Məhkəmə qərarları › İş №2(3-7)-135/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-135/2026

21.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-135/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X11 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Ərizəçi Ərizəçi və onun nümayəndəsi (vəkil) Vəkil, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 X17 qarşı “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən ərizəçi Ərizəçi oğlu və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Göygöl Rayon Dövlət Arxivindən alınmış arayışda bildirilir ki, Xanlar rayon *** saylı X19 sənədləri Göygöl rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Bu səbəbdən də, Ərizəçi 1988-1997-ci illərdə iş stajı barədə məlumat vermək mümkün olmamışdır.

2. Göygöl rayon Dövlət Arxivi tərəfindən Göygöl rayon Məhkəməsinə göndərilmiş məktubda bildirilir ki, Xanlar rayon *** saylı X19 1988- 1998-ci illərə aid əmr kitabları, əmək haqqı cədvələri və iş stajı ilə bağlı digər sənədlər Göygöl rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Odur ki, Ərizəçi işləyib işləməməsi barədə məlumat vermək mümkün olmamışdır.

3. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid3 bildirmişdir ki, Ərizəçi ilə 1995-ci ilə qədər bir yerdə işləyiblər. Idarədə slesar vəzifəsində işləmiş, Məzahiri icra hakimiyyətinə gələndə görmüşdür. Dəqiq vaxt xatırlamamır. Xanlar Mexanikləşdirmə Idarəsindən xüsusi şərtlərlə çıxmışdır. Hazırda əmək pensiyasında işlədiyi dövr nəzərə alınmışdır. Məzahirin əmək kitabçası arxiv yandığına görə yoxdur.

4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid5 bildirmişdir ki, 1980- 1981-ci illərdə Şəmkir su Elektrik stansiyasını tikilməsində işləmişdir. 1989-cu ildən 2000-ci ilə qədər Xanlar Mexanikləşdirmə Idarəsində baş idarənin müdiri vəzifəsində işləmişdir. 1990-cı ildən isə obyektin tikintisinə başlanılmışdır. Işlədiyi müddətin əmək pensiyası təyin edilərkən nəzərə alınmamışdır. Məzahir həmin müddətdə işləmişdir.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid1 bildirmişdir ki, 1981ci ildən Tresdə sürücü işləyib. Ali təhsilli olduğuna görə Ermənistan qaçqınları gələndən sonra mexanik vəzifəsinə təyin edilmişdir. Məzahir Ermənistandan qaçqın olaraq gəlib orada yerləşmişdir. Özü 1988-ci ildən kran mütəxəssisi işləmişdir. Məzahir də, həmin vaxtdan yük qaldıran (kranovşik) işləmişdir. 1995-ci ildə idarə dağılanadək bir yerdə işləmişlər. Əmək kitabçası var və əmək pensiyası təyin edilərkən işlədiyi müddət nəzərə alınmışdır.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid2 bildirmişdir ki, Məzahir ilə bir kəndli olublar. Basarkeçər rayonu * nömrəli Avtobaza deyilən yerdə bir yerdə işləyimişlər. Məzahir 1983-cü ildən 1988-ci ilə qədər yük qaldıran işləmişdir. Əmək pensiyası təyin edilərkən işlədiyi müddətin nəzərə alınmamışdır.

7. 1962-ci ildə anadan olmuş şahid2 əmək kitabçasının surətindən görünür ki, o, ##.##.1983-cü ildən ##.##.1988-ci ilədək Vardenis ATP-də sürücü vəzifəsinsə işləmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid4 bildirmişdir ki, bir kəndli olublar. Məzahir Zod kəndində Qızıl mədəni deyilən yerdə yük qaldıran işləyib. Təxminən 1973-1974-cü illərdən işləyib. Əmək pensiyası təyin edilərkən işlədiyi müddət nəzərə alınıb.

9. 1942-ci ildə anadan olmuş şahid4 əmək kitabçasının surətindən görünür ki, o, ##.##.1961-ci ildən ##.##.1963-cü il tarixədək Zod ekspedisiyasına 4-cü dərəcə çəkici operator vəzifəsində, ##.##.1966-cı ildən ##.##.1976-cı illərdə pokr-mazra kəndində tibb məntəqəsində müxtəlif vəzifələrdə, ##.##.1976-cı ildən ##.##.1984-cü il tarixədək Zod ekspedisiyasına 4-cü dərəcə çəkici operator vəzifəsində işləmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Ərizəçi Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək onun ##.##.1975-ci ildən ##.##.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti Idarəsində (SMU) və ##.##.1988-ci ildən ##.##.1988-ci il tarixədək Xanlar rayon *** saylı X18 yük qaldıran işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində olan texniki səhvə düzəliş edilməsini ##.##.1975-ci ildən ##.##.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti Idarəsində (SMU) və ##.##.1989-cu ildən ##.##.2000-ci il tarixədək Xanlar rayon *** saylı X18 yük qaldıran işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, o, ##.##.1975-ci ildən ##.##.1988-ci il tarixədək Ermənistan Respublikası Zod təmir tikinti Idarəsində (SMU) yük qaldıran (kranovşik) işləyib. 1988-ci ildə məlum hadisələrdə sonra Azərbaycan Respublikasına gəlib və yenə də peşəsi ilə ##.##.1988-ci ildən ##.##.1998-ci il tarixədək Xanlar rayon *** saylı X18 yük qaldıran (kranovşik) işləyib. Hazırda onun 71 yaşı var. Ona pensiya təyin edilsə də pensiyası əmək pensiyası kimi sosial pensiya təyin edilib. O, 1988-ci ildə Ermənistandan gələn vaxtı ona məxsus əmək kitabçası orada qalıb. ##.##.1988-ci ildən ##.##.1998-ci il tarixədək Xanlar rayon *** saylı X18 işləməyi barədə aidiyyəti üzrə arxivə müraciət etsə də, ona cavab verilib ki, müəssisənin sənədləri arxivə təhvil verilməyib.Yuxarıda qeyd etdiyi kimi o, 23 il zərərli peşə olan yük qaldıran (kranovşik) işləsə də, əmək kitabçası və arxiv sənədləri olmadığı üçün onun işlədiyi illər nəzərə alınmır və buna görə də, ona yaşa görə əmək pensiyası yox, sosial pensiya hesablanır. O, 23 il zərərli işdə işləyib, həyatı hər an təhlükədə olub, buna baxmayaraq hazırda hüquqlarını həyata keçirə bilmir. Qeyd olunanları yalnız məhkəməyə gətirəcəyi iş yoldaşları təsdiq edə bilərlər. Həmin şahidlər aşağıdakılardır: X6, şahid5, şahid1, şahid2, şahid3, X2, X3 və şahid4. O, qeyd olunan faktı başqa yolla təsdiq etdirə bilmir, ona görə də məhkəməyə müraciət edib.

13. Göygöl Rayon Məhkəməsinin ##.##.2025--ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) ərizəçi Ərizəçi iş faktının təsdiqi barədə ərizəsi təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (bundan sonra- Fond) daxil olmuş ərizələrinə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X14 Məzahir Qədir oğluna ünvanlanmış məktubda bildirilir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən onlara ##.##.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır). ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarxinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığorta olunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019-2025-ci illərdə, həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesablarının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onlara avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il ######ın #-dək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildirilir ki, sığorta stajlarını təsdiq edən zəruri sənədlərin (əmək kitabçası, təhsil haqqında diplom və hərbi bilet) əslini və ya notariat qaydada təsdiq olunmuş surətlərini DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətləri əsasında yaşa görə əmək pensiyası hüquqlarına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Istər ərizəçinin təqdim etdiyi arayışdan, istərsə məhkəmə araşdırılması zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən arxiv arayışında Göygöl rayonu Dövlət arxivində yanğın (və ya hər hansı fəlakət) olması qeyd edilməmiş, ərizəçinin işlədiyini iddia etdiyi Xanlar rayonu *** saylı X19 sənədlərinin təqdim edilmədiyi qeyd edilmişdir. Bu hal yuxarıda qeyd edilən Əsasnamənin 16-cı bəndinə əsasən iş stajını müəyyən edən sənədlərin arxivə verilməsini istina edən halların olmadığını əks etdirir. Məhkəmə qeyd edir ki, təqdim edilən şahid ifadələri ərizəçinin qeyd edilən müəssisədə işləməsinə dair sübut kimi qəbul ediləcək məqbul ifadələr verməmiş, yalnız bir şahid ifadəsi bunu əks etdirmişdir. Habelə, ərizəçi 2000-ci ilədək Xanlar *** saylı Tikinti dəstədə işlədiyini bildirsə də şahid ifadələrində 1995-ci ildə həmin müəssisənin ləğv edildiyi müəyyən edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125-ci Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun * saylı qərarının 13.4-cü maddəsinə isitnad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

16. Göygöl rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən narazı qalan ərizəçi Ərizəçi və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. O, 25 ildən artıq zərərli işlərdə işləmişdir. Buna baxmayaraq hazırki vaxtda hüquqlarını başqa yolla həyata keçirə bilmirəmişdir. Məhkəməyə müraciət etmişdir, məhkəmə isə şahidlərin göstərdiklərini qəbul etməmişdir. Hər kəsin sosial təminat hüququ vardır. Onun bir vətəndaş kmi pensiya almaq hüququ var. Hazırki qətnamə onun pensiya hüququnu pozur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hazırki qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir. Şahidlərin hamısı birmənalı olaraq onunla birlikdə göstərdiyi müəssisələrdə işlədiklərini təsdiq etmişlər. Lakin məhkəmə bunları nəzərə almamışdır. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4. Əmək stajıməhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Maraqlı Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən apellyasiya şikayətinə etiraz verərək, ərizəçi Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işi üzrə Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Etirazını onunla əsaslandırmışdır ki, ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.1975- ci il tarixindən ##.##.1988-ci il tarixinədək Ermənistan Respublikası Zod Təmir Tikinti Idarəsində (SMU) "yük qaldıran" (kranovşik), ##.##.1989-cu il tarixindən ##.##.2000-ci il tarixinədək Xanlar rayon *** saylı X18 "yük qaldıran" vəzifələrində işlədiyi və əməkhaqqı aldığı dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizəçi Ərizəçi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Hazırki iş üzrə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən etirazlarını təqdim etmişdir. Iş materiallarından göründüyü kimi, ##.##.1954-cü il təvəllüdlü ərizəçi Ərizəçi ərizədə ##.##.1975-ci il tarixindən ##.##.1988-ci il tarixinədək Ermənistan Respublikası Zod Təmir Tikinti Idarəsində (SMU) "yük qaldıran" (kranovşik), ##.##.1989-cu il tarixindən ##.##.2000-ci il tarixinədək Xanlar rayon *** saylı X18 "yükqaldıran” vəzifələrində işlədiyini və əməkhaqqı aldığını iddia edir. Ərizəçi Ərizəçi ##.##.1975-ci il tarixindən ##.##.1988-ci il tarixinədək Ermənistan Respublikası Zod Təmir Tikinti Idarəsində (SMU) və ##.##.1988-ci il tarixindən ##.##.1998-ci il tarixinədək Xanlar rayon *** saylı X18 işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçilə eyni illərdə işləmiş və əmək kitabçasında müvafiq illərə dair qeydlər olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Həmçinin Göygöl Rayon Dövlət Arxivindən alınmış arayışda Xanlar rayon *** saylı X19 sənədlərinin Göygöl rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də, Ərizəçi 1989-2000-ci illərdə iş stajı barədə məlumat vermək mümkün olmamışdır. Digər tərəfdən məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş şahid3 izahatında ərizəçinin *** saylı Xanlar səyyar dəstədə nə zamandan işləməsini bilmədiyini, həmin səyyar dəstənin 1995ci ildə ləğv edildiyini bildirmişdir. Həmçinin digər şahid şahid5 *** saylı Səyyar Dəstədə müdir işlədiyini, Ərizəçi 2000-ci ilədək həmin müəssisədə işlədiyini, onun özünə münasibətdə də, həmin müəssisədə işlədiyi illərin pensiya təyini zamanı nəzərə alınmadığını bildirmişdir. Qeyd edilənlər ərizəçinin işlədiyini iddia etdiyi ##.##.1989-cu il tarixindən ##.##.2000-ci ilədək işləməsinə dair şahid ifadələrinin ziddiyyətini əks etdirir. Habelə, məhkəmə araşdırılması zamanı şahid qismində dindirilən şahid2, şahid4 Ərizəçilə birlikdə Basarkeçər rayonunda işlədiklərini bildirsə də, məhz hansı illərdə Ərizəçi işləməsi və müəssisənin adı barədə məlumat verə bilməmişlər. Bu hal ərizəçi Ərizəçi ##.##.1975-ci il tarixindən ##.##.1988-ci il tarixinədək Ermənistan Res Zod Təmir Tikinti Idarəsində (SMO) dair işləməsinə dair natamam ifadə kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında iştirak edən şahidlər ərizəçinin qeyd edilən müəssisədə işləməsinə dair sübut kimi qəbul ediləcək məqbul ifadələr verməmiş, yalnız bir şahid ifadəsi bunu əks etdirmişdir. Habelə, ərizəçi 2000-ci ilədək Xanlar *** saylı Tikinti dəstədə işlədiyini bildirsə də, şahid ifadələrində 1995-ci ildə həmin müəssisənin ləğv edildiyi müəyyən edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları,

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir. Izahatında isə bildirmişdir ki, 1988-ci ildə Göygöl şəhərinə gəlmiş, 1989-cu ildən 2000-ci ilə qədər *** saylı X18 işləmiş, təxminən 1995ci ildə həmin idarə * saylı Baş tresə birləşdirilmişdir. Əlavə olaraq isə işlə bağlı olan sənədlərinin yandığını qeyd etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikatinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsində şahid qismində dindirilmiş, şahid5 izahatında bildirmişdir ki, Xanlarda * saylı rayonlar arası tresdə müdür işləmiş və *** saylı Mexanikləşdirilmiş Səyyar dəstə tresin tərkibində olmuşdur. Ərizəçi *** saylı Səyyar Dəstədə yük qaldıran (kranovşik) işləmişdir. O, gələn vaxt 1990-cı ildə yeganə kranovşik Ərizəçi olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bir neçə dəfə idarəyə gəldikdə Məzahiri görmüşdür.

24. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak etmiş, şahid1 izahatında bildirmişdir ki, Ərizəçi onun işçisi olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, keçmiş Xanlar rayonunda kalxozstroyun zavqarı vəzifəsində çalışmış və həmin iş yeri * nömrəli tikinti trestinin nəzdində olmuşdur. Ərizəçi tanıyanda mexanik işləmiş və onu kranovşik kimi işə o götürmüşdür.

Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyən edilməsi zamanı alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınınməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

26. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndi: Iş stajı barədə sənət olmadıqda idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bənidndə göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

33. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

34. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.

35. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

36. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

38. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Işin faktik halları kimi müəyyən etmişdir ki, ərizəçi ##.##.1975-ci ildən ##.##.1988-ci il tarixədək Ermənistan Respublikası Zod Təmir Tikinti Idarəsində (SMU) və ##.##.1989-cu ildən ##.##.2000-ci il tarixədək Xanlar rayon *** saylı X18 yük qaldıran işləməsi faktının müəyyən olunması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

44. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istər ərizəçinin təqdim etdiyi arayışdan, istərsə məhkəmə araşdırılması zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən arxiv arayışında Göygöl rayonu Dövlət arxivində yanğın (və ya hər hansı fəlakət) olması qeyd edilməmiş, ərizəçinin işlədiyini iddia etdiyi Xanlar rayonu *** saylı X19 sənədlərinin təqdim edilmədiyi qeyd edilmişdir. Bu hal yuxarıda qeyd edilən Əsasnamənin 16-cı bəndinə əsasən iş stajını müəyyən edən sənədlərin arxivə verilməsini istina edən halların olmadığını əks etdirir. Məhkəmə qeyd edir ki, təqdim edilən şahid ifadələri ərizəçinin qeyd edilən müəssisədə işləməsinə dair sübut kimi qəbul ediləcək məqbul ifadələr verməmiş, yalnız bir şahid ifadəsi bunu əks etdirmişdir. Habelə, ərizəçi 2000-ci ilədək Xanlar *** saylı Tikinti dəstədə işlədiyini bildirsə də şahid ifadələrində 1995-ci ildə həmin müəssisənin ləğv edildiyi müəyyən edilmişdir.

45. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

46. Daha sonra Plenum qeyd etmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (Qərarın 13.4-cü bəndi).

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki,ərizəçi Ərizəçi ##.##.1975-ci ildən ##.##.1988-ci il tarixədək Ermənistan Respublikası Zod təmir tikinti Idarəsində (SMU) yük qaldıran (kranovşik) işləməsini təsdiqləyən hal kimi şahidlər şahid4 və şahid2 izahatlarına istinad etmişdir. Iş materialları ilə müəyyən olunur ki, şahid şahid4 ##.##.1961-ci ildən ##.##.1963-cü il tarixədək Zod ekspedisiyasına 4-cü dərəcə çəkici operator vəzifəsində, ##.##.1966-cı ildən ##.##.1976-cı illərdə pokr-mazra kəndində tibb məntəqəsində müxtəlif vəzifələrdə, ##.##.1976-cı ildən ##.##.1984-cü il tarixədək Zod ekspedisiyasına 4-cü dərəcə çəkici operator vəzifəsində, şahid2 isə ##.##.1983-cü ildən ##.##.1988-ci ilədək Vardenis ATP-də sürücü vəzifəsinsə işləmiş və şahidlərin özünün Zod təmir tikinti Idarəsində (SMU) içləməsi halı təsdiqini tapmamışdır.

48. Digər tərəfdən məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş şahid3 izahatında ərizəçinin *** saylı Xanlar səyyar dəstədə nə zamandan işləməsini bilmədiyini, həmin səyyar dəstənin 1995-ci ildə ləğv edildiyini və həmin vaxta kimi Ərizəçi orada işlədiyini, şahid şahid5 *** saylı Səyyar Dəstədə müdir işləməsini, Ərizəçi 2000-ci ilədək həmin müəssisədə işlədiyini, onun özünə münasibətdə də həmin müəssisədə işlədiyi illərin pensiya təyini zamanı nəzərə alınmadığını bildirmişlər. Qeyd edilənlər ərizəçinin işlədiyini iddia etdiyi ##.##.1089-cu ildən ##.##.2000-ci ilədək işləməsinə dair şahid ifadələrinin ziddiyyətini əks etdirir. Məhkəmə araşdırılması zamanı şahid kimi dinlənilən şahid1 ifadəsində Ərizəçi qaçqın gəldikdən 1995-ci ilədək onunla eyni müəssisədə işləməsinə, ona pensiya təyini zamanı qeyd edilən illərin staj kimi nəzərə alındığını bildirmişdir.

49. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndinə görə, iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

52. Göründüyü kimi, iş stajının məhkəmə qaydasında müəyyən edilməsi üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin eyni təşkilatda işləmələri barədə sənədləri olmalıdır.

53. Nəzərə almaq lazımdır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

56. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

57. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

58. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilən şahidlərin ifadələrinin ərizəçinin qeyd edilən müəssisədə işləməsini təsdiqləyəcək yetərli və mötəbər olmaması ilə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ərizə sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, ərizəçi ərizədə göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

59. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən ərizəçi Ərizəçi oğlu və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar