Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-294/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər İbrahimov Rövşən Adışirin oğlu və İbrahimov Əmir Rövşən oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X6 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (atası) X8 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər İbrahimov Rövşən Adışirin oğlu və İbrahimov Əmir Rövşən oğluna qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İbrahimov Rövşən Adışirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** saylı “X11 Şəhadətnamə”dən görünür ki, İbrahimov Əmir Rövşən oğlu ilə İbrahimova Səidə Yunis qızı arasında olan nikah Ağdam Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə “İbrahimov”, qadına “Həsənova” soyadı verilmişdir.
2. Ağdam Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, İbrahimov Əmir Rövşən oğlu ilə İbrahimova Səidə Yunis qızı arasında Ağdam RİHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyində ## #### 2013-cü il tarixdə, 07 nömrə ilə bağlanmış nikah akt qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları ##.##.2014-cü il təvəllüdlü İbrahimova Aidə Əmir qızı və ##.##.2016-cı il təvəllüdlü İbrahimov Tuncay Əmir oğlunun İbrahimova Səidə Yunis qızının yanında saxlanılmışdır.
3. Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin № *-31-5/3-2- 143/2025, ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı, Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin daimi qeydiyyatındadır.
4. Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin № *-31-5/2- 116/2025, ##.##.2025-ci il tarixli arayışından görünür ki, İbrahimov X10 rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyin təsərrüfat başına ** saylı uçot kitabında *** nömrəli təsərrüfatda daimi qeydiyyatdadır. Təsərrüfat başına uçot kitabında İbrahimov Rövşən Adışirin oğlunun 1980-ci il tarixdə tikilmiş fərdi yaşayış evi qeydə alınmışdır. İbrahimov Əmir Rövşən oğlu, İddiaçı, İbrahimova Aidə Əmir qızı, İbrahimov X4 rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin təsəərrüfat başına uçot kitabın təsərrüfat başına ** saylı uçot kitabında *** nömrəli təsərrüfatda daimi qeydiyyatdadır uçot kitabında daimi qeydiyyatındadır. İbrahimov Əmir Rövşən oğlunun və İddiaçı təsəərrüfat başına uçot kitabında fərdi yaşayış evi qeydə alınmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdehlər İbrahimov Rövşən Adışirin oğlu və İbrahimov Əmir Rövşən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ##.##.2014-cü il təvəllüdlü İbrahimova Aidə Əmir qızı və ##.##.2016-cı il təvəllüdlü İbrahimov Tuncay Əmir oğlu ilə birlikdə cavabdeh İbrahimov Rövşən Adışirin oğluna məxsus Ağdam rayonu Əfətli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İbrahimov Əmir Rövşən oğlu ilə 2007-ci ildə ailə qurmuşdur. O, cavabdeh İbrahimov Rövşən Adışirin oğluna məxsus evə gəlin köçmüş, orada yaşamış və birgə təsərrüfat aparmışdır. Həmin evdə iki övladı anadan olmuşdur. Daha sonra Ağdam Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən İbrahimov Əmir Rövşən oğlu ilə nikahları pozulmuş, ##.##.2014-cü il təvəllüdlü İbrahimova Aidə Əmir qızı və ##.##.2016-cı il təvəllüdlü İbrahimov Tuncay Əmir oğlu adlı övladları onun himayəsində saxlanılmışdır. Özü gəlin köçdüyü Ağdam rayonu Əfətli kəndində yerləşən evdə qeydiyyatda olmuşdur. Hazırda onun bütün cehiz əşyaları da həmin evdədir. Cavabdehlər həmin evdə yaşamağa imkan vermədiyindən, nikah pozulduqdan sonra uşaqları ilə birlikdə Ağdam rayonu Rzalar kəndində yerləşən atasının evində yaşayır. Həmin ev dar olduğundan və uşaqları ilə orada yaşamaları mümkün olmadığından mübahisəli evə köçürülmək istəyir.
7. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı azyaşlı uşaqları ##.##.2014-cü il təvəllüdlü İbrahimova Aidə Əmir qızı və ##.##.2016-cı il təvəllüdlü İbrahimov Tuncay Əmir oğlu ilə birlikdə cavabdeh İbrahimov Rövşən Alışirin oğluna məxsus Ağdam rayon Əfətli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi, iddia tələbinin cavabdeh İbrahimov Əmir Rövşən oğluna aid hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 88, 217.2 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh İbrahimov Rövşən Adışirin oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilmişdir. Belə ki, oğlu İbrahimov Əmir Rövşən oğlu ilə hazırki iş üzrə iddiaçı İddiaçı arasında ## #### 2013cü il tarixdə ** nömrəli akt qeydi ilə bağlanmış nikah Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, onların birgə nikahından doğulan uşaqları ##.##.2014-cü il təvəllüdlü İbrahimova Aidə Əmir qızının və ##.##.2016-cı il təvəllüdlü İbrahimov Tuncay Əmir oğlunun anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1980-ci ildə onun tərəfindən inşa olunmuş və həmin vaxtdan da onun sahibliyində və istifadəsindədir. Həmin fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq onun mülkiyyətindədir. Əfətli kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan da görünür ki, oğlu İbrahimov X5 RİHB-nın Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ev təsərrrüfatlarının uçotu kitabında, kitab nömrəsi 11, təsərrüfat nömrəsi 991 olan təsərrüfatda ayrı təsərrüfat kimi qeyd edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndə ilə təmsil olunmuşdur. Cavabdeh İbrahimov Rövşən Adışirin oğlu məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilmədiyini, iddiaçıya ev vermək imkanının olmadığını qeyd etmişdir. Digər cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
## ####### 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
15. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
16. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
19. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
20. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
36. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh İbrahimov Əmir Rövşən oğlu 2013-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar və həmin zaman iddiaçı Ağdam rayonu Əfətli kəndində yerləşən cavabdeh İbrahimov Rövşən Alışirin oğluna məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin zaman fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Rövşən İbrahimovun adına qeydiyyata alınmamış olsa da, lakin evin yerləşdiyi kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına uçot kitabında ev onun adına 1980-ci il tarixdə tikilmiş fərdi yaşayış evi kimi qeydə alınmış idi. İddiaçı İddiaçı ilə cavabdeh İbrahimov Əmir Rövşən oğlu həmin yaşayış sahəsində birgə ailə təsərrüfatı idarə etmişlər. Lakin, sonradan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. İddiaçı həmin evə istifadə hüququ olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
38. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
40. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı iddia ərizəsinin məzmununda cavabdeh Əmir İbrahimovla 2007-ci ildə ailə qurmaqla digər cavabdeh (qaynatası) Rövşən İbrahimova məxsus fərdi yaşayış evinə köçdüyünü qeyd etmiş olsa da, lakin işin faktiki halları ilə onun yaşayış sahəsinə məhz həmin tarixdən köçmüş olması kimi bir hal müəyyən edilməmişdir. Əksinə, iddiaçı İddiaçı özü tərəfindən məhkəməyə təqdim edilmiş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ##.##.2025-ci il tarixli arayışında onun 2013-cü ildən 2024-cü ilə qədər mübahisəli evdə yaşamış olduğu qeyd edilmişdir (bax mülki iş səhifə 8). Beləliklə, iddiaçının 2013-cü ildə mübahisəli fərdi yaşayış evinə köçmüş olduğu müəyyən edildiyindən yaşayış sahəsindən istifadə ilə əlaqədar tərəflər arasında yaranmış hazırkı mübahisə ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Tələbinin əsaslılığının araşdırılması baxımından isə, ilk növbədə iddiaçı İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh Rövşən İbrahimovun ailə üzvü olubolmaması müəyyənləşdirilməlidir. Ona görə ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsi isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri - əri, arvadı, valideynləri, uşaqları yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
42. Bununla belə, digər qohumlar da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» ## ###### 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
44. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
45. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı İddiaçı isə həmin şəxslər dairəsinə aid deyildir və onun mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bundan başqa, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh Rövşən İbrahimova münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir ki, o, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilsin. Bu halda, ümumiyyətlə, iddiaçının evin mülkiyyətçisi olan cavabdeh Rövşən İbrahimovdan özünün saxlanılmasını tələb etmək kimi bir hüququ da yoxdur. Odur ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.
46. İddiaçı gəlin köçən zaman fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması halı da iş üzrə fərqli bir nəticəyə gəlinməsinə səbəb ola bilməz - belə ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir.
47. «Akimova Azərbaycana qarşı» iş üzrə ## ######## 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında Avropa İnsan Haqları Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X16 Haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada Avropa İnsan Haqları Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar ## ###### 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar ## ##### 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar ## #### 2011ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
50. Həmin siyahının 2.3-cü bəndinə əsasən, 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması əsaslarından biridir.
51. Baxılan işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Rövşən İbrahimovun adına qeydə alınmamış olsa da, lakin evin yerləşdiyi kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına uçot kitabında ev onun adına 1980-ci il tarixdə tikilmiş fərdi yaşayış evi qeydə alınmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı 2013-cü ildə mübahisəli yaşayış sahəsinə köçən zaman Rövşən İbrahimovun həmin evə qanuni əsaslarla gözlənilən mülkiyyət hüququ olmuşdur.
52. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin erməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
53. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh İbrahimov Rövşən Adışirin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdehlər İbrahimov Rövşən Adışirin oğlu və İbrahimov Əmir Rövşən oğluna qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.