Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2359/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Sporinyev Ruslan Oleqoviç, X2 və X9rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi,subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, X3, İddiaçı İddiaçı, onun nümayəndəsi Nümayəndə İspatovnanın və vəkili Vəkil, Cavabdeh cavabdeh3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Sporinyev Ruslan Oleqoviç, X2 və X9rşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Sporinyev Ruslan Oleqoviç tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 11, ** saylı mənzil İddiaçı Borisoviçin xüsusi mülkiyyətindədir.
2. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X13, X4, Nümayəndə İspatovna, X10 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 11, ** saylı mənzildə qeydiyyatdadırlar.
3. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2023cü il tarixli, ** saylı “məişət zorakılığı haqqında” qərarından görünür ki, X9, onun oğlu Sporinyev Ruslan Oleqoviç və X7 məişət zorakılığının təkrarlanması xəbərdarlıq olunmuş və Nümayəndə İspatovnaya, əri İddiaçı, uşaqları və anasına 30 gün olmaqla qısa müddətli mühafizə orderi verilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2024cü il tarixli, ** saylı “məişət zorakılığı haqqında” qərarından görünür ki, X8 və cavabdeh2 məişət zorakılığının təkraralanmaması xəbərdarlıq olunmuş və Nümayəndə İspatovna, əri İddiaçı və uşaqlarına 30 gün olmaqla qısa müddətli mühafizə orderi verilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardan görünür ki, Sporinyev Ruslan Oleqoviç Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır.
6. Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Sporinyev Ruslan Oleqoviç, X2 və X9 ünvan 2 ünvanında qeydiyyatda olmaları barədə məlumat müəyyən edilməmişdir. Müraciətdə qeyd olunan vətəndaşlar hazırda Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 23, * saylı mənzildə yaşayış üzrə qeydiyyatdadırlar.
7. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2023cü il tarixli, ** saylı “məişət zorakılığı haqqında” qərarından görünür ki, X9, onun oğlu Sporinyev Ruslan Oleqoviç və X7 məişət zorakılığının təkrarlanması xəbərdarlıq olunmuş və Nümayəndə İspatovnaya, əri İddiaçı, uşaqları və anasına 30 gün olmaqla qısa müddətli mühafizə orderi verilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2024cü il tarixli, ** saylı “məişət zorakılığı haqqında” qərarından görünür ki, X8 və cavabdeh2 məişət zorakılığının təkraralanmaması xəbərdarlıq olunmuş və Nümayəndə İspatovna, əri İddiaçı və uşaqlarına 30 gün olmaqla qısa müddətli mühafizə orderi verilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardan görünür ki, Sporinyev Ruslan Oleqoviç Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır.
10. Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Sporinyev Ruslan Oleqoviç, X2 və X9 ünvan 2 ünvanında qeydiyyatda olmaları barədə məlumat müəyyən edilməmişdir. Müraciətdə qeyd olunan vətəndaşlar hazırda Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 23, * saylı mənzildə yaşayış üzrə qeydiyyatdadırlar.
11. Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, Nümayəndə İspatovnanın ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- ****/**** saylı ##.##.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən 3-cü şəxs X10 verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
14. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü X1 Sahə inspektoru, R İsmayıl Mahmudlu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında ##.##.1975-ci il təvəllüdlü X10, o cümlədən ##.##.1985-ci il təvəllüdlü X5 qeydiyyatdadır və faktiki yaşayırlar lakin ##.##.1981-ci il təvəllüdlü İddiaçı və onun həyat yoldaşı ##.##.1983-cü il təvəllüdlü Nümayəndə İspatovna həmin ünvanda qeydiyyatda olsalarda faktiki yaşamırlar.
15. Nizami rayon MKTB-nin ** saylı Mənzil Kommunal sahəsi tərəfindən 24-cü polis şöbəsinə verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli arayışdan görünür ki, C.Naxçıvanski küçəsi, ev 11, mənzil 49-da aşağıdakı şəxslər yaşayır: X10 və Çebotaryov Boris Borisoviç.
16. İş materiallarına ##.##.2025-ci il tarixli İttiham Aktının surəti əlavə olunmuşdur.
17. Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, 3(007)- ****/**** saylı qərardan görünür ki, Nümayəndə İspatovna Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır.
18. Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, 3(007)- ****/**** saylı qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır.
19. Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.1994-cü il tarixli, **** saylı sərəncam iş materiallarına əlavə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı İddiaçı cavabdehlər Sporinyev Ruslan Oleqoviç, X2 və X9rşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, onların mübahisəli mənzildə qanunsuz yaşayışına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən ev onun adınadır və mənzilin yeganə mülkiyyətçisidir. Bu hüquq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2018-ci il tarixli, və 00901100003705101-****** reyestr nömrəli çıxarışı ilə təsdiq edilmişdir. Bu iddia ərizəsi cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən ünvan 4 ünvanında yerləşən və ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsinin qanunsuz olaraq zəbt edilməsi və faktiki olaraq tutulması ilə əlaqədar məhkəməyə təqdim edilir. Cavabdehlər mülkiyyətçinin razılığı və icazəsi olmadan həmin mənzildə yaşayaraq, onun və ailə üzvlərinin mənzilə sərbəst daxil olmasına və ondan istifadə etməsinə maneələr yaratmış, bununla da mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşlar. Qeyd olunan qanunsuz vəziyyətin aradan qaldırılması və mülkiyyət hüququnun faktiki bərpası yalnız məhkəmə müdaxiləsi yolu ilə mümkün olduğundan, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd etmək istərdi ki, cavabdehlərə mənzilin könüllü şəkildə boşaldılması barədə dəfələrlə şifahi və faktiki tələblər irəli sürülmüş, lakin cavabdehlər bu tələbləri yerinə yetirməkdən qəti şəkildə imtina etmişlər. Halbuki cavabdehlərin ünvan 5 ünvanında yerləşən öz yaşayış sahələri mövcuddur və onların alternativ yaşayış imkanları vardır. Bununla yanaşı, cavabdehlər tərəfindən onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına qarşı hədələyici davranışlar nümayiş etdirilmiş, mübahisəli mənzilə daxil olmağa cəhd ediləcəyi təqdirdə fiziki zor tətbiq ediləcəyi barədə açıq təhdidlər səsləndirmişdir. Mübahisəli yaşayış sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi nəticəsində mülkiyyətçinin və onun ailə üzvlərinin, xüsusilə azyaşlı uşaqlarının təhlükəsizliyinə real risk yaranmış, normal yaşayış və ailə həyatı faktiki olaraq mümkünsüz edilmişdir. Cavabdehlərin bu qanunsuz və təzyiq xarakterli davranışları nəticəsində o və ailə üzvləri faktiki olaraq öz yaşayış sahəsindən istifadə edə bilmir, daimi psixoloji təzyiq və gərginlik şəraitində yaşamağa məcbur qalırlar. Bundan əlavə, cavabdehlərin hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdehlər mülkiyyətçinin iradəsinə zidd olaraq mənzil üzərində faktiki nəzarəti həyata keçirir, onun və ailə üzvlərinin həmin yaşayış sahəsinə sərbəst daxil olmasına və ondan istifadə etməsinə sistemli şəkildə maneələr yaradırlar. Eyni zamanda cavabdehlərin hədələyici və zorakılıq xarakterli davranışları Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsi ilə təmin edilmiş təhlükəsiz yaşamaq hüququ ilə ziddiyyət təşkil edir və mülkiyyətçinin, habelə onun ailə üzvlərinin, o cümlədən azyaşlı uşaqların həyat və təhlükəsizliyinə real risk yaradır. Habelə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, lakin cavabdehlərin qanunsuz və davamlı hərəkətləri nəticəsində o və ailə üzvləri öz yaşayış sahəsindən faktiki olaraq istifadə etmək imkanından məhrum edilmişdir. Qeyd edilməlidir ki, cavabdehlərin zorakı və təhlükəli davranışları yalnız iddiaçı tərəfindən deyil, dövlət orqanları tərəfindən də rəsmi şəkildə təsbit edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Məişət, o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun ## #### 2023-cü il tarixli, №** saylı qərarı ilə cavabdeh cavabdeh1 və onun oğlu cavabdeh3 tərəfindən iddiaçı İddiaçı ailə üzvlərinə qarşı məişət zorakılığı törədilməsi faktı müəyyən edilmiş, zorakılığın təkrarlanmaması məqsədilə cavabdehlər rəsmi qaydada xəbərdar edilmiş və zərərçəkmiş şəxslərin xeyrinə 30 günlük qısamüddətli mühafizə orderi tətbiq edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin ## #### 2024-cü il tarixli, №** saylı növbəti qərarı ilə X6 və cavabdeh2 tərəfindən zorakılıq hallarının davam etdiyi, onların sərxoş vəziyyətdə yaşayış ünvanına gələrək qapını sındırmağa cəhd etdikləri, səs-küy saldıqları və ailə üzvlərini təhqir etdikləri müəyyən edilmiş, bu səbəbdən yenidən 30 günlük mühafizə orderi tətbiq olunmuşdur. Göstərilən hallar cavabdehlərin davranışlarının sistemli və davamlı xarakter daşıdığını, onların mübahisəli mənzildə qalmasının mülkiyyətçinin və onun ailə üzvlərinin, xüsusilə azyaşlı uşaqların təhlükəsizliyi üçün real və aktual risk yaratdığını, habelə yaşayış sahəsinin məcburi şəkildə tərk edilməsinə səbəb olan əsas amillərdən biri olduğunu açıq şəkildə sübut edir. Habelə, cavabdeh cavabdeh3 mübahisəli mənzildə baş vermiş hadisə zamanı zorakı hərəkətlər törətməsi faktı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir. Həmin qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bu hal cavabdehlərin davranışlarının real təhlükə mənbəyi olduğunu və mübahisəli mənzildə qalmanın mülkiyyətçi və onun ailə üzvləri üçün ciddi risk yaratdığını təsdiq edir. Hazırda cavabdehlərin mübahisəli mənzildən istifadə etməsinə dair hər hansı etibarnamə, müqavilə, məhkəmə qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi əsas mövcud deyildir və cavabdehlər tərəfindən belə bir hüquqi əsas təqdim edilməmişdir. Bu hal cavabdehlərin mübahisəli mənzildə qalmasının zərurətdən deyil, tamamilə qanunsuz iradədən və təzyiq yolu ilə faktiki vəziyyəti saxlamaq niyyətindən irəli gəldiyini göstərir və mülkiyyətçinin əmlakdan sərbəst və maneəsiz istifadə hüququnun davamlı olaraq pozulmasına səbəb olmuşdur. Cavabdehlərin mənzildə qalmağa davam etməsi mülkiyyətçinin əmlakdan sərbəst və maneəsiz istifadə hüququnun pozulması deməkdir.
22. Cavabdeh Sporinyev Ruslan Oleqoviç “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin dəlillərinə qarşı etiraz ərizəsi verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü tələblərlə razı deyil, onları əsassız, işin faktiki hallarına zidd və təmin edilməməli hesab edir. İddiaçı cavabdehin və ailə üzvlərinin guya ona məxsus mənzildə qanunsuz yaşadığını və “çıxarılmalı” olduğunu iddia edir. Bu iddialar həqiqətə uyğun deyil. O və ailə üzvləri iddiaçıya məxsus mənzildə yaşamırlar və heç vaxt yaşamamışlar. Həmin mənzildən istifadə etmirlər və onunla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən mübahisə predmeti mövcud deyil, “çıxarılma” tələbləri isə hüquqi və faktiki baxımdan əsassızdır. Çünki çıxarılacaq şəxs və yer yoxdur. Sporinyevlər ailəsi özünə məxsus ayrıca mənzildə, ünvan 1 ünvanında qanuni əsaslarla və uzun müddətdir yaşayır. İddia ərizəsində iddiaçı tərəfindən göstərilən ünvanda onlar faktiki olaraq yaşamırlar və heç vaxt yaşamamışlar. Bu hal faktiki yaşayış yeri üzrə yoxlama aparılmaqla təsdiq edilə bilər. İddia ərizəsində iddiaçı cavabdehin və ailə üzvlərinin guya hədəqorxu, təhdid, maneə törətmə və digər qanunsuz hərəkətlər etdiyini göstərir. Bu iddialar heç bir sübutla təsdiq olunmur, əsassızdır və işin real hallarının təhrif edilməsinə yönəlibdir.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Sporinyev Ruslan Oleqoviçin ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Sporinyev Ruslan Oleqoviç tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Starə Əliyeva)
24. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehlərdən cavabdeh3 mübahisə obyekti olan mənzildə yaşasa da, digər cavabdehlər cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzildə yaşaması işin tədqiq edilən halları ilə müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı tərəf iddia tələbinin faktiki hallarını təsdiq etmək üçün məhkəməyə müvafiq orqanlar tərəfindən cavabdehlərə ünvanlanmış məktublar təqdim edilmişdir. Hansıki həmin məktublar cavabdehlər cavabdeh2 və cavabdeh1 münasibətdə ünvan 3 * saylı mənzilə, cavabdeh cavabdeh3 münasibətdə isə həm ünvan 3 * saylı mənzilə, həm də mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzilə ünvanlanmışdır. Məhkəmə iddiaçının iddia tələbinin faktiki hallarını təsdiq etmək üçün sübut qismində istinad etdiyi qeyd edilən məktublara münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən məktublar cavabdehlərin mübahisə obyekti olan mənzildə yaşamalarını təsdiq edən mötəbər sübut qismində qiymətləndirilə bilməz. mübahisə obyekti olan mənzildə X10 yaşaması və cavabdeh3 ilə onun evli olması işin mübahisəsiz halı olduğundan onların həmin mənzildə birlikdə yaşamaları ağlabatandır. Həmçinin ünvan 3 * saylı mənzildə yerində müayinə zamanı cavabdeh cavabdeh1 tərəfindən oğullarının otağı olaraq təqdim etdiyi otaqda bir çarpayının olması, həmin mənzilin sahəsi, mənzildə yaşayan şəxslərin sayı işin faktiki halları ilə birlikdə qiymətləndirildikdə, o cümlədən binada yaşayan sakinlərin izahatları da nəzərə alınaraq Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh cavabdeh3 mübahisə obyekti olan Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzildə yaşayır. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 mübahisə obyekti olan mənzildə yaşamalarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən və məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmədiyindən iddia tələbi onlara münasibətdə əsaslı hesab edilə bilməz. Yəni onlara münasibətdə iddia tələbitələbin hüquqi əsasının dispozisiya şərtləri baxımından hazırki mərhələdən əsassızdır. İşin araşdırılan hallarına əsasın müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzilə sahiblik və istifadə hüquq yoxdur. Cavabdehin həmin mənzilə dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil. Belə ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olduğu və cavabdehin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə yaşadığı işin mübahisəsiz halı olduğu halda, işin tədqiq edilən halları ilə cavabdehin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh3 X10 əri olması mülkiyyətçinin razılığı olmadan həmin mənzildə yaşamasına əsas vermir. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 14-cü, 16-cı, 180-ci, 152-ci, 157-ci, 560-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 119.1-ci, 217.4-cü maddələrinə, bir sıra Kontitusiya və Ali Məhkəmənin Plenum qəralarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ona dair hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hərtərəfli araşdırma aparmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
29. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
30. Məhkəmə iclasında iddiaçı, nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Cavabdeh Sporinyev Ruslan Oleqoviç tərəfindən qətnamə yalnız ona dair hissədə mübahisələndirilərək ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi xahiş olunduğundan, qətnamə mübahsiələndirilən hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
37. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzil Çebotaryov David Borisoviçin mülkiyyətindədir. İddiaçı bacısı X10 Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzildə yaşayır. Cavabdeh Sporınyev Ruslan Oleqoviç ilə Çebotaryeva Natalya Barisovna evlidirlər. Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 3 * saylı mənzildə yaşayış üzrə qeydiyyatdadırlar.
38. Məhkəmə tərəfindən mülki iş üzrə ##.##.2026-cı il tarixində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzil və ünvan 3 * saylı mənzildə yerində müayinə həyata keçirilmişdir.
39. Müəyyən edilmişdir ki, yerində müayinə həyata keçirilən zaman cavabdehlər cavabdeh3 və cavabdeh2 ölkə xaricində olmuşlar. ünvan 3 * saylı mənzildə yerində müayinə həyata keçirilən zaman cavabdehlər cavabdeh1 əri ilə birlikdə həmin mənzildə yaşadığı, mənzilin iki otaqdan ibarət olduğu müəyyən edilmişdir. Cavabdeh cavabdeh1 bildirmişdir ki, oğulları cavabdeh3 və cavabdeh2 həmin mənzildə onunla birlikdə yaşayırlar. O, oğullarının yaşayış otağı kimi bir çarpayıdan ibarət olan bir otağı məhkəməyə göstərmişdir. Həmin mənzildə yerində müayinə həyata keçirilən zaman binada yaşayan bir-iki sakinlə Məhkəmə söhbət aparmış, onlar cavabdeh cavabdeh1 uzun müddətdir ki, həmin mənzildə yaşadığını bildirmişlər.
40. Hazırda iddiaçı İddiaçı tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzilin cavabdehlər tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilməsi ilə əsaslandırmışdır.
41. Mübahisə obyekti olan, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzilin iddiaçı İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır.
42. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 11, ** saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
43. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 3 * saylı mənzildə yerində müayinə həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, həmin mənzildə içəridə kim isə (böyük ehtimal X10) olmasına baxmayaraq qapını açan olmamışdır. Məhkəmə tərəfindən həmin mənzil ilə eyni mərtəbədə yerləşən ** nömrəli mənzilin sakini Zeynalova Yeganə Balaniyaz qızı ilə söhbət aparılmış və o, bildirmişdir ki, həmin mənzildə X10 əri cavabdeh3 ilə birlikdə yaşayır. Digər cavabdehlər cavabdeh2 və cavabdeh1 isə görmədiyini bildirmişdir. Həmçinin ** nömrəli mənzilin sakini ilə də Məhkəmə söhbət aparmış, o özünü təqdim etmək istəməsə də, bildirmişdir ki, X10 əri cavabdeh3 ilə birlikdə yaşayır.
44. İş materiallarından göründüyü kimi cavabdeh cavabdeh3 mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən ** saylı mənzilə sahiblik və istifadə hüquq yoxdur. Cavabdehin həmin mənzilə dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil. Belə ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olduğu və cavabdehin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə yaşadığı işin mübahisəsiz halı olduğu halda, işin tədqiq edilən halları ilə cavabdehin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.
45. Cavabdeh cavabdeh3 X10 əri olması mülkiyyətçinin razılığı olmadan həmin mənzildə yaşamasına əsas vermir.
46. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə