Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-301/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi (atası) Nümayəndə və cavabdeh Cavabdeh İslam oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslam oğluna qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İslam oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları sahəsində yerləşən qeydiyyat nömrəsi ********** saylı çıxarışda və Torpaq sahəsinin Plan və Ölçüsündə göstərilən 2034-cü il tarixədək icarəsində olan 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə və olacaqdan cavabdehin heyvanları və əşyaları ilə birlikdə çıxarılmaları və orada quraşdırılmış su çənin aparılmasının qadağan edilməsinə və icarəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sərəncamı və torpaq icarə müqaviləsinə əsasən babası X2 verilmiş 599,945 ha torpaq sahəsi subicarə müqaviləsinə əsasən ##.##.2034-cü il tarixədək ona icarəyə verilmişdir. İcarəyə verilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində icarəyə verilən torpaq sahəsi kimi adına qeydə alınmış və bu barədə ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Müvafiq sənədlər əsasında həmin torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Torpaq sahəsi ona verilən gündən təyinatına görə istifadə edilir və müqavilədə nəzərdə tutulan dövrlərdə icarə haqqı ödənilir. Odur ki, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları sahəsində yerləşən qeydiyyat nömrəsi ********** saylı çıxarışda və Torpaq sahəsinin Plan və Ölçüsündə göstərilən 2034-cü il tarixədək icarəsində olan 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə, olacaqdan cavabdehin heyvanları və əşyaları ilə birlikdə çıxarılmaları və orada quraşdırılmış su çənin aparılmasının qadağan edilməsinə və icarəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı ##.##.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə, olacaqdan cavabdeh Cavabdeh İslam oğlu heyvanları və əşyaları ilə birlikdə çıxarılması, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı ##.##.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599,945 ha torpaq sahəsindən Cavabdeh İslam oğlunun qanunsuz müdaxilələrinə son qoyularaq həmin torpaq sahəsində yerləşən su çəni iddiaçı İddiaçı istifadəsində saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh İslam oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İslam oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tövlə də onlara məxsusdur. Müqavilə vardır. Cavabdehin aldığı tövlə sökülmüş və sonra onlar onu yenidən tikmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində 7301128182 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi aktivdir. Məhkəmə kollegiyasının əldə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh İslam oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyində 7300077462 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi passivdir. Məhkəmə kollegiyasına təqdim edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İslam oğlu ** saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Kollegiya işdə iştirak edən şəxslərin subyektiv tərkibini, iddiaçı və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı adına Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən Ağstafa şəhəri Ceyran qış otlaqları torpaq sahəsindən 599.945 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsində tövlə tikmiş və orada öz təsərrüfatı üçün su çəni yerləşdirmişdir. İddiaçı həmin torpaq sahəsindən, orada olan tövlə və su çənindən cavabdehin qanunsuz olaraq istifadə etməsini, heyvanlarını orada yerləşdirilməsini bildirmişdir. Cavabdeh isə iddiaçının torpağının yanında boş torpaq sahəsinin olmasını, bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsini öz adına keçirməsini, həmin torpaq sahəsini torpaq islahatı gedən zamanı almasını, mübahisəli torpaq sahəsi ümumi istifadədədə olmasını bildirmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə bilavasitə onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən yaranan mübahisədir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv olunmalı və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-301/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-301/2026
21.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver