Məhkəmə qərarları › İş №2(3-7)-147/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-147/2026

29.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-147/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri * saylı notariat ofisinə qarşı iddia tələbi üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) vəkil1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri * saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2024-cü il tarixli,*-**-*/*-**-N-****/**** nömrəli arayışın surətindən görünür ki, miras qoyan X6 ##.##.1962-ci ildə ölmüşdür.

2. ##.##.2024-cü il tarixli, *-**-**/*-**-Ə-***/**** nömrəli arayışın surətindən görünür ki, Əli- X10 ##.##.1989-cu ildə ölmüşdür.

3. IV-JQ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X2 nikahları ##.##.1978-ci ildə Quşqara K/S Xanlar rayon VVAQ şöbəsində 08 nömrə ilə qeydə alınmışdır.

4. AZ-****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2001ci ildə ölmüşdür.

5. AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ##.##.2017ci ildə ölmüşdür.

6. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2024-cü ildə ölmüşdür.

7. V-JQ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 nikahları ##.##.1990-cı ildə Gəncə şəhəri Nikah Evində 275 nömrə ilə qeydə alınmışdır.

8. ##.##.2024-cü il tarixli, *-**-*/*-**-A-****/**** nömrəli arayışın surətindən görünür ki, X12 ##.##.1999-cu ildə ölmüşdür.

9. ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201011003453-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla ümumi birgə mülkiyyət hüququ üzrə X4 və X7 adına rəsmi reyestrdə qeydə alınmışdır.

10. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 200011006724-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə X4 adına rəsmi reyestrdə qeydə alınmışdır.

11. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V- *** reyestr nömrəli, ##.##.2025-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən bütövlüklə irs almalıdır.

12. ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, 200013009176-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 Yeni qaydalarla: AZ 2003, ünvan 6 49 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmi reyestrdə qeydə alınmışdır.

13. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış 4Ə572 reyestr nömrəli, ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 5 Yeni qaydalarla: AZ 2003, ünvan 6 49 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı qiyməti 50000 manat müəyyən edilməklə alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır.

14. ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201011003453-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə X6 adına rəsmi reyestrdə qeydə alınmışdır.

15. ##.##.2015-ci il tarixli, 2V-1-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1962-ci ildə vəfat etmiş X6 vərəsələri X7 və X4 şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdan bərabər hissədə irs almalıdırlar.

16. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində 2V-*** reyestr nömrə ilə qeydə alınmış notariat işində olan ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X4 ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh vəsiyyət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı İddiaçı cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri * saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi barədə Gəncə şəhər * saylı notariat kontorunun ##.##.2015-ci il tarixli, 2V-1-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışların, adına verilmiş ##.##.2025-ci il tarixli çıxarışın ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli, 201011003453- ***** reyestr nömrəli və ##.##.2015-ci il tarixli çıxarışa əsasən qayınatası mərhum X6 məxsus olmuşdur. Qayınatası mərhum X8 ##.##.1962-ci ildə və onun arvadı, qayınanası mərhumə X14 ##.##.1989-cu ildə vəfat etmişlər. Onların vəfatından sonra üç vərəsələri- ##.##.1940-cı ildə anadan olmuş mərhum əri X1, baldızları ##.##.1941-ci ildə anadan olmuş qızı X4 və ##.##.1947-ci ildə anadan olmuş qızı X7 qalmışlar. O, qayınatası X6 mülkiyyətində olan fərdi yaşayış evinə 1978-ci il tarixdə gəlin köçmüş, oğlu X1 ilə ailə qurmuş, ##.##.1978-ci ildə rəsmi nikaha girmiş və ona məxsus bütün cehiz əşyaları hal-hazırda həmin evdə saxlanılır. Bundan başqa həmin evdə yaşadıqlarından evi əri X13 birlikdə dəfələrlə təmir etdirib orada 1987-2000-ci illərdə əlavə tikililər, hamam, tualet və evə hasar çəkdirmişlər. Vərəsə əri mərhum X1 ##.##.2001-ci ildə vəfat etmişdir. Vərəsələrin uşaqları olmamışdır. Bu yaxınlarda Gəncə “ASAN xidmət” mərkəzinə müraciət edəndə bilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini ##.##.1962-ci ildə ölmüş mərhum qayınatası X8 adına * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli, 201011003453-***** reyestr nömrəli və ##.##.2015-ci il tarixli çıxarışla xüsusi mülkiyyətinə çevirməklə Gəncə şəhər * saylı notariat kontorundan ##.##.2015-ci il tarixli, 2V-1-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin evi vəsiyyətnamə əsasında Yaşa adlı şəxsə vəsiyyət etmişdir ki, mülkiyyətçini dəyişdirməklə izi itirsinlər. Həmçinin cavabdehlər olan baldızları Gəncə şəhər * saylı notariat kontoruna *** nömrəli küçə üçlüyünün saxta olan ##.##.2015-ci il tarixli arayışını təqdim etmişlər. Küçə üçlüyü verdiyi arayışda mərhum əri X1 vərəsə kimi göstərməmiş, gizlətmiş və göstərmişdir ki, guya mərhumlar qayınatası Məmməd və qayınanası Surayənin vəfatından sonra vərəsələri qızı X4 və X7 qalmışdır. Bu saxta arayış əsasında heç bir araşdırma aparmayan Gəncə şəhər * saylı notariat kontoru ##.##.2015-ci il tarixli, 2V-1-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 0,0193 ha istifadədə olan torpaq sahəsində yerləşən iki otaqlı, ümumi sahəsi 78,3 kv.m, 52,4 kv.m yaşayış sahəsi, köməkçi sahəsi 25,9 kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. Baldızları ailə qurmamışlar. İki otaqlı mənzil darısqal olduğundan baldızlarının təklifi ilə mərhum əri Mayılla birlikdə 2000-ci ildə ünvan 1 ünvanında yerləşən atsı evinə köçmüş, ancaq ona məxsus əşyalarının xeyli hissəsi Şahsevənlər küçəsi, 23 ünvanında yerləşən həmin evdə qaldığından mütəmadi olaraq gedib istifadə etmişdir. Göründüyü kimi, cavabdehlər saxta sənəd düzəldərək evi qəsdən özgəninkiləşdirmişdir. Belə ki, həmin saxta sənədlər əsasında mərhum baldızı X4, 23 ünvanında yerləşən evi tamamilə kənar şəxs olmuş Cavabdeh vermişdir. Həmin vəsiyyətnamə əsasında Cavabdeh ##.##.2025-ci ildə adına çıxarış almışdır.

19. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1145, 1243.2 və 1252-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına, və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Həmin qətnamədən narazı qalan iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Belə ki, Gəncə şəhər * saylı notariat kontoruna *** nömrəli küçə üçlüyünün verdiyi arayışda iddiaçı İddiaçı mərhum əri X1 vərəsə kimi göstərməmiş və göstərmişdir ki, guya mərhumlar qaynatası Məmməd və qaynanası Surayənin vəfatından sonra vərəsələri qızları X4 və X7 qalmışdır. X1 miras qoyan qaynatasının vərəsəsi kimi göstərməmiş, xüsusi notarat ofisi tərəfindən vərəsəlik qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsini, digər vərəsələrin miras əmlakı faktiki surətdə qəbul etməsinə və mirasdan imtina etməmələrinə diqqət yetirməmiş, miras əmlaka Çıxarış alınmış digər vərəsəni vərəsəlik hüququndan məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏKR Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının qayınatası mərhum X6 məxsus olmuşdur. Qayınatası mərhum X8 ##.##.1962-ci ildə və onun arvadı, qayınanası mərhumə X18 ##.##.1989-cu ildə vəfat etmişlər. Onların vəfatından sonra üç vərəsələri ##.##.1940-cı ildə anadan olmuş mərhum əri X1, baldızları ##.##.1941-ci ildə anadan olmuş qızı X4 və ##.##.1947-ci ildə anadan olmuş qızı X7 qalmışlar. O, qayınatası X6 mülkiyyətində olan fərdi yaşayış evinə 1978-ci il tarixdə gəlin köçmüş, oğlu X1 ilə ailə qurmuş, ##.##.1978-ci ildə rəsmi nikaha girmiş və ona məxsus bütün cehiz əşyaları hal-hazırda həmin evdə saxlanılır. Bundan başqa həmin evdə yaşadıqlarından evi əri X13 birlikdə dəfələrlə təmir etdirib orada 1987-2000-ci illərdə əlavə tikililər, hamam, tualet və evə hasar çəkdirmişlər. Vərəsə əri mərhum X1 ##.##.2001-ci ildə vəfat etmişdir. Vərəsələrin uşaqları olmamışdır. Bu yaxınlarda Gəncə “ASAN xidmət” mərkəzinə müraciət edəndə bilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini ##.##.1962-ci ildə ölmüş mərhum qayınatası X8 adına * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli çıxarışla xüsusi mülkiyyətinə çevirməklə Gəncə şəhər * saylı notariat kontorundan ##.##.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin evi vəsiyyətnamə əsasında Yaşa adlı şəxsə vəsiyyət etmişdir ki, mülkiyyətçini dəyişdirməklə izi itirsinlər. Həmçinin, cavabdehlər olan baldızları Gəncə şəhər * saylı notariat kontoruna *** nömrəli küçə üçlüyünün saxta olan ##.##.2015-ci il tarixli arayışını təqdim etmişlər. Küçə üçlüyü verdiyi arayışda mərhum əri X1 vərəsə kimi göstərməmiş, gizlətmiş və göstərmişdir ki, guya mərhumlar qayınatası Məmməd və qayınanası Surayənin vəfatından sonra vərəsələri qızı X4 və X7 qalmışdır. Bu saxta arayış əsasında heç bir araşdırma aparmayan Gəncə şəhər * saylı notariat kontoru ##.##.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 0,0193 ha istifadədə olan torpaq sahəsində yerləşən iki otaqlı, ümumi sahəsi 78,3 kv.m, 52,4 kv.m yaşayış sahəsi, köməkçi sahəsi 25,9 kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. Baldızları ailə qurmamışlar. İki otaqlı mənzil darısqal olduğundan baldızlarının təklifi ilə mərhum əri Mayılla birlikdə 2000-ci ildə ünvan 1 ünvanında yerləşən atası evinə köçmüş, ancaq ona məxsus əşyalarının xeyli hissəsi Şahsevənlər küçəsi, 23 ünvanında yerləşən həmin evdə qaldığından mütəmadi olaraq gedib istifadə etmişdir. Göründüyü kimi, cavabdehlər saxta sənəd düzəldərək evi qəsdən özgəninkiləşdirmişdir. Belə ki, həmin saxta sənədlər əsasında mərhum baldızı X4, 23 ünvanında yerləşən evi tamamilə kənar şəxs olmuş Cavabdeh vermişdir. Həmin vəsiyyətnamə əsasında Cavabdeh ##.##.2025-ci ildə adına çıxarış almışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, Familə Nəbiyeva onun analığı olmuşdur. 1989-1990-cı illərdə atası Mustafa kişi ilə Familə evlənmişlər. Atasının öz evi olmuş, Familə ilə birlikdə öz evində yaşamışlar. İddiaçının dediyinin əksinə atası Mustafa Şahsevənlər küçəsində yerləşən evdə heç vaxt yaşamamışdır. 1999-cu ildə atası vəfat etdikdən sonra Familə evdə tək yaşamaq istəmədiyindən, atasının evini satıb pulunu götürmüş, onu da yanına çağırıb payını vermişdir. Özü isə bacısı Nəzakətin yanına qayıdıb gəlmiş, evdə iki bacı yaşamışlar. Nəzakət 2017-ci ildə vəfat etmiş, Familənin isə hələ ili çıxmamışdır. Familə vəfat etməmişdən 2 il qabaq yıxılmış, dizi parçalanmışdır. Onu öz evinə gətirib ölən günə kimi qulluq etmişdir. İddiaçını isə Şahsevənlər küçəsində yerləşən evdə görməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən (məhəkə kollegiyasının təşəbbüsü ilə işə cəlb olunmuş) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında göstərmişdir ki, bir ildir ki, həmin evi 50.000 manata almış və ailəsi ilə orada yaşayır. Həmin evin mübahisəli olmasını bilməmişdir. Evi alandan sonra iki aya evi təmizləmişlər. Onun başqa yerdə evi yoxdur.

28. İş üzrə üçüncü şəxs Gəncə şəhəri * saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

34. Maddə 11**. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

37. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

38. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı

41. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 12**-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

42. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli Qərarı

43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarı

44. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

45. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. **. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

47. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

55. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

56. Maddə ***.0. Apellyasiya instansiyası məhkəməsi: ***.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

58. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

59. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

61. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

63. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. İşin hallarına görə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qayınatası X6 miras qalmışdır. Miras açılandan sonra miras qoyanın üç vərəsələri, oğlu (iddiaçının əri) X1, qızı X4 və X7 qalmışdır. İddiaçının əri 2001-ci ildə vəfat etmişdir. Digər vərəsələr X4 və X7 miras açıldıqdan sonra həmin evdə yaşayaraq mirası həm faktiki olaraq, həm də notariat ofisinə müraciət edərək qəbul etmişdirlər. İddiaçı iddia etmişdir ki, vərəsələrdən Familə və Nəzakət mirasın qəbulu ilə bağlı notariusa müraciət edərkən vərəsələrin dairəsini düzgün göstərməyərək onun ərini vərəsələrin siyahısında göstərməmişdirlər. Onun əri də miras qoyanın vərəsəsi olmaqla miras açılan gündən ölən günə kimi həmin evdə yaşamış və mirası qəbul etmişdir. Özü isə əri öləndən sonra mirası qəbul edərək bütün cehiz əşyaları həmin evdə olmuş və tez-tez evə gedib gəlmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

66. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

67. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

68. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Ona görə də iddia tələbi rədd edilmişdir.

69. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

70. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair subyektiv hüququ yoxdur.

71. Mülki hüquq sistemində iddia hüququ yalnız tələb irəli sürmək hüququ olan – yəni subyektiv hüquqa malik şəxslər tərəfindən həyata keçirilə bilər. Subyektiv hüquq dedikdə, şəxsə aid olan və qanunla qorunan, icrası üçün hüquqi müdafiə tələb etməyə əsas verən konkret hüquqi maraq başa düşülür.

72. Yuxarıda Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, mülki mübahisəyə baxılarkən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin bu mübahisə üzrə subyektiv hüququnun olubolmamasını müəyyən etməlidir. Əgər iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülürsə, belə iddia baxılmamış saxlanılmalı və ya məhkəmə baxışında iddia rədd edilməlidir.

73. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının sözügedən münasibətində tərəf statusu olmaması sübuta yetirildiyindən, onun cavabdehə qarşı hazırki iddianı qaldırmaq hüququ mövcud deyil. Belə olan halda isə, subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddia, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürüldüyündən təmin edilə bilməz.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

75. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

76. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

77. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

78. «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

79. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

82. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

83. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qayınatası X6 miras qalmışdır. Miras açılandan sonra miras qoyanın üç vərəsələri, oğlu (iddiaçının əri) X1, qızı X4 və X7 qalmışdır. İddiaçının əri 2001-ci ildə vəfat etmişdir. Digər vərəsələr X4 və X7 miras açıldıqdan sonra həmin evdə yaşayaraq mirası həm faktiki olaraq, həm də notariat ofisinə müraciət edərək qəbul etmişlər. İddiaçı iddia etmişdir ki, onun əri də miras qoyanın vərəsəsi olmaqla miras açılan gündən ölən günə kimi həmin evdə yaşamış və mirası qəbul etmişdir. İşin halları araşdırıldıqda müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair subyektiv hüququ yoxdur. Yəni, iddiaçının sözügedən münasibətində tərəf statusu olmaması sübuta yetirildiyindən, onun cavabdehə qarşı hazırki iddianı qaldırmaq hüququ mövcud deyil. Göründüyü kimi, hazırkı iddia tələbi subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddiadır, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürülmüşdür.

84. Beləliklə, baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.

86. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, ***.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar