Məhkəmə qərarları › İş №2(3-7)-384/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-384/2026

01.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-384/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Hüseynova İlahə Nurəddin qızına qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Hüseynova İlahə Nurəddin qızına qarşı “cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılma” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Qazıqurdalı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 02.7 kv. metr fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla bu barədə daşınmaz əmlakın dövlət Reyestirində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “İddiaçı Hüseynov İnayət Hidayət oğlunun (bundan sonra iddiaçı və ya İnayət Hüseynov) cavabdeh Hüseynova İlahə Nurəddin qızına qarşı (bundan sonra cavabdeh və ya İlahə Hüseynova) “Nikahın pozulması və uşaqların himayədə saxlanılması” tələbinə dair iddia tələbi qismən təmin edilərək iddiaçı Hüseynov İnayət Hidayət oğlu ilə cavabdeh Hüseynova İlahə Nurəddin qızının arasında ## ######## 2011-ci ildə Bərdə rayonu Nazırlı kənd İcra Nümayəndəliyində bağlanmış və 19 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından ## ###### 2012-ci ildə anadan olmuş Hidayətli Cəfər İnayət oğlu atası Hüseynov İnayət Hidayət oğlunun, ## #### 2017-ci ildə anadan olmuş Hüseynli Arzu İnayət qızı anası Hüseynova İlahə Nurəddin qızının himayəsində saxlanılması, iddiaçı Hüseynov İnayət Hidayət oğlunun ##.##.2017-ci ildə anadan olmuş Hüseynli Arzu İnayət qızı ilə hər ayın İ və III həftəsinin altıcı günü saat 1000-dan bazar günü saat 1900-dək, hər ilin “Yeni il” bayramı vaxtı yanvar ayının 2-si saat 1000-dan yanvar ayının 3-ü saat 1900-dək və hər ilin “Novruz bayramı” vaxtı mart ayının 21-i saat 1000-dan mart ayının 23-ü saat 1900-dək uşaq gecəni yanında qalmaq şərti ilə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi qət edilmişdir.

3. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ****** nömrəli arayışdan görünür ki, X7 ## ###### 1981-ci ildə anadan olmuş, atası Nümayəndə, anası X5 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında ## ###### 1981-ci ildə 05 nömrə ilə qeyd aparılmışdır.

4. ** nömrəli MİS tərəfindən verilmiş ** nömrəli, ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 74 mənzil 47-də qeydiyyatdadır.

5. Bərdə rayonu Nazırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli,*** nömrəli arayışdan görünür ki, Nümayəndə hal-hazırda Bərdə rayonu Nazırlı kəndində yaşayır.

6. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1981-ci ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 74 mənzil 47-də qeydiyyatdadır.

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə ##.##.1952-ci ildə Bərdə rayonu Nəzirli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır.

8. Bərdə * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, MŞB/MT***-****-***** nömrəli arayışdan görünür ki, tərəflər razılığa gələ bilməmişdirlər. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh Hüseynova İlahə Nurəddin qızı Bərdə Rayonu Qaratəpə kəndində qeydiyyatdadır.

9. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsinə ünvanlanan sorğuya cavab məktubundan görünür ki, ##.##.2015-ci il tarixində Bərdə rayonu Qazıqurdalı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 92,7 kv/m, yaşayış sahəsi 43.2 kv/m, yardımçı sahəsi 49.5 kv/m olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın bağışlanma müqaviləsi üzrə Nümayəndə tərəfindən İddiaçı hədiyyə edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı cavabdeh Hüseynova İlahə Nurəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə cavabdeh Hüseynova İlahə Nurəddin qızının əmlakları ilə birlikdə iddiaçı İddiaçı mülkiyyətində olan Bərdə rayonu Qazıqurdalı kəndində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 92.7 k.v metr fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Qazıqurdalı kəndində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 92,7 kv.m fərdi yaşayış evi ## #### 2015-c il tarixdən X9 mülkiyyətindədir. İddiaçı onun doğma qızıdır. Bərdə Rayon Məhkəməsinin ##.## 2025-ci il tarixli qətnaməsinə esasen Hüseynov inayet Hidayət oğlu ile Hüseynova ilahə Nurəddin qızı arasında olan nikah pozulmuşdur. Cavabdeh keçmiş gəlinləridir. hazırda o, Ş.Abdullayevnın mülkiyyatində olan evdə yaşayır. Yaxın qohum olduqları üçün X10 evi onlara müvəqqəti yaşamaq üçün vermişdir. Hazırda maddi ehtiyyacı oldğu üçün həmin evi satmaq istəyir. iddiaçı mülkiyyətində olan evdən cavabdehdən dəfələrlə əmlakları ilə birlikdə evdəə çıxmasını taleb etmiş, lakin bir nəticəsi olmamışdır. Hazırda iddiaçı mülkiyyətində olan eve köçüb yaşamaq isteyir, lakin cavabdeh həmin evdən çıxmaq istemir. Hazırda həmin evde cavabdehə məxsus 1 ədəd qoşa çarpayı, 1 ədəd şfoner, qab-qacaq, yorğan-döşək qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları və qanunla qorunan mənafeləri kobud surətdə pozulur. Cavabdeh evdən çıxmadığı üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

12. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim B.Y.Məhərrəmov) cavabdeh Hüseynova İlahə Nurəddin qızı əmlakları ilə birlikdə iddiaçı İddiaçı məxsus olan Bərdə rayonu, Qazıqurdalı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 92.7 kv.m fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı İddiaçı cavabdeh Hüseynova İlahə Nurəddin qızının keçmiş həyat yoldaşı Hüseynov İnayət Hidayət oğlunun bacısıdır. Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı ##.##.2015-ci il tarixdə 1815006459 nömrə ilə qeydiyyata alınmış mülkiyyət hüququna malikdir.

14. Məhkəmə bildirmişdir ki, iddiaçı əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin fərdi yaşayış evində hazırda cavabdeh məskunlaşmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq məhkəmə hesab edir ki, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

15. Cavabdehin həmin fərdi yaşayış evi üzərində istifadə hüquqlarının tanınmadığını, tərəflərin yaxın qohum münasibətlərində olmadığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələrinə, BMT-nin ## ###### 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə, Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokoluna, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.7, 157.2, 157.5, 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona qarşı qərəzli mövqe tutur. İddiaçı həyat yoldaşının bacısıdır. Hal–hazırda, yaşadığı ev ##.##.2015- cı ilə qədər Nümayəndə məxsus olmuşdur. Nümayəndə qaynatasıdır. Həyat yoldaşı Hüseynov İnayət Hidayət oğlu atasının üstündə qeydiyyatdadır. Sözügedən mübahisəli ev məqsədli şəkildə həmin evdə yaşadığı halda qaynatası Nümayəndə baldızı İddiaçı adına yaşadığı evi onun adına rəsmiləşdirmişdir. Bu alğı-satqıdan xəbəri olmamışdır. Qaynatası Nümayəndə baldızına satdığı evin təmir xərcləri və 15.000 manat pul halal əməyidir. Qaynatası Nümayəndə onu məhkəməyə verəndə bilmişdir ki, hal-hazırda yaşadığı ev baldızı İddiaçı adına rəsmiləşdirilmişdir. Ona məxsus cehiz əşyaları hal–hazırda həmin evdədir. Yaşadığı ev qaynatasına məxsus olmuşdur. Lakin yaşadığı evin qaz və işıq sayğacı həyat yoldaşı Hüseynov İnayət Hidayət oğluna məxsusdur. Onun əlində maddi sübutları var. Məhkəmədən xahişi ondan ibarətdir ki, övladlarını nəzərə alıb 18 yaşına çatanadək hal –hazırda yaşadığı evdən sığınacaq hüququ versin.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətini, dəlilləri və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə iddiaçının qardaşı arasında 2011-2025-ci il müddətdə rəsmi nikah münasibətləri olmuşdur.

28. Məhkəmə sorğusuna əsasən müəyyən edilmişdir ki, mübahisəli əmlak 2015-ci ildə iddiaçının mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçmiş, həmin vaxta qədər əmlak iddiaçının atasına məxsus olmuşdur.

29. Məhkəmə kollegiyası ilk öncə cavabdehin iddianın obyekti olan mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər.

30. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçının qardaşı ilə 2011-ci ildə nikaha girib, onun həmin mənzilə münasibətdə istifadə hüququ da həmin ildən sonra yarana bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə obyekti olan mənzilə istifadə hüququnun yaranıb-yaranmamasına Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından aydınlıq gətirilməlidir.

31. Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından cavabdehin mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyildir.

32. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə notarial qaydada mübahisəli evə istifadə hüququ verilməsi halı müəyyən edilmir.

33. Deməli, cavabdehin qeyd edilən ünvanda yerləşən mənzildən istifadə hüququnun olmasını şərtləndirən hüquqi əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə haqlı olaraq hazırkı iddia tələbini təmin etmişdir.

34. Kollegiya onu da qeyd edir ki, mübahisəli ev bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Yəni, əmlak birgə nikah dövründə birgə vəsait hesabına qazanılmamış, cavabdehin keçmiş həyat yoldaşı ilə bilavasitə əlaqəsi mövcud olmamamışdır.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd olunan müəyyən müddət həmin evdə yaşamasının, digər yaşayış sahəsinin olmamasının nəzərə alınmadığı barədə dəlilləri ilə razılaşmır. Belə ki, həmin əsaslar mülkiyyətçinin qanunla qorunan hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.

36. Həmçinin apellyasiya şikayətində qeyd edilən müəyyən məbləğdə təmir xərclərinin cavabdeh tərəfindən ödənilməsi faktı formal mülahizə xarakteri daşımaqla buna dair hər hansı sübutla öz təsdiqini tapmır. Cavabdeh tərəfindən belə bir dəlilin məhkəməyə təqdim edilməməsi ilə onun mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün öz vəsaiti hesabına həyata keçirdiyi əsaslı bərpa-tikinti və zənginləşdirmə işləri nəticəsində mənzilin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi və dəyərinin əhəmiyyətli dərəcədə artması faktı aşkar edilmir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar