Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-377/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iddiaçı2 İmaməli qızının və cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil2, etibarnamə üzrə nümayəndəsi (bacısı) X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Eminova İradə Həsən qızının iştirakı ilə, İddiaçılar iddiaçı2 İmaməli qızının və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 0.2637 ha olan torpaq sahəsi Eminova İradə Həsən qızının xüsusi mülkiyyətindədir. ##.##.2025-ci il tarixli, ************-***** reyestr nömrəli Çıxarışla isə həmin torpaq sahəsinin üzərində 119.5 kvadratmetr fərdi yaşayış evi Eminova İradə Həsən qızının adına rəsmiləşdirilmişdir.
2. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan çıxarışa dair DƏDKR publik hüquqi şəxsi ** saylı Tovuz Rayon Ərazi İdarəsindən əldə edilmiş məlumatda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı əsasında iddiaçı1 Məhərrəm oğlunun, X2 və cavabdeh2 ümumi birgə mülkiyyətdə olmaqla adlarına Tovuz rayonu, Dondar Quşçu kəndində 0.26 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ”Torpağın mülkiyyətə verilməsinə dair” JN : ***A nömrəli şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd edilmiş çəhadətnamə əsasında Tovuz rayonu, Dondar Quşçu kəndində 0.26 ha həyətyanı torpaq sahəsinə dair iddiaçı1 Məhərrəm oğlunun, X2 və cavabdeh2 ümumi birgə mülkiyyətdə olmaqla adlarına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin ##.##.2025-ci il tarixli, 2V145-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri əsasında yuxarıda qeyd edilmiş əmlaka dair cavabdeh2 (1/3 hissə) və Eminova İradə Həsən qızının (2/3 hissə) paylı mülkiyyətdə olmaqla adlarına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin ##.##.2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında yuxarıda qeyd edilmiş əmlaka dair Eminova İradə Həsən qızının adına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Eminova İradə Həsən qızına məxsus, reyestr nömrəsi ************-***** olan fərdi yaşayış evinə dair verilmiş sonuncu Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məktuba əlavə edilmişdir.
3. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə ASAN vəkil bürosuna DƏDKR publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsindən ünvanlanmış daşınmaz əmlakın olubolmamasına dair arayışdan görünür ki, ünvan 1ində yerləşən 0.1594 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və ünvan 1ində yerləşən 0.0594 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçı2 İmaməli qızının adı qeyd olunmuşdur. Həmçinin, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2023-cü il tarixli, 3M-**** reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən iddiaçı1 icarə hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir.
4. Məhkəmə kollegiyasına təqdim edilmiş rusca tərtib edilmiş “Doğum Şəhadətnaməsi”ndən görünür ki, iddiaçı1 Rusiya Federasiyasının, Tatarıstan Respublikasında Bögelmə (Buqulima) şəhərində doğulmuşdur.
5. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş dövlət sərhədindən hərəkətlər barədə İAMAS bazasından çıxarışdan görünür ki, iddiaçı1 ##.##.2005-ci il tarixdə ölkəyə giriş etmişdir. Həmin tarixdə iddiaçı2 da ölkəyə giriş etmiş, o, yenidən 2014-cü ildə çıxış-giriş etsə də, iddiaçı1 sonrakı tarixlərə ölkəyə çıxış-girişi olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar iddiaçı2 İmaməli qızı və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən məhrum X2 məxsus olan əvvəllər yaşadıqları yaşayış binasına köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 ilə 1999-cu ildə ailə qurmuşdur. O, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən qaynanası X2 məxsus evə köçmüş, Elçinlə birgə yaşayışlarından ##.##.2000-ci ildə oğlu Həsən anadan olmuşdur. 1999cu ildən 2023-cü ilin yay ayına kimi mübahisə olunan evdə yaşamışlar. Arada yaranan narazılğa görə faktiki olaraq ayrılmışlar və o kirayədə yaşayır. Cavabdehlər onu və oğlunu evədə yaşamağa qoymurlar və onları evdən çıxarmışlar. Onunla cavabdehlər arasında maddi hüquq münasibətləri 1999-cu ildən yaranmışdır və o, həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfatı birgə idarə etmişdir. Evlənən gündən Elçin və onun ailə üzvləri onu ailə üzü kimi qəbul etmiş və onlar birgə təsərrüfatda idarə etmişdir. Hesab edir ki, həmin evdən onun və oğunun istifadə hüququ var və ona görə də, həmin evə köçrülməlidir. iddiaçı1 Elşin oğlu mübahisə olunan evdə anadan olmuş və orada yaşamışdır. Anası ilə birgə cavabdehlər onları evdən çıxarmışlar. Hazırda kirayədə yaşayırlar, başqa yerdə yaşayış yerləri yoxdur.
8. Tovuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli, qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı iddiaçı1 Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən X2 məxsus evə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh2 ilə rəsmi nikah münasibətində olmasına dair sənədlərini məhkəməyə təqdim etməmişdir. Özünün bildirdiyinə görə onların nikahları qeydə alınmamışdır. İddiaçı iddiaçı2 İmaməli qızına münasibətdə iddiaya hüquqi qiymət verərək, qeyd etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə iddianı iddiaçı1 münasibətdə əsaslı hesab etmiş və qeyd etmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı1 mərhum X2 vərəsəsidir. X2 miras qalmış əmlak istər faktiki, istərsə də, rəsmi qaydada hər hansı vərəsə tərəfindən qəbul edilməmişdir. Mübahisəli evdə yaşayan isə mərhumun ikinci dərəcə vərəsəsi, yəni cavabdeh2 digər qardaşıdır. İddiaya verilmiş etirazdan müəyyən edilir ki, Həsən 2002-ci ildə mübahisəli evdə yaşamışdır.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etmişdir.
11. Tovuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli, qətnaməsindən narazı qalan cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi X1 apellyasiya şikayət verərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin iddiaçı iddiaçı1 Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən X2 məxsus evə köçürülməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Tovuz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
13. Cavabdehlər cavabdeh2 və cavabdeh1 adından nümayəndə vəkil vəkil2 yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ötürülmüş prosessual müddətin bərpa edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Tovuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçılar iddiaçı2 İmaməli qızının və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Qərardaddan narazı qalan iddiaçı iddiaçı2 İmaməli qızı şikayət verərək, Tovuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini, “buraxılmış müddətin bərpası haqqında” vəsatətin təmin edilməməsi və şikayət vermə müddətinin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(062)- ****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 İmaməli qızı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı2 İmaməli qızı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
17. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, nöqsanların aradan qaldırılması üçün 10 gün müddətin müəyyən edilməsi qərara alınmışdır.
18. cavabdeh1 nümayəndəsi vəkil2 prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
19. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Zaur Hünmətov) ərizə təmin edilmiş, iddiaçılar iddiaçı2 İmaməli qızının və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(062)- *****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Həmin qərardaddan narazı qalan iddiaçı iddiaçı2 İmaməli qızı şikayət verərək, qərardadın ləğv edilməsini, müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir.
21. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Tovuz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
23. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddiaçı iddiaçı1 Tovuz rayonu Dondar quşçu kəndində yerləşən X2 məxsus evə köçürülməsi hissəsində ləğv edilib, iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı iddiaçı1 iddia tələbinə münasibətdə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı iddiaçı1 ümumiyyətlə mübahisəli mənzildə yaşamamış, həmin mənzilin yerləşdiyi kənddə məktəbə getməmiş və onun anası olan digər iddiaçı iddiaçı2 ilə cavabdeh cavabdeh2 1999cu ildə qeyri-rəsmi olaraq ailəhəyatı qursalarda, 2 aydan sonra X8 yaşadığı evə gedib orada yaşamışlar, iddiaçı Emin Həsənovun 1 yaşı tamam olduqdan sonra isə Elnarə azyaşlı övladını da, götürüb Moskva şəhərində valideyinlərinin yaşadığı evə getmiş, oradan da, Tovuz rayonunun Çatax kəndində yaşayan şəxslə ailə həyatı qurub Qazaxstanda yaşamışdır. Bir müddət sonra Elnarə həmin şəxslə boşanıb Bakı şəhərinə gələrək özünə ev tikdirib övladı ilə birlikdə orada yaşamışdır, hazırda da iddiaçıların özlərinə məxsus 2 evləri var və həmin evlərin birində yaşayırlar. Lakin məhkəmə mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik işin açıldığını, mübahisəli evin Eminova İradə Həsən qızının adına rəsmiləşdirləcəyini və buna dair sənədlərin məhkəməyə təqdim edəcəyini bildirsələr də, iddiaçı iddiaçı1 mübahisəli evdə yaşamasına dair heç bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə onun iddiasının təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Mübahisə olunan evə dair Eminova İradə Həsən qızının adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni, həmçinin iddiaçıların adına daşınmaz əmlak olmasına dair arayışı apellyasiya şikayətinə əlavə edir, mübahisəli evin İradə Həsənovanın adına olmasına dair çıxarışı apellyasiya instansiya məhkəməsində təqdim edir. İddiaçı iddiaçı1 qardaşının övladı olmaqla Mənzil Məcəlləsinin 30.1-ci maddəsində birbaşa nəzərdə tutulmuş, Eminova İradə Həsən qızının və ya mərhum X2 ailə üzvlərindən heç biri deyildir.
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli evin sənədi olmamış, iddia qaldırılarkən mübahisə evdə cavabdeh cavabdeh1 yaşamışdır. Hazırda mübahisəli evin sənədi var, İradə Eminovanın adınadır. 1999-cu ildə cavabdeh2 ilə iddiaçı2 evlənmişlər. Onlar 2 ay mübahisəli evdə yaşamışlar. Sonra isə Rusiya Federasiyasına getmişlər. 2003-cü ildə cavabdeh2 atası vəfat etmişdir. Vərəsəlik şəhadətnaməsi 2025-ci ildə alınmışdır. Mübahisəli evin torpağı cavabdehlərin atalarının adına idi. İradənin adına Çıxarış mart ayında alınmışdır. İddiaçı ikinci dəfə ailə həyatı qurmuşdur. Həsən xarici ölkədə anadan olmuşdur. Elçin sağdır. Həsənin öz topağı vardır.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (bacısı) X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçı bir aydan çox mübahisəli evdə yaşadı və sonra getmişdir. İkinci dəfə qonşu kənddən biri ilə evlənmiş və Qazaxıstana getmişdir. iddiaçı1 Rusiya Federasiyasında doğulmuşdur. Heç vaxt mübahisəli fərdi yaşayış evində yaşamamışdır.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 İmaməli qızı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 1999-cu ildə cavabdeh cavabdeh2 ilə ailə həyatı qurmuşdu və mübahisəli evə gəlin köçmüşdü. Elçin İmanov ilə rəsmi nikahı olmamışdır. 18 yaşı mübahisəli evdə tamam olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, əvvəllər mübahisəli ev bağlı idi. Həyətdə iki ev var idi. Mübahisəli evdə heç kim yaşamırdı. Oğlunun qardaşı digər evdə yaşayır. 2000-ci ildə Rusiya Federasiyasına getmişlər. 2002ci ildə o, Azərbaycana qayıtmışdır. Bir müddət qayınanasının yanında yaşamışdır. cavabdeh2 isə Rusiya Federasiyasında qalmışdır. Azərbaycana gələndə qayınanasının yanında qalmışdır. 2003-cü ildə qayınatası vəfat etmişdir. 2004-2005-ci illərdə mübahisəli evdə və atasıgildə qaldı. Atası Tovuz rayonu, Çatax kəndində yaşayır. Bu günə kimi atasıgildə yaşayır. Oğlu qüsurlu uşaqdır. Evlənmək vaxtıdır. Ev əvvəlcə qayınanasının adına idi. Məhkəmə prosesi gedən zaman İradə Eminovanın adına keçirilmişdir. O, mübahisəli evə köçmək istəmir, oğlunun köçməsini istəyir. 7 ay mübahisəli evdə yaşamışlar. 2004-cü ildə Qazaxıstan Respublikasına getmişlər. 2005-ci ildə qayıtmışlar. Məktəbdə işləmişdir. 25 yaşı var oğlunun, 11 dəfə əməliyyat keçirmişdir. Mübahisəli evdə uzun müddət yaşamışdır. Sonra ünvan 1ində anasının yanında yaşamağa başladı. Kəndlər arasında 35 km məsafə olar. Oğlu iddiaçı1 Xırdalan, Binəqədi və Buzovna məktəblərində oxumuşdur.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, 25 yaşı var. Bakı şəhərində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Təhsilini davam etdirir. Sumqayıt şəhərində torpaq almışdır. Dayısıgil ilə birgə yaşayır. Mübahisəli evdə yaşamış, uşaqlığı orada keçmişdir. Məktəbi Bakı şəhərində oxumuş, tətillərdə nənəsigilə gəlib qalmışdır.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Eminova İradə Həsən qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçılar mübahisəli evdə yaşamamışdırlar. Mübahisəli ev bacı və qardaşının razılığı ilə onun adına rəsmiləşdirilmişdir. Mübahisəli evdə o, və əri yaşayır. Oğlu başqa yerdə yaşayır. Mübahisəli ev iki otaqlı və balaca evdir. cavabdeh2 digər oğlu mübahisəli evdə yaşamır. O, razı deyildir ki evində başqa birisi yaşasın. Qardaş-bacıları onun xeyrinə mübahisəli evdən imtina etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
31. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
33. Maddə ***.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
34. Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur.
35. Maddə 152.3. stifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
41. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
42. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
43. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlikyaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
48. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
49. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
50. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
51. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Hazırkı apellyasiya şikayətində qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
56. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin cavabdeh cavabdeh1 tərəfindən verilməsinə münasibətdə qeyd edir ki, iddia qaldırılarkən münahisəli fərdi yaşayış evinin sənədləri olmamış, onun yerləşdiyi torpaq sahəsi isə mərhum X2 miras qalmışdır. X4 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt qeyd olunan fərdi yaşayış evinə münasibətdə mərhumun qızı cavabdeh cavabdeh1 cavabdeh qismində qoyulmuşdur. ##.##.2025-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququna əsasən torpaq sahəsi cavabdehin digər bacısı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Eminova İradə Həsən qızına miras qalmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 0.2637 ha olan torpaq sahəsi Eminova İradə Həsən qızının xüsusi mülkiyyətindədir. ##.##.2025-ci il tarixli, ************-***** reyestr nömrəli Çıxarışla isə həmin torpaq sahəsinin üzərində 119.5 kvadratmetr fərdi yaşayış evi Eminova İradə Həsən qızının adına rəsmiləşdirilmişdir. Lakin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İradə Eminova cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 iddiaçı iddiaçı1 mübahisəli fərdi yaşayış evinə köçürülməsindən narazıdır və istəmir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində mübahisələndirilən iddia tələbinin təmin edilmiş hissəsi ondan ibarətdir ki, iddiaçı iddiaçı1 Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən X2 məxsus evə köçürülsün. Kollegiya hesab edir ki, ilk növbədə iddiaçı iddiaçı1 mübahisə predmetindən istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlı hüquqi məsələyə aydınlıq gətirilməlidir.
58. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
60. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətlər onun doğulduğu 2001-ci il tarixdən və yaşadığını iddia etdiyi 2002-2007-ci illər arasında yarandığı üçün iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 228-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
61. Məhkəmə kollegiyasının çoxsaylı sorğuları və iş materillarına əlavə edilmiş sənədlər və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiaçı1 ##.##.2001-ci il də Rusiya Federasiyasının, Tatarıstan Respublikasında Bögelmə (Buqulma) şəhərində doğulmuşdur. iddiaçı1 anası iddiaçı iddiaçı2 ilə birgə 2004-2025-ci illər də Qazaxıstan Respublikasında yaşamış, ##.##.2005-ci il tarixdə ölkəyə giriş etmişdir. İşə baxan məhkəmə qətnaməsində ona əsaslanmışdır ki, iddiaçı iddiaçı1 2002-ci ildə mübahisəli evdə yaşamışdır. Lakin kollegiyanın əldə etdiyi sənədlərlə bunun mümkün olmadığı sübuta yetirilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin hazırki mülkiyyətçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Eminova İradə Həsən qızıdır. İddiaçı iddiaçı1 İradə Eminova və cavabdeh cavabdeh1 qeyrirəsmi qardaşı oğludur. Belə ki, iddiaçı iddiaçı1 anası iddiaçı2 ilə atası cavabdeh2 arasında rəsmi nikah olmamışdır. Mübahisəli fərdi yaşayış evi torpaq sahəsi İradə Eminovanın ata mülkü olmuşdur. İddiaçı iddiaçı1 orada yaşamamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
63. İddiaçı iddiaçı1 izahatında mübahisəli fərdi yaşayış evində nənəsi ilə birgə yaşamasını, Bakı şəhərində məktəbə getsə də, yay tətillərində nənəsinin yanında qalmasını göstərmişdir. Lakin onun mübahisəli evdə yaşaması heç bir dəlil ilə təsdiq olunmur. Əksinə, tərəflərin qarşılıqlı izahatları və kollegiyanın əldə etdiyi sənədlərlə iddiaçı iddiaçı1 ##.##.2005ci il tarixdə ölkəyə giriş etdiyi tarixdən anası ilə birgə ana-babasına məxsus ünvan 1ində və Bakı şəhərində yaşaması, Abşeron rayonu və Bakı şəhərində məktəblərdə təhsil olması sübuta yetirilmişdir. İddiaçı iddiaçı1 mübahisə predmeti olan evdə yaşamasına dair özünün və anası, digər iddiaçı iddiaçı2 mülahizələrindən başqa heç bir dəlili kollegiyaya təqdim edə bilməmişdir. Əksinə, əldə edilmiş iş materialları ilə onun mübahisəli mənzildə yaşamadığı müəyyən edilmişdir. Qanunvericilik iddiasını sübut etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur.
64. Əlavə olaraq, kollegiya qeyd edir ki, iddiaçı iddiaçı1 izahatında göstərmişdir ki, hazırda Bakı şəhərində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Təhsilini davam etdirir. Onun anası, digər iddiaçı iddiaçı2 bildirmişdir ki, O, mübahisəli evə köçmək istəmir, oğlunun köçməsini istəyir. 7 ay mübahisəli evdə yaşamışlar. 2004-cü ildə Qazaxıstan Respublikasına getmişlər. 2005-ci ildə qayıtmışlar. Məktəbdə işləmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2023-cü il tarixli, 3M-**** reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən iddiaçı1 icarə hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir.
65. Göründüyü kimi, mübahisəli evə iddiaçı iddiaçı1 istifadə hüququ yaranmamışdır. O, həmin evdə doğulmamış, 2005-ci ilədək həmin evə gəlməmiş, həmin tarixdən sonra onun valideynləri arasında olan ailə münasibətlərinə son qoyulmuş, iddiaçı iddiaçı1 anasının himayəsində qalmaqla, müxtəlif ünvanlarda yaşamış, sonuncu isə təhsil almaq üçün Bakı şəhərində anası ilə birlikdə yaşamışdır. Onun tətillərdə nənəsinin yanında qalması və ya həmin evdə nənəsinə baş çəkməsi onun həmin evdə yaşaması və mülkiyyətçinin (X4ya məxsus evdən) ailə üzvü kimi həmin evdən istifadə etməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranması üçün həmin evə mülkiyyət hüququ olan subyektlə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmalı idi. Lakin tərəflər arasında belə razılaşma mövcud olmadığı üçün iddiaçının mübahisəli evdən istifadə hüququ yoxdur.
66. İddiaçı iddiaçı1 nə mübahisə predmeti olan evdə yaşamamış, nə də hazırkı mülkiyyətçinin ailə üzvü olmamış, onların bir-biri qarşısında ailə hüquq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəlikləri olmamışdır. Belə olan halda iddiaçı mübahisəli evə münasibətdə hər hansı əsasla istifadə hüququ əldə etməmişdir.
67. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 0.2637 ha olan torpaq sahəsi Eminova İradə Həsən qızının xüsusi mülkiyyətindədir. ##.##.2025-ci il tarixli, ************-***** reyestr nömrəli Çıxarışla isə həmin torpaq sahəsinin üzərində 119.5 kvadratmetr fərdi yaşayış evi Eminova İradə Həsən qızının adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (H.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarı).
68. Kollegiya qeyd edir ki, İradə Eminova birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisə predmeti olan əmlakda qardaşı Elçinin digər oğlunun ailəsi ilə birlikdə yaşadığını göstərmiş, məhkəmə kollegiyasının iclasında isə hazırda mübahisəli evdə özü və ərinin yaşamasını, qardaşı oğlunun başqa yerdə yaşamasını bildirmişdir. Həmçinin, mübahisəli evin iki otaqlı və kiçik olmasını göstərmişdir. Bu ziddiyətlə bağlı kollegiya qeyd edir ki, İradə Eminova mübahisəli evin mülkiyyətçisidir. Mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam vermə hüquqlarını ehtiva edir. Yəni, İradə Eminova mübahisəli mülkü istədiyi şəxsin istifadəsinə verməkdə sərbəstdir.
69. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırda Bakı şəhərində yaşayır. İddiaçının anası, digər iddiaçı iddiaçı2 məhkəmə kollegiyasının iclasında iddiaçının mübahisəli fərdi yaşayış evinə köçəcəyini bildirsə də, iddia tərəfinin bu arqumenti inandırıcı deyildir. İddiaçının hazırki iddianın irəli sürülməsində olan məqsədi yaşamaqla bağlı deyil, gələcəkdə həmin fərdi yaşayış evinin mülkiyyətçisindən kompensasiyanın alınmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdehin mülkiyyət hüquqları məhdudlaşdırılmamalıdır.
70. Kollegiya mübahisəli evin məhkəmədə iddia qaldırıldıqdan sonra sənədləşdirilməsi və rəsmiləşdirilməsi ilə bağlı qeyd edir ki, İradə Eminova və digər qardaş bacıları mirasqoyan Həlimə Eminovanın birinci növbə vərəsəsi olmaqla, haqlı olaraq mübahisəli evə gözlənilən mülkiyyət hüququna sahib olmuşlar. Digər qardaş və bacıları mübahisəli evin İradə Eminovanın adına rəsmiləşdirilməsinə notarial qaydada razılıq vermişlər. İddiaçı iddiaçı1 ilk öncə mübahisə predmetinə dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlarını təqdim etməli, sonra hüquqularının pozulmasını əsaslandırılmaqla sənədi mübahisələndirməlidir. Hazırda İradə Eminovanın adına olan çıxarış mübahisələndirilməmişdir.
71. Birinci instansiyası məhkəməsi qeyd olunanları nəzərə almamış, mübahisə üzrə tətbiq edilməli olan hüquq, Mülki Məcəllənin 228-ci maddəsini düzgün müəyyən etsə də, düzgün tətbiq etməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün tətbiq edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilmiş hissədə rədd edilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən, iddia tələbi təmin edilmiş hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilmiş hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.