Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-996/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçının vəkili vəkil1, Cavabdeh cavabdeh1 nümayəndəsi X1, Cavabdeh cavabdeh1 X3 vəkili və nümayəndəsi Nümayəndə İzafət oğlunun iştirakı ilə, İsmayılova Pərvanə Şəfi qızının cavabdehlər cavabdeh1 və cavabdeh1 X3rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İsmayılova Pərvanə Şəfi qızı cavabdeh cavabdeh1 X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 rektoru X2 ** nömrəli, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilərək cavabdeh1 X3 həkim – stomatoloq işinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İsmayılova Pərvanə Şəfi qızı məhkəməyə MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh1 rektoru X2 ** nömrəli, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilərək cavabdeh1 X3 həkim – stomatoloq işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1%-i məbləğində ödəncin hesablanaraq cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İsmayılova Pərvanə Şəfi qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh cavabdeh1 X3 tərəfindən verilən ##.##.2025-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, İsmayılova Pərvanə Şəfi qızının cavabdeh1 X3 həkim – stomatoloq vəzifəsinə işə bərpa edilməsi, İsmayılova Pərvanə Şəfi qızına ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, vəkil vəkil2 tərəfindən iddiaçı İsmayılova Pərvanə Şəfi qızına göstərilmiş hüquqi yardıma görə cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Maraqlı şəxs hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 X3 məhkəməyə ərizə təqdim edərək tərəflər arasında məsələnin məhkəmədən kənar həll etdiklərindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi X1 da ərizənin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili vəkil1 ərizənin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdeh cavabdeh1 X3 apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə cavabdeh cavabdeh1 X3 apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki cavabdeh cavabdeh1 X3 qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı, cavabdeh cavabdeh1 X3 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 X3 apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-996/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-996/2026
17.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver