Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-109/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (anası) nümayəndə1 Qəhrəman qızının və iddiaçının vəkili İsayeva Xalidə İsa qızının və cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (bacısı) nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ##.##.2003-cü il tarixdə doğulmuş, atası qrafasında şahid4, anası qrafasında nümayəndə1 qeyd edilmişdir.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 505013114996-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X9 və Cavabdeh, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq Cavabdeh adına ##.##.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.
3. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş ## ##### 2022-ci il tarixli, ** saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd İƏD üzrə nümayəndəliyinin 2006-2010-cu illərə dair * nömrəli təsərrüfatbaşına kitabın 340-ci şəxsi hesablı təsərrüfatda qeydiyyatda olmaqla qeyd edilə ailə üzvləri vardır; ailə başçısı X4 1927-cı il, arvadı X9 1926-cı il, gəlini nümayəndə1 ##.##.1983-cü il, nəvəsi İddiaçı ##.##.2003cü il və nəvəsi X3 ##.##.2005-ci il.
4. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh nümayəndə1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, 505013114996-***** reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi, nümayəndə1 Cavabdeh məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir (qətnamə qanuni qüvvəsini almışdır).
5. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadından görünür ki, Gədəbəy rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(042)- ***/**** saylı qətnaməsinə, cavabdeh nümayəndə1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, 505013114996-***** reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi anlayışına nümayəndə1 ##.##.2023cü il tarixə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verilməsi qərara alınmışdır (qərardad qanuni qüvvəsini almışdır).
6. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(042)- ***/**** saylı icra sənədinə xitam verilmişdir.
7. Gədəbəy rayonu, Y.İsgəndərov adına Arıqıran kənd tam orta ümumitəhsil məktəbi tərəfindən ##.##.2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, İddiaçı 2009-2010-cu tədris ilində Gədəbəy rayon Y.İsgəndərov adına Arıqıran kənd tam orta ümumitəhsil məktəbinin birinci sinfinə qəbul edilib, 2019-2020-ci tədris ilində həmin məktəbin 11-ci sinifini bitirmişdir.
8. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatdadır.
9. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, iddiaçı İddiaçı Gədəbəy rayonu Arıqıran kəndində ##.##.2003-cü ildə doğulmuşdur. Hazırda Gədəbəy rayonu Arıqıran ərazi dairəsi üzrə Arıqıran kəndində ##.##.2019-cu ildən qeydiyyatdadır.
10. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, iddiaçı İddiaçı Gədəbəy rayonu Arıqıran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçotu kitabının 23-cü səhifəsinə, *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir.
11. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş ##.##.2026-cı il tarixli, *- **/*-**/**** saylı məktubdan görünür ki, ##.##.2003-cü ildə doğulmuş, İddiaçı anadan olduğu bir gündən hazırda Cavabdeh məxsus olan fərdi yaşayış evinə qeyd edilmişdir və 2020-ci ilin sentyabr ayına qədər həmin evdə faktiki yaşamışdır. İddiaçı hazırda nümayəndəliyin ərazisində yaşamır.
12. Məhkəmə kollegiyasının müraciəti əsasında Gədəbəy Rayon Məhkəməsindən iddiaçı Cavabdeh cavabdeh nümayəndə1 qarşı kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbinə dair *(***)-***/**** saylı mülki iş, iddiaçı nümayəndə1 azyaşlı uşaqları ilə birlikdə Gədəbəy rayonu Arıqıran kəndində yerləşən şahid4 Fəzail oğluna məxsus olmuş fərdi yaşayış evinə köçürülməsinə dair *(***)-***/**** saylı mülki iş və nümayəndə1 ilə şahid4 Fəzail oğlu arasında olan nikahın pozulması barədə mülki iş götürülmüş və tədqiq edilmişdir.
13. Məhkəmə kollegiyasının sorğusu əsasında 505013114996-***** reyestr nömrəli, ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əldə edilmiş, tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, o - iddiaçı, İddiaçı məişət əşyalarımla birlikdə cavabdeh Cavabdeh məxsus olan, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə, 100 manat dövlət rüsumunun və 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun atası şahid4 Fəzail oğlunun bibisidir. Atası şahid4 Fəzail oğlu ilə anası nümayəndə1 Qəhrəman qızı 2002ci ildə faktiki ailə qurmuşdur. Onların arasında olan nikah 2006-cı ildə rəsmi qeydə alınmışdır. Onların rəsmi nikahından ##.##.2003-cü il təvəllüdlü İddiaçı, ##.##.2005-ci il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 adında 3 uşaqları doğulmuşdur. Atası şahid4 Fəzail oğlu hələ uşaqlığından nənə və babasının himayəsində yaşamış, bu səbəbdən də anası ilə evlənəndə anasını gəlin kimi mərhum babası X4 və mərhum nənəsi X9 məxsus olan, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçürüb. Atası ilə anasının toyu olanda həm Tapdıq baba, həm də Fatma nənə sağ olmuşdur. O, bacısı və qardaşı bu təsərrüfatda doğulmuşlar və o ailə üzvü kimi həmin təsərrüfatda qeydiyyatda olmuşdur. Onun anası həm Tapdıq babaya, həm də Fatma nənəyə qulluq etmiş, onların xəstəsinə baxmışdır. Nənənin və babanın vəfatından sonra təsərrüfat bütövlükdə anasının adına qeyd edilmişdir. Lakin babanın və nənənin vəfatından sonra cavabdeh Cavabdeh Tapdıq babadan və Fatma nənədən qalan miras əmlakı qanun üzrə vərəsə olaraq öz adına keçirmiş, bundan sonra Gədəbəy rayon Məhkəmədə iddia qaldırmış, anasının 7000 (yeddi min) manat kompensasiya ödənilməklə həmin evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiası təmin olunmuşdur. Həmin iddia tələbi məhkəməyə veriləndə onun artıq 20 yaşı var idi və iddiaçı onun həmin evdə yaşamasına etiraz etməmişdir. Onun evdən çıxarılması mübahisə predmeti də olmamışdır. Bir neçə ay bundan əvvələ kimi o həmin evdə mübahisəsiz yaşamış və istifadə etmişdir. Lakin son iki ayda cavabdeh onun həmin evdən istifadə etməyisinə imkan vermir və buna görə də o hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə onun həmin evə köçürülməsinə dair qərar qəbul etsin. Ona məxsus olan əşyaların bir qismi həmin evdədir. Əşyalarının bir qismi isə evdən cavabdeh tərəfindən çıxarılıb. Köçmək istədiyi ev cavabdehin mülkiyyətində olmaqla, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşir. Ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətindədir. O, isə həmin təsərrüfatda ailə üzvü kimi qeydiyyatdadır. Hesab edir ki, bu evdə anadan olmağı və uzun müddət bu evdə mübahisəsiz yaşadığı üçün, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyi və evdə birlikdə tikinti işləri apardıqları üçün o bu evdən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən də həmin evə köçməsini istəyir. O, bu fərdi yaşayış evində yaşamağa başlayanda fərdi yaşayış evi babasına və nənəsinə məxsus olmuşdur. Sonradan cavabdeh evi qanun üzrə vərəsə olaraq adına qeydə aldırmışdır. Onun evlə bağlı münasibətləri 2009-cu ildən əvvəl yarandığı üçün təbii ki, hazırkı mübahisəyə də 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq olunmalıdır. Qeyd etdiyi kimi o ailəyə qeyd şərtsiz qəbul olunmuşdur. Uzun müddət bu evdə yaşamışdır. Heç bir əsas olmadan fərdi yaşayış evindən istifadə hüquqları cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hes kəs hüquqi əsas olmadan yaşadığı evdən məhrum oluna bilməz.
16. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddiаnın təmin edilməsi, İddiaçı ona məxsus olan məişət əşyaları ilə birlikdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 500 (beş yüz) manat vəkil xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ##.##.2003-cü il tarixdə sözgedən fərdi yaşayış evində doğulmuş, yaşamış və digər ailə üzvləri olan anası nümayəndə1 və bacısı ##.##.2005-ci il təvəllüdlü X3, qardaşı ##.##.2018-ci il təvəllüdlü X1 ilə eyni dərəcədə sözügedən fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Ssözügedən fərdi yaşayış evindən onun istifadə hüququ olduğundan onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi haqlıdır.
18. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 228.5-ci maddələrinə, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
19. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (bacısı) nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan aşağıdakı faktiki halları araşdırmamışdır. Birincisi, yuxarıda da qeyd edildiyi kimi, məhkəmə nümayəndə1 mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi haqqında qətnaməsinə və həmin qətnaməyə izah verilməsi barədə qərardadına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməyə izah verilməsi haqqında qərardadla nümayəndə1 ##.##.2023-cü il tarixə kimi yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verilməsini halını araşdırmamışdır. Həmin qərardadda hazırki iddiaçı İddiaçı adının qeyd edilməməsinin onun həmin evdən istifadə hüququnun olması anlamına gəlinməsi üçün deyil, artıq yetkinlik yaşına çatdığından və mübahisəli evdən istifadə etməsi üçün heç bir əsasın qalmamasına, əgər yetkinlik yaşına çatmamış olsa idi, onun da nümayəndə1 ilə birlikdə evdən istifadə hüququna xitam verilməli olması halına diqqət yetirməmiş, bununla da işin düzgün həlli üçün əhəmiyyətli olan bu halı araşdırmamışdır. İkincisi, məhkəmə iddianı təmin edərkən iddiaçı İddiaçı mülkiyyətçinin (Cavabdeh) ailə üzvü hesab olunmadğını nəzərə almamış və bu halı araşdırmamışdır. Belə ki, İddiaçı mülkiyyətçinin bacısı nəvəsidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək iddiaçını mülkiyyətçinin ailə üzvü hesab etmişdir. Lakin həmin maddənin məzmunundan aydın görünür ki, icarədarın ailə üzvləri arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Göründüyü kimi, İddiaçı Cavabdeh bacısı nəvəsi olmaqla 53-cü maddədə göstərilən ailə üzvləri sırasına daxil deyildir. Belə olan halda X7 mülkiyyətçi olaraq İddiaçı münasibətdə heç bir öhdəliyi, o cümlədən onu öz evinə köçürmək öhdəliyi daşımır. Lakin məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan bu halı da araşdırmamışdır. Beləliklə, Gədəbəy rayon Məhkəməsi hazırki iddia üzrə mülki işə baxarkən yuxarıda qeyd edilən hallara düzgün qiymət verməmiş, bununla da iddianın təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə çıxarmışdır.
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı cavabdehin bacısı nəvəsidir. İddiaçının anası Pakizənin bacısıoğlu ilə 2002-ci ildə evlənmişdir. 2022-ci ildə isə boşanmışlar. Mübahisəli ev Raufun anasının ata yurdudur. Aişə 2021-ci ilə qədər orada yaşamışdır. Aişənin atası başqa evə köçmüşdür. 2023-cü ildə ev cavabdehin adına rəsmiləşdirilmişdir. Aişə cavabdehin ailə üzvü deyildir. Yalnız cavabdehin razılığı ilə orada yaşaya bilər. Uşaqların ikisi evdən çıxarılmışdır. Aişə Bakı şəhərində yaşayır. Ev Pakizənin atasına məxsus olmuşdur.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (anası) nümayəndə1 Qəhrəman qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 2025-ci ilə qədər mübahisəli fərdi yaşayış evində yaşamışdır. İşi ilə əlaqədar hazırda Bakı şəhərində yaşayır. Aprel ayında iş üçün Bakı şəhərinə köçmüşdür. İndi qayıtmaq istəyir, deyir kirayə xərcini ödəyə bilmir. Gəlib kənddə yaşamaq istəyir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili İsayeva Xalidə İsa qızı apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, Mətanət 2002-ci ildə o evə gəlin köçmüşdür. Pakizənin heç bir sənədi olmamışdır. Bəsdi Mətanətin qaynanası olmuşdur. Təsərrüfatda Mətanətin də adı olmuşdur. Aişə təsərrüfatda qeydiyyatdadır. Fatimə Pakizənin anasıdır. Atası 2009, anası isə 2011-ci ildə ölmüşdür.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndələri və vəkilləri vasitəsi ilə təmsil olunmuşlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
26. 13-cü maddəsinə İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
35. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.
39. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, şahid4 və nümayəndə1 2002-ci il tarixdə qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını ##.##.2006-cı il tarixdə Gədəbəy rayonu Arıqıran kənd İƏD üzrə nümayəndəlikə bağlamışlar. Birgə yaşadıqları dövrdə ##.##.2003-cü il təvəllüdlü İddiaçı, ##.##.2005-ci il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 adında üç övladları olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə nümayəndə1 və azyaşlı övladları olan ##.##.2005-ci il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X1 mübahisəli (Cavabdeh adına qeydə alınmış, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən) fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarının olması müəyyən edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli, 2(042)- ***/**** saylı qətnaməsi və Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadına əsasən, sözgedən fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına (kompensasiya ödənmək şərti ilə) xitam verilmişdir.
40. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ##.##.2003-cü il tarixdə sözgedən fərdi yaşayış evində doğulmuş, yaşamış və digər ailə üzvləri olan anası nümayəndə1 və bacısı ##.##.2005-ci il təvəllüdlü X3, qardaşı ##.##.2018-ci il təvəllüdlü X1 ilə eyni dərəcədə sözgedən fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. İddiaçı ##.##.2003- cü il tarixdə doğulduğundan qeyd edilən mübahisənin həlli ilə bağlı 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq norması pozulmuşdur.
42. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
43. Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi ## #### 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
44. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri 2003-cü il tarixdən yarandığı üçün iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 228-ci maddəsi təşkil edir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin hazırki mülkiyyətçisi cavabdeh Cavabdehdır. İddiaçı İddiaçı Cavabdeh bacısıoğlu şahid4 qızıdır. Fərdi yaşayış evi Cavabdeh atasının, şahid4 isə ana babasının mülkü olmuşdur. İddiaçı İddiaçı 2020-ci ilədək orada yaşamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
46. Məhkəmə kollegiyası iddiaçının cavabdehin ailə üzvü olub-olmaması məsələsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
47. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan bacısı-nəvəsi “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin şəxsin bacısı-nəvəsini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mülkiyyətçinin bacısı nəvəsidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ olduğundan iddiaçının isə hazırki iddiası istifadə hüquqlarından qaynaqlandığından sonuncunun evə dair istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, iddiaçı İddiaçı Gədəbəy rayonu Arıqıran kəndində ##.##.2003-cü ildə doğulmuşdur. Lakin Gədəbəy rayonu Arıqıran ərazi dairəsi üzrə Arıqıran kəndində ##.##.2019-cu ildən qeydiyyatdadır.
49. Məhkəmə kollegiyası iddiaçı İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası şahid4 Fəzail oğlu hələ uşaqlığından nənə və babasının himayəsində yaşamış, bu səbəbdən də anası ilə evlənəndə anasını gəlin kimi mərhum babası X4 və mərhum nənəsi X9 məxsus olan, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçürüb. Atası ilə anasının toyu olanda həm Tapdıq baba, həm də Fatma nənə sağ olmuşdur. O, bacısı və qardaşı bu təsərrüfatda doğulmuşlar və o ailə üzvü kimi həmin təsərrüfatda qeydiyyatda olmuşdur. Lakin tədqiq edilmiş iş materialları və məhkəmə kollegiyasının sorğusu əsasında 505013114996-***** reyestr nömrəli, ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin tədqiq zamanı sənədlərdə şahid4 Fəzail oğlunun vərəsə, mülkiyyətçi, payçı, istifadə hüququ olan şəxs və s. olması müəyyən edilməmişdir.
50. Göründüyü kimi mübahisəli evə gözlənilən mülkiyyət hüququ olan subyektlər siyahısında iddiaçının atası şahid4 yoxdur. Belə olan halda Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranması üçün həmin evə gözlənilən mülkiyyət hüququ olan subyektlərlə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmalı idi. Lakin adı çəkilən tərəflər arasında belə razılaşma mövcud olmadığı üçün iddiaçının mübahisəli evdən istifadə hüququ yoxdur.
51. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X9 və Cavabdeh, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq Cavabdeh adına ##.##.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (H.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarı).
52. Bunlardan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırda Bakı şəhərində yaşayır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının mübahisəli fərdi yaşayış evinə köçəcəyini bildirsə də, iddia tərəfinin bu arqumenti inandırıcı deyildir. İddiaçının hazırki iddianın irəli sürülməsində olan məqsədi yaşamaqla bağlı deyil, gələcəkdə həmin fərdi yaşayış evinin mülkiyyətçisindən kompensasiyanın alınmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdehin mülkiyyət hüquqları məhdudlaşdırılmamalıdır.
53. Göründüyü kimi birinci instansiyası məhkəməsi qeyd olunanları nəzərə almamış, mübahisə üzrə tətbiq edilməli olan hüquq, Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (bacısı) nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.