Məhkəmə qərarları › İş №2(3-7)-258/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-258/2026

23.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-258/2026 23.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı artıq iş saatlarına görə ödənilməmiş əmək haqqının, gecə növbələrinə görə əlavə ödənişin, istifadə olunmamış məzuniyyət günlərinə görə ödənişin tutulması, cavabdehin əmək qanunvericiliyini pozması faktının tanınması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə (hakim Camal Quliyev) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı həmin hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququ izah olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından narazı qalan İddiaçı şikayət verərək, qərardadın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)- 420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı əsassızdır. Belə ki, əmək münasibətləri və əmək funksiyası Gəncə şəhərində icra edilmişdir Onun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əmək münasibətlərim Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Gəncə Qərb regional nümayəndəliyində, yəni Gəncə şəhəri, Atatürk prospekti, 201A ünvanında yaranmış və icra edilmişdir. Əmək mübahisələri üzrə iddialar işin görüldüyü yer üzrə verilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, əmək mübahisələri üzrə iddialar işin faktiki görüldüyü yer üzrə məhkəmədə baxıla bilər. Birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti məsələsini səhv qiymətləndirmişdir Qərardadda cavabdehin yalnız hüquqi ünvanı əsas götürülmüş, əmək funksiyasının faktiki icra olunduğu yer – Gəncə şəhəri nəzərə alınmamışdır. Sonda İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5- 121)-420/2026 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və şikayətin material ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanının ünvan 3 edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş hallarından görünür ki, cavabdehlə bağlanmış əmək müqaviləsində işə götürən Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir və cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonunun ərazisindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)- 420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)-420/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar