Məhkəmə qərarları › İş №2(3-7)-158/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-158/2026

13.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-158/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ****** nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ***/** nömrəli əmrlə ##.##.2024-cü il tarixdə Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. ***/** nömrəli əmrə əsasən ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir.

2. ##.##.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də satış təmsilçisi kimi aylıq 345 manat əmək haqqı almaqla ##.##.2024-cü il tarixdən işə başlamaq şərti ilə 1 illik müddətinə müddətli əmək müqaviləsi bağlamışdır.

3. ##.##.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış ərizənin surətindən görünür ki, əmək müqaviləsinin ##.##.2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir.

4. Cavabdeh MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, K***/** nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsində çalışan İddiaçı ##.##.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz ərizəsi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlamış ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubun surətindən görünür ki, Cavabdeh MMC-də ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və işəgötürənin son haqqhesabının verilməməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini Bakı şəhər İdarəsinə edilmiş müraciətə xidmətin Gəncə-Daşkəsən regional şöbəsində baxılır.Cəmiyyətin rəhbərliyi tərəfindən Şöbəyə təqdim olunmuş ##.##.2025-ci il tarixli məktub və məktuba əlavə olunan sənədlərdə, həmçinin araşdırmaya təqdim olunmuş sənədlərdə inzibati xətanın əlamətləri aşkar olunmuş, bu səbəbdən də cəmiyyətin rəhbərliyi barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlamış ##.##.2025-ci il tarixli, 3-17- */*-H-*****/**** nömrəli məktubun surətindən görünür ki, ##.##.2024-cü il tarixli əmək müqaviləsi əsasında satış təmsilçisi vəzifəsinə təyin olunmuş, əmək müqaviləsində işə başlama tarixinin ##.##.2024-cü il müəyyən edilmiş əmək müqaviləsinin ##.##.2024-cü il tarixdə xitam verilməsi haqqında cəmiyyətin rəhbərliyinə ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş və cəmiyyətin ##.##.2024-cü il tarixli K-***/** nömrəli əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 68ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişi ilə) uyğun olaraq ##.##.2024-cü il tarixdən xitam verildiyi bildirilmişdir. Həmçinin məktubda ##.##.2024-cü il tarixdən ##.##.2024cü il tarixədək əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməyi barədə müraciətdə qeyd etdiklərinin əsassız olduğu bildirilmişdir. Araşdırmaya təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, əmək müqaviləsi ##.##.2024-cü il tarixli K-***/** nömrəli əmrlə ləğv edilsə də, İddiaçı düşən bütün ödənclər işdən çıxdığı gün ödənilməmiş, gecikdirilərək ##.##.2025-ci il tarixində əmək haqqı kartına köçürülmüşdür. Belə ki, cəmiyyətin işəgötürəni tərəfindən Məcəllənin 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddəsinin tələbi pozulmuşdur. Belə ki, aşkar olunmuş pozuntuya əsasən Cəmiyyətin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsinin tələbinə uyğun olaraq ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tətbiq edilmişdir. Araşdırmaya cəmiyyətin rəhbərliyi tərəfindən - iş vaxtının uçotu cədvəlləri, həmçinin əməkhaqqının və işəgötürənin son haqq-hesabının hesablanması cədvəlləri təqdim olunmadığından işdən çıxarkən düşən bütün ödənclərin tam məbləğdə verilməsini aydınlaşdırmaq mümkün olmamışdır.

7. ASC «XalqBank» tərəfindən verilmiş ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək şəxsi hesabdan çıxarışdan görünür ki, ASC «XalqBank» tərəfindən İddiaçı hesabına ##.##.2025-ci il tarixdə 113 manat 02 qəpik məbləğində əmək haqqı köçürülmüşdür.

8. ##.##.2025-ci il tarixli mediasiya üçün müraciətdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməməsi, işə bərpa və məcburi işburaxma dövrünə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair Gəncə * saylı Mediasiya Təşkilatına müraciət etmişdir.

9. ##.##.2024-cü il tarixli təhvil-təslim aktlarının surətlərindən görünür ki, 83 manat, 2.041 manat 80 qəpik, 428 manat 69 qəpik, 1.026 manat və 1.000 manat məbləğində malların dəyərinin ödənilməsinin icra edilməsi öhdəliyi Cavabdeh MMC-nin satış təmsilçisi İddiaçı üzərinə qoyulmuşdur.

10. ##.##.2025-ci il tarixli, BO-XO-#.##.****-*** nömrəli ASC «XalqBank» tərəfindən verilmiş İddiaçı məxsus bank hesabından ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək aparılmış əməliyaytlar barədə hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus bank hesabına ##.##.2024-cü il tarixdə 315 manat 87 qəpik məbləğində əmək haqqı, ##.##.2024cü il tarixdə 315 manat 88 qəpik məbləğində əmək haqqı, ##.##.2024-cü il tarixdə 315 manat 87 qəpik məbləğində əmək haqqı, ##.##.2024-cü il tarixdə 315 manat 88 qəpik məbləğində əmək haqqı, ##.##.2025-ci il tarixdə 113 manat 32 qəpik məbləğində əmək haqqı köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh Cavabdeh MMC tərəfindən ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək və ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan ödənilməmiş aylıq əmək haqqının - 1.200 manat məbləğində pulun ödənilməsi, cavabdeh Cavabdeh MMC tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni ##.##.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə qarşı cavabdeh Cavabdeh MMC tərəfindən ##.##.2024-cü il tarixindən ##.##.2024- cü il tarixinədək və ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan ödənilməmiş aylıq əmək haqqının - 1.200 manat məbləğində pulun ödənilməsi, işə bərpa olunması, cavabdeh Cavabdeh MMC tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni ##.##.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2025-cü il tarixdə Cavabdeh MMC-də satış təmsilçisi olaraq işə qəbul olunmuşdir. Lakin bir müddət işlədikdən sonra Cavabdeh MMC-nin rəhbərliyinin təyziqlərinə görə ##.##.2024-cü il tarixdə öz ərizəsi ilə tutuduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra təqdim olunan əmək kitabçasında faktiki olaraq ##.##.2024-cü il tarixdən işləməsinə baxmayaraq, işə qəbul müddətinin ##.##.2024-cü il tarixdən qeyd olunduğunu müəyyən etmişdir. Bundan başqa, Cavabdeh MMC tərəfindən onun ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixənədək olan dövr ərzində əmək haqqı ödənilməmişdir. ##.##.2024-cü il tarixdə vəzifəsindən azad edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh MMC tərəfindən ona ##.##.2025-ci il tarixində 113 manat məbləğində əmək haqqı ödəniş edilmişdir. Bununla bağlı Cavabdeh MMC-nin qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin regional idarələrinə şikayət etmiş, X3 Xidməti tərəfindən şikayəti araşdırılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərini pozduğuna görə cavabdeh Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2025-ci il tarixli qərarla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda o, işsizdir və başqa heç bir yerdən gəlir əldə etmir. Cavabdeh MMC isə onun pozulmuş hüquqlarının bərpasından imtina edir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. ##.##.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Ələsgərov Bayram İqaf oğlu «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş etirazında göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən o, ##.##.2024-cü il tarixdən işə başlamaqla satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçi ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, Cavabdeh MMC-nin müvafiq əmri ilə elə həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçi ilə son haqq-hesab aparılmış, əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişlər edilmişdir. Lakin həmin ödənişlər texniki səbəblərdən əmək müqaviləsinə xitam verilən gün deyil, sonrakı tarixdə edilmişdir. İddiaçının Əmək Müfəttişliyinə şikayəti əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar isə yalnız son haqq-hesabın əmək müqaviləsinə xitam verildiyi gün ödənilməməsinə görə qəbul edilmişdir. Bunun səbəbləri inzibati orqana bildirilsə də nəzərə alınmamışdır. Yəni iddiaçının may ayından iyun ayına qədər işləməsi iddiası, həmçinin son haqq-hesabın məbləği ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. İddiaçıya təyziq göstərilərək əmək müqaviləsinə xitam verilməsi iddiasının da heç bir əsası yoxdur və böhtan xarakterlidir

15. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim C.Y.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh Məhdud Məcusliyyətli Cəmiyyətindən ##.##.2024-cü il tarixdən ##.##.2024- cü il tarixədək (1 ay 13 gün) və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (1 ay 06 gün) ödənilməmiş əmək haqqının əvəzi qismində 831 (səkkiz yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etdmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinə yol verilmir, əks halda yəni müqaviləsinin ləğv edilməsi gününü göstəribsə, ərizədə göstərilən gün əmək müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarında da (66-72-ci bəndlər) oxşar hüquqi mövqe ifadə olunmuşdur. Hazırki halda İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş və onunla bağlanmış əmək müqaviləsi həmin ərizə əsasında ##.##.2024-cü il tarixdə ləğv edilmişdir. Qeyd olunan xüsusat İddiaçı iradəsinə uyğun olmuş, həmçinin İddiaçı öz iddia tələbinin əsası kimi iradə zədələnməsinə istinad etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMCyə qarşı iddiası «işə bərpa» və həmin tələbdən yaranan əlavə tələblərə dair hissədə əsassızdır.

17. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixdə Cavabdeh MMC ilə əmək münasibətlərinə daxil olsa da, onunla əmək müqaviləsi ##.##.2024-cü il tarixdə bağlanmış və həmin əmək müqaviləsində işə başlama tarixi ##.##.2024-cü il kimi qeyd olunmuşdur. Halbuki, İddiaçı əmək funksiyalarının icrası kimi artıq ##.##.2025-ci il tarixdən satış təmsilçisi kimi Cavabdeh MMCyə məxsus malları təhvil almış, satış təmsilçisinə aid öhdəlikləri daşımış və buna dair ##.##.2024-cü il təhvil-təslim aktları tərtib olunmuşdur. İddiaçı Cavabdeh MMC ilə ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək əmək münasibətlərində olduğu 7 ay 03 gün müddətinə görə Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı qismində ##.##.2024-cü il tarixdə 315 manat 87 qəpik, ##.##.2024-cü il tarixdə 315 manat 88 qəpik, ##.##.2024-cü il tarixdə 315 manat 87 qəpik, ##.##.2024-cü il tarixdə 315 manat 88 qəpik, son haqq-hesab qismində ##.##.2025-ci il tarixdə 113 manat 02 qəpik ödəniş edilmişdir. ##.##.2024-cü il tarixinə edilmiş ödəniş 2024-cü ilin iyul ayının, ##.##.2024-cü il tarixə edilmiş ödəniş 2024-cü ilin avqust ayının, ##.##.2024-cü il tarixdə edilmiş ödəniş 2024-cü ilin sentyabr ayının, ##.##.2024-cü il tarixdə edilmiş ödəniş isə 2024-cü ilin oktyabr ayının əmək haqqı ödənişləri olmuş, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan 1 ay 13 gün, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 1 ay 06 gün gün müddətə görə Cavabdeh MMC tərəfindən İddiaçı hər hansı ödəniş edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (1 ay 13 gün) və ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək (1 ay 06 gün) ödənilməmiş əmək haqqına görə 831 manat 79 qəpik (315 manat 87 qəpik x 2 ay + 315 manat 87 qəpik/30 gün x 19 gün) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan əmək qismində ödənilməmiş pul tələbinə dair digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı İddiaçı əmək münasibətlərinin ##.##.2024-cü il tarixdən başlanmasını iddia tələbinin əsası kimi göstərsə də, tərəflər arasındakı əmək münasibətlərinin ##.##.2024-cü il tarixdən başladığı müəyyən edilmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarına (66-72-ci bəndlər), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə, 9cu maddəsinin «d», «e» və «ə» bəndlərinə, 68-ci maddənin 1 və 2-ci hissələrinə, 69-cu maddənin 1 və 5-ci hissələrinə, 154-cü maddənin 1-ci hissəsinə, 156-cı maddənin 1-ci hissəsinə, 172-ci maddəsinin 1-ci hissəsinə, 294-cü maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də satış təmsilçisi kimi aylıq 345 manat əmək haqqı almaqla ##.##.2024-cü il tarixdən işə başlamaq şərti ilə 1 illik müddətinə müddətli əmək müqaviləsi bağlamışdır. İddiaçı həmin əmək müqaviləsini imzalamış, tanış olmuşdur. Lakin iddiaçı qeyri-səmimi olaraq göstərmişdir ki, guya bundan yalnız əmək kitabçası ona təqdim edildikdə məlumatı olub. Məhkəmə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixənədək olan dövr ərzində iddiaçıya əmək haqqı ödənilməsi qənatinə gəlmişdir, lakin iddiaçı qeyd edilən tarix aralığında işə çıxmamışdır. İddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, əmək haqqı hər ay ödənilən puldur. İddia tamamilə əsassızdır, lakin fərz edilsə ki, iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək işləsə belə, həmin işlərə görə ən geci 2024-cü ilin iyul ayında əməkhaqqı almalı idi. Almadığı halda, o, hüquqlarının pozulduğunu həmin vaxtdan bilmiş olardı. Lakin məlum olduğu kimi, iddiaçı 1 ay yox bir neçə aylar sonra iddia qaldırmışdır. Həmçinin işdə olan digər sübut - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlamış ##.##.2025-ci il tarixli, 3-17 */*-H-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməyi barədə müraciətdə qeyd etdikləri əsassızdır. İddiaçı ilə son haqq hesab aparılmış, əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişlər edilmişdir. Lakin həmin ödənişlər texniki səbəblərdən əmək müqaviləsinə xitam verilən gün deyil, sonrakı tarixdə edilmişdir. İddiaçının Əmək Müfəttişliyinə şikayəti əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar isə yalnız son haqq-hesabın əmək müqaviləsinə xitam verildiyi gün ödənilməməsinə görə qəbul edilmişdir. Yəni iddiaçının ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək işləməsi iddiası, həmçinin son haqqhesabın məbləği ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddianı təmin edərkən hansısa aktların surətlərinə istinad etmişdir. Hansı ki, həmin aktlar cavabdeh olaraq onlara təqdim edilməyib, həmçinin elektron məhkəmə sisteminə də əlavə edilməyib. Bildirir ki, həmin aktların mövcudluğu da sual doğurur. Belə ki, ##.##.2024-cü il tarixdə iddiaçı ilə “xxxx” MMC arasında təhvil-təslim edilməsi barədə akt bağlanmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdeh tərəf məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən, cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh məhkəmə prosesini yubatmaq məqsədilə məhkəmə iclaslarında iştirak etmir və dəlillərinin heç birinin əsası yoxdur. Bütün distribütor firmalarının aktları demək olar ki, hər biri eyni formada tərtib olunmuşdur, bu səbəbdən cavabdeh məhkəməyə yalan məlumat vermişdir. Özünün ərizəsi əsasında işdən çıxdığı üçün işə bərpa tələbi təmin olunmadığına görə həmin hissədə qətnamədən şikayəti yoxdur.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, müqavilədə işə başlama tarixi ##.##.2024-cü il göstərilməklə İddiaçı Cavabdeh MMC-də «satış təmsilçisi» işinə qəbul edilmişdir. Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsində çalışan İddiaçı ##.##.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz ərizəsi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir.

30. İddiaçı ona əsaslanır ki, o, faktiki əmək fəaliyyətinə əmək müqaviləsində göstərilən müddətdən daha əvvəl başlamış, bunu təhvil-təslim aktı bağlanması tarixi sübut edir. Cavabdeh apellyasiya şikayətində tələbin bu dəlilinə münasibətdə bildirmişdir ki, həmin aktın etibarlılığı şübhə doğurur, onlar belə bir akt tərtib etməmişlər. İddiaçının müqavilə üzrə vəzifəsi satış təmsilçisi olmuşdur. ##.##.2024-cü il tarixli, təhvil-təslim aktının sürətindən görünür ki, cavabdehin digər əməkdaşları, o cümlədən satış təmsilçisi kimi qeyd olunan iddiaçı tərəfindən akt tərtib edilmiş, həmin akta görə cavabdehlə müştəri borcunun təhvil-təslimi aparılmış və həmin tarixdən sonra bu müştəri ilə aparılacaq əməliyyatlar İddiaçı həvalə edilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

31. Beləliklə, iş materiallarının tədqinindən müəyyən olunur ki, cavabdeh ilə iddiaçı arasında əmək münasibətləri faktiki olaraq, ##.##.2024-cü il tarixindən yaranmışdır.

32. Cavabdeh tərəfin həmin aktın doğruluğunun mübahisəli olması ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh bu halı iddia etsə də, etirazını əsaslı hesab edəcək hər hansı ilkin dəlili işə baxan məhkəməyə təqdim etməmiş, həmin tarixdə iddiaçının cavabdeh şirkətdə əmək fəaliyyəti ilə məşğul olmamasını göstərən hər hansı əks-sübut təqdim etməmişdir. Halbuki, cavabdeh işə baxan məhkəmə tərəfindən kifayət qədər məlumatlandırılmış və onun məhkəməyə sübut təqdim etmək imkanları olmuşdur. Cavabdeh tərəf apelyasiya icraatında da bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə sübut təqdim edə bilməməsini əsaslandırmaqla, şikayətinə mübahisələndirdiyi aktın əleyhinə hər hansı sübut əlavə etməmiş, eyni zamanda məhkəmə iclaslarına da gəlməmişdir. Ona görə də, kollegiya cavabdehin bu etirazını əsaslı hesab etmir və bu istiqamətdə əlavə araşdırılma aparılmasına zərurət görmür.

33. Məhkəmə kollegiyası cavabdehin iddiaçının iddia müddətini ötürməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.... Hazırkı işdə cavabdeh işə baxan məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir. Halbuki, artıq qeyd edildiyi kimi, cavabdehin buna prosessual imkanları olmuşdur. Ona görə də, kollegiya şikayətin bu dəlilini də əsassız sayır.

34. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı müəssisədə əmək funksiyasını ##.##.2024-cü il tarixdən yerinə yetirməyə başlamışdır. Sonradan tərəflər arasında ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlanmış, müqavilədə işə başlama tarixi kimi ##.##.2024-cü il göstərilmişdir.

35. Məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdehin əmək müqaviləsində işə başlama tarixinin ##.##.2024-cü il tarixi göstərilməsi ilə bağlı dəlili əsassızdır. Çünki cavabdehin müqavilə tarixindən daha əvvəl artıq əmək fəaliyyəti ilə məşğul olması işin halları ilə öz təsdiqini tapır və bu fəaliyyət məhz əmək münasibətləri kimi qiymətləndirilməlidir.

36. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.2024-cü il tarixində öz arzusu ilə ##.##.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etmiş və həmin tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq, işçiyə ##.##.2024–##.##.2024-cü il tarixləri üzrə əmək haqqı ödənilməmişdir.

37. Kollegiya qeyd edir ki, işə baxan məhkəmə haqlı olaraq o nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh MMC ilə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək əmək münasibətlərində olduğu 7 ay 03 gün müddətinə görə Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı qismində ##.##.2024-cü il tarixdə 315 manat 87 qəpik, ##.##.2024-cü il tarixdə 315 manat 88 qəpik, ##.##.2024-cü il tarixdə 315 manat 87 qəpik, ##.##.2024-cü il tarixdə 315 manat 88 qəpik, son haqq-hesab qismində ##.##.2025-ci il tarixdə 113 manat 02 qəpik ödəniş edilmişdir. ##.##.2024-cü il tarixinə edilmiş ödəniş 2024-cü ilin iyul ayının, ##.##.2024cü il tarixə edilmiş ödəniş 2024-cü ilin avqust ayının, ##.##.2024-cü il tarixdə edilmiş ödəniş 2024-cü ilin sentyabr ayının, ##.##.2024-cü il tarixdə edilmiş ödəniş isə 2024-cü ilin oktyabr ayının əmək haqqı ödənişləri olmuş, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan 1 ay 13 gün, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 1 ay 06 gün gün müddətə görə Cavabdeh MMC tərəfindən İddiaçı hər hansı ödəniş edilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (1 ay 13 gün) və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (1 ay 06 gün) ödənilməmiş əmək haqqına görə 831 manat 79 qəpik (315 manat 87 qəpik x 2 ay + 315 manat 87 qəpik/30 gün x 19 gün) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçiyə əmək haqqı görülən işə görə tam və vaxtında ödənilməlidir. Həmçinin, əmək müqaviləsinə xitam verilən gün işçiyə bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməlidir.

39. Birinci instansiya məhkəməsi iş üzrə sübutları qiymətləndirərək düzgün nəticəyə gəlmiş, iddiaçının faktiki işlədiyi, lakin əmək haqqı ödənilməyən dövrlər üzrə tələblərini əsaslı hesab etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayətinin verilə bilməz Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar