Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1173/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Qənbərova Lətafət Bəylər qızına qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) İmranlı Cavid Mahir oğlunun, cavabdeh Qənbərova Lətafət Bəylər qızının, şahid qismində Şahid iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Qənbərova Lətafət Bəylər qızına qarşı «evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Qənbərova Lətafət Bəylər qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tovuz rayon İHB-nın Dondar Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı Tovuz rayonu, Dondar Quşçu kənd sakini olmaqla hal-hazırda həmin kənddə yaşayır və Dondar Quşçu kəndində fərdi yaşayış evi vardır.
2. Tovuz rayonu X9 tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, ** saylı qərarından çıxarışından görünür ki, X9 perspektiv inkişaf fondundan ayrılmış “arxın üstü” adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş yerdən 0,08 ha həyətyanı torpaq İddiaçı satılmışdır.
3. ##.##.2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə aktından görünür ki, Tovuz rayon X9 sədrinin ##.##.2005-ci il tarixli, ** saylı sərəncamına əsasən İddiaçı özünün iştirakı ilə 0,08 ha torpaq sahəsi ölçülərək onun özünə verilmiş, həyətyanı torpaq sahəsinin uzunluğu 33,13 metr, eni 39,3450 metrdir.
4. Tovuz rayonu X9 tərəfindən verilmiş ##.##.2005-ci il tarixli torpağın alqı-satqısına dair aktdan görünür ki, Tovuz rayon X9nə ##.##.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə İddiaçı tərəfindən müraciət edilmişdir. X1 bələdiyyəsinin iclasında baxılmış və X9 ərazisində 0,08 ha torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli, ** saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən “xxxx” ASC-nin Tovuz filialındakı ********** saylı hesabına əvvəlcədən 248 593 manat haqq ödənilmişdir.
5. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Qənbərova Lətafət Bəylər qızı ilə cavabdeh X7 arasında Tovuz rayon Qeydiyyat şöbəsində ##.##.2017-ci il tarixdə, *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid Şahid izahat verərək bildirmişdir ki, cavabdehlə qonşudur və təxminən 30 ildir həmin kənddə yaşayır. Cavabdeh əvvəlcə qaynanası ilə birlikdə yaşayırdı, lakin evli olduqları vaxt həyat yoldaşı ilə birlikdə kəndin yuxarı hissəsində ayrıca ev tikmişdilər. Cavabdehin həyat yoldaşını Toğrul kimi tanıyır amma əsl adı Zamiq olmuşdur. Evi cavabdeh və həyat yoldaşı tikdirirdi, amma tikinti mallarını kimin aldığını və ustaların əmək haqqını kimin ödədiyini bilmir, yəqin ki, xərcləri özləri qarşılamışdır. Cavabdeh təxminən 9 ildir ki, həmin evə köçmüşdür, əvvəlcə bir müddət zirzəmidə yaşadılar lakin otaqların bəzisini təmir etdikdən sonra otağa yığışdılar. Cavabdeh həyat yoldaşı ilə 2 - 3 ildir ki boşanıb və evləndiyi gündən daima kənddə yaşamışdır Bakıda müvəqqəti yaşadıqlarını görməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Qənbərova Lətafət Bəylər qızına qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2005-ci il tarixli şəhadətnamə ilə ona verilmiş 0,08 ha torpaq sahəsi üzərində Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Qənbərova Lətafət Bəylər qızının uşaqları ilə birlikdə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Qənbərova Lətafət Bəylər qızı iddiaçı İddiaçı oğlu X8 ilə 2017-ci il tarixdə ailə qurmuşdur, birgə nikahlarından üç uşaqları anadan olmuşdur. İddiaçı İddiaçı bir müddət sonra 2005-ci il tarixdə Tovuz rayonu, X9 almış olduğu torpaq sahəsində yerləşən özünə məxsus yaşayış evinə X8 və cavabdeh Qənbərova Lətafət Bəylər qızını köçürmüşdür. 2025-ci il tarixdə X8 iş üzrə cavabdeh Qənbərova Lətafət Bəylər qızı ilə Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Hazırda cavabdeh Qənbərova Lətafət Bəylər qızı uşaqları ilə birlikdə iddiaçı İddiaçı məxsus evdən çıxmır, onu isə öz evinə girməyə qoymur. Cavabdehin qanunazidd hərəkətlərinə görə o, əmlakından istifadə edə bilmir, sözügedən evə çıxarış ala bilmir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur.
9. Cavabdeh Qənbərova Lətafət Bəylər qızı məhkəməyə etiraz ərizəsi göndərəmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı X10 Rayon Məhkəməsində cavabdehə qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qanunsuz va əsassız hesab edir. Belə ki, mübahisə olunan yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçı X10 məxsus deyildir. İddiaçı həmin evdə yaşamır və ümumiyyətlə də yaşamamışdır. Bütün bunlar da o deməkdir ki, iddiaçı X10 hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, "S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Prenumunun ## #### 2015-ci il tarixli Qərarında qeyd edilir: Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə ## ###### 2012-ci il tarixli Qərarları). Göründüyü kimi, X10 məhkəmədə hazırkı tələblə iddia qaldırmaq üçün ümumiyyətlə subyektiv hüququ yoxdur. Ona görə də cavabdeh məhkəmədən xahiş edir ki, mülki iş üzrə qətnamə qəbul edərkən iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasını nəzərə alıb iddia tələbinin təmin edilməməsinə (rədd edilməsinə) dair qətnamə qəbul edilsin.
10. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim P.Z.İsaqlı) iddia təmin edilmişdir.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Tovuz rayonu X9 tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, ** saylı qərara əsasən, X9 prespektiv inkişaf fondundan ayrılmış “arxın üstü” adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş yerdən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı verilmiş ##.##.2005-ci il tarixli şəhadətnamə aktından görünür ki, Tovuz rayon X9 sədrinin ##.##.2005-ci il tarixli, ** saylı sərəncamına əsasən İddiaçı özünün iştirakı ilə 0,08 ha torpaq sahəsi ölçülərək onun özünə verilmişdir. Həmin torpaq sahəsinin üzərində hazırkı mübahisəli fərdi yaşayış evi tikilmiş, lakin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bununla yanaşı müəyyən edilir ki, cavabdeh Qənbərova Lətafət Bəylər qızı ilə iddiaçının oğlu X8 ##.##.2017-ci ildə nikaha daxil olaraq ailə qurmuş, daha sonra mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Onların nikahları Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı İddiaçı cavabdehin uşaqları ilə birlikdə ona məxsus olan evdən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Qənbərova Lətafət Bəylər qızı iddiaçının oğlu X8 ilə ##.##.2017-ci il tarixdə nikaha daxil olaraq mübahisəli evə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırda mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin bununla yanaşı müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Tovuz rayonu X9 ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçı İddiaçı satılmışdır. Torpaq sahəsinin satılması ilə bağlı alğı-satqı müqaviləsi bağlanılmış, müvafiq ödəniş edilmiş, torpaq sahəsinə dair yer qurluşu sxemi verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin əmlaka dair gözlənilən mülkiyyət hüququ vardır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə qanuni əsaslarla gözlənilən mülkiyyət hüququ vardır ki, bu halda həmin əmlak da onun mülkiyyəti kimi qəbul edilməlidir.
15. Məhkəmə ailə qanunvericiliyinin istinad edərək bildirmişdir ki, əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
16. Eyni zamanda, məhkəmə müvafiq hüquq normalarına əsasən, cavabdehin uşaqlarının da evdən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə, Mülki Məcəllənin 27.2, 152, 157.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə, Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinə, ## ####### 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2013-cü il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə ## ######## 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar ## ###### 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar ## ##### 2011ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar ## #### 2011-ci il tarixli qərarlarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddələrinin şərh edilməsinə dair» # ####### 2013–cü il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 78.1, 88, 106.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evin yerləşdiyi torpaq sahəsi həyətyanı torpaq sahəsi deyil. Ora ümumi istifadədə olan yanı bələdiyyənin örüş sahəsi üçün nəzərdə tutulan torpaq sahəsində yerləşir. Bu məqsədlə hələ 2017-ci ildə həmin yerlə bağlı onların Dondar Quşçu kənd bələdiyyəsi ilə aralarında icarə müqaviləsi bağlanılmışdır. Belə ki, mübahisə olunan yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçı X10 məxsus deyildir. İddiaçı həmin evdə yaşamır və ümumiyyətlə də yaşamamışdır. Bütün bunlar da o deməkdir ki, iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. O, işin təxirə salınması üçün ərizə vermiş, həmin günü şahidlərin əksəriyyətinin işi olduğu üçün məhkəməyə gələ bilməmişdirlər. Digər məhkəmə iclasında gələrək ifadə verəcəkdilər. Bununla bağlı, Gəncə İnzibati Məhkəməsində evin onun mülkiyyətinə verilməsi, bələdiyyə qərarının ləğv edilməsinə dair iddia qaldırmışdır. İşin hallarından da görünür ki, orada yaşayır. Məhkəmə iş üzrə ekspertiza təyin etməli idi, torpaq sahəsi örüş sahəsində idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi (vəkili) İmranlı Cavid Mahir oğlu tərəfindən etiraz daxil olmuşdur.
20. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Tovuz rayonu X9 tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, ** saylı qərarından çıxarışından görünür ki, X9 perspektiv inkişaf fondundan ayrılmış "arxın üstü" adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş yerdən 0,08 ha həyətyanı torpaq İddiaçı satılmışdır. ##.##.2005-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə aktından görünür ki, Tovuz rayon X9 sədrinin ##.##.2005-ci il tarixli, ** saylı sərəncamına əsasən İddiaçı özünün iştirakı ilə 0,08 ha torpaq sahəsi ölçülərək onun özünə verilmiş, həyətyanı torpaq sahəsinin uzunluğu 33, 13 metr, eni 39,3450 metrdir. Tovuz rayonu X9 tərəfindən verilmiş ##.##.2005-ci il tarixli torpağın alğı-satqısına dair aktdan görünür ki, Tovuz rayon X9nə ##.##.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə İddiaçı tərəfindən müraciət edilmişdir. X1 bələdiyyəsinin iclasında baxılmış və X9 ərazisində 0,08 ha torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli, ** saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən "xxxx" ASC-nin Tovuz filialındakı ********** saylı hesabına əvvəlcədən 248593 manat haqq ödənilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qənbərova Lətafət Bəylər qızı izahatında bildirdi ki, 2015 - ci ildə ailə həyatı qurmuş və 3 övladı var. Mübahisəli evi həyat yoldaşı ilə birgə nikah dövründə tikmişdirlər. Ev əvvəlcə yarımtikili olmuş daha sonra ata və qardaşlarının evin tikintisini tamamlamağa kömək etmişdir. Daha sonra yoldaşı ilə ayrıldığına görə iddiaçı onu və uşaqlarını evdən çıxarmağa çalışır deyə o etiraz edir. 2015 - ci ildə evlənərkən əvvəlcə qaynanasının yanına gəlin köçmüş, daha sonra hazırda mübahisəsi davam edən evə köçmüşlər. Kəndin yuxarı hissəsində qaynananın adına bələdiyyə sənədi ilə torpaq sahəsi alıb ev tikmişlər. Torpaq sahəsini 2017 - ci ildə almışlar, amma sənədlər 2005 - ci ilə aid olmuşdur. Evin tikintisi hələ də tam yekunlaşmamışdır və hazırda bir otağın təmiri tam bitsə də digər otaqlar hələ ki, suvaq mərhələsindədir və bununla bağlı şahidləri mövcuddur. Evin sənədinin mübahisələndirilməsi ilə əlaqədar İnzibati Məhkəməyə müraciəti olmamışdır. Bakıya 2016 - cı ildə gedib orda 5 - 6 ay yaşadıqdan sonra geri qayıdarkən əvvəlcə bir müddət qaynananın yanında qalmış daha sonra isə öz evinə köçmüşdür. Böyüklərin məsləhətinə əsasən evi qaynananın adına almış amma evin pulunu yoldaşı və o ödəmişlər, lakin bununla bağlı sənədi mövcud deyildir. Yoldaşı Bakıda Kristal adlı tikinti şirkətində malyar ustası kimi işləyib 800 – 1000 manat pul qazanırdı.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) İmranlı Cavid Mahir oğlu izahat verərək bildirmişdir ki, cavabdeh və yoldaşı Bakıya köçdükdən sonra 2 - 3 il müddətində orada yaşamışdırlar. Mübahisəli torpaq sahəsi 2005 ci ildə alınmış, evi isə iddiaçı və onun yoldaşı birgə 2017 - ci ildə tikmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, evi yoldaşı ilə birlikdə tikmişlər. Ev tikiləndə oğlu evli idi, lakin onda Bakıda yaşayırdılar. Evin təmir xərcini çəkmiş, hətta ev damının tikintisi üçün pulu onlar vermişdirlər, amma damı cavabdehin atası və onun gətirdiyi usta birlikdə vurmuşdur. Nəvələri Tovuzda anadan olmuş lakin 40 gün keçməmiş Bakıya aparılmışdırlar.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
26.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarı: yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə iddiaçının oğlu arasında 2017-2025-ci il tarixində rəsmi nikah münasibətləri olmuş və mübahisəli yaşayış evində bərabər yaşamışdırlar. Birgə nikahlarından X4, X2 və X3 adlı övladları dünyaya gəlmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuş və uşaqlar yetkinlik yaşına çatanadək cavabdehin yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdehin uşaqları ilə birlikdə ona məxsus olan evdən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh isə apellyasiya şikayətində göstərir ki, mübahisə olunan yaşayış evi və torpaq sahəsi iddiaçıya məxsus deyildir, orada yaşamamış və həmin torpaq sahəsi bələdiyyənin örüş sahəsi üçün nəzərdə tutulan torpaq sahəsində yerləşir.
34. Mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evləri ilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.
35. Məhkəmə kollegiyası mübahisəyə tətbiq edilməli hüquq norması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" ## ####### 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
36. İş materiallarından göründüyü kimi, iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yaranmış və belə olan halda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən cavabdehin yaşayış evinə hüququ yoxdur. Belə ki Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyildir.
37. İş materiallarından və iş üzrə təşkil edilən məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin izahatından da müəyyən olunur ki, mübahisə predmeti olan yaşayış sahəsinin inşa edildiyi 0,08 ha həyətyanı torpaq sahəsi Tovuz rayonu X9 tərəfindən verilmiş ##.##.2005ci il tarixli, ** saylı qərara əsasən, X9 perspektiv inkişaf fondundan ayrılmış “arxın üstü” adlanan ərazidən miqyas xəritəsində nəzərdə tutulmuş yerdən İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı verilmiş ##.##.2005-ci il tarixli şəhadətnamə aktından görünür ki, Tovuz rayon X9 sədrinin ##.##.2005-ci il tarixli, ** saylı sərəncamına əsasən İddiaçı özünün iştirakı ilə 0,08 ha torpaq sahəsi ölçülərək onun özünə verilmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da, sənədsiz yaşayış evi üzərində gözlənti hüququ məhz torpağa istifadə və sahiblik hüququ olan və üzərində tikintini həyata keçirən şəxsə məxsus hesab edilməlidir. Hərçənd ki cavabdeh məhkəmə kollegiyasının iclasında yaşayış evinin tikinti məsrəflərinin birgə nikah dövründə müəyyən müddət iddiaçının oğlu ilə, daha sonra isə atasının və qardaşının maddi yardımı ilə ödənildiyini bildirir, lakin bu halı sübuta yetirəcək əsaslı dəlili məhkəməyə təqdim etməmişdir. Həmçinin bu məsələyə dair yeganə şahidi məhkəmə kollegiyasının iclasında dindirilmiş, ancaq şahidin izahatı qeyrimüəyyən 38. xarakterli olduğundan mübahisəli evin tikinti xərclərinin kim tərəfindən ödənildiyi məsələsinə aydınlıq gətirməmişdir. Belə olan halda, sənədsiz yaşayış evi üzərində gözlənti hüququ iddiaçıya aid edilməlidir.
39. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin həmin evdə müəyyən müddət yaşamış olması ona münasibətdə həmin özbaşına tikilidə yaşamaq hüququnu yaratmır. Ona görə ki, həmin tikilinin ərsəyə gəlməsində cavabdehin əməyinin olması müəyyən edilməmişdir.
40. Bununla yanaşı, apellyator bələdiyyə ilə mübahisəli əraziyə dair icarə müqaviləsi bağladığını bildirsə də, buna dair hər hansı sübutu işə baxan məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Buna görə də, mülkiyyətçinin razılığı olmadan üçüncü şəxsin yaşayış sahəsinə köçürülməsi yolverilməzdir.
42. Həmçinin, məhkəmə qətnaməsi ilə birgə nikahdan doğulmuş X4, X2 və X3 adlı övladları cavabdehin yanında qalmaları müəyyən edildiyindən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən uşaqların yaşayış yeri cavabdehin yaşayış yeri sayılır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
44. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tаrixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.