Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-984/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi və işə bərpa”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X1, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında imzalanan ##.##.2022-ci il tarixli əmrlə Əmək haqqı ştat cədvəlinə əsasən Yasamal RMİ-nin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi təyin edilmişdir.
2. Cavabdeh 3-13-17-25/Ə ***/**** saylı ##.##.2023-cü il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət elan edilmişdir.
3. Cavabdeh ##.##.2023-cü il tarixdə 3-13-17- **/Ə***/**** nömrəli əmrinə əsasən xidməti postunu tərk etdiyinə, geyim formasının daşınma qaydalarını pozduğuna və üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
4. Yasamal Rayon Mühafizə İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının * saylı ##.##.2023-cü il tarixli protokoluna əsasən Üzərində olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehindən nəticə çıxarmaqla xidmətində dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verməklə, komandir heyətinə məlumat vermədən xidməti postunu dəfələrlə tərk etdiyinə, üzürsüz səbəbdən xidmətə çıxmadığına, etdiyi qəbahətləri qeyri- səmimi qəbul etdiyinə, xidməti vəsiqəsini itirdiyinə və itirməsi barədə komandir heyətinə məlumat vermədiyinə, izahat verməkdən imtina etdiyinə, bununla da DİN-in “Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimafının, DİN-in “Əməkdaşlara, hərbi qulluqçulara və mülki işçilərə xidməti vəsiqələrin verilməsi qaydaları haqqında” Təlimatının və DİN-in “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalan”nın təsdiq edilməsi barədə” qərarının tələblərini pozduğuna görə Yasamal RMl-nin mühafizəçisi İddiaçı hərəkətləri İdarənin Həmkarlar Komitəsinin yığıncağında müzakirəyə çıxarılması məqsədəmüvafiq hesab edilməsi əmr edilmişdir.
5. Əmək qabiliyyətinin olmaması ******* saylı ##.##.2023-cü il tarixli vəsqəsinə əsasən İddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək müalicə olunmuşdur.
6. Cavabdeh ##.##.2023-cü il tarixli rəyinə əsasən - Yasamal Rayon Mühafizə İdarəsinin Həmkarlar Təşkilatının yığıncağında mülki mühafizəçi İddiaçı barəsində qəbul etdiyi qərarın qüvvədə saxlanılması, DİN-in ##.##.2015-ci il tarixli Q-**-***-** nömrəli «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dairTəlimat»ın tələblərini pozaraq geyim formasını daşıma qaydalarını pozduğuna, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyinə, həmçinin ##.##.2023- cü il tarixdə üzürlü səbəb olmadan xidmətə çıxmadığına görə, hissənin yerli Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla Yasamal Rayon Mühafizə İdarəsinin MMX üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir.
7. Cavabdeh *-**-**/****/**** saylı ##.##.2023-cü il tarixli əmrinə əsasən Yasamal Rayon Mühafizə İdarəsinin Həmkarlar Təşkilatının yığıncağının mülki mühafizəçi İddiaçı barəsində qəbul etdiyi qərar qüvvədə saxlanılması, təyin olunduğu postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etməklə mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, geyim formasını daşıma qaydalarını pozduğuna, həmçinin üzürlü səbəb olmadan xidmətə çıxmadığına, bununla da «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın 6.1.1-ci yarımbəndinin, 11.5-ci bəndinin tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə idarənin yerli Həmkarlar Təşkilatının yığıncağının qərarı və qüvvədə olan intizam tənbehləri də nəzərə alınmaqla Yasamal Rayon Mühafizə İdarəsinin Mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir.
8. Cavabdeh 3-13-17/Ə(s/h) ****/**** saylı ##.##.2023-cü il tarixli əmrinə əsasən İddiaçı “ 07” sentyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Bakı şəhəri Yasamal Rayon Mühafizə İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilmişdir.
9. Yasamal Rayon Mühafizə İdarəsinin ##.##.2023-cü il tarixli aktına əsasən İdarənin MMX üzrə mühafizəçisi İddiaçı BMl-nin ##.## 2023-cu ıl tarixli 3- **-**/Ə***/**** nömrəli əmri ilə "Yasamal RMl-nın mühafizəçisi İddiaçıla əmək müqaviləsinə xitam verilməsi barədə", eləcə də BMl-nin ##.## 2023-cü ıl tarixli 3-13- 17/Ə(ş/h) ****/**** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən mühafizəçi vəzifəsindən azad edilməsi barədə əmrləri ilə idarəyə gəlib aidiyyəti uzrə tanış olmaq üçün İdarəyə dəvət olunmuş, lakin, o, gəlməkdən imtina etmişdir. 10.Yasamal Rayon Mühafizə İdarəsinin ##.##.2023-cü il tarixli aktına əsasən İdarənin MMX üzrə mühafizəçisi İddiaçı Baş Mühafizə idarəsindən göndərilmiş əmək kitabçasının ona təhvil verilməsi uçun məlumat göndərilmişdir. Lakin, İddiaçı İdarəyə gəlib əmək kitabçasının götürməsindən imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Idarənin ##.##.2023-cü il tarixli 3-13-17/Ə (ş/h) **** saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməyi və cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni ##.##.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla, Moskva Dövlət Universitetinin Maliyyə-sənaye fakültəsinin məzunudur. ##.##.2022-ci il tarixdə Yasamal Rayon Mühafizə İdarəsinə işləməyə dəvət olunmuş və cavabdehin ##.##.2022-ci il tarixli BMİ-1872ş/h əmri əsasında aralarında əmək müqaviləsi bağlanaraq Yasamal Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilin sentyabr ayında səhhətində baş vermiş xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirmişdir. Bununla bağlı müvafiq sahə həkiminin təsdiq etdiyi, ilk dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair sənədi cavabdehə təqdim etmişdir. Həmin sənədə əsasən o, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək işdən azad edilmişdir. Buna baxmayaraq, xəstəliyi ağırlaşaraq davam etmiş və o, üzrlü səbəbdən ##.##.2023-cü il tarixdə işə başlaya bilməmişdir. Lakin bu üzrlü səbəblərə rəğmən cavabdeh tərəfindən əsassız şəkildə ##.##.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)**** saylı əmri ilə Azərbaycan Respublikasının ƏM-nin 70-cı maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilmişdir. Nəzərə çatdırır ki, işdən azad olunduğu tarixədək o, sınaq müddəti daxilində çalışmış və sınaq müddəti bu tarixədək tamamlanmamışdır. Əgər qeyd etdiyi hal üzrə o, əmək və icra intizamını pozmuş hesab olunursa, Əmək Məcəlləsinin 186-cı maddəsində sadalanan intizam tənbehləri sırasından ilk olaraq daha yüngül tənbeh tədbiri seçilə bilərdi. Lakin cavabdeh idarənin vəzifəli şəxsi tərəfindən barəsində daha yüngül tənbeh tədbiri (töhmət, şiddətli töhmət və s.) seçilməkdən imtina edilərək birbaşa olaraq ən sərt intizam tənbehi seçilmişdir, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İşdən azad edildikdən sonra cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da vəzifəli şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırmış, nəhayət ##.##.2024-cü il tarixdə gecikmə ilə əmək kitabçası ilə birgə ona poçt vasitəsilə təhvil verilmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi" barədə əmrlə tanış olmamışdır və ona əmək qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Beləliklə, uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Gənc yaşında əmək fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilmişdir. Belə ki, ƏM-nin müvafiq maddəsi əsasında əsassız olaraq işdən azad edildiyi üçün başqa müəssisələrdə də işə qəbul edilmir. Qeyd edir ki, hazırda çıxılmaz vəziyyətdədir.
13. Cavabdeh Cavabdeh nümayəndəsi iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Yasamal RMI-nin sabiq mülki mühafizəçisi İddiaçı qüvvədə olan intizam tənbehlərindən müsbət nəticə çıxararaq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək ##.##.2023-cü il tarixdə xidmətin aparılması vəziyyəti öyrənilərkən geyim formasının daşınma qaydalarını pozduğu, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyi müəyyən edilmiş, həmçinin İddiaçı ##.##.2023-cü il tarixdə üzrlü səbəb olmadan xidmətə çıxmadığından dəfələrlə telefona cavab vermədiyindən, valideyini ilə əlaqə saxlanılmış və sonuncu oğlunun harada olması barədə məlumatsız olduğunu bildirmişdir. Qeyd olunanlar müvafiq qaydada sənədləşdirilmişdir. Faktla bağlı, aparılan araşdırma zamanı təkrarən İddiaçı valideyini ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq Baş Mühafizə İdarəsinə dəvət edilsə də, müxtəlif bəhanələr gətirərək gəlməmişdir. Xidmətdə yol verdiyi nöqsanlarla bağlı mülki mühafizəçi İddiaçı qəbahətləri idarənin yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş və geyim formasını daşınma qaydalarını pozduğuna, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyinə, ##.##.2023-cü il tarixdə üzürlü səbəb olmadan xidmətə çıxmadığına, bununla da Azerbaycan Respublikasi DINin ##.##.2015-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın 6.1.1-ci yarımbəndinin, 11.5-ci bəndinin tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilərək BMİ-nin ##.##.2023-cü il tarixli, *-**-**/Ə***/**** nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmçinin İddiaçı işlədiyi dövr ərzində müxtəlif vaxtlarda Yasamal RMİ tərəfindən ##.##.2023-cü il tarixdə *-**-**- **/Ə***/**** nömrəli əmrlə üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “töhmət” və ##.##.2023-cü il tarixdə *-**-**-**/Ə***/**** nömrəli əmrlə xidməti postunu tərk etdiyinə, geyim formasının daşınma qaydalarını pozduğuna və üzürsüz səbəbdən xidmətə çıxmadığına görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Göründüyü kimi İddiaçı Yasamal Rayon Mühafizə İdarəsində işləyərkən 2 dəfə intizam tənbehinə cəlb edilmiş, lakin heç bir nəticə çıxarmamışdır.
14. Cavabdehin nümayəndəsi, həmçnin, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, Yasamal RMİ-nin sabiq mülki mühafizəçisi İddiaçı ##.##.2023cü il tarixdə xidmətin aparılması vəziyyəti öyrənilərkən geyim formasının daşınma qaydalarını pozduğu, xidməti postu komandir heyətinə məlumat vermədən özbaşına tərk etdiyi müəyyən edilmiş, həmçinin İddiaçı ##.##.2023-cü il tarixdə üzrlü səbəb olmadan xidmətə çıxmadığından onunla dəfələrlə telefona cavab vermədiyindən BMİ-nin ##.##.2023-cü il tarixli, *-**-**/Ə***/**** nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yasamal RMİ-nin əməkdaşları tərəfindən əmək kitabçasının verilməsi və əmək müqaviləsinə xitam olunması barədə əmrlə tanış edilməsi üçün dəfələrlə İddiaçı həmin idarəyə dəvət edilsə də gəlməmiş və bununla bağlı 15 sentyabr və ## ####### 2023-cü il tarixlərdə aktlar tərtib edilmişdir. Daha sonra ##.##.2024-cü il tarixdə İddiaçı əmək kitabçasını Yasamal RMİ-nin inzibati binasında qəbzlə təhvil almışdır. ##.##.2025-ci il tarixdə İddiaçı işə yenidən bərpa olunması məqsədilə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən iddia müddətini ötürmüşdür. Şərh olunanlar və sadalanan qanunvericilik aktlarına əsasən iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı “əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iddiası üzrə müddət ötürüldüyü üçün iddiasının təmin edilməməsini xahiş etmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4226/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələbinə (əmrin ləğv edilməsi, işə bərpa) ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab etmişdir.
17. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə xitam verilmiş, iddiaçı həmin tarixdə işdən azad edilməsini bilmiş (hətta məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq oğluna ##.##.2023-cü il tarixdə işə gəlməməsi barədə məlumat verildiyini bildirmişdir), iddiaçı ##.##.2025-ci il tarixdə hələ Bakı İnzibati Məhkəməsinə bərpa tələbinə dair iddia ilə müraciət edərkən 1 aylıq müddəti ötürmüşdür. Halbuki ##.##.2023-cü il tarixdən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. İddiaçı məhkəməyə gec müraciət etməsinin səbəbi kimi, ümumi məhkəməyə müraciət etməzdən əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini göstərməklə müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini sübut etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı həmin məhkəməyə müraciət edərkən də müddəti ötürmüşdür.
18. Bundan başqa iddiaçı iddia ərizəsində əmək kitabçasının ona gec -##.##.2024-cü il tarixdə verildiyinə də istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia üzrə irəli sürülmüş “məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinin işə bərpa tələbinə münasibətdə törəmə tələb olması və onun təmin edilibedilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilibedilməməsindən
19. asılı olması onların da rədd edilməsini şərtləndirir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (a), 70 (ç), 71.2, 296.2, 296.3, 296.6-cı maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 və 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçası ona yalnız ##.##.2024-cü il tarixdə, cavabdehin uzun müddət davam edən süründürməçilik hərəkətlərindən və yalnız rəsmi yazılı müraciətlərindən sonra təqdim edilmişdir. Əmək kitabçasını əldə etdikdən dərhal sonra – ##.##.2025-ci il tarixdə (1 ay ərzində) Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət etmişdir. Bu addımın cavabdehin dövlət orqanı olması, hüquqi savadının olmaması, hüquqlarını qorumaq niyyəti ilə bağlı olmuşdur. Bakı İnzibati Məhkəməsi iddianı düzgün məhkəmə aidiyyəti üzrə verilməməsi səbəbilə mümkün saymamışdır. Qərarda şikayətinin ümumi məhkəmədə baxılmalı olduğu izah edilmiş, bundan sonra prosessual qaydalara riayət edərək ümumi məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, müddətin bərpasına dair təqdim etmiş olduğu vəsatətdə bu nüansları vurğulamış olsa da, məhkəmə tərəfindən birtərəfli mövqedən qiymətləndirilmişdir. Ali hüquq təhsilinin olmadığını nəzərə alaraq, bu iddianı məhkəmə aidiyyətini düzgün seçməməklə qaldırmış olmağı mümkün haldır. Lakin o, İnzibati Məhkəmənin yardım etmək vəzifəsindən istifadə edərək düzgün aidiyyət üzrə istiqamətlənmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin ötürüldüyünə dair mövqeyini qəbul edərkən əmək kitabçasının faktiki təqdim olunma tarixinin hüquqi əhəmiyyətini düzgün qiymətləndirməmişdir. Əmək kitabçası ona yalnız ##.##.2024-cü il tarixdə, cavabdehin uzun müddət davam edən süründürməçilik hərəkətlərindən və yalnız rəsmi yazılı müraciətlərindən sonra təqdim edilmişdir. Məhz həmin tarixdə o, işdən azad edilməyinin dəqiq hüquqi əsasını, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad edildiyini, hüququnun hansı formada pozulduğunu obyektiv olaraq öyrənmişdir. Bu hal Əmək Məcəlləsinin 296.3-cü maddəsinin birbaşa tətbiq sahəsinə daxildir və məhkəmənin bu normanı formal və dar şərh etməsi qanunun məqsədinə ziddir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki guya o, işdən azad edildiyi günü bildiyi üçün iddia müddəti həmin tarixdən başlamalı idi. Bu mövqe qanunvericiliyin mövqeyinə ziddir. Əmək Məcəlləsinin 296.3-cü maddəsi açıq şəkildə müəyyən edir ki, hüququn pozulduğu gün: işçiyə əmrin, əmək kitabçasının və ya haqq-hesab sənədlərinin verildiyi gündür. Məhkəmə isə bu normanı subyektiv fərziyyələrlə əvəz etmiş, guya işçinin faktiki olaraq işə getməməsini hüquqi məlumatlanma kimi qiymətləndirmişdir. Halbuki: işə çıxmamaq əmrin hüquqi əsasını bilməklə eyniləşdirilə bilməz; işçi maddə, əsas, hüquqi nəticələr barədə rəsmi məlumat almalıdır. Tələbində cavabdeh idarənin ##.##.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)**** saylı əmrinin ləğv edilməsi ilə yanaşı işə bərpa edilməyi və cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni ##.##.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqımın hesablanaraq ödənilməsi də yer almışdır. Hesab edir ki, burada maddi tələb də mövcud olduğundan iddia müddəti bu mövqedən qiymətləndirilməmişdir. O, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edilməmişdir; ona əmrin surəti təqdim edilməmişdir; Əmək kitabçası qanunla nəzərdə tutulmuş vaxtda verilməmişdir, süründürməçiliyə məruz qalmışdır; İşdən azad edilmənin hansı hüquqi əsasla aparıldığı ona bildirilməmişdir. Cavabdehin məhkəmə iclasında guya atasına zəng etməkləri və onu axtarmalarına dair vermiş olduğu uydurma ifadələr, eləcə də sənədlərinin təqdim edilməsi məqsədilə etmiş olduqları çağırışlar cəfəngiyyatdan ibarət olmaqla, iş materiallarında olan heç bir sənəd-sübutla təsdiqini tapmamışdır. Belə ki, qarşı tərəf qeyd etmiş olduğu “faktı” özü təsdiq etməyə borclu olduğu halda bunu etməmiş, birinci instansiya məhkəməsi də bu cəfəngiyyat fikirlərə istinad etməklə bu sübutsuz “faktı” qətnamənin əsaslandırma hissəsində qiymətləndirmişdir. Heç bir izahatı alınmadan, hətta intizam tənbehlərindən xəbərdar olmadan barəsində tənbeh əmrləri çıxarılmış və ona təqdim edilməmişdir. Cavabdeh tərəfin təqdim etmiş olduqları etirazda qeyd edilmişdir ki, işçi İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının ƏM-nin 70cımaddəsinin “Ç” bəndinə əsasən azad edilməsinə dair 3-13-17/Ə (ş/h)**** saylı əmr ##.##.2023-cü il tarixdə qəbul edilmişdir. Cavabdehin etirazda bir neçə sətrdə qeyd etdiyi ##.##.2025-ci il tarixi məhz iddiaçının səhhətində baş vermiş xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxta təsadüf edir. Bununla bağlı müvafiq sahə həkiminin təsdiq etmiş olduğu, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair sənədə əsasən, o, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək işdən azad edilmişdir. Amma əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin məzumuna uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
30. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
31. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
32. 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.
33. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
34. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
35. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
36. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
38. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
39. 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
40. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
41. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi faktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
42. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
43. 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
44. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
45. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
47. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
48. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
49. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ##.##.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, işdən çıxarılması ilə bağlı cavabdeh tərəfindən barəsində çıxarılmış ##.##.2023-cü il tarixli 3-13-17/Ə (ş/h) **** saylı əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının verilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olduğunu bildirərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
52. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianın istinad etdiyi əsas ilə rədd edilməli olması barədə mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, işə baxan məhkəmə düzgün olaraq işin həllinə əmək qanunvericiliyində iddia müddətinin tətbiqi məsələsinə dair müəyyən edilmiş qaydada yanaşmışdır.
53. Həmin qaydaya görə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda mübahisəyə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən hüquqi qiymət verilməli, müddətin ötürülməsi halı müəyyən edildiyi təqdirdə isə, mübahisə tərəfinin müvafiq ərizəsinə əsasən iddianın iddia müddətinin keçməsi səbəbilə rədd edilməsi barədə nəticəyə gəlinməlidir.
54. Bu səbəbdən, iddia müddətinin tətbiqi məsələsinə qiymət verdikdən və iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəb olmadan ötürüldüyünü müəyyən etdikdən sonra iddia tələblərinin mahiyyəti üzrə araşdırmaya keçməyən birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq bu nəticəyə gəlmişdir.
