Məhkəmə qərarları › İş №2(3-7)-168/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-168/2026

28.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-168/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Xidməti Göygöl Milli Parkının nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.2015-ci il tarixdə Göygöl Milli Parkına gözətçi vəzifəsinə qəbul olunmuş, ##.##.2021-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad edilmiş, ##.##.2021-ci il tarixdə Göygöl Milli Parkına bələdçi vəzifəsinə işə təyin edilmiş, ##.##.2025-ci il tarixində isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddənin “b” bəndinə əsasən işindən azad edilmişdir.

2. Göygöl Milli Parkının direktoru İ.Məmmədova, Milli Parkın gözətçisi X1 tərəfindən verilmiş ərizədən görünür ki, onu ##.##.2021-ci il tarixdən gözətçi vəzifəsindən azad edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Xidməti Göygöl Milli Parkının ##.##.2025-ci il tarixli ** №-li əmrə əsasən Göygöl Milli Parkının bələdçisi İddiaçı əmək müqaviləsinin vaxtı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 3 (üç) ay müddətinə uzadılmışdır.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Xidməti Göygöl Milli Parkının ##.##.2025-ci il tarixli *** nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## ###### tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Göygöl Milli Parkı haqqında əsasnamənin” 7.4.1-ci bəndini rəhbər tutaraq Göygöl Milli Parkının bələdçisi İddiaçı ilə əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir.

5. ##.##.2025-ci il tarixli ** nömrəli bildirişdən gprünür ki, işçi İddiaçın işəgötürən tərəfindən əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam veriləcəyinə dair bildiriş verilmiş, işçi tərəfindən bildiriş imza edilərək qəbul edilmişdir.

6. ## ###### 2021-ci il tarixli, № **** nömrəli Azərbaycan Respublikası Təbii Sərvətlər və X10 Ittifaqı Komitəsi tərəfindən İddiaçı Vətən Müharibəsində iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Fəxri Fərmanla təltif edilmişdir.

7. Əmək müqaviləsindın görünür ki, Cavabdeh, X4 və İddiaçı arasında ##.##.2021-ci il tarixində İddiaçı bələdçi vəzifəsinə qəbul edilməsi ilə bağlı 3 il 10 ay 22 gün müddətinə, yəni 10.09ə2025-ci il tarixədək müqavilə bağlanmışdır.

8. ##.##.2021-ci il, № ** nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinnin 68 “a” bəndini rəhbər tutaraq ərizəsinə əsasən ##.##.2021-ci il tarixdən gözətçi işindən azad edilmişdir.

9. ##.##.2021-ci il, № ** Əmrdən çıxarışdan görünür ki, İddiaçı X13 Xidmətinin ##.##.2021-ci il tarixli ***/k saylı əmrinə əsasən ##.##.2021-ci il tarixdən Cavabdeh 3 (üç) ay müddətinə bələdçi vəzifəsinə təyin edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Xidməti Göygöl Milli Parkının *** nömrəli, ## ######## 2025-ci il tarixli əmrini ləğv edilməsi və onu Göygöl Milli Parkına bələdçi vəzifəsi işinə işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Göygöl Milli Parkının ** nömrəli ## ###### 2015-ci il tarixli əmri ilə Göygöl Milli Parkına gözətçi vəzifəsinə, ## #### 2021-ci il tarixli əmri ilə X11 Xidməti Göygöl Milli Parkına bələdçi vəzifəsinə təyin edilmişdir və işlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də, olsun inzibati tənbeh almamış, qanun pozuntusuna yol verməmişdir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və işlədiyi on il müddətində əmək fəaliyyətini layiqincə icra etmişdir. Dəfələrlə yaxşı işinə görə fərqlənmiş və pul mükafatlarına layiq görülmüşdür. Ancaq buna baxmayaraq Göygöl Milli Parkının *** nömrəli, ## ######## 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilmişdir. Bildirir ki, cavabdeh ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarmışdır. Belə ki, cavabdeh (Göygöl Milli Parkının son dövrlərdə digər işçilərlə, o cümlədən onunla 3 aylıq müddətə əmək müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə 3 ay müddətində əmək müqaviləsi uzadılmışdır. Cavabdeh Göygöl Milli Parkının ## ######## 2025-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əsassız olaraq işdən azad edilmişdir. Onun işi ixtisara düşməmiş və yenə də, başqa işçilərə həvalə edilmişdir. Əlavə olaraq bildirir ki, o, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikasının müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və X5 tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Onunla cavabdeh təşkilat arasında bağlanmış ilk əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, sonradan ##.##.2025-ci il tarixdə ** nömrəli əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Halbuki, göstərilən xidmətlər daimi xarakterə malikdir.

12. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Xidməti Göygöl Milli Parkının direktoru nümayəndə2 tərəfindən ##.##.2025-ci il tarixində ünvanlanmış etiraz məktubunda bildirilir ki, e-*(***)-****/**** nömrəli iş üzrə Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Göygöl Milli Parkına qarşı "işə bərpa olunması” tələbi barədə iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, iddiaçının "işə bərpa olunması”na dair iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı ilə son dəfə ## #### 2025-ci il tarixindən ## ######## 2025-ci il tarixinədək 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. # ###### 2025-ci il tarixli, *** nömrəli məktubla ona bildiriş göndərilməklə müddətli əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra Göygöl Milli Parkının ## ######## 2025-ci il tarixli *** nömrəli əmrinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Qeyd olunanlardan və əmək qanunvericiliyinin tələblərindən də görünür ki, İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsində heç bir qayda pozuntusuna yol verilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Göygöl Milli parkına qarşı “Işə bərpa olunması” tələbi barədə iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.

13. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025 -ci il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh bələdçi kimi müddətli müqavilə əsasında işlədiyi müəyyən olunur. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin hüquqları çərçivəsində olduğundan yenidən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqavilənin müddəti uzadılmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin müddətinin bitdikdən sonra uzadılmaması əmək münasibətlərin təməl prinsiplərindən olan tərəflərin bərabərliyi və iradə sərbəstliyinin təzahürüdür. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir.

15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 47, 68, 73.1, 73.2, 179-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

16. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(066)- 1453/2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilən tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli və ##.##.2025-ci il tarixli əmək müqavilələrinin hər ikisində müqavilənin müddətli olması əks olunmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh bələdçi kimi müddətli müqavilə əsasında işlədiyi müəyyən olunmuşdur. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin hüquqları çərçivəsində olduğundan yenidən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqaviləsinin müddəti uzadılmamışdır. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinin müddətinin bitdikdən sonra uzadılmaması əmək münasibətlərin təməl prinsiplərindən olan tərəflərin bərabərliyi və iradə sərbəstliyinin təzahürüdür. X2 ## #### 2025-ci il tarixindən ## ######## 2025-ci il tarixinədək 3 (üç) ay müddətinə İddiaçı razılıq ərizəsi olmadan müddətli əmək müqaviləsi bağlanmışdır. Belə hesab etmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) maddə ilə iddiaçının işdən çıxarılması qanunsuzdur. Beləki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi cavabdeh təşkilatın ** nömrəli ## ###### 2015-ci il tarixli əmrinə əsasən müddətsiz əmək müqaviləsi əsasında Göygöl Milli Parkına gözətçi vəzifəsinə, ## #### 2021-ci il tarixli əmri ilə X11 Xidməti Göygöl Milli Parkına bələdçi vəzifəsinə təyin edilmiş və ##.##.2021-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad edilmiş, ## #### 2021-ci il tarixdə Göygöl Milli Parkına bələdçi vəzifəsinə işə təyin edilmiş və ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə 3 ay müddətində əmək müqaviləsi uzadılmışdır. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarına zidd olaraq, İddiaçı ##.##.2015-ci il tarixdə Göygöl Milli Parkına gözətçi vəzifəsinə müddətsiz qəbul olunmasını, ##.##.2021-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad edilməklə eyni tarixdə Göygöl Milli Parkına bələdçi vəzifəsinə işə təyin edilməsi təfərrüatlarını qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halları müəyyən etməməklə prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılılmamışdır. Məhkəmə İddiaçı ailəli olmaqla ailədə yeganə qazanc gətirənin təkcə iddiaçı olmasını, başqa qazanc yerinin olmamasını, həmçinin, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikasının müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalla və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, bundan əlavə Azərbaycan Respublikası Təbii Sərvətlər və X7 Ittifaqı Komitəsi tərəfindən Vətən Müharibəsində iştirak edərək igidilik və mərdlik nümaunəsi göstərdiyi münasibəti ilə **** nömrəli ## ###### 2021-ci il tarixli Fəxri Fərmanla təltif olunmasını nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh Göygöl Milli Parkının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz verərək, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayəti əsasızdır. Belə ki, İddiaçı ilə son dəfə ## #### 2025-ci il tarixindən ## ######## 2025-ci il tarixinədək 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. # ###### 2025-ci il tarixli, *** nömrəli məktubla ona bildiriş göndərilməklə müddətli əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra Göygöl Milli Parkının ## ######## 2025-ci il tarixli *** nömrəli əmrinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Göygöl Milli Parkına bələdçi vəifəsinə müddətsiz təyin edilmişdir. Iş materiallarından görünür ki, iddiaçı bələdçi vəzifəsinə 3 (üç) ay müddətinə təyin edilmişdir. Göründüyü kimi 5 il fasiləsiz işləməmişdir. Iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, onun 44 günlük Vətən Müharibəsinin iştirakçısı olması nəzərə alınmamışdır. Müharibə veteranı statusunun olması əmək mübahisələrində işçiyə xüsusi, imtiyazlı yanaşmaya əsas vermir. Əmək Məcəlləsinə əsasən, işəgötürənlə işçi arasındakı mübahisələr ümumi qaydada həll edilir. Veteran statusu əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mübahisələrdə qanunvericilik hamı üçün bərabər tətbiq olunur. Qeyd olunanlardan və əmək qanunvericiliyinin tələblərindən də görünür ki, İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsində heç bir qayda pozuntusuna yol verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bələdçi vəzifəsinə keçən zaman ərizə verdiyini və müqavilənin müddətsiz olduğunu bildirdiklərini qeyd etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı 2015-ci ildə gözətçi vəzifəsinə təyin olunmuşdur. O, işdən azad olunduğu müddətədək layiqincə işləmişdir. 2021-ci ildə gözətçi vəzifəsindən çıxarılıb bələdçi vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci ildə iddiaçının razılığı olmadan müqavilə müddəti 3 ay uzadılmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müəsissədə işçilərin bəziləri müddətli, bəziləri isə müddətsiz müqavilə ilə çalışırlar. Iddiaçı 2015-ci ildən 2021-ci ilədək müddətsiz əmək müqaviləsi əsasında çalışmış, 2021-ci ildən isə bələdçi vəzifəsində müddətli əmək müqaviləsinin bağlanmasına dair ərizəsi olmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı 2021-ci ildə müddətli bələdçi vəzifəsinə təyin olunmuşdur. 5 il fasiləsiz işlədikdən sonra müddətsiz əmək müqaviləsi hesab olunur. Iddiaçının işi onu qane etməmişdir. Bələdçinin vəzifəsi turistləri qəbul etməkdir. Iddiaçının tərəfindən turistləri qəbul edilməsində narazılıq olduğu üçün onunla əmək müqaviləsinin müddəti uzadılmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bələdçi üçün diplom tələb olunur və dil bilmək lazımdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

24. Maddə 12. 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s.

25. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

26. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

27. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

28. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

29. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

30. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

31. Maddə 47.(f) əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

32. Maddə 56.1. Istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

33. Maddə 56.2. Işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

34. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.

35. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

36. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

46. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışınun hədləri

47. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Hazırkı iş üzrə cavabdeh tərəfindən instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

52. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh bələdçi kimi müddətli müqavilə əsasında işlədiyi müəyyən olunur. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin hüquqları çərçivəsində olduğundan yenidən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqavilənin müddəti uzadılmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin müddətinin bitdikdən sonra uzadılmaması əmək münasibətlərin təməl prinsiplərindən olan tərəflərin bərabərliyi və iradə sərbəstliyinin təzahürüdür. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı).

54. Göründüyü kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də, işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

55. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hazırkı tələb üzrə birinci diqqət yetirilməli olan hal iddiaçının işlədiyi işin daimi, yaxud mövsümi xarakter daşımasının müəyyən olunmasıdır.

56. Iş materialları müəyyən olunur ki, İddiaçı ##.##.2015-ci il tarixdə Göygöl Milli Parkına gözətçi vəzifəsinə müddətsiz qəbul olunmuş, ##.##.2021-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad edilmişdir. ## #### 2021-ci il tarixdə isə Göygöl Milli Parkına bələdçi vəzifəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmiş və sonuncu dəfə ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə 3 ay müddətində əmək müqaviləsi uzadılmışdır. Iş materiallarında olan əmək müqaviləsindən görünür ki, iddiaçı ilə bağlanmış 20.10.21-ci il tarixdə bağlanmış əmək müqaviləsində müqavilənin 3 il 10 ay 22 gün müddətə, yəni ##.##.2025-ci il tarixədək bağlanması qeyd edilmişdir. Halbuki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 Xidməti Göygöl Milli X12 Qorunması Xidmətinin ##.##.2021-ci il tarixli ***/k saylı əmrinə əsasən ##.##.2021-ci il tarixdən Cavabdeh 3 (üç) ay müddətinə bələdçi vəzifəsinə təyin edilmiş, sonuncu dəfə isə ##.##.2025-ci il tarixli ** №-li əmri ilə Göygöl Milli Parkının bələdçisi İddiaçı əmək müqaviləsinin vaxtı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 3 (üç) ay müddətinə uzadılmışdır.

57. Iş materialları ilə müəyyən olunur ki, ilkin olaraq ##.##.2015-ci il tarixdə müddətsiz olaraq İddiaçı Göygöl Milli Parkına gözətçi vəzifəsinə qəbul olunmuşdur. ##.##.2021-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad edilmiş, ## #### 2021-ci il tarixdə isə Göygöl Milli Parkına bələdçi vəzifəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmişdir.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

59. Iddiaçı İddiaçı işlədiyi Göygöl Milli Parkına bələdçi vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malikdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq isə hazırki halda razılıq kimi qiymətləndirilə bilməz. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. Iş materiallarından görünür ki, iddiaçının ##.##.2015-ci ildə ilkin olaraq işə qəbul edilərkən əmək müqaviləsi müddətsiz xarakter daşımışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iradəsi müddətsiz əmək müqaviləsinin bağlanmasına yönəlmişdir. Sonradan ## #### 2021ci il tarixdə isə Göygöl Milli Parkına bələdçi vəzifəsinə qəbul edilməsi ilə bağlı bağlanmış müddətli əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Zəif tərəf olan işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

60. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Xidməti Göygöl Milli Parkının *** nömrəli, ## ######## 2025-ci il tarixli əmri ləğv edilsin. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Xidməti Göygöl Milli Parkına bələdçi vəzifəsinə bərpa olunsun və işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar