Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-166/2026 30.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-2750/2025 nömrəli qətnaməsindən Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən JN-186A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu Varlı Həyat kəndidnə yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-2750/2025 nömrəli qətnaməsi (hakim Nazlı Heydərova) ilə, X1 Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 45 saylı qərarına əsasən JN 186A(KOD ********) saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş Şəmkir rayonu Varlı Həyat kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-2750/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verildiyindən və həmin ərizəyə birinci istansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyindən iş materialları birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından, həmçinin apellyasiya şikayətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2750/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2026-cı il tarixdə birinci instansiya məhkəməsi tərəfindən cavabdehə təqdim edilmiş və bu barədə sonuncu tərəfindən məhkəmə qəbzi imzalanmışdır. Bundan sonra xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verərək müddətin bərpa edilməsini xahiş etmişdir (mülki iş materialları səh – 92). Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan, həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə münasibət bildirmədən apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin (bundan sonra MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən müddətin bərpasına dair ərizəyə hüquqi qiymət verilmədiyindən iş materialları ərizəyə hüquqi qiymət verilməsi üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Xüsusi ilə qeyd olunmalıdır ki, müddətin ötməməsi bununla bağlı verilmiş ərizəyə hüquqi qiymət verilməməsi üçün əsas deyildir. Ərizəyə tərəflərin iştirakı ilə baxılmalı və ərizəyə hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 360, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-2750/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-166/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-166/2026
30.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver