Məhkəmə qərarları › İş №2(3-7)-1/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-1/2026

03.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Tərtər Rayon Notariat ofisinə, cavabdeh4, cavabdeh6, X13, cavabdeh3, cavabdeh7, cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsə kimi tanınma, mirasda miras payının həcminin müəyyənləşdirilərək ayrılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh Əkbər Salman oğlunun prosessual hüquqi varisi Hüquqi varis iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Tərtər Rayon Notariat ofisinə, cavabdeh4, cavabdeh6, X13, cavabdeh3, cavabdeh7, cavabdeh1 qarşı vərəsə kimi tanınma, mirasda miras payının həcminin müəyyənləşdirilərək ayrılması tələbinə dair Tərtər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər Rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, əmisi X9, bibisi X10, X4 öz övladlarının notariat qaydasında təsdiq olunmuş etibarnamələri olmadığı üçün ölüm haqqında şəhadətnamələrin verilməsinin mümkün olmadığı bildirilmişdir. Babası X3 və X1nun ölüm haqqında arayışları ona verilmişdir.

2. AZ-1 ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ## ### 2009cu il tarixdə vəfat etmişdir.

3. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ## #### 1969-cu il tarixdə vəfat etmişdir.

4. ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ## ###### 1952-ci ildə anadan olmuşdur. Atası X3, anası X7r.

5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının ## ### 1998ci il tarixli ** saylı qərarı ilə Tərtər rayonu İlxıçılar kəndində X7 4572.14 kvm torpaq sahəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdehlər Tərtər Rayon Notariat ofisinə, cavabdeh4, cavabdeh6, X13, cavabdeh3, cavabdeh7, cavabdeh1 qarşı mərhum nənəsi X7 nəvəsi qismində vərəsə olaraq tanınması, X7 miras əmlakı hesab edilən Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsindən qanunvericiliyə uyğun pay nisbətində müəyyənləşdirilərək ona miras payının ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum nənəsi X7 ##.##.1999-cu ildə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində vəfat etmişdir. X7 vəfatından sonra Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsi miras qalmışdır. ## ### 2025-ci il tarixdə miras əmlakın qəbulu ilə bağlı Tərtər Rayon Notariat ofisinə müraciət etmiş, müraciətinə ## ### 2025-ci il tarixdə imtina verilmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı Tərtər Rayon Məhkəməsinə müraciət edən zaman cavabdehlər cavabdeh4, cavabdeh6, X13, cavabdeh3, cavabdeh7, cavabdeh1 miras qoyanın övladı və nəvələri olaraq ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbuluna dair ərizəsinə etirazlarını bildirərək, mirasın bölünməsində onların da payının olduğunu qeyd etmişlər. Məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsini baxılmamış saxlamışdır. Nənəsinin ölümündən sonra o, Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsini faktiki qəbul etmiş, orada bir neçə dəfə əkin əkmişdir.

8. Tərtər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Maya Məmmədova) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan SSR Mülki Məcəlləsinin 528, 532 və 552-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddia tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, mərhum nənəsi X8 vəfatından sonra Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. ## ### 2025-ci il tarixdə miras əmlakın qəbulu ilə bağlı Tərtər Rayon Notariat ofisinə müraciət etmiş, müraciətinə ## ### 2025-ci il tarixdə imtina verilmişdir. Həmin torpaq sahəsini, həmçinin faktiki qəbul etmişdir. Göründüyü kimi onun mərhum ata nənəsindən qalan əmlak üzrə məcburi pay hüququ var. O da atasına düşən məcburi payı tələb etmək hüquqa sahibdir. Məhkəmə bunları nəzərə almadan, işin hallarına düzgün hüquqi qiymət vermədən qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, özü ##.##.1981-cu ildə Tərtər rayonunda anadan olmuşdur. X1 ##.##.1993-cü ildə şəhid olmuşdur. Mərhum nənəsi X8 isə ##.##.1999-cu ildə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində vəfat etmişdir. X7 vəfatından sonra Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsi miras qalmışdır. ## ### 2025-ci il tarixdə miras əmlakın qəbulu ilə bağlı Tərtər Rayon Notariat ofisinə müraciət etmiş, müraciətinə ## ### 2025-ci il tarixdə imtina verilmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı Tərtər Rayon Məhkəməsinə müraciət edən zaman cavabdehlər cavabdeh4, cavabdeh6, X13, cavabdeh3, cavabdeh7, cavabdeh1 miras qoyanın övladı və nəvələri olaraq ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbuluna dair ərizəsinə etirazlarını bildirərək, mirasın bölünməsində onların da payının olduğunu qeyd etdilər. Nənəsinin ölümündən sonra o, Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsini faktiki qəbul etmişdir. Həmin torpaq sahəsində köhnədən ev olmuş sonradan sökülmüşdür. Uzun müddətdir ki, həmin torpaq istifadəsizdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında göstərmişdir ki, Tərtər rayonu İlxıçılar kəndində yerləşən 0.45 ha torpaq sahəsi anası X7 məxsus olmuşdur. Həmin torpaq sahəsi hasara alınmamışdır. Anası şəhid olan qardaşı X5 vəfat etmişdir. Anasından həmin torpaq sahəsindən başqa orada yerləşən ev qalmışdır. Həmin ev də hazırda uçmuş vəziyyətdədir. Həmin torpaq sahəsindən heç kim istifadə etmir. İndi həmin torpaq üzərində mübahisə vardır, bacısının uşaqları da, qardaşının uşaqları da həmin torpaqdan pay istəyirlər. Torpağın sənədi olmuşdur. Hazırda torpağın şəhid qardaşı oğlu İddiaçı olmasına etiraz etmir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 prosessual hüquqi varisi Hüquqi varis apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, izahatında göstərmişdir ki, Tərtər rayonu İlxıçılar kəndində yerləşən 0.45 ha torpaq sahəsi nənəsi X7 məxsus olmuşdur. Həmin miras əmlakın sahibi nənəsi Hüzurə Hüseynovanın o və başqa nəvələri miras əmlakın ədalətli şəkildə bölünməsini istəyirlər. Torpaq sahəsinin sənədi mövcuddur. Orada olan ev uçmuş, sadəcə qalıqları qalmışdır.

16. İş üzrə iddiaçı, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

21. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

22. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

24. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

25. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013 -cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı

29. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

32. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

33. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir.

51. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).

52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

57. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

58. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur.

59. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. Mülki işin yuxarıda sadalanan və tədqiq olunan hallarından göründüyü kimi, iddiaçı İddiaçı mərhum nənəsi X7 ##.##.1999-cu ildə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində vəfat etmişdir. X8 vəfatından sonra Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı İddiaçı ## ### 2025-ci il tarixdə miras əmlakın qəbulu ilə bağlı Tərtər Rayon Notariat ofisinə müraciət etmiş, müraciətinə ## ### 2025-ci il tarixdə imtina verilmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı Tərtər Rayon Məhkəməsinə müraciət edən zaman cavabdehlər cavabdeh4, cavabdeh6, X13, cavabdeh3, cavabdeh7, cavabdeh1 miras qoyanın övladı və nəvələri olaraq ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbuluna dair ərizəsinə etirazlarını bildirərək, mirasın bölünməsində onların da payının olduğunu qeyd etmişlər. Məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə əvvəlki ərizəsini baxılmamış saxlamışdır. Hazırkı iddia üzrə işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, nənəsinin ölümündən sonra iddiaçı, Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 4572.14 kvm həyətyanı torpaq sahəsini faktiki qəbul etməmişdir. İddiaçı İddiaçı birinci instansiya məhkəməsində olduğu kimi mirası hər hansı yolla qəbul etməsi barədə kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə apaşdırmalar aparılmış və müvafiq sorğular verilmişdir. Sorğuda X8 adına Tərtər rayonu, İlxıçılar kəndində yerləşən 0,02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və 4572.14 kvm həyətyanı torpaq sahəsi aşkar edilmişdir. İddiaçının X1nun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bundan başqa kollegiya tərəfindən mirasın iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı sübutlar təqdim olunması üçün işin baxılması bir neçə dəfə təxirə salınmış, iddiaçı tərəf isə bu barədə, yəni mirasın iddiaçı tərəfindən qəbul edilməsinə dair sübut təqdim edə bilməmişdir.

65. Göründüyü kimi, baxılan iş üzrə nə birinci instansiyası məhkəməsinə nədə ki məhkəmə kollegiyasına mirasın iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla da Məhkəmə Kollegiyası belə bir nəticəyə gəlir ki, baxılan işdə iddiaçı tərəfindən miras qəbul edilməmişdir.

66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmaqla, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

67. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar