Məhkəmə qərarları › İş №2(3-6)-995/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-995/2026

07.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-995/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaxxxxı X1 cavabdeh “xxxx” Axxxxıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Axxxxar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üxxxxün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəxxxxi), X6 və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar xxxxingiz qızının katibliyi, İddiaxxxxı İddiaxxxxı, Cavabdehin nümayəndəsi Məhərrəmova İlahə Vaqif qızının iştirakı ilə, İddiaxxxxı İddiaxxxxı cavabdeh “xxxx” ASC-yə qarşı “əmrin ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaxxxxı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “xxxx” ASC ilə İddiaxxxxı arasında ##.##.2022-ci il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, işxxxxi «xxxx» ASC/Göyxxxxay filialı/Xidmət bölməsi/Kasa üzrə, Əsas, baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.

2. İddiaxxxxı tərəfindən “xxxx” ASC-nin İdarə heyətinin sədrinə ünvanlanmış ##.##.2025-ci il tarixli izahatda qeyd edilmişdir ki, “2010-cu il tarixdən xxxxda xxxxalışıram. Səmimi olaraq etiraf etmək istəyirəm ki, ##.##.2025-ci il tarixdə müştəri Salmanov Natiq tərəfindən alqı-satqı üzrə ödənilmiş 40.000 vəsaiti sayarkən vəsaitin 100 manatını yerə atdım, müştəriyə vəsaitin əskik olduğunu bildirdim. Müştəri narazılıq etdi. Sonradan müdir tərəfindən kamera görüntüsü vasitəsilə həmin vəsait yerdən tapılıb kassaya qoyuldu. Bundan əvvəl belə bir nexxxxə hal baş vermiş pul sayılan zaman pulu yerə atıb sonradan gün sonu kassadan xxxxıxarmışam. Buna misal olaraq 04 iyul tarixdə müştəri tərəfindən ödənilən 80.000 manat vəsaiti sayarkən müştərinin pulunun yüz manatını yerə atıb sonradan xxxxıxarmışam kassadan. Gün sonu həmin pulları stolun arxasından götürüb kassadan xxxxıxarmışam. Etdiyim əməllərə görə peşmanam. Bu kimi hallara gələcəkdə yol verməyəcəm. Xahiş edirəm məni bağışlayasız. Əlavəm yoxdur. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. İzahat alınarkən mənə qarşı hexxxx bir təzyiq göstərilməyib. İzahatı öz imzamla təsdiq edirəm”.

3. “xxxx” ASC-nin İdarə heyətinin sədrinin müavini tərəfindən “xxxx” ASCnin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Göyxxxxay filialının Xidmət bölməsinin Kassa üzrə baş mütəxəssisi İddiaxxxxı ilə bağlanmış əmək müqavilələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud şəkildə pozduqlarına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.

4. “xxxx” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin iclasının ** №li, ##.##.2025-ci il tarixli protokolundan xxxxıxarışdan görünür ki, “xxxx” ASCnin Göyxxxxay filialının Xidmət bölməsinin Kassa üzrə baş mütəxəssisi İddiaxxxxı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən (vəzifə öhdəliklərinin kobud şəkildə pozulması) rəsmiləşdirilməklə xitam verilməsinin məqbul hesab edilməsi qərara alınmışdır.

5. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **** №-li əmrində qeyd edilmişdir ki, Bankın Göyxxxxay filialının Xidmət bölməsinin Kassa üzrə baş mütəxəssisi İddiaxxxxı qanunvericiliyi və Bankın daxili təlimatlarını kobud şəkildə pozaraq öz əmək funksiyasını və vəzifə öhdəliklərini yerinə yetirməmiş, Bankın qanunla qorunun mənafelərinə ziyan vurmuşdur. Daxil olmuş şikayətə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, əməkdaş İddiaxxxxı ##.##.2025-ci il tarixdə müştəri (Natiq Salmanovun) alqı-satqı əməliyyatlarının icrası zamanı müştəri tərəfindən kassaya təqdim edilmiş vəsaiti sayarkən ümumi məbləğdən bir ədəd yüz manatlıq əskinazı və ##.##.2025-ci il tarixdə müştəri (Fatimə Əlizadənin) alqı-satqı əməliyyatının icrası zamanı müştəri tərəfindən kassaya təqdim edilmiş vəsaiti sayarkən ümumi məbləğdən bir ədəd yüz manatlıq əskinazı gizli şəkildə mənimsədiyi məlum olmuşdur. Belə ki, müştəri Natiq Salmanov vəsaitin əskik olduğunu əməkdaşa bildirmişdir, əməkdaş isə vəsaiti pul sayan maşına daxil edərək səhvlik olmadığını bildirmişdir, müştəri isə bu halın artıq bir nexxxxə dəfə təkrarlandığından şikayət edərək kassanın axxxxılmasını tələb etmiş və nəticədə yüz manatlıq vəsait yerdən tapılmışdır. Daha sonra Təhlükəsizlik departamentinin Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsi tərəfindən video-müşahidə kamerası vasitəsilə baxış kexxxxirilərkən müəyyən olunmuşdur ki, əməkdaş İddiaxxxxı hər iki halda müştərilər tərəfindən vəsait təqdim edilərkən bir ədəd yüz manatlıq əskinazı yerə ataraq, yanındakı şkafın altına gizlətmiş və 1 gün sonra əskinazı götürmüşdür. Həmxxxxinin, əməkdaş tərəfindən təqdim olunmuş yazılı izahatında bu kimi əməlləri daha əvvəl müxtəlif tarixlərdə və digər müştərilərə qarşı da bir nexxxxə dəfə həyata kexxxxirdiyini etiraf etmişdir. Bu hərəkəti ilə əməkdaş əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud surətdə pozmuş, həmin pozuntular nəticəsində işəgötürənin və müəssisənin qanuni mənafeyinə, Bankın işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Beləliklə, Göyxxxxay filialının Xidmət bölməsinin Kassa üzrə baş mütəxəssisi İddiaxxxxı tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində bankın qanuni mənafeyinə həmxxxxinin işgüzar nüfuzuna ciddi xələl gətirilməsi onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən işdən azad edilməsi üxxxxün əsasdır. Əmr edilmişdir ki, İddiaxxxxı – Bankın Göyxxxxay filialının Xidmət bölməsinin Kassa üzrə baş mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə) ## ###### 2025-ci il tarixdən xitam verilsin. İddiaxxxxı avans olaraq istifadə edilmiş 2,8 təqvim günü məzuniyyət günü müvafiq qaydada ondan tutulsun. Göyxxxxay filialının Xidmət bölməsində bir vahid Kassa üzrə baş mütəxəssis ştatı ləğv edilsin. Əmrin verilməsinə əsas «xxxx» ASC-nin İntizam Komissiyasının ##.##.2025-ci il tarixli (** №-li protokol) və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin ## ###### 2025-ci il tarixli (** №-li protokol) iclaslarının qərarı, əməkdaşın izahatı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaxxxxı İddiaxxxxı oğlu cavabdeh “xxxx” ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə “xxxx” Axxxxıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri adından imzalanmış ##.##.2025-ci il tarixli, ****-k nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaxxxxı İddiaxxxxı “xxxx” ASC-nin Göyxxxxay filialında Kassa üzrə baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, habelə, iddiaxxxxının məcburi iş buraxma müddətinə görə orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaxxxxı tələbini belə əsaslandırmışdır ki, o, ## ####### 2010-cu ildən etibarən “xxxx” ASC-də əmək fəaliyyətinə başlamış və indiyədək 15 ildən artıq müddətdə bankın Göyxxxxay filialında kassa üzrə baş mütəxəssis vəzifəsində xxxxalışmışdır. Bu illər ərzində əmək fəaliyyətini fasiləsiz davam etdirmiş, əmək vəzifələrini vicdanla və məsuliyyətlə yerinə yetirmişdir. İş fəaliyyəti dövründə onun barəsində hexxxx bir intizam tənbehi tətbiq edilməmiş, hər hansı qanun pozuntusuna yol verməmiş, əmək intizamına hər zaman riayət etmişdir. 2025-ci ilin avqust ayında “xxxx” ASC tərəfindən verilmiş ****k nömrəli ##.##.2025-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrdə guya onun əmək funksiyalarını kobud şəkildə pozduğu, bankın qanuni maraqlarına ziyan vurduğu göstərilmişdir. Halbuki o, 15 il ərzində bankın eyni filialında xxxxalışmış, kollektivin və rəhbərliyin etimadını qazanmış, xidməti ilə bankın nüfuzuna və müştərilərlə münasibətlərinə yalnız müsbət təsir göstərmişdir. Onun barəsində “kobud pozuntu” əsası ilə belə bir qərarın qəbul edilməsi həqiqətə və işin faktiki hallarına uyğun deyildir. İşdən azad edilmə ilə bağlı qərarın qəbulundan sonra o, “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun olaraq mübahisəni mediasiya qaydasında həll etmək üxxxxün “Bakı ** saylı Mediasiya Təşkilatı”na müraciət etmişdir. Mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh tərəf – “xxxx” ASC – mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Bu barədə ##.##.2025-ci il tarixli MSB/**/****-***** saylı mediasiya arayışı tərtib edilmişdir. “xxxx” ASC tərəfindən iddiaxxxxının işdən azad edilməyi barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, ****-k nömrəli əmrdə göstərilən əsaslar əsassız və qanunsuzdur, həmxxxxinin Əmək Məcəlləsinin tələblərinə zidd olaraq qəbul edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə görə əmək müqaviləsinə xitam yalnız o halda verilə bilər ki, işxxxxi öz əmək funksiyasını vəzifə borclarını kobud şəkildə pozsun. “Kobud pozuntu” anlayışı hüquqi təcrübədə yalnız işxxxxinin qəsdən və ya aşkar səhlənkarlıqla işəgötürənin və ya mülkiyyətxxxxinin qanuni mənafelərinə ciddi zərər vurduğu halları əhatə edir. İddiaxxxxı barəsində belə hallar mövcud deyildir. Onun fəaliyyətində nə müştəriyə, nə bankın əmlakına, nə də bankın işgüzar nüfuzuna zərər vuracaq hərəkət qeydə alınmamışdır. Əksinə, onun 15 ildən artıq qüsursuz əmək fəaliyyəti, işində məsuliyyətli davranışı və intizamlılığı bank rəhbərliyi tərəfindən də uzun illər boyu dəyərləndirilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işxxxxinin əmək funksiyasını pozmasına görə işəgötürən tərəfindən tədbir görülərkən pozuntunun xarakteri, işxxxxinin əvvəlki davranışı, əmək intizamına münasibəti və iş stajı nəzərə alınmalıdır. Bu maddənin tələbləri gözlənilmədən iddiaxxxxı ilə əmək münasibətlərinə xitam verilməsi maddi hüquq normalarının pozulması deməkdir. Bundan başqa, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş, məzuniyyətdə və ya ezamiyyətdə olan işxxxxilərlə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Onun işdən azad olunduğu vaxtda əmək qabiliyyəti məhdud olmuş, bu barədə tibbi arayış təqdim edilmişdir. Həmxxxxinin, Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, işxxxxi əmək münasibətlərində işəgötürənə nisbətən iqtisadi baxımdan zəif tərəf olduğuna görə məhkəmələr işəgötürənin birtərəfli sərəncamlarına xüsusi diqqətlə yanaşmalıdırlar. İddiaxxxxı barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, ****-k nömrəli əmrdə göstərilmiş əsas tamamilə həqiqətə uyğun deyil. Həmin əmrdə guya o, iki nəfərə qarşı qanun pozuntusuna yol vermiş kimi qeyd edilmişdir. Halbuki belə hadisə ümumiyyətlə baş verməmiş, o, həmin şəxslərə qarşı hexxxx bir qanunsuz və ya intizam pozuntusu xarakterli hərəkət etməmişdir. İşəgötürən bu barədə hexxxx bir xidməti araşdırma aparmadan, həmin iki nəfər şəxsin izahatını almadan, sırf subyektiv mülahizələrə əsaslanaraq belə bir əmr imzalamışdır. Bu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndi ilə müəyyən olunmuş “əmək funksiyasını və vəzifə borclarını kobud şəkildə pozma” anlayışının hüquqi məzmununa qətiyyən uyğun gəlmir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, işəgötürən intizam tənbehi və ya əmək müqaviləsinə xitam verməzdən əvvəl pozuntunun xarakterini, işxxxxinin əvvəlki davranışını, əmək intizamına münasibətini və stajını nəzərə almalı, obyektiv araşdırma aparmalıdır. İddiaxxxxının işində bu tələblər hexxxx bir halda yerinə yetirilməmişdir. Bundan əlavə, əmrdə adı xxxxəkilən həmin iki şəxs məhkəmə iclasına şahid qismində xxxxağırılaraq ifadə verməli, guya onlara qarşı hər hansı qanun pozuntusuna yol verdiyi barədə iddiaların əsassız olduğu təsdiqlənməlidir. Bu, əmrin tamamilə əsassız, sübutsuz və formal xarakter daşıdığını bir daha sübut edir. “xxxx” ASC tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli ****-k nömrəli əmrin hüquqi əsası yoxdur, iddiaxxxxının uzunmüddətli qüsursuz əmək fəaliyyəti, ailə vəziyyəti və sosial vəziyyəti nəzərə alınmadan qəbul edilmişdir. Bu səbəbdən əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməyi üxxxxün hüquqi əsaslar mövcuddur.

8. Şahid qismində cəlb edilmiş X5 bankda pul əskik oldu deyə səs-küy saldığını, sonra pulu tapıb verdiyini bildirdi.

9. Şahid qismində cəlb edilmiş Əliyev Laxxxxın İsrayıl oğlu bildirdi ki, ev aldıqda 81.000 manat vermiş, iddiaxxxxı ona 300 manat artıq olduğunu deyərək qaytarmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia rədd edilmişdir.

11. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, məhkəməyə təqdim edilən video görüntülərdən görünür ki, iddiaxxxxı bilərəkdən pul vəsaitini ayırır və yerə atır. Müştəri isə pul məbləğini dəqiq sayıb verdiyi üxxxxün mübahisə edir. Şikayət sonrasında otağa baxış kexxxxirilir və bir ədəd yüz manatlıq pul əsginası yerdən tapılır. Bu hadisədən bir gün sonra iddiaxxxxıya izahatın məcburi, diktə edilməklə yazdırıldığı barədə iddiaxxxxının mülahizəsini məhkəmə əsaslı hesab etməmişdir. İddiaxxxxının bunu sübut edəcək hexxxx bir dəlili olmamaqla yanaşı, izahatı niyə görə məcburi yazdığına dair ağlabatan mülahizə məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab eetmişdir ki, iddiaxxxxının qəsdən pulu yerə atması sadəcə ondan faydalanmaq (özü və ya başqası üxxxxün) məqsədi daşıya bilər. Yəni pulun əskik olması barədə müştəriyə məlumat verdikdə müştəri şikayət etsə də, etməsə də iddiaxxxxının hərəkətinin uğurlu və ya düzgün hərəkət hesab etmək ədalətsiz olmaqla, hüquq qaydasının əhəmiyyətini aradan qaldırar. Qeyd olunan hərəkət işxxxxinin əmək funksiyalarını pozmasıdır. Müştəriyə məxsus pul vəsaitinin hər hansı üsulla mənimsənilməsinin əmək funksiyasının pozuntusu olması məsləsi mütləq deyildir ki, əmək müqaviləsində göstərilsin. Hər kəsə məlum olan pozuntu olduğu üxxxxün əmək müqaviləsində “bu hərəkəti etmək olmaz” qeyd edilməsi zərurəti yoxdur.

12. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, X4 Mahmud oğlu bankda pul əskik oldu deyə səs-küy saldığını, sonra pulun tapılıb verildiyini bildirmişdir. Qeyd olunan hadisənin iş ahənginin pozulmasına səbəb olması, hansı ki, müştəriyə göstərilən xidmətin vaxtının uzanması, səs-küy salınması, rəhbər şəxsin məsələni araşdırması kimi hallar iş ahənginin pozulmasını təsdiq edir. Eyni zamanda, işxxxxinin xidmət göstərilməsinə mənfi təsir edən hərəkətlərinin (digər müştərilərin gözləməsi və s.) işəgötürənin işgüzar nüfuzuna ziyan vurması mübahisəsizdir. Digər şahid Əliyev Laxxxxın İsrayıl oğlu ev aldıqda 81.000 manat ödəniş edildiyini, iddiaxxxxının verilən pulun 300 manat artıq olduğunu deyərək geri qaytardığını bildirmişdir. Qeyd olunan hal, iddiaxxxxının əmək funksiyalarını düzgün yerinə yetirmədiyini sübut edən hal deyil. Halbuki, kamera görüntülərində iddiaxxxxının pul vəsaitlərini sayarkən, digər görüntüdə etdiyi qaydada pul vəsaitini yerə atması aşkar edilir. İddiaxxxxının məcbur yazdırıldığını iddia etdiyi izahat da işin faktiki halları və kamera görüntüləri ilə mütənasiblik təşkil edir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 11-ci maddənin “a”,”b”,”c”,”d”, 68.1, 68.2 “b”, 70 “xxxx”, 71.2, 79, 186.1, 186.2 “a”, “b”, “xxxx”, 186.3, 297, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 80, 88, 107, 119.1 və 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakxxxxılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaxxxxı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə məhkəmə əsaslandırır ki, guya video görüntülərdən iddiaxxxxının “bilərəkdən pul vəsaitini ayırıb yerə atması” görünür. Halbuki məhkəmə iclasında videoyazıya birgə baxılarkən belə bir nəticəni qəti və birmənalı şəkildə müəyyən etmək mümkün olmamışdır. Videogörüntülərdən pulun qəsdən gizlədilməsi, sistemli şəkildə şkaf altına atılması və ya mənimsəmə niyyəti ilə yerə atılması faktı axxxxıq şəkildə görünmür. Məhkəmə isə görüntülərdən xxxxıxarıla bilməyən bir nəticəni ehtimal formasında qəbul edərək onu sübut olunmuş hal kimi qiymətləndirmişdir. Bu isə MPM-nin 88-ci maddəsinin tələblərinə ziddir, xxxxünki sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verilməlidir və hexxxx bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, iş materiallarında mənimsəmə faktı sübut olunmamışdır. X4 ifadəsində bildirmişdir ki, pulun əskikliyi ilə bağlı mübahisə yaranmış, lakin pul tapılaraq müştəriyə qaytarılmışdır. Digər şahid Əliyev Laxxxxın isə axxxxıq şəkildə göstərmişdir ki, 81.000 manat ödəniş etmiş, iddiaxxxxı artıq verilmiş 300 manatı özü sayaraq geri qaytarmışdır. Bu fakt birbaşa göstərir ki, ortada nəinki mənimsəmə yoxdur, əksinə artıq vəsait müştəriyə qaytarılmışdır. Şahid ifadələri ilə təsdiq olunmuş hallara baxmayaraq, məhkəmə bu sübutları düzgün hüquqi qiymətləndirməmiş və izahatdakı etirafa üstünlük vermişdir. Məhkəmə iddiaxxxxının yazılı izahatını əsas sübut kimi qəbul etmişdir. Halbuki həmin izahatın könüllü verilməsi mübahisəlidir və izahatın məzmunu iş üzrə digər sübutlarla uzlaşmır. İzahatda guya pulun mənimsənildiyi qeyd olunsa da, məhkəmədə dindirilmiş şəxslərin ifadələrindən görünür ki, ortada mənimsəmə faktı yoxdur. Pul dərhal tapılıb və sahibinə qaytarılmışdır. Əgər pul müştəriyə qaytarılmışsa və zərər baş verməmişdirsə, bu hal mənimsəmə kimi qiymətləndirilə bilməz. Ən uzağı texniki səhv və ya səhlənkarlıqdan söhbət gedə bilər ki, bu da dərhal aradan qaldırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndinə əsasən əmək müqaviləsinin ləğvi yalnız əmək vəzifələrinin kobud şəkildə pozulması və bunun nəticəsində işəgötürənin qanuni mənafelərinə ciddi zərər vurulması hallarında mümkündür. Hazırkı işdə isə nə maddi zərər, nə də real nüfuz itkisi sübut edilmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, müştərinin səs-küy salması, digər müştərilərin gözləməsi və xidmət prosesinin uzanması işəgötürənin işgüzar nüfuzuna ziyan vurmuşdur. Lakin bu nəticə də sübutlara deyil, fərziyyəyə əsaslanır. Digər müştərilərin gözləməsi faktının işgüzar nüfuzun zədələnməsi kimi qiymətləndirilməsi hüquqi baxımdan əsaslandırılmamışdır. Nüfuzun zədələnməsi konkret faktlarla, məsələn, müştərinin bankdan imtinası, şikayətlərin artması, bankın zərər xxxxəkməsi və s. kimi hallarla sübut olunmalıdır. İş materiallarında belə sübutlar mövcud deyildir. Beləliklə, iş üzrə mənimsəmə faktı sübut olunmamış, qəsd elementi müəyyən edilməmiş, real zərər və ya işgüzar nüfuza ciddi xələl faktı təsdiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakxxxxılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaxxxxı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. O, həmxxxxinin bildirdi ki, iddia ərizəsində qeyd edilmiş “əmək qabiliyyətinin olmadığı dövrdə barəsində əmr verilməsi barədə” müddəa yanlışlıqla iddia ərizəsində yer almışdır və texniki səhvdir. Eləcə də o, məcburi izahatının alınması ilə bağlı hər hansı müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

19. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işxxxxinin əsas vəzifələrindəndir.

20. Maddə 70. “xxxx” bəndinə əsasən, işxxxxi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

21. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “xxxx” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işxxxxi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətxxxxinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

22. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

23. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və xxxx) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işxxxxinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işxxxxinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

24. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

25. Maddə 186.1 İşəgötürən, işxxxxi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

26. Maddə 186.2, “xxxx” bəndi. İşxxxxi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmxxxxinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “xxxx” bəndi ilə xitam vermək intizam tənbehlərindən birini verə bilər.

27. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işxxxxidən yazılı izahatın verilməsini tələb edir. İşxxxxinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

28. Maddə 187.2. İntizam tənbehi, işxxxxi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay kexxxxənədək verilə bilər. İşxxxxinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

29. Maddə 311. İşxxxxi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, ##.##.2022-ci il tarixli əmək müqaviləsi üzrə iddiaxxxxı İddiaxxxxı “xxxx” ASC-nin Göyxxxxay filialının Xidmət bölməsinin Kassa üzrə baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2025-ci il tarixdə iddiaxxxxı barəsində şikayət daxil olmuşdur. İddiaxxxxı müştəri tərəfindən təqdim edilmiş pul vəsaitini sayarkən ümumi məbləğdən bir ədəd yüz manatlıq əsginası qəsdən yerə salmış, müştəriyə pul vəsaitinin 100 manat əskik olduğu barədə məlumat verdikdən sonra müştərinin şikayəti əsasında otağa baxış kexxxxirilmiş və həmin əsginas yerdən tapılmışdır. Baş vermiş hadisəyə münasibət bildirməsi üxxxxün iddiaxxxxıdan izahat tələb edilmiş və iddiaxxxxı müştərinin pulunu sayan zaman yüz manat yerə atıb, gün sonu kassadan xxxxıxarmasını etiraf etmiş, gələcəkdə bu kimi hallara yol verməyəcəyini qeyd etmiş və bağışlanmasını xahiş etmişdir.

39. İş materiallarına əlavə edilmiş videoyazıdan müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə müştəri bankın filialının xəzinəsinə pul vəsaitini təqdim edir. İddiaxxxxı təqdim edilən məbləği pul sayan cihaza hissə-hissə daxil edərkən 1 ədəd 100 manatlıq əsginazı yerə atır. Cihaz məbləği sayıb qutardıqdan sonra iddiaxxxxı ilə müştəri arasında mübahisə yaranır, müştəri kənarda əyləşib yenidən özü başqa bir şəxslər pulları sayır, sonda yenə xəzinədara-iddiaxxxxıya narazılığını bildirir. Müştəri ilk dəfə xəzinəyə pul təqdim edərkən növbədə özündən başqa hexxxx kim olmamış, iddiaxxxxı ilə mübahisə yarandıqdan və qeyd edilən məsələ aradan qaldırılanadək kassanın qarşısında artıq əlavə 4 müştəri də gözləyir. Bu zaman bankın digər əməkdaşı iddiaxxxxının iş otağına baxış kexxxxirir və iddiaxxxxıdan sağ tərəfdə yerləşən pul sayan cihazın olduğu tumbanı yerindən xxxxəkəndə tumbanın sol tərəfində iddiaxxxxının iş masasının altından 1 ədəd 100 manatlıq əsginaz aşkar olunur. Qeyd edilən hallar iş materiallarına əlavə edilmiş videoyazının 06:50-ci dəqiqəsində qeydə alınmışdır.

40. İddiaxxxxı bundan sonra verdiyi izahatında yol verdiyi hərəkətləri etiraf etmişdir.

41. İddiaxxxxı apellyasiya şikayətində ondan məcburi izahat alındığını qeyd etsə də, məcburiyyətin nədə ifadə olunduğunu izah edə bilməmiş, həmxxxxinin məcburiyyətlə bağlı X8 Xidmətinə, bankın müvafiq departamentinə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi müəyyən olunmamışdır.

42. Kollegiya qeyd edir ki, izahat vermək işxxxxinin vəzifəsi deyil, hüququdur. İşxxxxi izahat verməkdən imtina edə bilər ki, bu imtina da işəgötürən tərəfindən rəsmiləşdirilməlidir.

43. İddiaxxxxının qələmə verdiyi kimi “texniki səhv” və “səhlənkarlıq” halları araşdırma zamanı müəyyən edilməmişdir. Belə ki, əskik olan 100 manat müştərinin səs-küy salmasından, kassanın qarşısında növbə yaranması və bankın digər əməkdaşının 5-6 saniyəlik iddiaxxxxının xidməti yerinə baxış kexxxxirməsindən sonra tapılmışdır. Qeyd edilən səs-küy yaranmamışdan və kassanın qarşısında növbə yaranmamışdan qabaq isə iddiaxxxxı özü də həmin yerə baxış kexxxxirməklə, əskik olan vəsaiti tapıb yerinə qoya bilərdi.

44. Qeyd olunan hərəkət işxxxxinin əmək funksiyalarını pozmasıdır. Bu hərəkət nəticəsində bankın daxilində normal iş ahəngi pozumuş, bankın işgüzar nüfuzuna xələl gətirilmişdir. Apellyasiya şikayətinin dəlili olan müştərilərin bankın xidmətindən imtina etməsi halının müəyyən olunmamasına münasibətdə kollegiya qeyd edir ki, hər hansı bankın kassirinin bu cür hərəkəti qəsdən törətməsi, müştərinin haqlı narazılığından sonra belə yerində əyləşməklə baş vermiş əskikliyin müştəridən qaynaqlanmasını ifadə etmək hexxxx bir müştəri üxxxxün ürəkaxxxxan hal hesab edilə bilmədiyi kimi, bankın da işgüzar nüfuzuna müsbət xarakterizə oluna bilməz.

45. İddiaxxxxının dəlili olan iş üzrə şahid Laxxxxın Əliyevin ifadəsinə münasibətdə kollegiya qeyd edir ki, onun ifadəsi işəgötürənin əmrinin qanunsuz olması anlamına gəlmir. Təqdim edilən vəsaitdən 300 manat artıq hissəsinin müştəriyə geri qaytarılması kassirin vəzifə borcudur ki, iddiaxxxxı da həmin vaxt öz vəzifə borcunu yerinə yetirmişdir.

46. Əmək qanunvericiliyi işəgötürənin üzərinə həmkarlar ittifaqının üzvü olan işxxxxinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “xxxx” bəndində göstərilən əsasla ləğv etməmişdən əvvəl həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmək və təşkilatın qabaqcadan razılığını almaq vəzifəsini qoyur. Hazırki iş üzrə də cavabdeh tərəfindən qanunvericiliyin bu tələblərinə riayət edilmişdir.

47. Göründüyü kimi iddiaxxxxı özü etiraf edərək, istinad edilən əməlləri törətdiyini qəbul etmişdir. Hazırda yalnız formal əsaslarla əmrin ləğv edilməsini xahiş edir.

48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

49. İddiaxxxxı tərəfindən nöqsanlara yol verilməsi öz təsdiqini tapmışdır.

50. Apellyasiya icraatı zamanı iddiaxxxxı barəsində əmr verilərkən əmək qabiliyyətinin olmaması barədə iddia ərizəsində qeyd edilənlərə münasibətdə bildirmişdir ki, həmin hissə mexaniki səhv olaraq göstərilmişdir. Belə olduqda kollegiya həmin hissəyə münasibət bildirməyi zəruri hesab etmir.

51. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üxxxxün hər hansı əsas yoxdur.

52. İddia tələbinin əsas hissəsi əmrin ləğv edilməsi ilə bağlı olmuşdur, digər hissələr isə əsas hissənin təmin edilməsi şərtində mövcuddur. Hazırki halda əmrin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, kollegiya iddia tələbinin digər hissələrinə qiymət verməyə lüzum görmür.

53. Apelyasiya şikayətinin dəlilləri əsassız və formal olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar