Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-998/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı 2cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzillərdən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Iddiaçı 2cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzillərdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı 1əhmdar Cəmiyyəti İddiaçı 1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iddiaçı 3 ilə cavabdeh4 arasında ##.##.2014-cü il tarixdə bağlanmış *************** saylı kredit müqaviləsinə əsasən Iddiaçı 3 tərəfindən cavabdeh4 mənzillərin və qeyri-yaşayış sahəsinin alınması məqsədilə 300 ay müddətinə kreditdən istifadəyə görə illik 10% ödənilməsi şərti ilə 500.000 manat məbləğində kredit verilmişdir.
2. Iddiaçı 3 ilə cavabdeh4 arasında ##.##.2014-cü il tarixdə bağlanmış ***************/* saylı ipoteka müqaviləsi ilə cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli, 16 mərtəbəli binanın 4 girişində 12-ci mərtəbəsində yerləşən 134,54 kv.m ümumi 52,74 kv.m yaşayış, 51,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, *** nömrəli mənzil ipotekaya qoyulmuşdur.
3. Iddiaçı 3 ilə cavabdeh4 və ipoteka qoyan cavabdeh1 Natiq qızı arasında bağlanmış ##.##.2014-cü il tarixli, ****************/* saylı ipoteka qoyulması barədə müqavilə ilə cavabdeh1 Natiq qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən 198 kv.m ümumi sahədən ibarət 4 otaqlı * nömrəli mənzil ipotekaya qoyulmuşdur.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil cavabdeh4 tam paylı mülkiyyətindədir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil cavabdeh1 mülkiyyətindədir.
6. Iddiaçı 3-ın ##.##.2024-cü il tarixli, SHL-XO-#.#.****-*** saylı bildirişindən görünür ki, borc məbləğinin tam şəkildə qaytarılması və vaxtı keçmiş borc məbləğinə hesablanmış cərimə faizlərinin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətində satılması, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
7. * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Iddiaçı 3ın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət * saylı mənzilin ilkin satış qiyməti 543000 manat (likvid) olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına “xxxx” MMC ilə Iddiaçı 3ı arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM***N**S******** saylı kredit müqaviləsi üzrə əsas borca görə 170000 manat, faiz borcuna görə 4249.99 manat, penya üçün 24719,67 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı, cəmi 199014,66 manat və iddianın qaldırılması üçün ödənilmiş 489,02 manat dövlət rüsumunun Iddiaçı 3ının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat cavabdeh cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı 1əhmdar Cəmiyyəti İddiaçı 1 “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - ##.##.2014-cü il tarixli, ***************/* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli, 16 mərtəbəli binanın 4 girişində, 12ci mərtəbəsində yerləşən 134,54 kv.m ümumi, 82,74 kv.m yaşayış, 51,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, *** nömrəli mənzilə (1-ci “Ipoteka predmeti”), ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən 198 kv.m ümumi sahədən ibarət 4 otaqlı * nömrəli mənzilə (2-ci “Ipoteka predmeti”) tutma yönəldilməsini, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borc alan cavabdeh4 ## ###### 2014-cü il tarixli *************** №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı 1 qarşısındakı 438 927,17 (dörd yüz otuz səkkiz min doqquz yüz iyirmi yeddi manat 17 qəpik) manat vaxtı keçmiş əsas borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanmış 65 968,63 (altmış beş min doqquz yüz altmış səkkiz manat 63 qəpik) manat məbləğində adi faizlər üzrə borc və ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 864,99 (səkkiz yüz altmış dörd manat 99 qəpik) manat məbləğində penya olmaqla, cəmi 505 760,79 (beş yüz beş min yeddi yüz altmış manat 79 qəpik) manat məbləğində pul vəsaiti və ##.##.2024-cü il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 102 (bir yüziki) manat məbləğində çəkilmiş xərcin ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC İddiaçı 1 xeyrinə tutulması; - ünvan 2 (1-ci “Ipoteka predmeti”) satıldıqdan sonra orada yaşayan cavabdeh4, ünvan 3(2-ci “Ipoteka predmeti”) satıldıqdan sonra orada yaşayan cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər mənzilləri 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları; - Iddia ərizəsinin verilməsinə görə 795,86 (yeddi yüz doxsan beş manat 86 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən tutularaq Iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ##.##.2024-cü il tarixli, BO-XO- #.#.2024-00* saylı iddia ərizəsində (##.##.2024-cü il tarixli iddia ərizəsinə dəyişiklik edilməsi haqqında ərizədə qeyd olunanlar nəzərə alınmaqla) göstərilmiş tələblərin 1-ci və 3-cü bəndinə müvafiq dəyişikliyi edib: - ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli, 16 mərtəbəli binanın 4 girişində, 12ci mərtəbəsində yerləşən 134,54 kv.m ümumi, 82,74 kv.m yaşayış, 51,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, *** nömrəli mənzilə (1-ci “Ipoteka predmeti”); - ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh cavabdeh1 Nadiq qızma məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən 198 kv.m ümumi sahədən ibarət 4 otaqlı * nömrəli mənzilə (2-ci “Ipoteka predmeti”) tutmanın yönəldilməsi; - Ipoteka predmetləri mənzillərin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borc alan cavabdeh4 ## ###### 2014-cü il tarixli *************** №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı 1 qarşısındakı 438 927,17 (dörd yüz otuz səkiz min doqquz yüz iyirmi yeddi manat 17 qəpik) manat vaxtı keçmiş əsas borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanmış 108 764,03 (bir yüz səkkiz min yeddi yüz altmış dörd manat 03 qəpik) manat məbləğində adi faizlər üzrə borc və ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 65 058,09 (altmış beş min əlli səkkiz manat 09 qəpik) manat məbləğində penya olmaqla, cəmi 612 749,29 (altı yüz on iki min yeddi yüz qırx doqquz manat 29 qəpik) manat məbləğində pul vəsaitinin; - ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya; - ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 102 (bir yüz iki) manat məbləğində çəkilmiş xərc ipoteka predmetlərinin dəyərindən iddiaçı Iddiaçı 3ının xeyrinə tutulması, - iddia ərizəsinin verilməsinə görə 902,75 (doqquz yüz iki manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
12. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı 3ı ilə cavabdeh4 arasında bağlanmış ## ###### 2014-cü il tarixli *************** №-li Kredit müqaviləsinə əsasən, Iddiaçı tərəfindən Borcalana 300 ay müddətinə, kreditdən istifadəyə görə illik 10 % ödənilməsi şərtilə, 500 000 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə: 1. Iddiaçı Iddiaçı 3ı, eyni zamanda Borcalan və ipoteka qoyan cavabdeh4 arasında sonuncuya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli, 16 mərtəbəli binanın 4 girişində, 12-ci mərtəbəsində yerləşən 134,54 kv.m ümumi, 82,74 kv.m yaşayış, 51,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, *** nömrəli mənzilin ipoteka qoyulması barədə ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi; 2. Iddiaçı Iddiaçı 3ı, Borcalan cavabdeh4 və ipoteka qoyan cavabdeh1 arasında sonuncuya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən 198 kv.m ümumi sahədən ibarət 4 otaqlı * nömrəli mənzilin ipoteka qoyulması barədə ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən Ipoteka predmetlərinə dair ipoteka hüquqlarının qeydiyyata alınması barədə Iddiaçı 3ına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2014-cü il tarixli 1114010478 və 1114010479 qeydiyyat №-li Çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 3.4.8-ci bəndinə əsasən, Borcalan həmin müqavilə üzrə bütün ödənişləri vaxtlıvaxtında və həmin müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan cavabdeh4 öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə Borc alan cavabdeh4 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq Iddiaçının Kredit müqaviləsinin 3.1.3cü yarımbəndinə əsasən, əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «Ipoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, cari tarixə Borcalanın Iddiaçı qarşısında 504 895,80 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 438 927,17 manatı vaxtı keçmiş əsas borcdan, 65 968,63 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Habelə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, ##.##.2024- cü il tarixinə bu məbləğ 864,99 manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən «Ipoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, cavabdehlərə Ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli Bildirişlər göndərilmiş və Iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. Iddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmaların yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli SHL-XO-#.#.2024-004 və SHLXO-#.#.2024-005 bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq ##.##.2024-cü il tarixli SHL- XO##.#.2024-002 və SHL-XO-##.#.2024-*** №-li ərizələrlə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada müraciət edilmiş və həmin idarə tərəfindən bildirişlərin qeydə alınması həyata keçirilmişdir. Digər tərəfdən Iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetlərinin satılması və Iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Odur ki, məhəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.
13. Iddia tələbinə dəqiqləşmə barədə ərizə onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi üzrə 2-ci ipoteka predmeti olan cavabdeh cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən 198 kv.m ümumi sahədən ibarət 4 otaqlı * nömrəli mənzilin likvid qiyməti başqa bir iddia tələbinə dair mülki iş üzrə AR ƏD-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy əsasında 543000 manat məbləğində müəyyən edilmişdir. Həmin ekspert rəyi nəzərə alınmaqla hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi qəbul edilmişdir. Ona görə də hesab edirlər ki, 2-ci Ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ##.##.2024-cü il tarixli, *-**-**/*-**/****-*/**** saylı ekspert rəyi mötəbər sübut kimi nəzərə alınaraq həmin mənzilin ilkin satış qiyməti 543000 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, 1-ci Ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında, 2-ci Ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) isə 543000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov keçəsində yerləşən ** saylı evin * saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.000,0 manat, azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 543.000 manat məbləğində müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli ****/**** saylı rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında əksini tapmış iddiaçı bank tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh4 iddiaçı ASC «Xalq» Banka ##.##.2024-cü il tarixə 443.584,58 manat əsas borcu, 54.615,87 manat faiz borcu; ##.##.2024-cü il tarixə 443.584,58 manat əsas borcu, 61.639,29 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Bundan başqa ekspert qarşısında qoyulmuş üçüncü sualda iddiaçı ASC «Xalq» Bank ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ##.##.2014-cü il tarixli *************** nömrəli kredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək (##.##.2024-cü il) illik 10% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış faydanın nə qədər olması soruşulsa da, hazırki tədqiqatla iddiaçı bank tərəfindən təqdim edilmiş ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatlarında əldən çıxmış faydanın hesablanmadığı, o cümlədən əldən çıxmış faydanın hesablanması ilə bağlı hesabdan çıxarış məlumatlarının iş materiallarına əlavə edilmədiyi müəyyən edildiyindən hazırki tədqiqat zamanı üçünü sualda soruşulanlar üzrə hesablamalar aparılmamışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, ****/**** saylı rəyindən görünür ki, tədqiq olunan mənzillərin yerləşmə yerinə və təmirlilik səviyyəsinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində və ya həmin ərazidə yerləşən analoji mənzillərin satışına dair məlumat olmadığından, həmin mənzillər üzrə qiymələndirmə aparmaq mümkün olmamışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında əksini tapmış iddiaçı bank tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh4 iddiaçı ASC İddiaçı 1 ##.##.2024-cü il tarixə 443.584,58 manat əsas borcu, 54.615,87 manat faiz borcu, ##.##.2025-ci il tarixə 443.584,58 manat əsas borcu, 104.765,57 manat faiz borcu müəyyən olunmuşdur. Bundan əlavə ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq qeyd edilir ki, cavabdeh4 banka olan əsas borcunun gecikdirilməsnə görə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq ödənilməli olan illik 5 faiz 25.074,85 manat təşkil edir. Bundan əlavə ekspert qarşısında qoyulmuş dördüncü suala cavab olaraq qeyd edilir ki. cavabdeh4 banka olan əsas borcunun gecikdirilməsinə görə ##.##.2024-cü il tarixdən ekspert rəyinin verildiyi ##.##.2025-ci il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq ödənilməli olan illik 5 faiz 26.738,29 manat təşkil edir. Göstərilənlərdən əlavə bildirilir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təştif audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. O cümlədən qeyd edilir ki, tərəflər arasında imzalanmış müqavilədə cərimə ilə bağlı bənd razılaşdırılsa da, hazırki tədqiqata cavabdeh tərəfindən ödənilmiş vəsaitin iddiaçı bankda olan cərimə hesabı üzrə silinməsinə dair Mərkəzi Bankın hesablar planına uyğun tərtib olunmuş hesabdan çıxarış təqdim olunmamışdır.
18. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 389600 manat, likvid dəyəri 350600 manat təşkil edir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh cavabdeh4 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin ilkin satış qiymətinin 350600 manat (likvid) və cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən * saylı mənzilin ilkin satış qiymətinin 543000 manat (likvid) olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh4 ilə Iddiaçı 3ı arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***************/* saylı kredit müqaviləsi üzrə əsas borca görə 443584,58 manat, faiz borcuna görə 54615,87 manat, cərimə borcuna görə 864,99 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış 25074,85 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xərcə görə 102 manat, ümumilikdə 524242,29 manat Iddiaçı 3ın xeyrinə tutulması, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa qalan hissəsinin paylar nisbətinə ipoteka qoyanlar, yəni cavabdeh1 və cavabdeh4 qaytarılması, tutma yönəldikdən və mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4, cavabdeh3 və onların ailə üzvlərinin həmin mənzilləri könüllü tərk etmədikləri təqdirdə, məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 902,75 manat dövlət rüsumunun 772,22 manat hissəsinin cavabdeh X1 iddiaçı Iddiaçı 3ın xeyrinə tutulması, qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 350 manatın 299 manatının cavabdeh4, 51 manatının Iddiaçı 3dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
20. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh4 qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Verilmiş kreditlərin təminatı kimi bankla cavabdeh4 və cavabdeh1 Natiq qızı arasında eyni tarixdə bağlanmış ipoteka müqavilələrinə görə cavabdeh cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli evin *** nömrəli mənzili və cavabdeh cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində ** nömrəli evin * nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış *************** №-li nömrəli kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyinə görə, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixdə 30 gün müddətində borcun ödənilməsi, əks təqdirdə borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Iş materiallarından müəyyən edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən qeydə alınmışdır. Iddiaçının cavabdeh cavabdeh4 etdiyi xəbərdarlığın heç bir müsbət nəticəsi olmadığından, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı 438927.17 manat əsas, 108764.03 manat illik 10 faizlə hesablanmış faiz, ##.##.2025-ci ilədək illik 15 faizlə 65058.09 manat penya, 102 manat xərc, cəmi 612851,29 manat borca görə tutumanın ipoteka predmetlərinə yönəldilməsini xahiş edir. Iddia tələbində göstərilmiş müqavilə üzrə hesablanmış əsas və faiz borcunun məbləği ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ##.##.2014-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə 30 gün xəbərdarlıq müddəti verməsi və onun bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə tərəflər arasında ##.##.2014-cü il tarixli müqavilə üzrə olan münasibətlərə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023- cü il tarixli Qərarına görə, iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcuna tutmanın yönəldilməsini tələb etməyə hüququ olmuşdur. Həmin tarixə yaranmış borcun məbləğinin nə qədər olması xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı bank tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ##.##.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh4 iddiaçı Iddiaçı 3ına ##.##.2024-cü il tarixə cavabdehin iddiaçıya ##.##.2014-cü il tarixli, *************** saylı müqavilə üzrə 443.584,58 manat əsas borcu, 54.615,87 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və borcun tutulması rəydə göstərilmiş məbləğlərə uyğun həyata keçirilməlidir. Iddia tələbində göstərilmiş cərimə borcuna münasibətdə məhkəmə hesab edir ki, kredit müqaviləsində əsas və faiz borcu üzrə ödəmələr gecikdirildiyi təqdirdə, cərimə hesablanacağı barədə bənd nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən cərimə borcunun ödənilməsini də tələb etmək hüququ vardır. Lakin məhkəmə müqaviləyə xitam verildiyi tarixdən sonrakı müddət üçün hesablanmış cərimələri yuxarıda adıçəkilən qərarda ifadə edilən mövqeyə əsasən yolverilməz hesab edir və ilkin iddia ərizəsində göstərilmiş 864,99 manat penya məbləğinin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Iddia tələbinin ”ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına ##.##.2025-ci il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya”nın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin “AR Mülki məcəlləsinin 449-cu maddəainin bəzi müddəalarının şərh olunmasına dair” ##.##.2009-cu il tarixli qərarında göstərilmişdir ki, mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir”. Məhkəmə qeyd etmişdir ki, sözügedən qərarda bu halla bağlı müddəa kimi müqavilə üzrə nəzərdə tutulmuş faiz və penya borcunun deyil, məhz Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmış özgə vəsaitindən istifadə üçün faizlərin məbləğin kreditora ödənildiyi günə qədər tutulması qeyd edilmişdir. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Hazırkı işdə iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanmaqla ona zərərin vurulduğunu bildirsə də, qeyd olunur ki, bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı bu halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə onu da vurğulamışdır ki, tərəfin bildirməsindən asılı olmayaraq, iddianın düzgün həlli üçün hüquq normalarını tətbiq etmək məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır. Odur ki, iddianın əldən çıxmış fayda hissəsində hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi də nəzərdən keçirilə bilər. Həmin normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi halda pul məbləğinin ödənilməsini gecikdirən borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək vəzifəsi qanunda nəzərdə tutulmuş öhdəlikdir və bu öhdəlik hər hansı şərtdən asılı edilməmişdir. Odur ki, məhkəmə iddia tələbinin faiz formasında zərərin (əldən çıxmış faydanın) tutulması hissəsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il və ##.##.2023-cü il tarixli qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, qeyd etmişdir ki, borcalan kredit borcunun ödənilməsi öhdəliyinin icrasını gecikdirmiş və bu borcun ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu da onu deməyə əsas verir ki, borcalan tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək (iddiaçının sonuncu dəqiqləşdirmə barədə ərizəsinin tarixi) müddət ərzində faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur. Məhkəmə da iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb, hesab edib və belə qənaətə gəlmişdir ki, kredit borcunun ödənilməsinin gecikdirildiyi ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır. Pul tutularkən məhkəmə ekspert rəyində həmin dövr üzrə hesablanmış 25.074,85 manat məbləğin əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Göründüyü kimi, cavabdeh4 kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri Iddiaçı 3a qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməmişdir. Cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Beləliklə, məhkəmə ipoteka predmetlərinə tutma yönəldilməsinə dair iddianı qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin ##.##.2014-cü il tarixli müqavilə üzrə 443.584,58 manat əsas borcu, 54.615,87 manat faiz borcu, 864,99 manat cərimə borcu, illik 5 faiz dərəcəsi ilə hesablanmış 25.074,85 manat olmaqla, ümumilikdə 524,140.29 manat məbləğində borcunun mövcudluğu artıq təsbit olunduğu, eləcə də həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehlərə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli, 16 mərtəbəli binanın 4 girişində, 12-ci mərtəbəsində yerləşən *** nömrəli mənzil və cavabdeh cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən * nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyi, göstərilən borc məbləği - cəmi 524,140.29 manat məbləğində pul cavabdehdən tutulmalı olduğu üçün, tələb ipoteka predmetlərinə yönəldilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaklara yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında razılaşma olmadığından, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli evin *** nömrəli mənzilinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında 350 600 manat məbləğində (likvid dəyər), Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində ** nömrəli evin * nömrəli mənzilin ilkin satış qiyməti isə ##.##.2024-cü il tarixli ekspert rəyi əsasında 543 000 manat (likvid dəyər) müəyyən edilməlidir. Iddia tələbinin “cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzillərdən çıxarılması” hissəsinə münasibətdə qeyd olunur ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının ##.##.2023- cü il tarixli qərardadında göstərilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il ## ###### tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Baxılan iş üzrə ipoteka predmetləri olan mənzillər kreditin qaytarılmasının təminatı olaraq Bank qarşısında yüklü edilmişdir. Məhkəmə “Ipoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Iddianın həmin hissəsinin “digər şəxslərin çıxarılması” barədə tələbi qeyri-müəyyən olduğundan, həmin şəxslərin kimliyi konkret olaraq göstərilmədiyindən, bu baxımdan qeyri-müəyyən tələb üzrə qətnamə çıxarılması yolverilən olmadığından iddia tələbinin həmin hissədə təmin edilməsi mümkün deyildir. Ona görə də iddia həmin hissədə qismən təmin edilməli, tutma yönəldikdən və mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdehlər və ailə üzvləri həmin mənzillərdən çıxmasalar, onlar məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə, həmçinin hesab etmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 72 manat xidmət haqqı, cəmi 102 manat üzrə tələb də ipoteka predmetlərinə yönəldilməlidir. Belə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının müvafiq hərəkətləri etmək üçün dövlət rüsumları və xidmət haqları ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh4 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzil ilkin satış qiyməti 350.600 manat (likvid) və cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən * saylı mənzil ilkin satış qiyməti 543000 manat (likvid) olmaqla açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh4 oğl ilə Iddiaçı 3ı arasında bağlanmış ##.##.2014-cü il tarixli ***************/* saylı kredit müqaviləsi üzrə əsas borca görə 443 584,58 manat, faiz borcuna görə 54.615,87 manat, cərimə borcuna görə 864,99 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış 25.074,85 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xərcə görə 102 manat, ümumilikdə 524 242,29 manat Iddiaçı 3ının xeyrinə tutulmalı, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa qalan hissəsi paylar nisbətinə ipoteka qoyanlar, yəni cavabdeh1 və cavabdeh4 qaytarılmalı, tutma yönəldikdən və mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 həmin mənzilləri könüllü tərk etmədikləri təqdirdə, məcburi çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 270.1, 317, 385.1, 386.1, 421, 423.1, 425.1, 427.3, 432.4, 442, 460.1, 462.1, 739.1, 739.2, 741-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 3.1, 4.1, 6.1, 11.1, 11.2, 33, 34.1, 36.1, 39.3, 47.4, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Iddiaçı İddiaçı 1əhmdar Cəmiyyəti İddiaçı 1 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin və penyanın qismən təmin edilərək azaldılması, ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən tutulmasına dair hissəsinin təmin edilməməsi hissələrində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin verilməsinə görə 451,38 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı İddiaçı 1əhmdar Cəmiyyəti İddiaçı 1 məhkəmə tərəfindən müəyyən edilmiş aşağıdakı halları qəbul etmir: kredit müqaviləsi üzrə hesablanmış adifaizlər üzrə borc məbləğinin və penyanın qismən təmin edilərək azaldılmasını; iddia tələbinin “##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinəillik 10 % (on faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın” ipoteka predmetlərinin dəyərindən tutulmasına dair hissəsinin təmin edilməməsini. Aşağıdakı əsaslara görə hesab edir ki, qətnamə qismən ləğv edilməli və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə mübahisələndirdirilən qətnamədə iddia tələbinin kreditdən istifadəyə görə ##.##.2025-ci il tarixinə hesablanmış 108 764,03 manat adi faizlər üzrə borc məbləğinin və həmin tarixə hesablanmış 65 058,09 manat məbləğində penyanın tutulması hissələrində qismən təmin edilməsini müvafiq olaraq belə izah etmişdir ki, “Iddia tələbində göstərilmiş müqavilə üzrə hesablanmış əsas və faiz borcunun məbləği ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ##.##.2014-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə 30 gün xəbərdarlıq müddəti verməsi və onun bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə tərəflər arasında ##.##.2014-cü il tarixli müqavilə üzrə olan münasibətlərə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına görə, iddiaçının məhz həmin tarixədək yaranmışəsasvəfaiz borcuna tutmanın yönəldilməsini tələb etməyə hüququ olmuşdur.” (qətnamənin 10-cu səhifəsinin 10-cu abzası). “Iddia tələbində göstərilmişcərimə borcuna münasibətdə məhkəmə hesab edir ki, kredit müqaviləsində əsas və faiz borcu üzrə ödəmələr gecikdirildiyi təqdirdə, cərimə hesablanacağı barədə bənd nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən cərimə borcunun ödənilməsini dətələb etmək hüququ vardır. Lakin məhkəmə müqaviləyə xitam verildiyi tarixdən sonrakı müddət üçün hesablanmış cərimələri yuxarıda adıçəkilən qərarda ifadə edilən mövqeyə əsasən yolverilməz hesab edir və ilkin iddia ərizəsində göstərilmiş 864,99 manat penya məbləğinin tutulmasını məqsədəmüvafiq hesab edir”. (qətnamənin 11-ci səhifəsinin 2ciabzası). Hesab edir ki, Məhkəmənin yuxarıda qeyd edilən hər iki mövqeyi yanlışdır və ##.##.2025-ci il tarixinə (iddia tələbinə dəyişiklik edilməsi barədə sonuncu ərizənin tarixinə) qədər hesablanmış faizlər və penyailə bağlı Bankın tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kredit müqaviləsi ##.##.2014-cü il tarixində 300 (üç yüz) ay müddətinə bağlanmışdır. Həmin Kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasənBank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borcalandan tələb edə bilər. Sözügedən kredit müqaviləsinin təminatı qismində ipoteka qoyulmuş əmlaklara dair bağlanmış ipoteka müqavilələrinin (iş materiallarında mövcuddur) 5.4.3-cü bəndinə əsasən ipoteka saxlayanın “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinintələbləri nəzərə alınmaqla Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icraetmədikdə və ya lazımınca icra etmədikdəipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququ vardır. Həmin Kredit müqaviləsinə * saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdeh (Borcalan) cavabdeh4 kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank yuxarıda qeyd olunan hüquqdan, yəni tələbin ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş əmlaklara yönəltmiş və bununla əlaqədar qanunvericiliyə əsasən müvafiq addımlar atmışdır (bildiriş göndərmiş və s.). Bununla bağlı atılmış addımlar müqavilənin xitam edilməsi anlamına gəlməməlidir. Belə ki, öhdəliklərin icra edilmə anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslansaq, iddiaçı tərəfindən tutmanın ipoteka qoyulmuş əmlaklara yönəltməsi ilə bağlı məhkəməyə müraciətetməsi, məhkəmənin iş üzrə yekun aktının qəbuledilməsi hələ borcun tam şəkildə Banka qaytarılması (öhdəliklərin tamşəkildəicrası) demək deyildir. Lakin, məhkəmə yuxarıda qeyd edilmiş hüquqi mövqeyi sərgiləyərək, iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsiilə bağlı qarşı tərəfə “bildiriş” göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, ipoteka qoyana göndərilən bu tip bildirişlərin göndərilməsi tələbi “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin imperativ göstərişindən irəli gəlir. Göründüyü kimi, Məhkəməqüvvədə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəlişəkildəşərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında qeyd olunan hüquqi mövqeyi işin faktiki hallarına əsasən münasibətdə səhv tətbiq etmiş və bununla da düzgün olmayan qətnamə qəbuletmişdir. Halbuki, həmin Qərarda yer alan hüquqi mövqeyə əsasən “...müqavilənin bağlanması və qüvvədə qalmasıtərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Belə olan halda hesab edir ki, Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsin isaxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha qüvvədə olan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında öz təsdiqini tapmışdır. X6 Məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmişanına qədər müqavilə qüvvədə sayılır. Həmçinin, məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərarından sonra ##.##.2023-cü il tarixində qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsiilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra Mülki Məcəllənin 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. Həmin normanın hərfimənasından daaydın olur ki, borc müqaviləsi üzrəən azıadi faizlər müqavilədə, onun tərəflərinin öz üzərilərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə qədər qüvvədə olması şərti nəzərdə tutulduqda, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı günədək ödənilməmiş əsas borc məbləğinin qalığına hesablana bilər. Məhkəmə iddiaçının tələblərinin qətnamənin qəbul edildiyi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq adi faizlərin və penyanın ipoteka predmetlərinin dəyərindən tutulması barədə Bankın tələbini təmin etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmçinin, qeyd edilir ki, iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq adi faizlərin və penyanın ipoteka predmetlərinin dəyərindən tutulması barədə Bankın tələbi Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli Qərarına əsaslanır. X6 Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə: “...Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.” Göründüyü kimi, birinci instansiya məhkəməsiBankın iddiasını ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbuledildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən tutulması hissəsində təmin etməməkdə haqlı olmamış, bu hissədə səhv hüquqi dəyərləndirmə aparmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mübahisələndirilən qətnamədə məhkəmə belə nəticəyə gəlmişdir ki, “.... ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və borcun tutulması rəydə göstərilmiş məbləğlərə uyğun həyata keçirilməlidir”. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə yanlışdır. Belə ki, məhkəmənin mötəbər sübut kimi istinad etdiyi ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyi iş materiallarında olan digər mühasibatlıqla bağlı verilmiş ekspert rəyləri kimi kifayət qədər əsaslı deyildir və şübhəlidir. Buna dair mövqeyi iş materiallarında olan ##.##.2025-ci il tarixli vəsatətdə ətraflı qeyd etmişlər. Lakin, təkrarən bir daha qeyd edir ki, ekspertlər banklar tərəfindən cərimə məbləğlərinin mühasibatlıq uçotunun “düzgün” hesablarda aparılmamasını əsas gətirərək, verdikləri rəylərdə bildirirlər ki, müvafiq kredit müqaviləsi üzrə cərimə məbləği hesablanmamışdır. Halbuki, məhkəmələr tərəfindən ekspertizanın keçirilməsi haqqında qərardadlarda ekspertlər qarşısında qoyulan sual müvafiq kredit müqaviləsinin şərtləri əsasında cərimə məbləğinin hesablanması və hesablandığı təqdirdə nə qədər təşkil etməsi ilə bağlıdır, həmin cərimə məbləğinin mühasibat uçotu nöqteyi nəzərindən bank tərəfindən düzgün uçotunun aparılıb-aparılmaması ilə bağlı deyildir. Cərimə məbləğlərinin bankın mühasibat uçotunda “düz” və ya “düzgün olmayan” hesabda əks olunması hüquqi nöqteyi nəzərindən bankla borcalan arasında kredit və ya digər müvafiq müqavilələrdən irəli gələn münasibətlərə hər-hansı təsir göstərmək (bu münasibətləri dəyişmək və ya cərimə məbləğinin hesablanmaması üçün əsas olmaq) gücünə malik olmamaqla yanaşı banklarda mühasibat uçotunun düzgün aparılmasına nəzarəti həyata keçirən Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar bir daha vurğulanır ki, hesablanmış cərimə məbləğinin mühasibatlıq uçotunun düzgün hesabında əks olunmaması müvafiq kredit müqaviləsi üzrə cərimənin hesablanmaması üçün əsas olması mənasına gəlmir. Bankla borcalan arasındakı münasibətlər müvafiq kredit müqavilələri üzrə tənzimlənir ki, həmin kredit müqavilələrində də mülki qanunvericiliyə müvafiq olaraq cərimələrin hesablanmasının şərtləri və qaydası özəksini tapır. Məhkəmə isə ekspertin bu mövqeyinə (iddiaçı bankda olan cərimə hesabı üzrə silinməsinə dair Mərkəzi Bankın hesablarplanına uyğun tərtib olunmuş hesabdan çıxarış təqdim olunmamışdır) “yüksək” hüquqi qiymət verərək ekspert rəyinə uyğunmüvafiq qətnamə qəbuletmişdir. Konstitusiya Məhkəməsinin “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli qərarınınAzərbaycanRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır”. “Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin “Van de Hurk Hollandiyaya qarşı iş” üzrə 1994-cü il ## ##### tarixli Qərarı)”. Beləliklə, ekspert qarşısında qoyulan bütün sualların cavabı əks olunmayan rəyin əsaslı hesab edilə bilməməsi səbəbi ilə, məhkəmənin sözügedən ekspert rəyini digər sübutlardan üstün tutaraq borc məbləğlərini müəyyən etməsi ilə razılaşmır və bu halı prosessual pozuntu kimi qiymətləndirirlər.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Maddə 303.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər. Maddə 303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir. Maddə 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.6. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
28. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 3.1. Ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 6.1. Ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 11.2. Ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Ipoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Maddə 27.3. Ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. Ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Maddə 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Maddə 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti ilə qətnamə qismən - kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin və penyanın qismən təmin edilərək azaldılması, ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən tutulmasına dair hissəsinin təmin edilməməsi hissələrində mübahisələndirildiyindən, cavabdehlər isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə həmin hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləği birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən olunmuşdur, həmin rəyin əsassızlığı ilə bağlı apellyator tərəfindən hər hansı bir arqument irəli sürülməmişdir.
34. Dəbbə pulunun azaldılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı 1əhmdar Cəmiyyəti İddiaçı 1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.