Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1015/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Daşkəsən rayonu Kəmərqaya kəndinin ərazisi hesab edilən Gəncə şəhərinin Gülüstan qəsəbəsində cavabdeh Cavabdeh İsa oğluna 0,08 ha torpaq sahəsinin verilməsinə dair Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin ##.##.2007- ci il tarixli ** saylı qərarı və müvafiq torpaqayırma sənədləri əsasında həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ##.##.2008-ci il tarixli ********** nömrəli qeydiyyat ləğv edilməsi, bu barədə Cavabdeh İsa oğlunun adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (##.##.2008-ci il tarixli MH0018384) və həmin Çıxarışın verilməsi üçün əsas olmuş bütün ilkin sənədlərin (o cümlədən Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı, torpaq sahəsinin alqı-satqısına dair akt, torpaq sahəsinin planı və ölçüsü) etibarsız hesab edilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh İsa oğlu və onun vəkili nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və iş Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2012-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İsa oğlu və onun nümayəndəsi (vəkil) nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli 2(030)–*/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İsa oğlu və onun nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərardadı ilə ərizənin təmin olunması, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İsa oğluna qarşı iddia tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli 2(030)–*/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin cavabdeh Cavabdeh İsa oğluna münasibətdə üzürlü hesab olunaraq bərpa edilməsi qərara alınmış və mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və buraxılmış müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsindən geri istənmişdir. Mülki iş ##.##.2025-ci il tarixdə Daşkəsən Rayon Məhkəməsinə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi şəxsin subyektiv hüquqa malik olmaması əsası ilə təmin olunmamaşdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərardadından X4 etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən şikayət verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayətin təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** nömrəli qərardadının ləğv edilməsi Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)- */**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi və şikayətinin baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin olunmaması və həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 şikayət verərək, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadının ləğv edilməsi və Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(030)–*/**** saylı qərardadından X3 tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin olunaraq həmin qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(030)–*/**** nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** saylı ##.##.2026-cı il qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadından X4 nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadının tam, onunla bağlı Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(030)–*/**** nömrəli qərardadının qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(030)–*/**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(030)–*/**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayət üzrə buraxılmış prosessual müddət bərpa edilməsi və şikayətə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilməsi qərara alınmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(3-7)-556/2026 saylı ##.##.2026-cı il qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(030)–*/**** nömrəli qərardadından X4 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ## #### 2012-ci il tarixdə çıxarılmışdır. Həmin qətnamənin surətinin ##.##.2025-ci il tarixə qədər cavabdehə çatdırılması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Qətnamənin surəti ##.##.2025-ci il tarixdə iş üzrə cavabdeh Cavabdeh İsa oğlunun etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən müvafiq qəbzə imza edilməklə qəbul edilmişdir. Qeyd olunan qətnamədən cavabdehin vermiş olduğu apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubu ilə *(***)-**/**** nömrəli mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və iş Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh İsa oğlu və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən qətnamədən yenidən elektron qaydada apellyasiya şikayəti verilmiş və şikayət ##.##.2025-ci il tarixdə Daşkəsən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini rəsmi qaydada aldığı gündən 1 ay ərzində məhkəməyə təqdim etmişdir. Lakin, apellyasiya şikayəti kağız daşıyıcıda verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli qərardadı apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəf həmin qərardad çıxarıldığı gündən 2 gün ərzində şikayəti müvafiq qaydada məhkəməyə təqdim etmişdir. Məhkəmə onu da qeyd edir ki, mülki işə 2012-ci ildə baxılmış olduğundan “Elektron məhkəmə” informasiya sistemində mövcud olmamışdır. Sonrakı apellyasiya şikayəti verilənə qədər şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qəbulu üçün texniki imkan yaradılmışdır. Göründüyü kimi apellyasiya şikayətinin verilməsində cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilməmiş, zəruri prosessual hərəkətlər mövcud zaman kəsiyi ərzində həyata keçirilmiş, onun məsələyə məsuliyyətsiz yanaşması olmamışdır. Birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablanması nəzərə alınsa, bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən olunur Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ## #### 2012-ci il tarixdə çıxarılmışdır. Həmin qətnamənin surətinin ##.##.2025-ci il tarixə qədər cavabdehə çatdırılması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Qətnamənin surəti ##.##.2025-ci il tarixdə iş üzrə cavabdeh Cavabdeh İsa oğlunun etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən müvafiq qəbzə imza edilməklə qəbul edilmişdir və apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin axımı həmin gündən başlamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadından X4 etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(030)–*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1015/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1015/2026
27.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver