Məhkəmə qərarları › İş №2(3-7)-1151/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1151/2026

14.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1151/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər cavabdeh4, İsgəndərov Murad Nəriman oğlu, cavabdeh2 Heydar oğlu və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh2 Heydar oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər cavabdeh4 Ağdam rayonu Çəmənli bələdiyyəsinə məxsus 1,50 ha, İsgəndərov Murad Nərman oğlunun 2 ha, cavabdeh1 2,20 ha və cavabdeh2 1,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin mülkiyyətində 102 ha torpaq sahəsi var. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh4 tərəfindən bələdiyyənin 1,50 ha, İsgəndərov Murad Nərman oğlu tərəfindən 2 ha, cavabdeh2 tərəfindən 1,0 ha və cavabdeh1 tərəfindən 2,20 ha torpaq sahəsi zəbt edilmişdir. Dəfələrlə cavabdehlərdən Ağdam Rayonu Çəmənli Bələdiyyəsinə məxsus torpaq sahəsini qeyri-qanuni olaraq zəbt edib istifadə etdiklərini bildirərək torpaq sahəsindən çıxmaları tələb edilsə də, heç bir nəticə verməmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və mülki işin icraatı dayandırılmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh2 şikayət verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet üzrə eyni əsaslarla işə baxıla bilməz. Hazırki iş üzrə iddiaçı Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, sonra isə ərizə verərək, təqdim etdiyi sənədləri geri istəmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Belə olan halda, hazırki iddia tələbinə Ağdam Rayon Məhkəməsinə baxıla bilməzdi. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən, icraatın dayandırılmasına dair hissə ləğv edilməli və iddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər cavabdeh4, İsgəndərov Murad Nəriman oğlu, cavabdeh2 Heydar oğlu və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, ekspert rəyi alınanadək *(*-***)-***/**** saylı mülki iş üzrə icraat dayandırılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi və 255-ci maddədə məhkəməyə belə hüququ verən konkret hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 255.0-cı maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: ...255.0.5 məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; Göründüyü kimi, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda işin icraatının dayandırılması məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi müəyyən edilmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından görünür ki, iş üzrə ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «xxxx» X1 həvalə edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ekspert rəyini yalnız müvafiq sahə üzrə xüsusi biliklərə malik olan və qanunla müəyyən edilmiş qaydada ekspert təyin edilən səlahiyyətli şəxslər verə bilər. Məhkəmə ekspertləri (dövlət məhkəmə ekspertiza müəssisələrinin əməkdaşları) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və ya digər dövlət qurumlarının ixtisaslaşmış ekspertiza idarələrinin ştatlı ekspertləridir. Müstəqil (qeyri-dövlət) ekspertlər: Xüsusi biliklərə malik olan, qanunvericiliyin tələblərinə cavab verən və müvafiq reyestrdə və ya fəaliyyət sahəsində səlahiyyəti olan fiziki şəxslərdir (mütəxəssislər). «xxxx» X1 iş üzrə əldə edilən məhz mütəxəssis rəyidir. Hazırki iş üzrə mütəxəssis cəlb edilməklə, mütəxəssis rəyinin alınması daha məqsədəmüvafiq hesab edilir. Lakin hazırki vəziyyətdə məhkəmə kollegiyası həmin hissəyə toxunmayaraq qeyd edir ki, mütəxəssis cəlb edilməklə, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi barədə qərardadda icraatın dayandırılması istisna edilir. Mütəxəssis rəyinin təqdim edilməsi üçün vaxt müəyyən edilməklə və ya mütəxəssis rəyi alınanadək məhkəmə iclası təxirə salınır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işin icraatının dayandırılması qanunauyğun deyil. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh cavabdeh2 Heydar oğlunun vəsatətinə Ağdam Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə baxılmış, vəsatət təmin edilməmiş və həmin qərardaddan şikayət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 254-255, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh2 Heydar oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən, icraatın dayandırılması hissəsində ləğv edilsin. İddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər cavabdeh4, İsgəndərov Murad Nəriman oğlu, cavabdeh2 Heydar oğlu və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar