Məhkəmə qərarları › İş №2(3-7)-1072/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1072/2026

13.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1072/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Həsənov İlham Akif oğluna qarşı məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Həsənov İlham Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Həsənov İlham Akif oğlunun, arvadı Töfə adlı və İlham Həsənovun şəriki Eldəniz adlı şəxsin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən Seyidli Xüsusi Sənaye-İstehsal Kiçik müəssisəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iddia ərizəsinə müstəsna aidiyyət və məhkəmə aidiyyəti qaydalarına əsasən həmin məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadını ləğv edilməsini və iddia ərizəsi icraata götürülərək baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən müəssisənin rəsmi ünvanı ünvan 1 olmaqla, M.İmamzadə yolunun sağ tərəfində yerləşir. Buna dair AR-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergi Baş İdarəsindən rəsmi sənəd alınmışdır. Müəssisənin Gəncə şəhərinin ərazisində yerləşməsi ilə bağlı iddia ərizəsi məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən nəzərə alınmadan artıq ikinci dəfədir ki, iddia ərizəsi MPM-in 39.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Həsənov İlham Akif oğlu və Eldəniz adlı bir şəxs ona məxsus müəssisəyə öz başına girərək, onunla icarə müqaviləsi bağlamadan müəssisədə müxtəlif işlər görərək qazanc əldə edirlər. Müəssisənin onlara məxsus olmasını bildirərək iddiaçını müəssisəyə buraxmırlar. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh Həsənov İlham Akif oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyində 2305223362 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi passivdir. Həmçinin, iş materiallarının 2-ci vərəqində olan arayışdan görünür ki, Seyidli Xüsusi Sənaye-İstehsal Kiçik müəssisəsi təsərrüfat subyektinin olduğu yer üzrə ** saylı Ərazi Vergilər Baş İdarəsində uçota alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə bilavasitə onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən yaranan mübahisədir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Seyidli Xüsusi Sənaye-İstehsal Kiçik müəssisəsi ünvan 1 olmaqla, M.İmamzadə yolunun sağ tərəfində yerləşir. Buna dair ARnın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergi Baş İdarəsindən rəsmi sənəd alınmışdır. İşə baxan məhkəmə tərəfindən ərazi aidiyyatının pozulması dedikdə, məhz Gəncə şəhərinin daxil olduğu yurisdiksiya üzrə Kommersiya məhkəməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 151, 152, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar