Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-989/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Rüstəmli Məhəmməd Əli oğlu (sədrlik edən və məruzəçi), Abdıyev Fuad Vilayət oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaş və yuxarı olan şəxslərin sertifikatlaşdırma imtahanında iştirakının könüllü olması əsas götürülərək, məcburi sertifikatlaşdırma imtahanında iştirak etməməyi barədə qərarı nəzərə alaraq ##.##.2025-ci il tarixli işdən azad etmə əmrinin ləğv edilməsini, işə bərpa edilməsi barədə qərar qəbul edilməsini və mediasiya ilə bağlı ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə qərar verilməsini xahiş etmişdir.
2. Cavabdeh Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbinin direktoru nümayəndə2 iddiaya etirazını məhkəməyə təqdim edərək, məktəb direktorunun müəllimlərin sertifikasiya prosesinə cəlb olunması, azad edilməsi və yaxud əmək müqviləsinə xitam verilməsində heç bir səlahiyyəti olmadığını, ona qarşı olan bu iddiaları qəbul etmədiyini bildirərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasinin Elm Və Təhsil Nazirliyi Yaninda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçı Fərzəliyevə Yeganə Nadir qızının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2- **F/**** nömrəli ## #### 2025-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, əvvəlki işinə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin, cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Oruclu) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbinin ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilərək iş məhkəmənin icraatına qəbul edilmiş və işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İş materiallarından görünür ki, iddiaçının tələbi cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli əmrinin ləğv edilməsi, həmin məktəbdə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının ödənilməsi barədədir.
11. İddiaçı daha sonra birinci instansiya məhkəməsinə yazılı formada müraciət edərək Azərbaycan Respublikasinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etsə də, həmin cavabdehə qarşı hansı tələb irəli sürdüyünü göstərməmişdir.
12. Halbuki, mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir.
13. Göründüyü kimi, iddiaçı tərəfindən Agentlik iş üzrə formal olaraq cavabdeh qismində cəlb edilmiş, ona qarşı hər hansı iddia tələbi yönəlməmişdir.
14. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ilə də Agentliyin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.
15. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Agentlik tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyil.
16. Kollegiya mülki-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunduğundan apellyasiyanın mümkünlüyü barədə ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiyanın mümkünlüyü barədə ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmaqla, iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev GünayAxundova