55. İş materiallarından da həqiqətən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüş, iddia müddətinin üzrlü səbəblərdən ötürüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
56. Belə ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tərəfindən də iddiaçının ##.##.2023-cü il tarixindən işə getmədiyi təsdiq edilmişdir. Məhkəmə kollegiyası iddiaçının ##.##.2023-cü il tarixdən etibarən işə üzrlü səbəb olmadan çıxmamasının nəticəsinin intizam tənbehinin tətbiq edilməsi və əmək münasibətlərinə məhz bu əsasla xitam verilməsi ilə nəticələnəcəyini bilməməsi barədə dəlilini inandırıcı hesab etmir.
57. Çünki iddiaçının işlədiyi dövr ərzində ona Yasamal RMİ tərəfindən ##.##.2023-cü il tarixdə *-**-**-**/Ə***/**** nömrəli əmrlə üzrsüz səbəbdən xidmətə çıxmadığına görə “töhmət” və ##.##.2023-cü il tarixdə *-**-**-**/Ə***/**** nömrəli əmrlə xidməti postunu tərk etdiyinə, geyim formasının daşınma qaydalarını pozduğuna və üzrsüz səbəbdən xidmətə çıxmadığına görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Göründüyü kimi iddiaçı Yasamal RMİ-də işləyərkən iki dəfə intizam tənbehinə cəlb edilmişdir.
58. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmək münasibətlərinə xitam verilməsindən iddiaçının məlumatlı olması və iddia müddətinin axımına həmin tarixdən başlanılması ilə bağlı gəldiyi qənaət ilə razılaşır.
59. İddiaçı məhkəməyə gec müraciət etməsinin səbəbi kimi, ümumi məhkəməyə müraciət etməzdən əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini göstərməklə iddia müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verdiyini sübut etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı həmin məhkəməyə müraciət etdiyi zaman artıq qanunvericiliklə müəyyən edilmiş iddia müddəti keçmişdir. İddiaçının istinad etdiyi halların iddia müddətinin axımının başladığı gündən etibarən ümumi məhkəməyə müraciət etməsinə mane olan, iradəsindən asılı olmayan və obyektiv xarakter daşıyan hallar olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan onu inzibati məhkəməyə müraciət etməsinin artıq ötürülmüş iddia müddətinin dayandırılmasının səbəbi kimi nəzərə alına bilməz.
60. Bundan başqa iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə istinadına münasibətdə isə qeyd edilməlidir ki, iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi gün” anlayışının məzmunu da müəyyən edilmişdir. Belə ki, bu anlayış dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi; 2. əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə); 3. əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün – işçinin hüququnun pozulmasının aşkar edildiyi gün sayılır.
61. Göründüyü kimi, əmək mübahisələri üzrə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir. Yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı hüquqlarının pozulması barədə daha əvvəl məlumatlı olmuşdur. Bu halda, iddia müddətinin axımının başlanğıcının iddiaçının əmək kitabçasını aldığı tarixlə əlaqələndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
62. Belə ki, əmək kitabçasının təqdim edilməsi hüququn pozulmasının aşkar edildiyi anı müəyyən edən əsas meyar deyil və yalnız texniki xarakter daşıyır. İddia müddətinin başlanğıcı isə işçinin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu obyektiv tarixdən hesablanmalıdır. Əmək kitabçasının daha sonra alınması hüququn pozulmasının baş verdiyi və ya aşkar edildiyi anı dəyişmir və iddia müddətinin başlanğıcına təsir etmir.
63. Bu səbəbdən, iddia müddətinin ##.##.2024-cü il tarixdən hesablanması barədə iddiaçının mövqeyi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
64. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim olunmuş sübutlar düzgün araşdırılmış, onlara mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş və düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər, o cümlədən formal xarakterli etirazlar və işin faktiki hallarına dair iddialar, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4226/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev