Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-209/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsaq oğluna və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsaq oğluna və cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Doğum haqqında arayışdan görünür ki, cavabdeh2 İsaq oğlu ilə İddiaçı birgə nikahından ##.##.2009–cu il tarixdə Mirhüseyn adlı uşaqları doğulmuşdur.
2. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, cavabdeh2 İsaq oğlu ilə İddiaçı arasında olan rəsmi nikah qeydi ##.##.2025–ci il tarixdə ləğv edilmişdir.
3. DƏDRX–nin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışından görünür ki, Şəmkir rayonu, Məşədi Hüseynli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair cavabdeh2 İsaq oğlunun adına tam mülkiyyət hüququ ilə Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə ##.##.2002–ci il tarixli JN–***A saylı Şəhadətnamə tərtib edilmişdir.
4. JN–*** saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”ndan görünür ki, Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh1 və Əmisraslanova Nəcibə İsax qızına Şəmkir rayonu, Məşədi Hüseynli kəndində 0.71 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir.
5. JN–***A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh1 və Əmisraslanova Nəcibə İsax qızına Şəmkir rayonu, Məşədi Hüseynli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir.
6. JN–*** saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”ndan görünür ki, Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə Əmisraslanov Kərim İsax oğluna Şəmkir rayonu, Məşədi Hüseynli kəndində 0.37 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir.
7. JN–***A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə Əmisraslanov Kərim İsax oğluna Şəmkir rayonu, Məşədi Hüseynli kəndində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025–ci il tarixli 2(076)– ****/**** saylı qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Əmisraslanov Kərim İsax oğluna qarşı aliment tələbinə dair iddiası baxılmamış saxlanmışdır.
9. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025–ci il tarixli 2(076)– ****/**** saylı qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsaq oğluna və cavabdeh1 qarşı “##.##.2009–cu il təvəllüdlü Mirhüseyn adlı uşağı ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 800 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması” tələbinə dair iddiasının “##.##.2009–cu il təvəllüdlü Mirhüseyn adlı uşağı ilə birlikdə” hissəsinə xitam verilmişdir
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsaq oğluna və cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, ##.##.2009–cu il təvəllüdlü Mirhüseyn adlı uşağı ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 800 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərdən cavabdeh2 İsaq oğlu keçmiş əri, cavabdeh1 keçmiş qayınanası olmuşdur. Belə ki, o, cavabdeh cavabdeh2la ##.##.2002–ci il tarixdə faktiki olaraq evlənməklə, ##.##.2005–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan ##.##.2003–cü il tarixdə Adilə, ##.##.2004–cü il tarixdə Turan və ##.##.2009–cu il tarixdə Mirhüseyn adlı uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024–cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuş və Mirhüseyn adlı uşağı onun yanında saxlanmışdır. Cavabdeh cavabdeh2la evlənərkən cavabdehlərin yaşadığı və Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. 2023–cü ilin avqust ayına kimi həmin evdə mübahisəsiz yaşamışdır. Lakin aralarında narazılıq yarandığından cavabdehlər onu evdən qovmuşlar. Hazırda uşağı ilə birlikdə atasına məxsus evdə yaşayır. Qızı Turan hazırda həmin evdə yaşayır, ata evində oğlunu saxlamaqda çətinlik çəkir. Bu səbəbdən oğlu ilə birlikdə mübahisə predmeti olan evə köçmək istəyir. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının ##.##.1998–ci il tarixli ** nömrəli qərarı ilə cavabdehlərə Şəmkir rayonu, Çaparlı kəndində həyətyanı torpaq sahəsi verilmişdir, köçmək istədiyi ev həmin torpaq sahəsində yerləşir. Hesab edir ki, uzun müddət həmin evdə yaşadığından, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyindən, evdə birlikdə tikinti işləri apardığından həmin evdən istifadə hüququ əldə etmişdir. özünə və uşaqlarına məxsus bütün əmlaklar hazırda həmin evdədir. Başqa yerdə yaşamağa evi yoxdur. Odur ki, ##.##.2009–cu il təvəllüdlü Mirhüseyn adlı uşağı ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 800 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.M.Allahyarov) iddianın rədd edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsaq oğluna və cavabdeh1 qarşı cavabdehlərə məxsus olan Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 800 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh2 İsaq oğlu ##.##.2002–ci il tarixdə faktiki olaraq evlənməklə, ##.##.2005–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan ##.##.2003–cü il tarixdə Adilə, ##.##.2004–cü il tarixdə Turan və ##.##.2009–cu il tarixdə Mirhüseyn adlı uşaqları doğulmuşdur. İddiaçı toydan sonra Şəmkir rayonu, Çaparlı (Məşədi Hüseynli) kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi JN–***A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh1 və Əmisraslanova Nəcibə İsax qızının mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsində yerləşir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
14. İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri ##.##.2002–ci il tarixdən yaranmışdır. Bu halda iddianın maddi–hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228–ci maddəsi təşkil edir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə cavabdeh cavabdeh1 və Əmisraslanova Nəcibə İsax qızına məxsus torpaq sahəsində inşa edilmişdir. Yaşayış sahəsi üzərində cavabdeh cavabdeh1, o cümlədən Əmisraslanova Nəcibə İsax qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına baxmayaraq, onların mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir.
16. İddiaçının fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında istifadə ilə bağlı hər hansı notarial razılaşması olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşaış evindən istifadə hüququ yoxdur.
17. Buna baxmayaraq, istər faktiki, istər rəsmi ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ bəndinə, 29–cu maddəsinin III bəndinə, 29–cu maddəsinin IV bəndinə, 43–cü maddəsinin İ bəndinə, 43–cü maddəsinin II bəndinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 164.1, 165.1, 180.1, 180.2, 213.1, 213.2, 213.4, 228, 560.1, 560.2, 560.3.4–-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsnin 31.1, 31.2, 32.1, 32.2, 32.3, Mülki-Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 78.1, 88, 106.1, 217.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddələrinin şərh edilməsinə dair» # ####### 2013–cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh2 İsaq oğlu keçmiş həyat yoldaşı, cavabdeh1 isə keçmiş qaynanasıdır. Cavabdeh cavabdeh2 İsaq oğlu ilə ## #### 2002-ci ildə faktiki evlənməklə, nikahı ## ##### 2005-ci ildə rəsmiləşdirmişdirlər. Birgə nikahdan ##.##.2003-cü il təvəllüdlü cavabdeh1 Kərim qızı, ##.##.2004-cü il təvəllüdlü X4 və ##.##.2009-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlərlə münasibətləri əvvəllər normal olmuş və sonradan pozulmuşdur. Bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(076)- ***/**** saylı qətnaməsi ilə Kərim İsaq oğlu ilə arasındakı nikah pozulmuş və ##.##.2009-cu il təvəllüdlü X7 himayəsində saxlanmışdır. Cavabdeh cavabdeh2 İsaq ilə ailə həyatı qurarkən cavabdehlərin yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ona məxsus olan cehiz əşyaları həmin evə yığılıb. 2023cü ilin avqust ayına kimi həmin evdə mübahisəsiz yaşamışdır. Aralarında narazılıqlar baş verdiyindən cavabdehlər tərəfindən gəlin köçdüyü evdən qovulmuşdur. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət etmişdir. Şəmkir rayonu Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** nömrəli qərarı ilə cavabdehlər cavabdeh2 İsaq oğlunun və cavabdeh1 adına Şəmkir rayonunun Çaparlı kəndində yerəşən həyətyanı torpaq sahəsi verilmişdir. Köçmək istədiyi ev həmin torpaq sahəsində yerləşir. Ona və uşaqlarına məxsus bütün əmlaklar hazırda bu evdədir. Başqa yerdə yaşamağa evi yoxdur. O, gəlin köçərkən evə qeyd-şərtsiz qəbul edilmişdir. Uzun müddət həmin evdə cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. Cavabdehlərlə birlikdə evdə tikinti işləri aparmışdır. Bu səbəbdən də, bu evdən istifadə hüququ əldə etmişdir. Məhkəmə isə sözü gedən qətnamə ilə onu bu hüququndan məhrum etməyə çalışır. Hesab etmişdir ki, məhkəmə qətnaməsi tamamilə qanunsuz və ədalətsizdir. Maddi və prosessual hüquqları pozmaqla qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının izahat verərək bildirmişdir ki, iddiaçı cavabdeh cavabdeh2 ilə ## #### 2002 - ci ildə faktiki münasibət qurmuşlar, rəsmi nikah isə ## ##### 2005 - ci il tarixdə qeydiyyata alınmışdır. Birgə münasibətdən ##.##.2003-cü il təvəllüdlü cavabdeh1 Kərim qızı, ##.##.2004-cü il təvəllüdlü X4, ##.##.2009-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İddiaçı tərəf mübahisə obyektini təşkil edən evdə 2023-cü ilin avqust ayınadək yaşamış, daha sonra tərəflər arasında narazılıqlar baş verdiyindən iddiaçı cavabdehlər tərəfindən həmin evdən qovulmuşdur. Mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsi hər iki cavabdehin birgə mülkiyyətindədir. Bununla bağlı müvafiq arayış iş materiallarına əlavə edilmişdir. İddiaçı və onun uşaqlarına məxsus bütün əmlaklar bu evdə yerləşir, həmçinin, iddiaçının uşaqları hazırda həmin evdə yaşayırlar. Mübahisəli fərdi yaşayış evi cavabdeh1 məxsus olan 0.30 ha torpaq sahəsində yerləşir və cavabdeh cavabdeh2 də həmin evdə yaşayır. Cavabdeh cavabdeh2 məxsus 0.08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud deyildir. Tərəflərin nikahının pozulması ilə bağlı qətnamə 2024-cü ildə qəbul edilmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarı: yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən, İddiaçı ilə cavabdeh2 İsaq oğlu ##.##.2002–ci il tarixdə faktiki münasibətə başlamış, ##.##.2005–ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə münasibətdən ##.##.2003–cü il tarixdə Adilə, ##.##.2004–cü il tarixdə Turan və ##.##.2009–cu il tarixdə Mirhüseyn adlı uşaqları olmuşdur. İddiaçı toy mərasimindən sonra Şəmkir rayonu, Çaparlı (Məşədi Hüseynli) kəndində yerləşən cavabdehlərə məxsus həyətyanı sahədə yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024–cü il tarixli qətnaməsi əsasında, nikahları pozulmuş və Mirhüseyn adlı uşağı onun yanında saxlanmışdır.
32. İddiaçı apellyasiya şikayətində göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən onun və yetkinlik yaşına çatmayan uşaqlarının ailə üzvləri olaraq cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqları vardır, lakin onlar bu hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, iddiaçı və uşaqları məcburi şəkildə həmin mənzildən cavabdeh tərəfindən çıxarılmışlar.
33. Mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.
34. İş materiallarından və iş üzrə təşkil edilən məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin izahatından da müəyyən olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evi JN–***A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Şəmkir Rayon AİK–nın ##.##.1998–ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh1 və Əmiraslanova Nəcibə İsax qızının mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsində yerləşir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşin faktiki hallarından görünür ki, mübahisəli ev cavabdeh cavabdeh1 və digər şəxsə məxsus torpaq sahəsində inşa edilmişdir. Belə ki, bu faktı iddiaçı tərəf özü də bildirir.
35. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" 0# ####### 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
36. İş materiallarından göründüyü kimi, tərəflər arasında ailə münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yaranmış və belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə əsasən, digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. İş materiallarından məlum olur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri cavabdehin anasıdır və iddiaçının həmin yaşayış sahəsində yaşamasına dair onun razılığı müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Buna görə də, mülkiyyətçinin razılığı olmadan üçüncü şəxsin yaşayış sahəsinə köçürülməsi yolverilməzdir.
38. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının həmin evdə əvvəllər yaşamış olması və təsərrüfat işləri görməsi ona münasibətdə həmin özbaşına tikiliyə qarşı mülkiyyətin gözlənti hüququnu yaratmır.
39. Məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da, iş materiallarından müəyyən edilir ki, həmin tikili iddiaçı ilə cavabdehin münasibətlərindən əvvəl mövcud olmuşdur. Kollegiya qeyd edir ki, sənədsiz yaşayış evi üzərində gözlənti hüququ məhz torpaq mülkiyyətçisinə və tikintini həyata keçirən şəxsə məxsus hesab edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.