.##.1965; X21, ##.##.1962; X2, ##.##.1964; X15, ##.##.1982; X16, ##.##.2000; X28, ##.##.1964; X22, ##.##.1991; X9, ##.##.2017; X55, ##.##.1983; X48, ##.##.1994; X29, ##.##.1984; X17, ##.##.1988.
7. İddiaçı tərəfindən Qiyasova Fərziyə Sulduz qızına ünvanlanmış ##.##.2023- cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının *** saylı, ## ###### 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi Bakı Şəhər Icra Hakimiyyəti ilə bağlanmış ## ###### 2020-ci il tarixli, **** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən yeni yaşayış binalarının tikintisi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Sözügedən ərazidə yaşayan hər bir sakin kimi onunla da müqavilə şərtləri müzakirə edilmiş, lakin tələb etdiyi məbləğin real bazar qiymətinə və evinin faktiki vəziyyətinə uyğun gəlməməsi səbəbindən razılıq əldə edilməmişdir. Belə olan halda onun evi üçün hər görüş zamanı fərqli qiymətlər tələbinin, mənzilinə ixtisaslaşmış təşkilat tərəfindən qiymət təyin edilməklə, qanun çərçivəsində məhkəmə müstəvisində müzakirə edilməsi istisna edilmir. Nəzərə alınması xahiş edilmişdir.
8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı İddiaçı MMC ilə Qiyasova Fərziyə Sulduz qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı MMC və Qiyasova Fərziyə Sulduz qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə etibarsız hesab edilməsi, ##.##.2021-ci il tarixli ** nömrəli Müqavilə üzrə tərəflər İddiaçı MMC və Qiyasova Fərziyə Sulduz qızının ##.##.2021-ci il tarixli ** nömrəli əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaları, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərinin pulla ödənilməsi qət edilmişdir.
9. “X33 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, ***-***/**** saylı, ## ### 2025-ci il tarixli rəyindən görünür ki, 1-ci sual üzrə: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh Cavabdeh zının mülkiyyətində və faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 72m² təşkil edir. Həmçinin əlavə olaraq, baxış zamanı təqdim edilmiş və dam örtüyü altında yerləşən bir sahə mövcuddur. Həmin sahə heç bir rəsmi sənəddə mansard kimi göstərilməmiş, yalnız baxış zamanı mansard kimi təqdim olunmuşdur. Lakin sahə faktiki olaraq mansard mərtəbə hesab oluna bilməz. Belə ona qalxışı təmin edən daimi pilləkan mövcud deyil və konstruktiv-parametrik göstəricilər zərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti norma və qaydalarına uyğun gəlmir. Bu əbəbdən, həmin sahənin mansard kimi qiymətləndirilməsi əsaslı hesab edilmir. 2- ci sual üzrə: ünvan 3 ünvanında yerləşən fərdi aşayış evinin (cavabdeh Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan aşayış sahəsinin) orta bazar qiyməti (yuvarlaqlaşdırılmış şəkildə) 177.000 AZN (bir yüz yetmiş yeddi min) manat təşkil edir.
10. Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayonu Yasamal Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 145 və *** nömrəli arayışlardan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Rzayeva Ilahə Ilyiç qızı ünvan 3 ünvanda yerləşən əmlak vergisinin ödəyicisidir, ##.##.2025-ci il tarixinədək borcları yoxdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus ünvan 1 ünvanında yərləşən mənzildə qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi ve reyestrdan çıxarışa əsasən mülkiyyətlərində olan sahəyə görə onlara güzəştli sahə də əlavə edilməklə yeni tikiləcək binadan mənzilin verilməsi, binanın inşa edilənədək cavabdehlərə kirayə haqqının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyətinin *** saylı, ## ###### 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qurtqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi İddiaçı MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X60 Agentliyi “Azərdövlətsənayelayihə” DLI tərəfindən təsdiq olunmuş ## ##### 2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC isə sözügedən Sərəncamın icrasını təmin etmək məqsədi ilə ərazidə yaşayan sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlayır. Aparılan işlərlə paralel olaraq cavabdeh ofisə dəfələrlə dəvət edilmiş və onun maddi ehtiyacı olması ilə bağlı çoxsaylı xahişləri nəzərə alınaraq istifadəsində olan mənzilinin 30 m² sahəsi üzrə kompensasiya müqaviləsi bağlanmışdır. Cavabdeh mənzilinin qalan sahəsi üzrə də müqavilə bağlayacağı barədə vəd vermiş, lakin sonradan tələbini artıraraq mülkiyyət hüququndan onlara ziyan vurmaqla sui istifadə etmişdir. Həmçinin cavabdeh qanunsuz tikililərinin əvəzində külli miqdarda kompensasiya tələb etmələri və razılığa gəldikdən sonra dəfələrlə müqavilə bağlamaqdan imtina etməsi mülkiyyəti üzərindəki hüquqlarından sui istifadə edərək onlara ziyan vurmaq və ətrafdakı digər sakinlərin də mənzillə təmin edilməsini ləngidərək Cəmiyyətin vəziyyətini ağırlaşdırmaqla onun tələbi ilə razılaşmağa məcbur etməkdədirlər. Onlar dəfələrlə bu kimi hallara yol verməmələrini və ağlabatan bir razılama ilə məslənin həll edilməsi barədə cavabdehə dəfələrlə müraciət etsələr də onlar hər dəfə tələbini artırmışdır. Göründüyü kimi burda məqsəd üçüncü şəxslərə ziyan vurmaqla öz istəklərinə çatmaqdan ibarətdir ki, tələb edilən məbləğlə müqayisədə onlarla razılaşmaları mümkünsüzdür. Aparımış bütün danışıqların nəticəsiz qalmasından sonra məsələnin məhkəmə qaydasında həll edilməsindən başqa çarəsi olmadığından onlar da məcburən məhkəməyə müraciət etməli oldular.
13. Məhkəmə prosesinin gedişində iddiaçı İddiaçı MMC tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Cavabdeh mənzilinin 40 kvadratmetri üçün 120.000 manat kompensasiya ödənilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Daha sonra iddiaçı İddiaçı MMC tələbinə daha bir dəqiqləşdirmə edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən tamamilə qəzalı vəziyyətdə və istismara yararsız olan, 70 kv.m. sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılaraq sökülməsi üçün İddiaçı MMCyə təhvil verilməsi; Cavabdeh məhkəmə tərəfindən təyin edilimiş əmtəəşünaslıq ekspertizasının "13" may 2025-ci il tarixli, YDQM№ ***-062/2025 saylı rəyinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən evin razılığa gəlinməsi mümkün olmayan 40 kv.m.-lik hissəsinin əvəzində 100.000 (yüz min) AZN kompensasiyanın İddiaçı MMC tərəfindən ödənilməsi ilə Cavabdeh Seriya RX ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
15. Cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir: 1. Bakı şəhəri, IHB *** saylı, ##.##.2020 tarixli sərəncamında qeyd edilib ki, Bakı şəhəri, Yasamal r. Ə.Ələkbərov, S.Dağlı, Ismayıl Qutqaşınlı və M.Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericilyin tələblərinə uyğun qarşılıqlı qazılıq əsasında LUX Recidence tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün LUX Recidence MMC icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Göründüyü kimi ##.##.2020 tarixli sərəncamda nəinki mülkiyyətçilər, hətta mülkiyyətçi olmayan-istifadəçilərin (qanunsuz tikililər və s.) də hüquqları tanınmış, onlarla qarşılıqlı razılıq şərti müəyyən edilmiş, qarşılıqlı razılıq əldə edildikdən sonra tikinti işlərinin başlanılması qərara alınmışdır. Yəni, iddiaçının hüquqlarını müəyyən edən, hüquqlarını yaradan bu sənəddir ki, həmin sənəddə ona hazırkı iddia qaldırmaq üçün səlahiyyəti verilməyib. Iddiaçı isə qanunsuz olsa belə, tikililərin sökülməsinə subyektiv hüququ olmadığı halda bu tələblə məhkəməyə müracitə etmişdir. Qanunsuz tikililərin sökülməsi ilə bağlı subyektiv hüquq Yerli Icra Hakimiyyətlərindədir. Yerli Icra Hakimiyyətinin isə belə bir iddiası yoxdur. Iddiaçı üzərinə düşən qarşılıqlı razılıq vəzifəsini icra etmək qanunsuz yollarla məhkəmədən keçirmək məqsədi ilə hazırkı iddianı qaldırmışdır. Ali Məhkəmə səviyyəsində formalaşmış təcrübə var, bu kimi iddialar subyektiv hüququn olmaması əsası ilə rədd edilir. 2. Məhkəmədə mülkiyyətində və faktiki istifadəsində olan mənzil hissəsinin daxili parametrləri (içdən-içə), orta bazar qiyməti ilə bağlı hər hansı iddia olmadığı halda məhkəmə bununla bağlı ##.##.2025 tarixli qərardadla ekspertiza təyin etmişdir. 2.1 Məhkəmənin ekspert qarşısında qoyduğu sualın özü də düşündürücüdür. Niyə məhz daxili parametrlər? Bəs həyətyanı sahə, binanın yerləşdiyi ərazi və s. Axı həyətyanı sahə X34 Qanunun 9-cu maddəsinə əsasən onun mülkiyyətindədir. 2.2 hazırkı halda məhkəmə bu tapşırığı ekspert olmayan, ümumiyyətlə rəy verən şəxsin Məhkəmə ekspertizanın təyin edilməsini yalnız ekspertə tapşıra bilər, mütəxəssis olub-olmaması bəlli olmayan "X33 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırmışdır. Işdə olan sənədlərdən görünür ki, həmin dırnaqarası ekspert iddiaçı ilə əlbir olub, rəy vermişdir. Zatən baxışa bir gəlib, bir getdilər, yüksək ödənişini də iddiaçı qabaqcadan həyata keçirmişdir (hansı marağa görə). 3. "X33 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin vicdansıcasına verdiyi rəydə isə mənzilin dəyəri vicdansızcasına (Mülki Məcəllədə nəzərdə tutulan vicdansızlıq) dəfələrlə aşağı endirlimişdir? Sual yaranır: hansı mənbədən götürüb bu qiymətləri "ekspert"? Rəy verən Mamed Səfərovun "X33 Mərkəzi" MMC ilə bağlılığı da rəydən görünmür (işçidir, dostudur, qohumudur direktorun?) yoxsa nəyidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edillməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, evinin eskiz layihəyə uyğun, həyətdən ölçülməsini istəyir. Hal-hazırda eskiz layihə ilə evinin sahəsi 147 kv.m-dir. Bu sahəyə və evinin şəraitinə əsasən 450.000 manat məbləğində kompensasiya istəyir. Onun köçmək niyyəti yoxdur və qonşuların bəziləri də kompensasiya məbləği ilə razı deyillər. 2-3 il əvvəl ona 300.000 manat məbləğində kompensasiya vermələri qarşılığında gedəcəyini bildirmişdi. Lakin, razılaşmadılar. Iddiaçı tərəf verilmiş müddət ərzində barışıq üçün cəhd etməyib.
17. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hazırda qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 paylı mülkiyyətindədir. Ətraflarında 3 bina tikilib və heç biri ilə müqavilə bağlanmayıb. O, evini qızının adına rəsmiləşdirmişdir və yeni çıxarış almışlar. Iddiaçı ilə danışıqlar zamanı mənzilin sahəsi az olduğuna görə 1 kv.m üçün 4000 manat istəmişdi. Lakin, razılaşma olmadı. O, iddiaçının təklif etdiyi evdə yaşamaq istəmir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 3 il əvəl iddiaçı ilə danışıqlar aparılıb.
18. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir. Iddiaçı ilə onun arasında müqavilə bağlanmayıb və razılıq əldə edilməyib. Verilən suala cavab olaraq bildirmişdir ki, onun evi cavabdehin evindən aşağıda yerləşir.
19. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o evini təxminən 7-8 il əvvəl satmışdır.
20. Məhkəmə tərəfindən ## ######## 2025-ci il tarixində Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Ə.Ələkbərov küçəsi, 7 sаylı evə iddiaçının nümayəndəsi nümayəndə1 və cavabdeh Cavabdeh iştirakları ilə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin evinə pilləkan vasitəsilə daxil olmaq mümkündür. Ev 3 otaqdan ibarətdir. Evin girişi mətbəx kimi istifadə olunur və divarlarda çatlar var. Qonaq otağının divarlarında da çatlar yaranmışdır. Həmin otaqdan yataq otaqlarına keçid mövcuddur. Qonaq otağının tavanından pilləkan vasitəsilə çardağa daxil olmaq mümkündür. Orada müxtəlif əşyalar yerləşdirilmişdir. Cavabdeh tikinti işləri nəticəsində divarlarda çatların yarandığını, həmçinin, tavanın söküldüyünü və su axdığını,çardağa əvvəllər mövcud olmuş pilləkan vasitəsilə daxil olduqlarını bildirmişdir.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
22. Məhəmə mövqeyini belə əsaslandırmışdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
23. Məhkəmə hesab etmişdir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları və qanunda nəzərdə tutulmuş digər hallar istisna olmaqla mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ## ###### 2020-ci il tarixli *** nömrəli Sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlanılır. Iş üzrə tərəflər cavabdehə məxsus fərdi yaşayış evinin söküldüyü halda kompensasiya məbləğina dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
25. Iddiaçı cavabdehlə razılığa gəlinməsi mümkün olmayan 40 kv.m.lik sahənin əvəzinə 100.000 manat verilməklə cavabdehin fərdi yaşayış evinə mülkiyyət hüququna xitam verilməsini tələb etmişdir.
26. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2020-ci il tarixli *** saylı Sərəncamı, ərazinin İddiaçı MMC-yə verilməsini həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əsasında mülki münasibətlərin tənzimlənməsi şərti ilə müəyyən edir. Bu sənəd iddiaçıya birbaşa olaraq razılıq olmadan qanunsuz tikililərin sökülməsini tələb etmək səlahiyyəti vermir. Iddiaçı məhkəməyə iddia verməklə cavabdehi razılığa gəlməyə məcbur edir. Həmçinin məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evi xüsusi mülkiyyətdir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Cavabdehin fərdi yaşayış evinə münasibətdə belə zərurət yoxdur, odur ki, onun mülkiyyət hüququ müdafiə olunmalıdır.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından (Çıxarışlardan) göründüyü kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında bir neçə şəxsin, o cümlədən Cavabdeh qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qızının və digərlərinin adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli (30 kv.m hissəsinin təhvili barədə) müqavilə etibarsız hesab edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində bu müqavilənin daşınmaz əmlak üzrə digər payçıların razılığı olmadan və notarial qaydada deyil, sadə yazılı formada bağlanması (forma və məzmun baxımından etibarsızlıq) qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə əvvəlki əqd etibarsız hesab edildiyindən, iddiaçının hazırkı tələbi faktiki olaraq həmin paylı mülkiyyətin bir hissəsinə və ya bütövlüyünə yönəldilir. Bu, digər payçıların mülkiyyət hüququna məhdudiyyət qoyulması deməkdir ki, bu da yalnız qanunla müəyyən edilmiş qaydada və bütün payçıların razılığı və ya iştirakı ilə mümkündür. Bütün payçılarla razılıq əldə edilmədiyi halda, evin bütövlükdə boşaldılmasını və sökülməsini tələb etmək qanuni əsaslara söykənmir.
28. Məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin iddiaçı ilə cavabdeh arasında evin təhvil verilməsi və kompensasiyanın məbləği barədə qarşılıqlı razılıq əldə olunmamışdır. Cavabdeh tələb olunan məbləği (100.000 AZN) qəbul etmir və öz evinin şəraitinə və faktiki sahəsinə əsaslanaraq 450.000 AZN kompensasiya tələb edir. Mülki qanunvericilikdə hər hansı bir əmlakın dövlət ehtiyacları və ya ictimai maraqlar üçün alınması zamanı mülkiyyətçinin hüquqlarının təmin edilməsi və ona ədalətli bazar qiymətinin ödənilməsi tələb olunur. Cavabdehə təklif olunan faktiki 72 kv.m olan mənzilin 40 kv.m əvəzinə 100.000 manat ödənilməsi mənzil şəraitinin yaxşılaşdırılması deyil, pisləşdirilməsi hesab edilə bilər ki, bu da layihənin məqsədinə və ədalətlilik prinsipinə ziddir. Cavabdeh tərəf digər sakinlərə fərqli yanaşma tətbiq edilməsini iddia edərək mülkiyyət hüququndan sui-istifadə halının mövcud olduğunu iddia edir.
29. Bundan başqa məhkəməyə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş digər payçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Rzayeva Ilahə Ilyiç qızı da iddia tələbini qəbul etmədiklərini və iddiaçı ilə razılaşmadıqlarını bildirmişlər. Məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətdə olan evin bütövlükdə sökülməsi və ya təhvil verilməsi bütün payçıların hüquqlarına toxunur. Bütün payçılarla razılıq əldə edilmədiyi və ya onların mülkiyyət hüququna xitam verilməsi qanuni qaydada həll edilmədiyi halda, iddiaçının tək cavabdehə qarşı qaldırılan iddiasının təmin edilməsi digər payçıların hüquqlarının pozulmasına səbəb ola bilər.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 3-cü hissəsi, 29-cu maddəsinin 4-cü hissəsi və 43-cü maddəsinin 1 və 2-ci hissəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 213.1- 213.3, 215.4, 215.5, 560.1, 560.2, 560.3.5.1-ci; “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi; Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il ## ### tarixli, Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il ## #### tarixli və “Skordino Italiyaya qarşı” iş üzrə 2006-cı il ## #### tarixli Qərarları; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
a) Apellyasiya şikayətinin dəlilləri
31. Qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olmaqdadır və ictimai ehtiyaclar üçün kompensasiya ödənilərək özgəninkiləşdirilməsinə yol verilməkdədir. Hal-hazırki işdə mübahisə predmeti olan yaşayış sahəsi cavabdehlə birlikdə digər şəxslərin də paylı mülkiyyətindədir. Cavabdeh Qiyasova Fərziyə Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** saylı Sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində yaşayan digər sakinlərə əlavə olaraq, xüsusilə 011011000662-10301 daşınmaz əmlakın reyestr nömrəli Çıxarış üzrə digər payçılar qarşısında sosial öhdəliklər daşımaqdadır. Işin halları hissəsində də, qeyd edildiyi kimi, Çıxarış üzrə digər payçılar X18 və X23 ilə İddiaçı MMC arasında qarşılıqlı razılıq əsasında müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən sakinlərə məxsus payların və faktiki istifadələrində olan yaşayış sahələrinin əvəzində həm pul, həm də yeni tikiləcək mənzil formasında kompensasiya razılaşdırılmışdır. Lakin cavabdeh Qiyasova Fərziyənin hüquqdan sui-istifadə etməsi və əsassız tələbləri səbəbindən digər payçıların mənafeləri pozulmaqdadır. Belə ki, Qiyasova Fərziyənin əsassız tələbləri səbəbindən ünvana dair tam razılıq əldə edilə bilmir və həmin ərazidə inşa edilməli olan binanın inşasına başlamaq mümkün olmur. Bununla da, payçılardan biri X18 ilə birlikdə həmin ərazidə yaşayan digər onlarla sakinin hüquqları pozulmaqdadır. Cavabdeh Qiyasova Fərziyə İddiaçı MMC-nin digər sakinlər qarşısında öhdəliklərini icra etmək niyyətindən sui-istifadə edərək, alğı-satqının tənasübsüz qiymətlərinə məcbur etməkdədir. Göründüyü kimi, cavabdeh tərəfindən digər payçılar və sakinlər qarşısında olan sosial öhdəliklərinə əməl edilməməkdədir. İddiaçı MMC tərəfindən ictimai maraqlara uyğun olaraq, 40 kv.m. yaşayış sahəsi üçün ekspert rəyinə əsasən 100000 (yüz min) manat kompensasiya təklif edilmişdir. Amma cavabdeh tərəfindən ağlasığmaz tələb olaraq 450000 (dörd yüz əlli min) manat kompensasiya tələb edilməkdədir. Birinci Instansiya Məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmamış və qanunvericilik normaları işin faktiki hallarına uyğun olaraq tətbiq edilməmişdir. Belə ki, məhkəmə öz əsaslandırmasını yaşayış sahəsinin cavabdehin xüsusi mülkiyyəti olması və buna görə də Şirkətin məcburi söküntü tələbi irəli sürməsinin əsassız olması istiqamətində aparmışdır. Lakin nəzərə alınmamışdır ki, qeyd olunan əmlak paylı mülkiyyətdədir və digər payçılarla şirkət arasında razılıq əldə edilmişdir. Həmçinin, payçılardan əlavə olaraq cavabdehin həmin ərazidə yaşamış və yeni binanın təhvil verilməsini gözləyən sakinlər qarşısında da sosial öhdəlikləri yaranmaqdadır. Əlavə olaraq, Şirkət tərəfindən hər hansı məcburi hərəkət nəzərdə tutulmamışdır, əksinə tərəflər arasında əmlakın dəyəri barədə razılıqın əldə edilməsi mümkün olmadığından, məhkəmə qaydasında ədalətli kompensasiyanın müəyyən edilməsi tələb edilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdehə məxsus yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il ## ###### tarixli3-35/3-2- */**** nömrəli qərarı ilə təsdiq edilmiş “AzDTN 2.7-3 Fərdi yaşayış evləri. Layihələndirmə normaları”na cavab verməməkdədir. Belə ki, həmin normalara əsasən fərdi yaşayış evi yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Həmin yaşayış evi müstəqil tikili olmalı, ayrıca girişə, ayrılmış torpaq sahəsinə sahib olmalı və digər tələblərə cavab verməlidir. Əlavə olaraq, fərdi yaşayış evinin mövcud torpaq sahəsində əlavə fərdi yaşayış evinin tikintisi zərurəti yarandıqda, həmin torpaq sahəsi yerquruluşu işləri aparılaraq yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri təmin edilmək şərtilə hər bir fərdi yaşayış evinə aid edilən ayrı-ayrı hissələrə bölünməklə yerquruluşu layihələri mülkiyyətçilər tərəfindən təsdiq edilməlidir. Mübahisə predmeti olan yaşayış sahəsinə Məhkəmənin iştirakı ilə yerində baxış keçirilmişdir. Həmin yerində baxışın nəticəsindən aydındır ki, cavabdeh ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində yaşayır və aşağı mərtəbədə, həmçinin bitişik qonşuluqda fərqli mülkiyyətçilər yaşamaqdadır. Həmçinin, yaşayış evinin hər hansı həyətyanı sahəsi yoxdur. Göründüyü kimi, yerində baxış nəticəsində yaşayış evinin “fərdi yaşayış evi” anlayışına ümumiyyətlə cavab vermədiyi Birinci Instansiya Məhkəməsi tərəfindən də qeydə alınmışdır. Lakin buna düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən yaşayış sahəsinin paylı mülkiyyətdə olması və yerində baxışın nəticələri sübut olaraq tam nəzərə alınmamışdır. Ümumilikdə iddiaçı tərəfindən işin mahiyyəti üzrə tam və düzgün həll edilməsi üçün kifayət qədər sübutlar təqdim edilsə də məhkəmə tərəfindən həmin sübutlar tam qəbul edilməmişdir. MPM-in 88-ci maddəsinə, Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin yanaşmalarını nəzərə almayan birinci instansiya məhkəməsi, tərəflər arasında imzalanmış müqaviləni, onun şərtlərini və həmin müqavilə ilə tərəflərin öz üzərinə götürdüyü öhdəlikləri tam araşdırmamış və hüquq normasını tətbiq edərkən qüsurlu mövqedən çıxış etmişdir. Məhkəmə tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Belə ki, əvvəlki hissələrdə də qeyd edildiyi kimi, cavabdehə aid yaşayış evi paylı mülkiyyətdədir və digər payçılar qarşısında sosial öhdəliklər qiymətləndirilməmişdir. Həmçinin, yaşayış evinin faktiki vəziyyəti, yerindən baxışla aydın olan hallar düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan səhv qiymətləndirmə nəticəsində əsassız qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
34. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, işin hallarından da göründüyü kimi cavabdehin istifadəsində 70 kv/m yaşayış sahəsi var. 30 kv/m sahəyə görə 75 min manat tərəfimizdən ödəniş edilmişdir. Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin müqavilə etibarsız sayılmış, lakin tərəfimizdən ödənilmiş pulun ödənilməsi istiqamətində qarşı tərəf heç bir addım atmamışdır. Ekspertiza rəyinə əsasən 40 kv/m sahəyə görə 100 min manat kompensasiyanın ödənilməsi təklif edilmişdir. Yasamal Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsində bununla bağlı qeyd edilmişdir ki, həmin mənzil paylı mülkiyyətdədir və fərdi yaşayış evidir. Əmlaka yerli baxış keçirilib. Videogörüntülərdən görünür ki, fərdi yaşayış evi kimi qeyd edilsə də, fərdi yaşayış evinə aid tələblərə cavab vermir. Belə ki, ümumilikdə 1 evdir, giriş faktiki olaraq ayrıdır. 2 mərtəbəli binadır. Fərdi yaşayış evinin özünə aid həyatyanı sahəsi, torpaq sahəsi olmalıdır, qonşularla eyni olmayan divarları olmalıdır, lakin bunların heç biri yoxdur. Digər paylı mülkiyyətçilərdən bir neçə nəfərlə razılıq əldə edilib və onlar artıq köçürülüb. Onlarla əldə edilmiş razılığa əsasən gələcəkdə tikiləcək binadan onlara mənzil veriləcək. Lakin cavabdeh yaşayış evindən köçürülmədiyi üçün hazırda söküntü işlərinin aparılması mümkün deyil. Cavabdeh öz hüququndan sui-istifadə edərək 40 kv/m sahə üçün 450 min manat kompensasiya tələb edir. Belə olduğu halda digər payçıların da hüquqları pozulur, onlar müqavilə bağlayıb köçsələr də, hələ də binadan mənzil ala bilmirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş paylı mülkiyyətçilərdən 2 nəfərlə müqavilə bağlanılıb. 2 mərtəbəli evdir.
35. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Iddiaçının nümayəndəsinin izahatında bildikləri həqiqəti əks etdirmir. Qonşuluqda 6-7 nəfər var ki, razılıq əldə edilməyib, heç biri köçməyib. Çox adam razı deyil, yüksək məbləğdə kompensasiya tələb edirlər. Mənim evimin çıxarışı, texniki pasportu var, şəxsi əmlakımdır. 100 min manat o evin qiymətindən qat-qat aşağıdır. 35 kv/m ev var ki, həmin ev üçün 180 min manat təklif edirlər. Mən ölçülərlə də razı deyiləm, həyətim də, divarlar da var. Mən 100 min manata necə ev ala bilərəm. Mənim sahəm layihəyə əsasən 147 kv/m-dir. Çıxarışda 72 kv/m-dir. Əlavə artımlar etmişəm. Həmin ərazidə sənədsiz evlər çoxdur. 450 min manat istəyirəm. Ələsgər Ələkbərov küçəsində, yol kənarındadır. Həmin evi 2 daşla, bünövrə ilə özüm tikmişəm. Birinci dəfə mənim evimə gələndə mənim pula ehtiyacım var idi, anam ağır xəstə olduğu üçün az məbləğə razılaşmalı olmuşdum.
36. Iş üzrə üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X24 işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
37. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. IV bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ## ###### 2020-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar iddiaçı tərəfindən fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlanılır. Iş üzrə tərəflər cavabdehə məxsus fərdi yaşayış evinin söküldüyü halda kompensasiya məbləğinə dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
45. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçi Cavabdeh ünvan 3 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, faktiki 70 kv.m. sahədən ibarət mənzilin giriş tərəfindən 30 kv.m hissəsini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən faktiki 70 kv.m. sahədən ibarət mənzilin giriş tərəfindən 30 kv.m hissəsini Şirkət Mülkiyyətçidən təhvil alır və müəyyən edilmiş qaydada Mülkiyyətçiyə 75.000 (yetmiş beş min) manat pul ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müəyyən edilir ki, mənzilin dəyəri Mülkiyyətçinin bank hesabına köçürülür.
46. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı İddiaçı MMC ilə Qiyasova Fərziyə Sulduz qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı MMC və Qiyasova Fərziyə Sulduz qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə etibarsız hesab edilməsi, ##.##.2021-ci il tarixli ** nömrəli Müqavilə üzrə tərəflər İddiaçı MMC və Qiyasova Fərziyə Sulduz qızının ##.##.2021-ci il tarixli ** nömrəli əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaları, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərinin pulla ödənilməsi qət edilmişdir.
47. Kollegiya iddianın rədd edilməsi üzrə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, «Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).
48. Iş materiallarına əsasən müəyyən edilir ki, kompensasiya müqabilində təhvil verilməsi tələb olunan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında bir neçə şəxsin, o cümlədən Cavabdeh qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qızının və digərlərinin adına qeydiyyata alınmışdır.
49. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli (30 kv.m hissəsinin təhvili barədə) müqavilə etibarsız hesab edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində bu müqavilənin daşınmaz əmlak üzrə digər payçıların razılığı olmadan və notarial qaydada deyil, sadə yazılı formada bağlanması (forma və məzmun baxımından etibarsızlıq) qeyd edilmişdir.
50. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə əvvəlki əqd etibarsız hesab edildiyindən, iddiaçının hazırkı tələbi faktiki olaraq həmin paylı mülkiyyətin bir hissəsinə və ya bütövlüyünə yönəldilir. Bu, digər payçıların mülkiyyət hüququna məhdudiyyət qoyulması deməkdir ki, bu da yalnız qanunla müəyyən edilmiş qaydada və bütün payçıların razılığı və ya iştirakı ilə mümkündür. Bütün payçılarla razılıq əldə edilmədiyi halda, evin bütövlükdə boşaldılmasını və sökülməsini tələb etmək qanuni əsaslara söykənmir.
51. Birinci instansiya məhkəməsində məhkəməyə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş digər payçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Rzayeva Ilahə Ilyiç qızı da iddia tələbini qəbul etmədiklərini və iddiaçı ilə razılaşmadıqlarını bildirmişlər.
52. Iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin iddiaçı ilə cavabdeh arasında evin təhvil verilməsi və kompensasiyanın məbləği barədə qarşılıqlı razılıq əldə olunmamışdır.
53. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və II hissələri).
54. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
55. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.
56. Beləliklə ,kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rəşid Səmədov Xumar Mərdanova