Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-306/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququna qanunsuz müdaxilə; mülkiyyətin müdafiəsi; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X10 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, manelərin aradan qaldırılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin olunaraq, Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli mülki iş üzrə qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ərizəçi Cavabdeh X6 məxsus Ağdam rayonu Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayonu Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq edilməsi barədə ərizəsi təmin edilməmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)- ****/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)- ****/**** nömrəli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə maraqlı şəxs İddiaçı icrada dönüş barədə ərizəsi təmin edilərək, Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli mülki iş üzrə qətnaməsində icrada dönüş edilərək, Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin İddiaçı X6, X11, X1, Əliyev İlyas Rəhbər oğlu, X3, X7, X8, X4, X13, X5 və X9 ümumi birgə mülkiyyətinə qaytarılması qərara alınmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ## ###### 2025-ci il tarixdə 1825013983 nömrə ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Ağdam rayon Üçoğlan kəndi ərazisində yerləşən 1.6994 ha torpaq sahəsi İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətindədir.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ######## 2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 3.3 ha torpaq sahəsi İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətindədir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış manelərin aradan qaldırılması, cavabdehin ona məxsus Ağdam rayonu Kiçikli (Üçoğlan) kəndində yerləşən torpağından çıxarılması və dəymiş maddi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən alınaraq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
7. İddiаçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Cavabdeh X6 məxsus Ağdam rayonu Kiçikli (indiki Üçoğlan) kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayon, Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqısatqısına dair bağlanmış müqavilə təsdiq edilmiş, daha sonra Ağdam Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və cavabdeh Cavabdeh adına olan torpağa dair çıxarış ləğv edilmişdir. Lakin, cavabdeh ona məxsus Ağdam rayonu Üçoğlan kəndində yerləşən 2.25 ha torpaq sahəsini uzun müddətdir ki, qanunsuz olaraq zəbt edir və həmin torpaqdan gəlir əldə edir. Cavabdehdən dəfələrlə ona məxsus zəbt etdiyi torpaq sahəsindən çıxmasını xahiş etsə də, onun haqlı və qanuni tələblərinə əməl etməkdən imtina etmişdir.
8. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, 2.25 ha torpaq sahəsini iddiaçı İddiaçı 2017-ci ildə alqı-satqı nəticəsində pul ilə almış, həmin vaxtdan torpaq sahəsini istifadə edərək əkib becərmişdir. Hazırda da həmin torpaq sahəsində arpa əkmişdir.
9. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, iddiaçı İddiaçı mülkiyyətində olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ## ###### 2025-ci il tarixdə, 1825013983 nömrə ilə qeydiyyata alınmış və ## ######## 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışlarında göstərilmiş Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 1.6994 ha və 3.3 ha torpaq sahələrinin 2.25 ha hissəsindən cavabdeh Cavabdeh çıxarılması; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi; İddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 111.2ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, JN-527 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Ağdam rayonu Kiçikli kəndində yerləşən 5,0 ha torpaq sahəsi X6 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşin hallarından o da görünür ki, Ağdam rayonu Kiçikli kəndində yerləşən X6 və qeyrilərinə məxsus 5,0 ha torpaq sahəsinin 2,5 ha hissəsi tərəflər arasında Ağdam RİH Üçoğlan kənd inzibati ərazi dairəsi nümayəndəliyində bağlanmış alqı-satqı müqaviləsinə əsasən 13500 manat müqabilində ona satılmışdır. Ona görə də ərizə ilə Ağdam rayon məhkəməsinə müracət edərək həmin alqı-satqı müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, X6 məxsus Ağdam rayonu Kiçikli kəndində yerləşən 2,25 ha torpaq sahəsini almasına dair Ağdam rayonu Üçoğlan kənd inzibati ərazi dairəsi nümayəndəliyində həmin torpaq sahəsinin alğı-satqısına dair bağlanmış hesab edilmiş və bunun əsasında torpağa mülkiyyət hüququna dair DƏDRX-dən Çıxarış almışdır. İddiaçı ərizələri üzrə çıxarılmış məhkəmə qərarlarından sonra torpağa dair adına verilmiş çıxarış ləğv edilmiş və torpağın ona satılmış 2,5 ha hissəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi də məhz Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən və ümumi mülkiyyətdə olan 1.6994 ha və 3.3 ha torpaq sahəsinin İddiaçı tam xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına istinad edərək onun 1.6994 ha və 3.3 ha torpaq sahəsindən birtərəfli qaydada çıxarılmalı olması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə mübahisəni həll edərəkən Mülki Məcəllənin 648.2-ci maddəsinə istinad edərək satılmış əşya ilə bağlı çəkdiyi xərclərin dəyərinin ödənilməsi vəzifəsini də iddia edən tərəfin üzərinə qoymalı olduğu halda bunu etməmiş və nəticədə birtərəfli qərar qəbul etmişdir. İşin hallarından görünür ki, artıq 10 ildən artıqdır mülkiyyət hüququ üzrə faktiki olaraq mübahisəli 2,25 ha torpaq sahəsindən o, istifadə edir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair DƏDRX-dən çıxarış alan zaman Ağdam rayonu Kiçikli kəndində yerləşən X6, İddiaçı, X11, X1, Əliyev İlyas Rəhbər oğlu, X3, X7, X8, X4, X13, X5 və X9 ümumi birgə mülkiyyətində olan 3,3 ha torpaq sahəsinin 2,25 ha sahəsindən ölçüb ona torpaq sahəsi vermişlər. Ancaq, şikayət olunan məhkəmənin qətnamənin nəticə hissəsində onun İddiaçı məxsus 1.6994 və 3,3 ha torpaq sahəsindən çıxarılmasına dair gəldiyi nəticə tamamilə qanunsuz olmuş, onun İddiaçı məxsus konkret olaraq ayrı-ayrılıqda hər bir torpaq sahəsinin hansı hissəsindən və hansı ölçüdə torpaq sahəsindən çıxarılmalı olduğunu müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin edilməmiş, bununla da MPM-nin 97-ci maddəsinin tələbini pozmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. O, qeyd etmişdir ki, həmin torpaq sahəsindən çıxmamışdır. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. İş üzrə iddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
22. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
32. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ağdam rayon aqrar islahat komissiyasının müvafiq qərarına əsasən Ağdam rayonu Kiçikli (indiki Üçoğlan) kəndində yerləşən 5,0 ha torpaq sahəsi X6 və digərlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar əsasında həmin torpaq sahəsi 1.6994 ha və 3.3 ha-dan ibarət olmaqla İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçı İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
36. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq sahəsinin mülkiyyətində olduğuna əsaslanaraq cavabdehin oradan çıxarılmasını tələb edir. Bu baxımdan tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən normaları çərçivəsində hüquqi qiymət verilməlidir.
38. İddianın əsaslılığı baxımından aşağıdakı halların mövcudluğu araşdırılmalıdır: 1) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; 2) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; 3) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Bu üç hal məcmu şəkildə mövcud olduqda tələb təmin edilə bilər.
39. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halına görə, Ağdam rayonu Uçoğlan kəndində yerləşən 5 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləıt reyestrindən müvafiq çıxarışlara əsasən (1.6994 ha və 3.3 ha) iddiaçı İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətindədir.
40. İşin mübahisəsiz digər halı isə ondan ibarətdir ki, cavabdeh Cavabdeh həmin torpaq sahəsinin 2,25 ha hissəsindən faktiki olaraq istifadə edir. Bu hal onun birinci instansiya məhkəməsində icraat zamanı verdiyi etirafdedici məzmunda izahatı, habelə apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır.
41. Beləliklə, mövcud vəziyyətdə torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin həmin torpaqda mülkiyyətçinin iradəsi əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadəsi və torpaqdan çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Ona görə ki, cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır.
42. Torpaq sahəsinin satılması ilə bağlı çəkdiyi xərclərin dəyərinin ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya vurğulayır ki, bu məsələ hazırkı iddianın predmetini təşkil etməməklə iddianın həlli baxımından hər hansı əhəmiyyət daşımamaqdadır.
43. «Hər bir torpaq sahəsinin hansı hissəsindən və hansı ölçüdə çıxarılmalı olduğunu müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin edilməmişdir» barədə apellyasiya şikayətinin dəlilini də kollegiya əsaslı saymamışdır. Ona görə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh Cavabdeh mübahisəli torpaq sahəsinin 2,25 ha hissəsindən istifadə etməsi işin mübahisəsiz halıdır və bu məsələnin araşdırılması üçün hər hansı xüsusi biliyin tətbiqinə, yəni ekspertiza təyin edilməsinə də zərurət qalmır. Hərçənd ki, birinci instansiya məhkəməsi də hər iki torpaq sahəsinin zəbt edilmiş 2,25 ha hissəsindən cavabdehin çıxarılması məzmununda qətnamə qəbul etmişdir.
44. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə, Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Cavabdeh X6 məxsus Ağdam rayonu Kiçikli (indiki Üçoğlan) kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayon, Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilə təsdiq edilmiş, daha sonra Ağdam Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və cavabdeh Cavabdeh adına olan torpağa dair çıxarış ləğv edilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadla icrada dönüş edilmiş və Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsi İddiaçı X6, X11, X1, Əliyev İlyas Rəhbər oğlu, X3, X7, X8, X4, X13, X5 və X9 ümumi birgə mülkiyyətinə qaytarılmışdır. Qərardad icra edilmiş və bu barədə iddiaçı İddiaçı və onun ailə üzvlərinə ##.##.2025-ci ildə müvafiq çıxarış verilmişdir. Lakin, cavabdeh iddiaçıya məxsus Ağdam rayonu Üçoğlan kəndində yerləşən 2.25 ha torpaq sahəsini uzun müddətdir ki, qanunsuz olaraq zəbt edir və həmin torpaqdan gəlir əldə edir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxmır. İşin mübahisəsiz digər halı isə ondan ibarətdir ki, cavabdeh Cavabdeh həmin torpaq sahəsinin 2,25 ha hissəsindən faktiki olaraq uzun müddətdir ki, istifadə edir. Bu hal onun birinci instansiya məhkəməsində icraat zamanı verdiyi etirafdedici məzmunda izahatı, habelə apellyasiya şikayətinin dəlilləri həmçinin məhkəmə kollegiyasının iclasinda verdiyi izahatla öz təsdiqini tapır. Yuxarıda qeyd olunduğu kimi, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin olunaraq, Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli mülki iş üzrə alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq olunması barədə qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ərizəçi Cavabdeh X6 məxsus Ağdam rayonu Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayonu Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə maraqlı şəxs İddiaçı icrada dönüş barədə ərizəsi təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli mülki iş üzrə qətnaməsində icrada dönüş edilərək, Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin İddiaçı X6, X11, X1, Əliyev İlyas Rəhbər oğlu, X3, X7, X8, X4, X13, X5 və X9 ümumi birgə mülkiyyətinə qaytarılması qərara alınmışdır. Həmin torpaq sahəsi qeyd olunduğu kimi iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsindən iddiaçıya dinc qaydada istifadə etməsinə imkan vermir.
45. Belə ki, «İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
46. Şərh edilən halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan - yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.