Məhkəmə qərarları › İş №2(3-7)-1168/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1168/2026

11.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1168/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Gəncə şəhər Bülbül adına * №-li Uşaq Musiqi Məktəbinin nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, GəncəX4 Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdeh cavabdeh3 direktoru tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli, ** saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmasına görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsi (hakim – Cavid Tağıyev) ilə, iddianın qismən təmin olunması, cavabdeh cavabdeh3 direktoru Aidə Əmrahova tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Gəncə şəhər Bülbül adına * №-li Uşaq Musiqi Məktəbinin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən cavahdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin * saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində şikayətin “Apellyasiya şikayəti verən şəxs” bölməsində şikayətçi qismində yalnız cavabdeh cavabdeh1 göstərilmişdir. Lakin, həmin elektron şikayətin “Işin halları” hissəsinə əlavə edilmiş yazılı apellyasiya şikayətinin məzmununda artıq apellyasiya şikayətinin cavabdeh3 tərəfindən verildiyi göstərilmiş, həmin şəxs apellyator kimi təqdim edilmiş və şikayətin tələbləri onların hamısının adından irəli sürülmüşdür. Beləliklə, elektron sistemdə qeyd olunan apellyator ilə şikayətin mətnində göstərilən şikayətçilər arasında açıq ziddiyyət mövcuddur. Şikayətin elektron bölməsi üzrə yalnız bir şəxsin apellyasiya şikayəti qeydə alındığı halda, elektron bölmənin “işin halları” hissəsinə əlavə edilmiş şikayətdə başqa şəxs adından şikayət verilməsi göstərilmişdir. Bu isə apellyasiya şikayətini verən şəxslərin dairəsini qeyri-müəyyən edir və MPM-in 361.1.2-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Bununla paralel olaraq qeyd edilməlidir ki, apellyasiya şikayəti cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili qismində vəkil2 tərəfindən elektron qaydada imzalanmışdır. Lakin iş materiallarında mövcud olan etibarnamədən müəyyən edilir ki, vəkil2 nümayəndəlik səlahiyyəti yalnız cavabdeh3 adından verilmiş etibarnaməyə əsaslanır. Həmin etibarnamə ilə vəkil2 yalnız göstərilən hüquqi şəxsin maraqlarını təmsil etmək səlahiyyəti verilmişdir. Iş materiallarında vəkil2 cavabdeh cavabdeh1 adından apellyasiya şikayəti verməsinə, onları məhkəmədə təmsil etməsinə və ya onların adından prosessual hərəkətlər həyata keçirməsinə dair etibarnamə və ya vəkil orderi mövcud deyildir. Eyni zamanda elektron şikayətə də, belə sənədlər əlavə edilməmişdir. Nümayəndənin prosessual hərəkətlər həyata keçirməsi yalnız qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətlərə əsaslana bilər. Təmsilçilik səlahiyyəti yalnız onu verən şəxs barəsində hüquqi nəticə doğurduğundan, cavabdeh3 tərəfindən verilmiş etibarnamə digər cavabdeh adından apellyasiya şikayətinin verilməsi və ya imzalanması üçün hüquqi əsas hesab oluna bilməz. Beləliklə, elektron məhkəmə sistemində şikayəti verən şəxs kimi bir cavabdeh – cavabdeh1, şikayətin yazılı mətnində isə digər cavabdeh – cavabdeh3 göstərilmişdir. Başqa sözlə, elektron ərizənin identifikasiya məlumatları ilə ona əlavə edilmiş apellyasiya şikayətinin məzmunu arasında şikayəti verən şəxsin kimliyinə dair ziddiyyət mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, bu ziddiyyət apellyasiya şikayətinin sadəcə texniki və ya formal çatışmazlığı kimi qiymətləndirilə bilməz. Çünki şikayətin hansı cavabdeh tərəfindən verildiyinin müəyyən edilməməsi həmin şəxsin apellyasiya instansiyasında hansı prosessual statusda çıxış etdiyini, məhkəmə aktının hansı hissəsini və hansı hüquqi əsaslarla mübahisələndirdiyini, habelə apellyasiya şikayətində irəli sürülmüş tələblərin konkret olaraq kimin iradəsini ifadə etdiyini müəyyən etməyə mane olur. Xüsusilə nəzərə alınmalıdır ki, iş üzrə bir neçə cavabdeh iştirak edir və onlardan hər birinin məhkəmə aktından ayrıca və ya birgə şikayət vermək hüququnun həyata keçirilməsi həmin şəxsin iradəsinin aydın və birmənalı şəkildə ifadə olunmasını tələb edir. Bir cavabdehin elektron sistemdə şikayətçi kimi göstərilməsi, digər cavabdehin isə şikayətin mətnində apellyator kimi təqdim edilməsi nəticəsində məhkəmə aktından kimin şikayət etdiyi barədə obyektiv və birmənalı nəticəyə gəlmək mümkün olmur. Bu baxımdan, elektron məhkəmə sistemində apellyasiya şikayətini təqdim edən subyektlə şikayətin mətnində apellyator kimi göstərilən subyektin eyni şəxs olmaması MPM-in 361.1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbinə uyğun gəlmir. Belə ki, prosessual sənədin elektron sistemdə təqdim edilmə üsulu ilə onun məzmununda göstərilən prosessual subyekt arasında uyğunluq təmin edilməli, məhkəmədə şikayətin konkret hansı şəxs tərəfindən verildiyinə dair hər hansı qeyri-müəyyənlik yaranmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin * saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin müəyyən edilmiş prosessual tələblərə uyğunluğunun qiymətləndirilməsi zamanı apellyasiya baxışının hədlərinə dair Mülki Prosessual Məcəllənin müddəalarını da nəzərə almağı zəruri hesab edir. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini, həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir və məhkəmə qətnaməsindən şikayət verilməsi mərhələsində bu tələb “nə qədər şikayət – o qədər qərar” qaydasına çevrilir. Göstərilən hüquqi mövqedən irəli gələrək qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ilk növbədə apellyasiya şikayətini verən şəxsin prosessual iradəsi ilə müəyyən olunur. Bu baxımdan, apellyasiya şikayətinin hansı şəxs tərəfindən verildiyinin dəqiq və birmənalı müəyyən edilməsi yalnız formal prosessual tələb olmayıb, apellyasiya baxışının predmetinin və hədlərinin müəyyənləşdirilməsi üçün fundamental əhəmiyyət daşıyır. Hazırkı iş üzrə isə apellyasiya şikayətinin verilməsi ilə bağlı elektron məhkəmə sistemində və şikayətin məzmununda bir-birinə uyğun gəlməyən məlumatlar mövcuddur. Belə ki, “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində apellyasiya şikayətini verən şəxs qismində cavabdeh1 göstərildiyi halda, həmin elektron şikayətə əlavə edilmiş yazılı apellyasiya şikayətinin məzmunundan onun cavabdeh3 tərəfindən verildiyi, sonuncunun isə apellyator kimi çıxış etdiyi görünür. Belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi üçün şikayətin həqiqi müəllifinin və prosessual iradə sahibinin hansı cavabdeh olması müəyyən edilmir. Halbuki, məhz həmin şəxsin irəli sürdüyü dəlillər, tələblər və mübahisələndirdiyi hissə apellyasiya baxışının hədlərini müəyyən etməlidir. Başqa sözlə, elektron sistemdə şikayətçi kimi cavabdeh1 göstərilməsi, yazılı apellyasiya şikayətində isə cavabdeh3 apellyator kimi təqdim edilməsi prosessual baxımdan qeyrimüəyyənlik yaradır. Bu halda məhkəmə hansı cavabdehin iradəsini apellyasiya şikayətinin əsası kimi qəbul etməli olduğunu, eləcə də qətnamənin hansı hissəsinin məhz həmin cavabdeh tərəfindən mübahisələndirildiyini müəyyən etmək imkanından məhrum olur. Bu xüsusda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən bir neçə cavabdehin iştirak etdiyi iş üzrə onların hər birinin apellyasiya şikayəti vermək hüququ müstəqil prosessual hüquqdur. Bir cavabdehin elektron sistemdə apellyator kimi göstərilməsi, digər cavabdehin isə şikayətin mətnində apellyator qismində təqdim olunması həmin şəxslərin prosessual iradələrinin eyniləşdirilməsinə və ya bir-birinin iradəsi ilə əvəz edilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Gəncə şəhər Bülbül adına * №-li Uşaq Musiqi Məktəbinin nümayəndəsi (vəkili) vəkil2 tərəfindən “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Gəncə şəhər Bülbül adına * №-li Uşaq Musiqi Məktəbinin nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar