Məhkəmə qərarları › İş №2(3-7)-358/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-358/2026

02.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-358/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi vəkil vəkil3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə-X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi və kompensasiya” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında ## #### 2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçi hüquqşünas vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 600 manat müəyyən edilmişdir.

2. Cavabdeh MMC-nin ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ilə, Cavabdeh MMCnin fəaliyyətinin zəifləməsi nəticəsində gəlirlərinin azaldığını nəzərə alaraq (maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün) hazırda hüquqşünas vəzifəsinə (ştatına) zərurət yaranmadığı üçün ##.##.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi, mövcud qanunvericiliyə uyğun olaraq qeyd olunan ştatın ləğvi və işçiyə (hazırda əmək müqaviləsi üzrə hüquqşünas vəzifəsində çalışan şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunacağı barədə (əmək stajı nəzərə alınmaqla) məlumat verilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad olunması qeyd edilmişdir.

3. Ştatın ləğv olunması barədə ## ###### 2024-cü il tarixli xəbərdarlıqda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq (maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün) hazırda hüquqşünas vəzifəsinə (ştatına) zərurət yaranmadığı üçün ##.##.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv ediləcəkdir. Odur ki, sizinlə bağlanılan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ## ####### 2024-cü il tarixdə xitam veriləcəkdir. Sizə son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniləcəkdir.

4. Cavabdeh MMC-nin direktoru X5, qeydiyyatçılar X4 və X12 tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli, **/** nömrəli aktla müəssisədə hüquqşünas vəzifəsində çalışan İddiaçı ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etmişdir.

5. xxxx” MMC-nin direktoru X5, qeydiyyatçılar X4 və X12 tərəfindən tərtib edilmiş aktdan ## ###### 2024-cü il tarixli, **/** nömrəli görünür ki, müəssisədə hüquqşünas vəzifəsində çalışan İddiaçı ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etdiyi üçün tərtib olunan xəbərdarlıq arvadı X5 akt üzrə təqdim edilmişdir.

6. Cavabdeh MMC-nin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmri ilə, müəssisənin fəaliyyətinin zəifləməsi nəticəsində gəlirlərinin azalmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu hüquqşünas ştatı ləğv olunduğu üçün İddiaçı vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

7. Goranboy RPŞ-nin İB-nin müstəntiqinin ## ####### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə X5 ərizəsi əsasında toplanmış material üzrə İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmiş, X5 mülki tələbi ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru X5 öz ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə Nicat onunla ailəli olaola hospitalda xadimə işləyən və ailəli olan Aliməni götürüb qeyri-rəsmi ailə kimi aparmışdır. Həmin vaxtdan onların münasibəti korlanmışdır. Nicatın hərəkətlərini bütün hospitalın əməkdaşları və valideynləri də bilmiş, hamı onun bu hərəkətini pisləmişdir. Həmin vaxtdan Nicat evə gəlib getməmişdir. O, Nicatın hansı ünvanda yaşamasını bilməmişdir. Nicatın Alimə ilə birlikdə yaşamasını bilmişdir. Həmin gündən sonra o, Nicatı görməmişdir. Nicat bu müddətdə 2 dəfə hospitala gecə gəlib qalıb getmişdir. Nicat hospitala gələn zaman hospitalın 4-cü mərtəbəsində otaqda qalmışdır. O, Balakən rayonunda olanda Nicat hospitalda gəlib qalmışdır.

8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışa əsasən, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, ##.##.2024-cü il tarixdə ikin mediasiya sessiyasında iştirak barədə ərizə ilə müraciət etmişdir. ##.##.2024-cü il tarixdə isə Goranboy rayon Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış verilmişdir.

9. İddiaçı İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş ##.##.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir.

10. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş cavabdeh Cavabdeh MMC-nin ##.##.2026-cı il tarixli, ** saylı məktubundan görünür ki, ştat vahidinin ləğvindən sonra ştat yenidən bərpa edilməmiş, təbii olaraq da həmin vəzifə üzrə yeni işçi qəbul edilməmişdir, həmçinin cəmiyyətin ehtiyacları və maliyyə vəziyyəti nəzərə alınaraq, hazırki vəziyyətdə də bu vəzifənin bərpasına zərurət yaranmamışdır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, ##.##.2024-cü il tarixdən onun işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün aylıq 1000 manat olmaqla əmək haqlarının ona ödənilməsi, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə aylıq 1000 manat olmaqla əmək haqlarının və ##.##.2023-##.##.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2020-ci il tarixdə Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsi əsasında həmin müəssisədə “hüquqşünas” vəzifəsində işə başlamışdır. 2024-cü ilin iyul ayından qanunsuz olaraq işə buraxılmamış və həmin tarixdən onun əmək haqqı ödənilməmişdir. İşə buraxılmağı və əmək haqqının ödənilməsi üçün işəgötürənə müraciətləri nəticəsiz qalmış və o, bu barədə ##.##.2024-cü il tarixdə şikayət ərizəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə-X7 müraciət etmişdir. Həmin şikayətindən sonra onunla bağlanılmış əmək müqaviləsinə tələsik şəkildə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrlə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi, yəni işçilərin və iş yerlərinin ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmri əsassız və qanunsuzdur. Bununla yanaşı yuxarıda qeyd etdiyi kimi 2024-cü ilin iyul ayından (iyul ayı da daxil olmaqla) bu günədək əmək haqqı ona ödənilməmişdir. Belə ki, sonuncu dəfə ona ##.##.2024-cü il tarixdə iyun ayının əmək haqqısı olaraq 1000 manat əmək haqqı ödənilmişdir. Həmçinin, o, ##.##.2023- ##.##.2024-cü iş ili üzrə əmək məzuniyyətindən də istifadə etməmişdir. Buna görə də 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr aylarının əmək haqları, eyni zamanda ##.##.2023-##.##.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ona ödənilməlidir. Həmçinin, əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ilə yanaşı cavabdehdən həmin məbləğlərin ödənilməsinin gecikdirilməsinə görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq hər gün üçün bir faiz hesablanılmaqla ödənc tutulmalıdır. Ona görə də qeyd olunan aylar üzrə əmək haqlarının və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə həmin məbləğlərin ödənilməli olduğu gündən onların ödənildiyi günədək bir faiz ödənc hesablanılmaqla cavabdehdən xeyrinə tutulmalıdır. Mübahisənin mediasiya qaydasında həll edilməsinə cəhd etsə də, bu müsbət nəticə verməmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” təklif məktubu göndərmiş, həmin məktub ##.##.2024-cü il tarixdə cavabdeh müəssisədə qəbul edilməsinə baxmayaraq ona heç bir cavab verilməmiş, buna görə də o, ##.##.2024-cü il tarixdə mediasiyanın keçirilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Mediasiyanın keçirilməsi üçün vaxt təyin edilsə də, cavabdehin nümayəndəsi mediasiyada iştirak etməmiş və bu bardə ona ##.##.2024-cü il tarixli, MŞG/MT/***/****-***** nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayış verilmişdir.

13. Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh MMC-nin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ####### 2024cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının, 2024cü ilin iyul, avqust, sentyabr və oktyabr aylarının ödənilməmiş əmək haqqının, ## #### 2023- ##.##.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya) ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndindən göründüyü kimi əmək münasibətləri sahəsində əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmiş, lakin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsi ilə şərtləndirilmişdir. Lakin, iş materiallarından görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının ştat ləğvi ilə bağlı ona edilən rəsmi xəbərdarlığı imza etməkdən və götürməkdən imtina etməsi barədə ## ###### 2024-cü il tarixli, **/** nömrəli akt təqdim edilmişdir. Lakin, işçiyə məlumat verilmədiyi halda, işəgötürənin müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassız olmuşdur.

15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 377.1, 379.1.6, 379.4-1-ci maddələrinə, Əmək Məcəlləsinin 11.1, 68.1, 70-ci maddəsinin b bəndinə, 71-ci maddəsinin 1-ci, 71-ci maddəsinin 3-cü hissəsinə, 77-ci maddəsinin 1, 77-ci maddəsinin 2, 296-cı maddəsinin 1, 296-cı maddəsinin 2-ci hissələrinə, 296-cı maddəsinin 3-cü və 300-cü maddəsinin 1-ci hissələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassızdır. İşdən göründüyü kimi, iddiaçı iddia tələbi ilə ##.##.2024-cü il tarixdən onun işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün aylıq 1000 manat olmaqla əmək haqlarının ona ödənilməsi, 2024cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə aylıq 1000 manat olmaqla əmək haqlarının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə isə iddianı qismən təmin etmiş və qətnamənin nəticə hissəsində əmək haqqının məbləğini göstərməmiş və əsaslandırıcı hissədə isə əmək haqqının 600 manat müəyyən etdiyini qeyd etmişdir. Məhkəmə bu hissədə işini hallarını səhv müəyyən etdiyinə görə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan iddiaçının əmək haqqı kart hesabından çıxarışdan da göründüyü kimi, əvvəlki aylarda əmək haqqı 600 manat olsa da, iyul ayından etibarən iddiaçının əmək haqqısı artırılaraq 1000 manat müəyyən edilmiş və elə ona görə də, 2024-cü ilin iyul ayında ona 1000 manat əmək haqqı ödənilmişdir. Göründüyü kimi, məhkəmə əmək müqaviləsi üzrə iddiaçının işə götürülərkən əmək haqqı məbləğin düzgün müəyyən etsə də, iyul ayından etibarən əmək haqqının 1000 manat olmasını nəzərə almamışdır. İşdən də göründüyü kimi, məhkəmə əmək haqqı məbləğini müəyyən edərkən iş materiallarında olan əmək haqqı kartından çıxarışda əks olunan iddiaçıya 2024-cü ilin iyul ayı üçün ödənilmiş əmək haqqının 1000 manat olmasına diqqət yetirməmiş və ona görə də həmin hissədə səhv nəticəyə gəlmişdir.

18. Həmçinin cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi vəkil vəkil3 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən arqumentlər həqiqətə uyğun deyildir və aşağıdakı səbəblərdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. “xxxx” MMC-nin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq, hüquqşünas vəzifəsinə ştatına zərurət yaranmadığı üçün ##.##.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələbinə uyğun olaraq ləğv edilmişdir. Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə işəgötürənin əsas hüquqlarından biri olan işçilərin sayının ixtisar edilməsi hüququ pozulmuşdur. Belə ki, “xxxx” MMC-nin fəaliyyətinin zəifləməsi nəticəsində gəlirləri azaldığı üçün hüquqşünas vəzifəsinə zərurət olmamış, beləliklə də, müvafiq əmrlə ##.##.2024-cü il tarixdən həmin ştatın qanunvericiliyintələblərinə uyğun olaraq ləğv edilməsi, mövcud qanunvericiliyə uyğun olaraq qeyd olunan ştatın ləğvi və işçiyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunacağı barədə (əmək stajı nəzərə alınmaqla) məlumat verilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad olunması qərara alınmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı ixtisar edildiyi dövr ərzində mütəmadi olaraq iş yerində olmamışdır. Belə olan halda, işəgötürənin onu xəbərdar edə bilməsi də təbii ki, mümkün olmayacaqdı. Beləliklə də, iddiaçının özünün yaratmış olduğu hüquqazidd vəziyyətdən sui-istifadə edərək xəbərdar edilmədiyini irəli sürməsi ən yaxşı halda hüquqlardan sui-istifadə halıdır. Bu səbəblə də qanunvericiliyin normaları şəxslərin hüquqlarını vicdanlı olduqları halda qorumaq yönündə təfsir edilə bilər. Uzun müddət işə gəlməyən və 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməsinə hüquqi əsas olan şəxsin adi bir əsasa dayanaraq xəbərdarlıq edilməməsini bəhanə gətirərək işə bərpa edilməsinə dair qətnamə qəbul etməsi qanunun məqsədlərinə ziddir. İddiaçının xəbərdar edilməməsi də məhz elə iddiaçının özünün yaratmış olduğu hüquqazidd vəziyyətdən qaynaqlanmışdır. Yəni işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair əmək qanunvericiliyində nəzərdə tutulan bütün tələblərə əməl edilmiş, əvvəlcə müvafiq ixtisarla bağlı əmr qəbul edilmiş və işçiyə bu barədə məlumat verilməsi qərara alınmışdır. Lakin iddiaçı İddiaçı işəgötürən tərəfindən heç bir qadağanın qoyulmamasına baxmayaraq o, bir hüquqşünas kimi vəzifələrini icra etməmiş, bundan könüllü imtina etmiş, özü klinikadan uzaqlaşmış və işə gəlməkdən boyun qaçırmışdır. Belə olan halda, işçi öz əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bu zaman hətta əmək qanunvericiliyinin tələblərinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilərdi. Əgər iddiaçının qeyd etdiyi kimi, işəgötürənin iddiaçıya qarşı qərəzli münasibəti olsa idi, bu halda hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işçini işdən azad edə bilərdi. Çünki iş materiallarında işçinin işə gəlməməsini təsdiq edən kifayət qədər sübut mövcuddur. İşəgötürənin 70-ci maddənin “b” bəndinə istinad etməsi onu göstərir ki, həmin vəziyyətdə ixtisar “xxxx” MMC üçün qaçınılmaz bir zərurət olmuş və MMCnin gəlirləri azaldığı üçün həmin ştatın ixtisarına böyük ehtiyac yaranmışdır. Yəni iddiaçının öz tələbində qeyd etdiyi kimi qərəzli və qanunazidd bir hal mövcud deyildir, hazırkı vəziyyətdə qanunsuzluq Goranboy Rayon Məhkəməsinin qətnaməsidir ki, öz vəzifələrini icra etməyən və işə gəlməkdən boyun qaçıran bir işçinin işə bərpa edilməsi öhdəliyini işəgötürənin üzərinə qoymuşdur. Qətnamə ilə işəgötürənə qanunvericiliklə tanınmış hüquqlar kobud şəkildə pozulmuş, qanuna zidd olan qətnamə qəbul edilmişdir. İddiaçı İddiaçı müəssisədə işlədiyi dövrdə xadimə vəzifəsində işləyən və evli olan X2 ilə iş yerində tanış olmuş, onunla münasibət yaratmış və qeyri-rəsmi ər-arvad münasibətində yaşamaq məqsədilə onu 2024-cü ilin avqust ayının əvvəlində götürüb Bakı şəhərinə getmiş, nəticədə işə gəlməmişdir. Göründüyü kimi, İddiaçı hüquqşünas kimi əmək funksiyalarını icra etməmişdir. Cəmiyyət tərəfindən qanunvericiliyin heç bir normasının tələbləri pozulmamış, əksinə iddiaçı tərəfindən əmək funksiyaları pozulmuşdur. İşəgötürən struktur dəyişikliyi apararaq hansısa vəzifəni ləğv etdikdə və ya ümumilikdə işçilərin sayını azaltdıqda, bu halda işçilərlə bağlanmış əmək müqaviləsini qanunvericiliyin müəyyən etdiyi prosedurlara uyğun ləğv edə bilər. Yəni, əmək qanunvericiliyi tərəfindən işəgötürənə belə bir hüquq tanınmışdır. Lakin, hazırkı vəziyyətdə məhkəmə işəgötürənə tanınmış bu hüququ pozaraq işəgötürənə ziyan vuran qətnamə qəbul etmişdir. “xxxx” MMC tərəfindən hüquqşünas ştatı ixtisar edilmiş və həmin vəzifədə çalışan yeganə işçi olan iddiaçının da bununla bağlı müvafiq əmrlə xəbərdar edilməsi qərara alınmışdır. Qanunvericilikdə işçilərin və ştatların ixtisarı üçün nəzərdə tutulan bütün prosedur qaydalarına əməl edilməsinə baxmayaraq, məhkəmə həmin ixtisarı qanunsuz hesab etmiş və işçinin işəbərpa edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsini qərara almışdır. Belə olan halda, qanunvericilikdə işəgötürənlər üçün nəzərdə tutulmuş hüquqlar kobudcasına pozulmuş, işəgötürənə zərər vurulmuşdur. Eyni zamanda əmək müqaviləsinə xitam verildikdən sonrakı dövrdə də müəssisədə hüquqşünas ştatı açılmamışdır. Məhkəmə cavabdehin təqdim etdiyi təkzibedilməz sübutları nəzərə almamış onlara qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı bildirmişdir ki, işə buraxılmamış, işə gəlməsinə maneə törədilmiş, məhdudiyyətlər qoyulmuşdur. Lakin, dediklərinin əsası və sübutu kimi, yəni işə buraxılmamasının, işə gəlməsinə maneələrin olmasına, məhdudiyyətlərin qoyulmasına və cəmiyyətin direktoruna müraciət etməsi ilə bağlı iddia ərizəsinə heç bir sənəd əlavə etməmişdir. O, bir hüquqşünas kimi vəzifələrini icra etməmiş, bundan könüllü imtina etmiş və özü klinikadan uzaqlaşmış və işə gəlməkdən boyun qaçırmışdır. Ona cavabdeh tərəfindən işə gəlməməsinə heç bir maneə olmamış və qadağa qoyulmamışdır. Məhkəmə isə qeyd olunan məsələyə münasibətdə iddiaçının dediklərini sübut kimi nəzərə almaqla, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Hazırkı iş üzrə məhkəmə işin faktiki hallarını və təqdim olunmuş sübutları mahiyyəti üzrə düzgün və hərtərəfli dəyərləndirməmiş, işə dair sadəcə formal hallara qiymət verməklə kifayətlənmişdir. Bu isə qeyd edilən prosessual normanın tələblərinin ciddi şəkildə pozulduğunu deməyə əsas verir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı öz əmək vəzifələrini icra etməmiş və heç bir üzürlü səbəb olmadan işə gəlməkdən boyun qaçırmışdır. Goranboy Rayon Məhkəməsi özü də belə nəticəyə gəlmişdir ki, iddiaçı iş yerində olmamış, MMC-nin direktoru da onu uzun müddətdir görmədiyini bildirmiş, həmçinin İddiaçı tərəfindən iş vaxtı ərzində Bakı şəhəri ərazisində nağdsız ödənişlərin həyata keçirildiyinə dair kartdan çıxarışlar mövcud olmuşdur. Belə olan halda, həmin işçiyə işəgötürən tərəfindən hər hansı xəbərdarlığın edilməsi mümkün olmamışdır. Məhkəmə yalnız iddiaçının bildirdiyi fikirlərlə razılaşmış, işin əlavə araşdırılmasına ehtiyyac duymamışdır. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, qətnamə qəbul edərkən məhkəmə obyektiv və qərəzsiz olmamış, işin hallarına hərtərəfli baxmamışdır.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev - sədrlik edən və məruzəçi, Fikrət Mehdiyev və Rəhman Muradov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin “cavabdeh Cavabdeh MMC-nin ## ####### 2024cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin “cavabdeh Cavabdeh MMCnin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının ödənilməsi” hissəsində təmin edilməməsi, cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.1, 379.1.6, 379.4- 1-ci maddələrinə, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ə bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin b bəndinə, 71-ci maddəsinin 1-ci və 3- cü , 77-ci maddəsinin 1-ci və 2-ci, 296-cı maddəsinin 1-ci, 300-cü maddəsinin 1-ci hissəsinə, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5, 29.2, 32.1.9, 32.2, 35.1, 35.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(104)- ****/**** nömrəli qətnaməsinin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Mediasiya haqqında” Qanunun 21.5-ci maddəsinin ## ##### 2025-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasına əsaslanmışdır. Halbuki, “Mediasiya haqqında” Qanunun 21.5-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyasında göstərilirdi ki, mediasiya prosesi buQanunun 21.6-cımaddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə buQanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Göründüyü kimi, mediasiya prosesinin başlanılması ## ##### 2025ci il tarixdən qüvvəyə minmiş yeni rekadsiyada tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılsa da, əvvəlki redaksiyada, yəni hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada isə mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılırdı. Apellyasiya məhkəməsi isə məhz iddianı rədd etmək üçün qanunvericiliyin yeni redaksiyasına istinad edərək qanunsuz və qərəzli qərar qəbul etmişdir. Yəni məhkəmə mübahisəyə düzgün maddi hüquq normasını tətbiq etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasını işə tətbiq etməmiş, bununla da MPM-nin 217.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassator şikayətində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyasına, 21.6, 35.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə istinad etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən, cavabdeh Cavabdeh MMC-nin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının ödənilməsi tələbinə dair hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən, cavabdeh Cavabdeh MMC-nin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh MMCdə “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının ödənilməsi tələbinə dair hissəsində yoxlanılır.

26. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 379-ci maddələrinə, Əmək Məcəlləsinin 68, 71, 77, 296 və 300-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi vəkil vəkil3 verdikləri apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ##.##.2024-cü tarixli əmr ilə hüquqşünas ştatı ixtisar olmuşdur. Hüquqşünas ştatının ixtisar olunmasına səbəb odur idi ki, “xxxx” MMC-nin banklara külli miqdarda borcunun olması idi. ## ###### 2024-cü ildə Bakı şəhərinə getmiş və işə bir daha gəlməmişdir. 30.10. 2024-cü il tarixi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya xəbərdarlıq elan olmuş amma o, xəbərdarlığın qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, xəbərdarlıq edilməsi ilə bağlı sübut təqdim edə bilmirik. İddiaçı ## ###### 2024cü ildən ## ####### 2024-cü ilə qədər ümumiyyətlə işə gəlməmişdir. ##.##.2024-cü il tarixli əmr ilə hüquqşünas ştatı ixtisar olunmuş və bu günədək həmin ştat bərpa edilməmişdir. Onlar iddiaçını xəbərdarlıq etmişdir. WhatsApp mobil tətbiqi və mobil telefon vasitələri ilə xəbərdarlıq etmişlər. İddiaçı əgər bilmirdisə, nə üçün oktyabr ayında əmr verildikdən sonra mediasiyaya müraciət etmişdir. Ştat ləğvi ilə bağlı məlumat olanda iddiaçı işdə idi və bilirdi. Ştat ləğv edildiyi üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddia təmin olunsa belə, hal-hazırda elə ştat olmadığı üçün nəticəsiz qalacaq. (Kollegiyaya təqdim edilmiş yazılı məhkəmə çıxışı iş materiallarına əlavə edilmişdir)

28. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. İddiaçının vəkili vəkil1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, “*(*-*)-***/**** saylı iş üzrə dəfələrlə baxış iclası təyin edilməsinə baxmayaraq məhkəmə qərarı çıxarılmamışdır. İşin bu qədər yubanması iddiaçının hüquqlarını pozur. Odur ki, ##.##.2026cı il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.”

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:

30. 11-ci maddəsinin 1-ci hissəsinin ə bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əsas hüquqları vardır;

31. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

32. 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər;

33. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;

34. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır;

35. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi;

36. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;

37. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər;

38. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

39. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür;

40. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

41. Maddə 21.5 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

42. Maddə 21.6 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

43. Maddə 29.2 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

54. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən, cavabdeh Cavabdeh MMC-nin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının ödənilməsi tələbinə dair hissəsində ləğv edildiyindən və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərildiyindən şikayətin dəlilləri həmin hissələrdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. İşə baxan birinci instasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh Cavabdeh MMC-nin ## ####### 2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməli, iddiaçı İddiaçı Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsinə bərpa edilməli, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddətinin əmək haqqının, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr aylarının ödənilməmiş əmək haqqının, ## #### 2023-##.##.2024-cü iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya) ödənilməlidir.

57. Birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının əsaslandırıcı hissəsində şərh edilən hüquqi mövqe nəzərə alınmaqla, ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarix ## ####### 2024-cü ildir. Yəni hazırkı mülki iş üzrə hüquq münasibəti ## ####### 2024-cü il tarixdə yaranmışdır. Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin hüquq münasibətinin yarandığı ## ####### 2024-cü ildə qüvvədə olmuş (## ### 2025-ci ilədək qüvvədə olmuşdur) redaksiyasına əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. - Həmin Qanunun 21.6-cı maddəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyasına əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

58. Ona görə də, məhkəmə kollegiyası cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərini əsassız hesab edir. İddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıyır.

59. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

60. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçı ixtisar edildiyi dövr ərzində mütəmadi olaraq iş yerində olmamışdır. Belə olan halda, işəgötürənin onu xəbərdar edə bilməsi də təbii ki, mümkün olmayacaqdı. Beləliklə də, iddiaçının özünün yaratmış olduğu hüquqazidd vəziyyətdən sui-istifadə edərək xəbərdar edilmədiyini irəli sürməsi ən yaxşı halda hüquqlardan sui-istifadə halıdır. Bu səbəblə də qanunvericiliyin normaları şəxslərin hüquqlarını vicdanlı olduqları halda qorumaq yönündə təfsir edilə bilər. Uzun müddət işə gəlməyən və 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməsinə hüquqi əsas olan şəxsin adi bir əsasa dayanaraq xəbərdarlıq edilməməsini bəhanə gətirərək işə bərpa edilməsinə dair qətnamə qəbul etməsi qanunun məqsədlərinə ziddir. İddiaçının xəbərdar edilməməsi də məhz elə iddiaçının özünün yaratmış olduğu hüquqazidd vəziyyətdən qaynaqlanmışdır. Yəni işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair əmək qanunvericiliyində nəzərdə tutulan bütün tələblərə əməl edilmiş, əvvəlcə müvafiq ixtisarla bağlı əmr qəbul edilmiş və işçiyə bu barədə məlumat verilməsi qərara alınmışdır. İddiaçı iş yerində olmamış, MMC-nin direktoru da onu uzun müddətdir görmədiyini bildirmiş, həmçinin İddiaçı tərəfindən iş vaxtı ərzində Bakı şəhəri ərazisində nağdsız ödənişlərin həyata keçirildiyinə dair kartdan çıxarışlar mövcud olmuşdur. Belə olan halda, həmin işçiyə işəgötürən tərəfindən hər hansı xəbərdarlığın edilməsi mümkün olmamışdır. Məhkəmə yalnız iddiaçının bildirdiyi fikirlərlə razılaşmış, işin əlavə araşdırılmasına ehtiyyac duymamışdır.

61. Məhkəmə kollegiyasının araşdırması zamanı və tərəflərin qarşılıqlı verdikləri izahatlar ilə müəyyən edilmişdir ki, “xxxx” MMC-nin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq, hüquqşünas vəzifəsinə ştatına zərurət yaranmadığı üçün ##.##.2024-cü il tarixdən həmin ştat qanunvericiliyin tələbinə uyğun olaraq ləğv edilmişdir. Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə işəgötürənin əsas hüquqlarından biri olan işçilərin sayının ixtisar edilməsi hüququ pozulmuşdur. Belə ki, “xxxx” MMC-nin fəaliyyətinin zəifləməsi nəticəsində gəlirləri azaldığı üçün hüquqşünas vəzifəsinə zərurət olmamış, beləliklə də, müvafiq əmrlə ##.##.2024-cü il tarixdən həmin ştatın qanunvericiliyintələblərinə uyğun olaraq ləğv edilməsi, mövcud qanunvericiliyə uyğun olaraq qeyd olunan ştatın ləğvi və işçiyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunacağı barədə (əmək stajı nəzərə alınmaqla) məlumat verilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad olunması qərara alınmışdır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının arvadı və cavabdehin direktoru olan X5 ifadəsində # ###### 2024-cü il tarixdən sonra iddiaçını görmədiyini bildirsə də, ## ###### 2024-cü il tarixdə həmin akt tərtib edilmişdir. Bu hal onu deməyə əsas verir ki, həmin xəbərdarlıq iddiaçıya təqdim olunmamış və akt formal olaraq tərtib edilmişdir. Həmçinin, həmin xəbərdarlığın iddiaçının arvadı X5 akt üzrə təqdim edilməsi barədə ## ###### 2024cü il tarixli, **/** nömrəli akt təqdim edilmişdir. X5 hər iki tərəfin nümayəndəsi kimi qeyd olunmaqla, cavabdehin direktoru kimi həmin aktı imzalamışdır və iddiaçının arvadı kimi aktın ona təqdim olunması aşkar şəkildə formal olmuşdur. Goranboy RPŞ-nin İB-nin müstəntiqinin ## ####### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru X5 öz ifadəsində göstərmişdir ki, ## ###### 2024cü il tarixdə Nicat onunla ailəli ola-ola hospitalda xadimə işləyən və ailəli olan Aliməni götürüb qeyri-rəsmi ailə kimi aparmışdır. Həmin vaxtdan onların münasibəti korlanmışdır. Nicatın hərəkətlərini bütün hospitalın əməkdaşları və valideynləri də bilmiş, hamı onun bu hərəkətini pisləmişdir. Həmin vaxtdan Nicat evə gəlib-getməmişdir. O, Nicatın hansı ünvanda yaşamasını bilməmişdir. Nicatın Alimə ilə birlikdə yaşamasını bilmişdir. Həmin gündən sonra o, Nicatı görməmişdir. Nicat bu müddətdə 2 dəfə hospitala gecə gəlib qalıb getmişdir. Nicat hospitala gələn zaman hospitalın 4-cü mərtəbəsində otaqda qalmışdır. O, Balakən rayonunda olanda Nicat hospitalda gəlib qalmışdır. Göründüyü kimi, işçiyə məlumat verilməsi öz təsdiqini tapmamışdır. İşçiyə məlumat verilmədiyi halda, işəgötürənin müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassız olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmiş müddətlərin mahiyyəti işçinin həmin ştatın ixtisar olunacağı barədə məlumatının olması və həmin müddət ərzində özünə yeni iş yeri tapmaq məqsədi daşıyır.

63. Məhkəmə qeyd etmişdir ki, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə iddiaçıya əmək haqqı ödənilmədiyindən həmin aylar üzrə əmək haqqı və ##.##.2023- ##.##.2024-cü iş ili üzrə əmək məzuniyyətindən istifadə edilmədiyindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2024-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə iddiaçıya əmək haqqı ödənilməmişdir. Odur ki, həmin aylar üzrə əmək haqqı və ##.##.2023-##.##.2024-cü iş ili üzrə əmək məzuniyyətindən istifadə edilmədiyindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və həmin hissədə qətnamə dəyişdirilməməlidir.

65. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş cavabdeh Cavabdeh MMC-nin ##.##.2026-cı il tarixli, ** saylı məktubundan görünür ki, ştat vahidinin ləğvindən sonra ştat yenidən bərpa edilməmiş, təbii olaraq da həmin vəzifə üzrə yeni işçi qəbul edilməmişdir, həmçinin cəmiyyətin ehtiyacları və maliyyə vəziyyəti nəzərə alınaraq, hazırki vəziyyətdə də bu vəzifənin bərpasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. Əmək münasibətləri sahəsində əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmiş, lakin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsi ilə şərtləndirilmişdir. Lakin, iş materiallarından görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

66. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar