Məhkəmə qərarları › İş №2(3-7)-339/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-339/2026

12.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-339/2026 12.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X12 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)-5/2012 saylı qərardadından X6 nümayəndəsi (vəkil) Vəkil3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(030)-05/2012 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Daşkəsən rayonu Kəmərqaya kəndinin ərazisi hesab edilən Gəncə şəhərinin Gülüstan qəsəbəsində Cavabdeh 0,08 ha torpaq sahəsinin verilməsinə dair Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı və müvafiq torpaqayırma sənədləri əsasında həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2008-ci il tarixli ********** nömrəli qeydiyyat ləğv edilməsi, bu barədə Cavabdeh adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (xx.xx.2008-ci il tarixli MH-0018384) və həmin Çıxarışın verilməsi üçün əsas olmuş bütün ilkin sənədlərin (o cümlədən Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı, torpaq sahəsinin alqısatqısına dair akt, torpaq sahəsinin planı və ölçüsü) etibarsız hesab edilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(030)-05/2012 saylı qətnaməsindən narazı qalan Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-959/2025 saylı qərardadı apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və iş Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-5/2012 saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-05/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)–5/2012 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-5/2012 saylı qərardadı ilə ərizənin təmin olunması, İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)–5/2012 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin Cavabdeh münasibətdə üzürlü hesab olunaraq bərpa edilməsi qərara alınmış və mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)–5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və buraxılmış müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsindən geri istənmişdir. Mülki iş xx.xx.2025-ci il tarixdə Daşkəsən Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Mustafayeva (Həsənova) Sevda Firudin qızı mübahisə predmeti olan torpağın (torpaq sahəsi) hazırda mülkiyyətçisi və Gəncə Apellyasiya Məhkəməsində baxılan iş üzrə üçüncü şəxs kimi cəlb edilməyə dair vəsatət vermiş X9 24 iyul 2025-ci il tarixdə öyrənmişdir ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(030)-5/2012 saylı qətnaməsindən Cavabdeh tərəfindən 13 il sonra apellyasiya şikayəti verilmiş və şikayət verilməsi üçün buraxılmış prosessual müddət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(030)-5/2012 saylı qərardadı ilə bərpa edilmişdir. Apellyasiya məhkəməsində işə baxılmasına əsas həmin qərardad ilə qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfındən Mustafaveva (Həsənova) Sevda Firudin qızına satılmıs və sonuncunun adına reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06.022013 olan çıxarış verilmiş, daha sonra isə 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilməklə bağlanmış 27 sentyabr 2014cü il tarixli torpaq alqısatqı müqaviləsinə əsasən, Mustafayeva (Həsənova) Sevda Firudin qızı tərəfındən X2. X13 adına Çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. X4 tərəfındən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. iş üzrə məhkəmə tərəfindən 13 il sonra məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qəbul edilmiş qərardad torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş Mustafayeva (Həsənova) Sevda Firudin qızının maraqlarına toxunur. Bu səbəbdən həmin qərardaddan Mustafayeva (Həsənova) Sevda Firudin qızı tərəfındən şikayət verilməsinə zərurət yaranmışdır. Həmin məhkəmə qərardadının qəbul edilməsi barədə məlumatı X3 (Həsənova) Sevda Firudin qızına 24 iyul 2025-ci il tarixdə bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-5/2012 saylı qərardadından maraqlarına toxunan şəxs Mustafayeva (Həsənova) Sevda Firudin qızı tərəfındən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-5/2012 saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)–5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi şəxsin subyektiv hüquqa malik olmaması əsası ilə təmin olunmamaşdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-5/2012 saylı qərardadından X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 tərəfindən şikayət verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1917/2025 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-5/2012 nömrəli qərardadının ləğv edilməsi Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)- 5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi və şikayətinin baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)–5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin olunmaması və həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(030)–5/2012 nömrəli qərardadından X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)-5/2012 saylı qərardadının ləğv edilməsi və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)–5/2012 saylı qərardadından X14 tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin olunaraq həmin qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən 13 il sonra məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qəbul edilmiş qərardad torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X7 maraqlarına toxunur. Məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin həmin məhkəmə aktından şikayət verməsi birbaşa mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. X14 işdə iştirak edən şəxs olmadığı üçün həmin məhkəmə aktının mövcudluğundan 24 iyul 2025-ci il tarixdə X17 ona bu barədə məlumat verdikdən sonra məlumatlı olmuşdur. Müddətin bərpası barədə verilmiş vəsatətdə müddətin hansı zaman kəsiyində ötürülmüş olması və həmin vaxt ərzində şikayətin verilməsinə mane olmuş hallar və onların üzürlü səbəblərinin qeyd olunmadığını qeyd edən məhkəmə nəzərə almamışdır ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-5/2012 saylı qərardadından X14 tərəfindən maraqlarına toxunan şəxs kimi şikayət verilmişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ona görə verilmişdir ki, mübahisələndirilən məhkəmə qərardadı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, həmin qərardadın mövcudluğundan məlumatlı olduqdan dərhal sonra xx.xx.2025-ci il tarixdə şikayət verilmişdir. Bu səbəbdən şikayətlə yanaşı həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası da məhkəmədən xahiş edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, şikayət verilən qərardad maraqlarına toxunan şəxs Sevda Həsənovaya bilavasitə aid olduğu üçün şikayət verilmiş və qərardadın qəbul edilmə tarixindən 2 ay sonra həmin qərardadın mövcudluğundan məlumatlı olduğu üçün həmin qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası haqqında ərizə də verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)–5/2012 nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(030)–5/2012 nömrəli qərardadı tam, onunla bağlı Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)–5/2012 nömrəli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)–5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət üzrə buraxılmış prosessual müddət bərpa edilməli və şikayətə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Daşkəsən Rayon Məhkəməsi xx.xx.2026-cı il tarixli 2(030)–5/2012 nömrəli qərardadı ilə belə nəticəyə gəlmişdir ki, buraxılmış müddəti o halda bərpa edilir ki, buraxılmış müddət üzrlü səbəblərdən baş vermiş olsun. Yəni, şikayətin vaxtında verilməməsi şəxsin iradəsindən asılı olmayan səbəblərlə əlaqəli olmalıdır. İş üzrə proses iştirakçısı prosessual hərəkəti vaxtında yerinə yetirməmişdirsə, bunun üzürlü səbəblərini məhkəməyə təqdim etməlidir. Hazırkı iş üzrə müddətin bərpası barədə ərizədə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından X6 24 iyul 2025-ci il tarixdə məlumatlı olması göstərilmişdir. Məlumatın isə, X18 tərəfindən X8 verildiyi qeyd olunmuşdur. Lakin, bundan sonra qərardadın surətinin rəsmi qaydada əldə olunması üçün X10 və ya onun vəkili tərəfindən məhkəməyə müraciəti daxil olmamışdır. Müddətin bərpası barədə verilmiş vəsatətdə müddətin hansı zaman kəsiyində ötürülmüş olması və həmin vaxt ərzində şikayətin verilməsinə mane olmuş hallar və onların üzürlü səbəbləri qeyd olunmamış, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mübahisə predmeti olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(030)-5/2012 saylı qərardadının X8 təqdim edilməməsi iş materialları ilə təsdiq olunur. Qərardadın surətinin rəsmi qaydada əldə olunması üçün X10 və ya onun vəkili məhkəməyə müraciət etməmişdir. Müddətin bərpası barədə ərizədə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından X6 24 iyul 2025-ci il tarixdə məlumatlı olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq edilmiş iş materialları və məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-5/2012 saylı qərardadı X8 rəsmi qaydada çatdırılmamışdır. Onun ərizəsində göstərdiyi qərardadın əldə olunması tarixi isə subyektiv bəyanat xarakteri daşıyır və hüquqi əhəmiyyət kəsb etmir. Ancaq iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə X6 nümayəndəsi (vəkil) Vəkil3 təmsil etdiyi şəxsin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Odur ki, mübahisələndirilən qərardadın çıxarılmasından sonra X6 ondan şikayət verməməsinin səbəbi ondan asılı olmayan səbəblərdən olmuş və ərizəçi isə hesab etmişdir ki, 10 gün şikayət vermə müddəti keçdiyindən müddətin bərpası barədə də ərizə verilməlidir. Qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1917/2025 saylı qərardadı ilə müəyyən edilmişdir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi ilk olaraq İddiaçı tərəfindən X1 və hazırda həmin torpaq sahəsinə dair sənədlər mübasiləndirildiyindən birinci instansiya məhkəməsi hazırkı iddianın X6 maraqlarına toxunmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 396.1-ci maddəsinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Şikayət vermə müddəti, sənədin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Beləliklə, şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, işin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət təmin edilməli və qərardadla həll edilməli olan məsələ həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)-5/2012 saylı qərardadından X6 nümayəndəsi (vəkil) Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)-5/2012 saylı qərardadı tam, onunla bağlı Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(030)–5/2012 nömrəli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)–5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)–5/2012 nömrəli qərardadından X6 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət üzrə buraxılmış prosessual müddət bərpa edilsin və şikayətə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar